«Şeirimə bax, şəklimi əzbərlə…»
Vaqif Yusifli
Müasir ədəbiyyat
(Qəşəm
Nəcəfzadənin yeni şeirləri haqqında)
İndi
tanınmış bir şair kimi ədəbi ijtimaityyətin
və çoxsaylı oxucuların diqqətini jəlb edən
Qəşəm Nəcəfzadəni ilk dəfə
gördüyümdən ən azı otuz il keçir və
demək olar ki, onun bir şair kimi CAVANLIQDAN DOLULUĞA gedən
yolunu izləyənlərdən biri də mən olmuşam. Qəşəm,
deyərdim ki, cavanlığına çox az oxşayır. Gəncədə,
filoloci fakültənin tələbəsiydi, ən əziz
dostum, müqtədir füzulişünas və Qəşəmin
müəllimi Sabir Əliyev (Allah rəhmət eləsin!)
vasitəsilə tanış olduq. Qıvrım saçlı,
sir-sifətindən Səməd Vurğunun dəlisov
cavanlığına oxşayan Qəşəmi sonralar,
İmişlidə müəllim işləyərkən
Bakıya, «Azərbaycan», «Ulduz» curnallarının
redaksiyalarına gələndə də görürdüm.
Onun 2000- ji ilə qədər beş-altı nazik şeir
kitabları da çap olunmuşdu. Amma etiraf olunmalıdır
ki, yeni eranın, həm də yeni əsrin
başlanğıcına kimi Qəşəm Nəcəfzadə
(bu zaman yaşı qırxa da çatmışdı) ədəbi
aləmdə o qədər də məşhur deyildi. Qəşəmi
QƏŞƏM eləyən yeni əsr oldu və
QƏŞƏM illər boyu içində gəzdirdiyi, amma
istifadə eləyə bilmədiyi poetik enerjini yeni əsrdə
işə saldı...
Qəşəm
Nəcəfzadə yeni əsrə yeni düşüncə tərzi
ilə daxil olmağa, poeziya aləmində seçilməyə,
fərqlənməyə cəhd etdi. Biz məqalələrimizin
birində Qəşəm Nəcəfzadənin bu cəhdlərini
obyektiv şəkildə işıqlandırmağa
çalışmışıq, hətta qeyd etmişik ki, Qəşəm
Nəcəfzadə istəsə də, istəməsə də,
etraf etsə də, etməsə də özündən iki nəsil
əvvəlin-«altmışıncıların» poetik təcrübəsindən
də faydalanıbdır.
Amma
bu dünyada heç bir şair (hətta təqlidçi
şairlər də) digərinə bənzəmir, hər
şairin yaxşı-pis öz sifəti olur, öz
böyük yolu ya son dərəcə kiçik bir
cığırı olur, hər bir şairin öz
istedadının dərəcəsindən asılı olaraq
poetik nəfəsi olur ya da zəif səsi…Bu mənada Qəşəm
Nəcəfzadə istedadlı şairdir, kimlərinsə onun
şeirlərini bəyənib-bəyənməməyindən
asılı olmayaraq öz yolu var.
Budur,
Qəşəm Nəcəfzadənin «Azərbaycan»
jurnalında (mənim və onun doğma jurnalında) son
üç ildə (2011-2013) dərc edilən şeirləri…Bu
şeirləri oxuyuram və arada bir əl saxlayıb Qəşəmin
XX əsrdə yazdığı, vaxtilə mənim də təqdir
etdiyim bir şeirini xatırlayıram:
Birdən
adam
dolur hirsdən,
yumruqnan,
yaynan,
oxnan.
Azxqala
daşa adam,
Daşmır.
Birdən
o qədər sevgin,
O qədər
şeirin..
Az qala
adam
Kərəm
olsun,
olmur.
Birdən
qolunda qılınjın,
Canında
gücün,
Altında
Qıratın,
qəzəbin, sevgmn,
elə
artır, artır
Adam az qala,
Az qala
Koroğlu olsun,
olmur.
Bu, o vaxtkı Qəşəmin ən yaxşı
şeirlərindən idi və mən arzulayırdım ki, Qəşəm
bu stili, bu yolu tərk etməsin. Çünki sərbəst
şeirin bu yönü Qəşəmin ifadəsində
yaxşı alınırdı. Onun yadda
qalası heca şeirləri də vardı və ən
başlıcası, o zamankı müəllim Qəşəm
həyatda necəydisə, şeirində də eləydi.
Deyirdi ki: «Həmişə cibimdə ağlar maaşım»,
deyirdi ki: «Böldük səni, Tikə-tikə elədik, Anan
ölsün, bacın ölsün, ay Vətən», deyirdi ki:
«Gərək şair səsi uzaqdan gələ, Ay keçə,
il keçə, unudula o. Bir əsrdən sonra geriyə dönə,
Doğulduğu kəndə, öldüyü kəndə»,
deyirdi ki: «Bir ağac ək, Şair olacaqsan! Düşün,
bu yağışlı gündə Durub qaçmaq olar əlacsızlara,
Atasız bir qızı xoşbəxt eləmək olar», deyirdi
ki: «Şeirdən adama ev olmur təkcə..Hər
gün arvadıma şeir oxuyuram Sonra arvadımı
döyürəm hər gün»,Qəşəm
indi də həyatda necədirsə, şeirdə də elədir.
Amma təbii ki, indiki həyat çox mürəkkəbdir,
başaçılmazdır, təzadlıdır və Qəşəm
də bir insan kimi həyatın bu qəribəliklərindən
qaça bilməz. Qəşəmin yuxarıdakı
şeirinə bir-iki misra əlavə edək: «Az
qala adam ŞAİR olsun, amma olmur» (Bu əlavənin Qəşəmə
aidiyyəti yoxdur). Bəs əsl şair olmaq
üçün nə lazımmış? Birincisi, İSTEDAD. İkincisi,
DÜNYAGÖRÜŞÜ. Üçüncüsü,
ŞAİRLİK, SƏNƏTKARLIQ TEXNİKASI. Bunların üçü də Qəşəmdə
var. Təbii ki, onun bütün şeirləri əliyyül-əla
deyil, içində elələri var ki, səviyyəcə Qəşəmin
ən yaxşı şeirlərindən geridə qalır.
Gəlin elə, söhbəti bu axara yönəldək.
Qəşəmin bir şair kimi artıq formalaşmış,
sabitləşmiş xarakterik cizgiləri göz
qabağındadır. Mən bunları beləcə qruplaşdırıram:
1.Qəşəm Nəcəfzadə XXI əsrin yeni Azərbaycan
şeirinin bir təmsilçisidir və əlbəttə, tək
deyil. Aqşin, Zahir Əzəmət, Səlim Babullaoğlu,
Rasim Qaraca, Elxan Zal Qaraxanlı, Azad Yaşar, Etimad
Başkeçid, Fərid, Xaqani Hass, Javidan, rəhmətlik Fərhad
Mete, Feyziyyə, Emin Piri kimi modernist şairlərin
sırasındadır və bu adlarını çəkdiyim
şairlər bütövlükdə yaxud hər biri
ayrılıqda şeirimizə bir təzəlik gətiriblər
və gətirməkdədirlər. Qəşəm
nə gətirib?
İlk növbədə, şeirdə həddindən
artıq bir sərbəstlik. Sərbəstlik
sözünü dırnaq arasına almıram. Çünki Qəşəmin sərbəstliyində
poeziyadan kənar və poeziyaya zidd nəsə nəzərə
çarpmır. Bu sərbəstlik öncə
fikrin, düşüncənin sərbəstliyidir, öz
hüdudlarını genişləndirməsidir. Qəşəm ənənəvi bir mövzuya
müraciət edir və başqa şairlərin o mövzuya
yanaşmasından fərqli bir şəkildə
özünü ifadə edir.
Məni
müharibəyə aparmayın, düşmən öldürən
deyiləm,
Mənə silah verməyin, satıb kitab alacam.
Mənə
düşmən göstərməyin, dost olacam,
Şeir oxuyacam əsgərlərə səhərdən-axşamacan.
Məni
müharibəyə aparmayın…
..Müharibəni
oyuncağa çevirəcəm,
Məni müharibəyə aparmayın.
2. Fikrin sərbəstliyi
şeirdə «filosofluğa»,
şüarçılığa, fikir söyləmək
iddiasına aparıb çıxarmır. Qəşəm
dediyi, söylədiyi fikirləri təşbihlərin,
metaforaların əhatəsində təqdim edir. Necə deyərlər, şeirinin xamırını
duzsuz yoğurmur. Məsələn,
«Payız təsnifi» şeirində Qəşəm bu fəslin
ayrı-ayrı cizgilərini bir yerə toplayır və
gözlərimiz qarşısında PAYIZ adlı bir
duyğular portreti canlandırır. Elə
ki, sən özünü əsl payızda hiss edirsən.Bəzi
təşbihlər sənə qəribə gəlsə də…Hətta
fikirləşəndə ki, bu, sənin olmayan payızın
necə oldu səninki oldu.
payız,
ay köhnə kilim
ipləri
didim, didim
naxışı dilim-dilim
hər
düyünü ölüm-itim
sökərəm didərəm səni,
tüklərini hər yana tökərəm sənin
sarı
kilimin xatirəsi, ay payız, payız…
dünyanın sarı sarmaşığıdı
nənəmin su altında qaşığı
gədəbəyin dağlarına çıxan səlyan
aşığı-payız.
pəncərə şüşəsinin qırağı ilə küləyin
vızıltısı
payız
teleqraf
tellərinə minən küləyin dızıltısı
payız
zamanın iti bıçaqla təbiətin üzünə
çəkdiyi cızığı
payız
3. Qəşəm
Nəcəfzadənin bu son şeirlərində XXI əsr
insanının (konkret olaraq bir Azərbaycan ziyalısının)
səmimi etirafları səslənməkdədir…Əlbəttə,
«bir Azərbaycan ziyalısı» ifadəsini şərti qəbul
edin, bir yox, o sayaq düşünən
ziyalılar…Başqalarının dilinə gətirmədiklərini
Qəşəm şeirlərində səsləndirə
bilir. Məsələn, «Vətən» şeirində
olduğu kimi. Kifayət qədər
etirazçı ruhun ifadəsidi bu şeir. Deyir ki: «Bu
saat gedib bilet alaram Cəhənnəm olub gedərəm
Almaniyaya. Sən qal pullu kişilərə Sənə
şeir yazmayanlara Uğrunda ölməyənlərə qal.
Onsuz da mənim komam səni pis göstərir Mənim
kədərim sənə yaraşmır, vətən. ..Mənə halallıq ver çıxım gedim.
Amma minəndə təyyarəyə Bir şeyə
ağlayacam alnıma dəyməyən güllənə heyif..»
4. Qəşəmi
çağdaş modernist şairlər sırasında qeyd
etdim və buna heç də təəssüflənmirəm.
Sizin də şəkk-şübhəniz
olmasın. Çünki Qəşəmin
şeirlərində get-gedə ənənədən (yəni
indi də mövcudluğunu hifz edən ənənəvi
prinsiplərdən) uzaqlaşmaq, üzülüşmək
xassəsi göz qabağındadır. O, hansı
mövzuya yanaşırsa, yazılanları, deyilənləri
yox, yazılmayanları, deyilməyənləri
düşünür. Təzə ifadə vasitələri
axtarır, tapır və şeirlərində fikrin və
sözün təzəliyini yaratmağa müvəffəq
olur (bu sahədə uğursuzluğa da tuş gəlir) Deyək
ki, onun «Təsniflər» silsiləsi şeirimizdə maraqlı
hadisə kimi diqqəti jəlb edir. Məsələn,
«Qarabağ şikəstəsi» uğurludur. İroniya, eyham və ən çox fəji notlar
çulğaşdığı bu şeir musiqi, ahəng,
ritm çalarlarına görə doğrudan da şikəstəyə
oxşayır (şeirdə q, ş, s səslərinin
yaratdığı alliterasiya da diqqətdən
yayınmır). Bu fikri «Simayi-şəms»
barədə də söyləmək olar. Amma deyək ki, Qəşəmin «Çahargah»ında
bu, alınmır. Eyy, uyy, heyy, ey dad, ey
dadibedad…bu səs çığırtıları
formallıqdan uzağa getmir.
5. Qəşəmin
«Şeirimə bax, şəklimi əzbərlə..» adlı bir təzə şeiri də var və
mən istəyirəm bu şeirdən ayrıca söz
açım. Niyə? O səbəbdən
ki, Qəşəmin şeirlərində duyğuların,
hisslərin sözlərlə ifadə olunan rəsmlərini
görürük. Deyək ki, «buludlar, yollar, ağaclar,
küləklər» və s. təbiət atributları, həmçinin
digər maddi cisimlər Qəşəmin şeirlərində
rəssam fırçasından sıçrayan
ayrı-ayrı gizgilər və görüntülər kimi nəzərə
çarpır. Təbiət: çöl, çəmən,
dağ, dərə, ağaclar, küləklər, fəsillər
olmadan Qəşəmin şeirləri poetik qaynağdan,
binövrədən məhrum olardı. Necə ki, onun bir
şeirində («Quşlar tanımırsa..»)
deyildiyi kimi. Qəşəmin
çox şeirində onun özüylə təbiət birləşir.
Bir də görürsən Qəşəm dönüb olur
payız fəsli, ağac, külək, ya da bulud..Payız Qəşəm, Ağac Qəşəm,
Külək Qəşəm, Bulud Qəşəm...
Bir
parça buluddu damarımda qan,
Məni qaldırır göyə, uçuram.
Həvəsim
yox təzə paltar geyməyə,
Mən bu yerdən baş götürüb qaçıram.
Canım
yaman ağrıyır fikirli ağac kimi,
Mənə
payız gəlmədi mənə adamlar gəldi,
Məni
yağış vurmadı, məni göz yaşı vurdu,
Üst-başım
yara oldu,
Yənim-başım köhnəldi.
Özümü atıram bu maşının altına.
Qoy desinlər,
bu axşam maşın bir bulud vurub,
Sürücü
düşüb desin, nə gözəldi bu ölü,
Bu adamla maşının təkərləri yuyulub.
6. Qəşəm Nəcəfzadənin şeirlərində
hardasa xırda-xırda qüsurlar da tapmaq olar, təsadüfü
hallarda dilimizin zərifliyinə xələl gətirən
sözlər, ifadələr də olur. Amma
bütün bunlar artıq oturuşmuş bir şairin
yaradıcılığına heç bir kölgə
salmır. Məni qətiyyən narahat etmir deyim ki, seirlərində
bəzən epik düşüncə sahibi kimi nəzərə
çarpan Qəşəm Nəcəfzadə niyə poema
yazmır.. O da məni qətiyyən
narahat eləmir ki, Qəşəmin bir çox şeirldərində
«vız, dız, cız, mız» tipli sözlərin sayı
artır («Cız» adlı şeiri də var), bunların
olmamağı daha yaxşıdır. Ancaq
sözün düzü, narahat oluram ki, Qəşəmin bəzi
şeirlərində nöqtə, vergül (ümumən
durğu işarələri) yoxa çıxır.
Lazım deyil, belə eləmə, Qəşəm. Şeirdə
nöqtə, vergül, nida gözəlliyinə qəsd etmə!
7. Mən gərək yazının əvvəlində
Qəşəm Nəcəfzadənin ŞAİR
SƏCİYYƏSİ haqda söz açaydım. Amma indi də
gec deyil. Qəşəm Nəcəfzadə müasir Azərbaycan
poeziyasında realist-ironik təmayülün nümayəndəsidir.
O,hər nəsnəyə, əşyaya, predmetə,
qarşısında cərəyan edən hadisələrə
birbaşa müdaxilə etməyi çox sevir, bu münasibət
bəzən sarkazm səviyyəsinə yüksəlir, bəzən
də zarafat və anekdot kimi anlaşılır. Hər
halda, ikinjisi olmasa yaxşıdır. Deyirlər ki, Qəşəmin
şeirlərində lirika azalır. Amma bununla
razılaşmıram. Onun ironik şeirlərində belə bəzən
göz yaşları axıdıldığının
şahidi olursan.
Qəşəm Nəcəfzadənin şeirləri barədə qələmə aldığım bu kiçik yazını onun ürəyimjə olan gözəl bir şeiri ilə bitirmək istəyirəm. Heç bir izaha ehtiyaj duymuram.
Cibimdəki sənədləri metro qatarlarının təkərlərinin altına tullayıb
Gedib bir çiçəyin ləçəklərinin altında ağlamaq istəyirəm,
Qoymurlar,
Deyirlər, çiçəyi biz əkmişik.
Başımı götürüb Bakının ən ucqar kəndlərinin birində
Balaca bir koma tikmək istəyirəm.
Qovurlar
Deyirlər, torpağı biz yaratmışıq.
Dənizdən
balıq tutmaq istəyirəm,
Hasar çəkirlər.
Çimmək
istəyirəm,
Pul istəyirlər,
Deyirlər, dəniz bizimdi.
Meşədə
kölgəni də satırlar…
Deyirlər, bizim ağacın kölgəsidir.
Allahım,
Mənə
çiçək ver,
Mənə
meşə ver,
dəniz
ver
ev ver
Mənə
hava ver, Allahım…
Kaspi.-2013.-19-21 oktyabr.-S.17.