Yeni şəhərli (hekayə)

 

Rövşən Yerfi

Bu gün başlanandan əhvalı yerində deyildi. Özü də bilmədən nədənsə ürəyi sıxılır, bərk darıxırdı. Sanki, nəyisə, kimisə gözləyirdi, baş aça bilmirdi ürəyi nə istəyirdi. Son vaxtlar dəb düşmüşdü, adamlar belə olanda atırdılar günahı havanın üstünə. Guya havada maqnit sahəsi aktivləşib – filan... Boş-boş sözlər idi. Bu xəstələri, qocaları aldatmaq, təsəlli vermək üçün deyilirdi. O ki, sağlam, cavan qız idi, maqnitin ona nə dəxli vardı. Tərs kimi bu gün də fərli olmadı. İşıq borcuna görə işlədiyi çap sexinin işıqlarını kəsmişdilər. Günortaya qədər bekar oturandan sonra, müdir borc məsələsinin bu gün həll edilməyəcəyini görüb hamıya evinə qayıdıb istirahət etməyi məsləhət bilmişdi. Ev deyəndə ki, bu boyda şəhərdə onlar üçün ev nə gəzirdi, evləri qalmışdı kənddə. Kənddə olmadığından ata-anası onu da özlərinə qoşub, dolanışıq dərdindən şəhər kənarındakı qəsəbələrin birində kirayədə qalırdılar. O biri bacı-qardaşı evlənib, hərə bir tərəfdə başlarına çarə qılıb güzəran qurmuşdular. Bir o qalmışdı subay. Şəhərə gələndə sevinirdi ki, yeni şəhərli olacaq. İşləyəcək, tezliklə özünə bir oğlan da tapacaq. Kənddə onsuz da cavan qalmamışdı. Dağılışıb getmişdilər şəhərlərə. Kənardan parıltılı görünən şəhərin heç demə, şəhər boyda da dərdləri varmış. Burda adamları tanımaq, etibar eləmək asan sayılmırdı. Qəribə idilər bu şəhərdə yaşayanlar. Birgördün üç günün içində tanış oldular, evləndilər. Üç aydan sonra da, heç nə olmayıbmış kimi ayrıldılar. Qadınları boşanmağı ayıb saymırdılar, xasiyyətimiz tutmadı, vəssəlam. Əsas odu ki, toyu olub, ərə gedib. Necə ki, bu evin sahibəsinin qızı Mila kimi. Ərindən boşanıb həyətin o biri başındakı otaqda balaca qızı ilə yaşayırdı.

Amma nə etsin ki, baxtından şəhərə gələndən bəri xasiyyətindənmi, ya yaraşıqsızlığındanmı bir ürəyinə yatan yaxınlaşanı da olmamışdı. Durub özünə oğlanmı axtarsın?..

O, kirayələdikləri evə çatanda axşam düşürdü. Atası ilə anası hələ işdə idilər. Özünə aid olan otağa daxil olub, taqətsizliyikdən çarpayısına uzandı. Çox işlədiyi günlər heç özünü belə yorğun hiss etmirdi. Köhnə çarpayı onun gəlişindən sevinirmiş sayaq cırıldadı. ”Yəqin bu da mənim kimi təklikdən darıxırmış, - düşündü, - ey qoca “xətəkar”, sənin üstündə Allah bilir kimlər yatıb, nələr baş verib,” – düşündüklərinə gülümsündü. Darıxanda həmdəmi olan cib telefonunu balaca çantasından çıxarıb, əlinə götürdü. Şəhərə gələndən yaman dostlaşmışdı onunla, sirdaşına çevrilmişdi. Yaddaşdakı nömrələrin hamısına bir-bir nəzər yetirdi. Kimə zəng etsin? İndi hamı öz işində-gücündəydi. Həm də nə danışacaqdı, kiməsə deyəsi sözü yox idi. Mahnılar köhnəldiyindən dinləmək istəmədi. Özü çəkdiyi şəkillərə baxdı, sonra gözü “qalareyadakı” video bölümünə sataşdı. Ürəyi döyündü. Qarşısı alınmaz bir istək Miladan köçürdüyü parnoqrafik parçaya yenə baxmağa vadar etdi. Mila özü kimi onu da xəstə etmişdi. Hər dəfə belə parnotəsvirlərə baxanda oradakı kişi ilə qadının cürbəcür vəziyyətlərdə aldıqları cinsi həzzdən, elə bil ona da pay düşürdü. Halsızlaşıb sustalırdı. Bəzən də bu ət tökən şeylərə tamaşa etməsinə görə özünə acığı tuturdu. Milayavar, qeyri-rəsmi olsa da, yenə birini tapmışdı. Hərdən o kişinin xarici maşınına oturub, gedib axşam düşənədək haralardasa odunu söndürürdü. Daha onun kimi içində qovrula-qovrula qalmırdı... Hirslənib faylların hamısını pozurdu. Üstündən az müddət keçirdi, bir yandan gördüklərindən qulaqlarında ilişib qalan həzin qadın intim səsi, bir yandan da Milanın “əntiqəsini tapmışam” deyərək damarını tutması onu yoldan çıxarırdı. Ancaq ki, gah ingilis, gah fransız dilində səsləndirilən, eyni pozaları müxtəlif şəraitlərdə təkrar-təkrar seyr edilməsində heç bir əntiqəlik yox idi. Əksinə, getdikcə onu bezdirir, iyrəndirirdi. ”Şəhərə bunu bilməyəmi gəlmişəm,” – özünü qınayırdı...

Arzulayırdı ki, baxdığı bütün parnosüjetlərdənsə, kaş onun da oradakı sayaq bir yaraşıqlı oğlanı olaydı. Onunla gördüklərinin hamısını həvəslə sınayardı. Hamısınımı?!. Əzabı olmayan hamısını! Heç olmasa hərəsindən ən azı bir dəfə dadardı. O da aldığı ehtizazdan dəli kimi çığırardı... Bəs oğlan deməzdi ki, sən bunların hamısını hardan bilirsən, özün də deyirsən təmiztarıq qızam!.. Onda boynuna alacağdı ki, telefonda görüb. Görməyəcəkdi qız olmağını? Təcrübəli, ağıllı olsa, nabələdliyini həmən ayırd edəcəkdi. Nə olsun ki, baxmışdı... Mila demişkən “yüz baxmaq, bir .... nə isə, yerini vermir”. Yox, gicbəsərin biri olsa, hisslərini gizlətməkdən savayı yolu qalmayacaqdı. Mila deyir ki, əsl kişilərin ehtiraslı qadınlardan xoşu gəlir. İndi haradan tapsın əsl kişini? Gedib kimə desin al məni. Çətin məsələdir. Adicə ərə getməkdən ötrü kimə gəldi getmək ağılsızlıq idi. Getdiyin adamın yaxşı şəraiti, maşını, evi olmadısa, o da bir yaşayış deyildi. Ömürboyu kasıbçılıq çəkmək elə onun alnınamı yazılıb? Düzdür, deyirlər belələrinin vəfası olmur. Orda-burda neçə arvad saxlayırlar. Eh, cəhənnəmə saxlasınlar, axırı ki, hara getsə gecə evinə qayıdır . Gəl ki, bu köpək uşaqları da evlənəndə kasıb qızı almırlar, özlərinə yarayan adamı tapırlar...

Halsızlaşsa da yuxuya gedə bilmədi. Çirklənmişşəhər havasınəfəsini ağırlaşdırmışdı. Kənddəki sağlamlığını, saflığını nəhr kimi çalxalanan yığnağda qorumaq heç asan deyildi. Çarpayıda qədər sağa, sola çönsə xeyri olmadı. Yadına kənddə lətifə kimi danışılan Gülbacının xəstəliyi düşdü. Yaşlı dul arvad olan Gülbacı bir gün kəndin bir qoca dul kişisi ilə rastlaşır. Hal-əhvallaşanda Gülbacı xəstəliyindən şikayətlənib gecə səhərədək yata bilməməyindən şikayətlənir. Ona qulaq asan kişi ah çəkib deyir: “elə mən sən dərddəyəm, səhərə qədər yatağımda o yan-bu yana çönməkdən gözümə yuxu getmir...”

Gözü təzəcə lillənmişdi, telefon səsləndi. Şəhərə gələndən ən böyükqazancıolan Mila idi:

-Şəlalə, hardasan?

-Evdəyəm...

-Neynirsən, yatmışdın? Dur gəl yanıma, təzə bir əntiqə şey göstərəcəyəm sənə.

-İstəmirəm, Mila, lazım deyil, eyni şeylərə qədər baxarlar...

-Aaz, bundan heçharda görməmisən, o birilər kimi internetdən köçürülməyib. Bu dəfəki xaricilər yox e, özümüzkülərdir. Müğənnilik edən məşhur bir manekendir, bir biznesmenlə, bax, oyunlar çıxarırlar... Görsən hər ikisini tanıyacaqsan. Ləzzətli çəkiblər.

-Özümüzkülər?!

-, , “prostoaləmdi...

Bir özümüzkülər çatmırdı, – o, tərəddüd içində çarpayıda qurcalandı, - etsin, baxsınmı?” İçindəki qəribə bir anlaşılmazlıq, qərarsızlıq onu üzürdü... Ağlını alıb qiyafəsini dəyişən şəhər, indi də deyəsən daxilini hədəf seçib özününküləşdirirdi...

 

Kaspi.-2013.-26-28 oktyabr.-S.24.