Mingəçevir Dövlət
Dram Teatrında
Mingəçevir Dövlət Dram Teatrında Türkiyə dramaturqu Turqay Narın pyesi əsasında “Zibillik” adlı yeni tamaşa hazırlanıb. Tamaşaya teatrın baş rejissoru Günay Səttarova quruluş verib. Günay Səttarovanın sözlərinə görə, kollektiv bu tamaşa ilə cari ilin noyabr ayında Bakıda Azərbaycan Teatr Xadimlərinin təşəbbüsü ilə keçiriləcək “2+1” Eksperimental Tamaşalar Festivalında iştirak etməyi planlaşdırır. Qeyd edək ki, Mingəçevir teatrı artıq bu tamaşa ilə Türkiyədə, Ankarada keçirilən VII Ethos Beynəxalq Teatr Festivalında uğurla iştirak edib.
Tamaşa mərhum rejissorumuz Vaqif İbrahimoğlunun əziz xatirəsinə həsr olunub.
Pyesi osmanlı türkcəsindən Azərbaycan dilinə yazıçı-tərçüməçi Mehman Musabəyli çevirib.
Janrı iki hissəli röya gəzişməsi kimi
təyin olunan tamaşanın quruluşçu rəssamı Yusif
İmamverdiyev, musiqi tərtibatçısı
Elnur Rəsulov, rejissor
assistenti Gelnarə Məhərrəmovadır.
Tamaşada Mingəçevir Dpvlət Dram Teatrının aktyorları Fəridə Məmmədova
(Aymələk), Asim Məmmədov (İsrafil) və Afiq Yusifov (Xaço)
çıxış edirlər.
Baş
rejissor onu da vurğuladı ki, yaxın günlərdə Mingəçevir
Teatrının Bakıya qastrol səfəri də gözlənilir.
Kollektiv paytaxt
tamaşaçılarına Xalq
yazıçısı İlyas Əfəndiyevin
eyniadlı əsəri əsasında hazırlanmış “Məhv
olmuş gündəliklər” (quruluşçu rejissor – Günay Səttarova) tamaşasını təqdim
edəcək.
Kaspi.-2013.-19-21 oktyabr.-S.10.