Cansız aktyorlar
Xəyalə Rəis
Teatrşünas
Müəllimim, teatrşünas
Aydın Talıbzadə kuklalardan bəhs
edərkən tez-tez bu
ifadələri səsləndirirdi: “İnsan
kimsəsiz və tənha qalanda, dərdini
bölüşməyə kimsə tapmayanda
dizini qucaqlayır və ya
dizini ovxalayır. Bu zaman diz sanki
tərəf müqabilə, bir
başqasına, lal dosta,
dilsiz kuklaya çevrilir, psixika insan üçün “mən”
içində əlavə bir “mən”
düzəldir. Bununla da
insan öz bədəni
hüdudlarında elə bil ki, özgə bir “mən”
bulub onun vasitəsilə
öz ağrılarını, dərdlərini
obyektivləşdirir. İnsan bir ola-ola iki
olur. Kukla
yaranmamışdan öncə insan dizi ilə öz
kuklası kimi, öz
tərəf müqabili kimi
rəftar edirdi”.
O
zamanlar kuklalara və Uşaq Teatrına böyük
marağımın olduğunu görən Aydın Talıbzadə
bu sahə üzrə ixtisaslaşmağımı məsləhət
görmüşdü. Xülasə, hər
zaman azyaşlı uşaqlar
üçün nəzərdə tutulan tamaşalar
hazırlanarkən səhnədə baş
verənlərlə bərabər, səhnə
arxasında gedən hazırlıq prosesləri də böyük marağıma səbəb olub.
Bu
gün də uşaq verilişlərini və
tamaşalarını böyük maraq və həvəslə
izləyirəm. Kukla mənim maraq dairəmdə olduğundan
hər dəfə səhnədə onları gördükdə
özlüyümdə onun necə
hazırlanması prosesini izləməyi
arzulayırdım. Daxilimdə yaranan bu istək ötən gün
gerçəkləşdi – Abdulla Şaiq adına Dövlət Kukla
Teatrının qonağı oldum.
Teatrın texniki şöbəsinə gedərək
orada kuklaların hazırlanma prosesini izlədim. Gördüklərimi və
öyrəndiklərimi sizlərə də
çatdırmağı özümə borc
bildim.
Sənətə sevgi
Kukla
Teatrında quruluşçu rəssam vəzifəsində
çalışan Rəvanə Yaqubova 10 ildən
artıqdır ki, teatrda işlədiyini və sənətini
sevdiyini söylədi. Onun sözlərinə
görə, kukla hazırlamaq üçün gərək insanda
kuklaya, sənətə sevgi
olsun, bu hər
hansı yaradıcı insanın qəlbində yarandıqda o, artıq işin
yarısını görmüş hesab olunur:
“Tamaşanın ərsəyə gəlməsi üçün ilkin mərhələ
rejissorla ssenarist
arasında razılıq əldə olunmasından
başlayır. Belə ki, hekayələr,
nağıllar ssenariləşir və ssenariləşmiş əsər
üzərində rejissorla rəssam
arasında fikir mübadiləsi gedir. Yəni tamaşada rol alan obrazlar
təhlil edilir, eskizlər çəkilir.
Həmin eskizlər rejissoru qane etdikdən sonra onlar butafor sexinə
göndərilir. Sexdə ilk işə
heykəldən başlanılır. Əsas iş
kuklaların başının düzəldilməsi ilə
başlayır ki, bu
işlə heykəltəraş məşğul olur”.
Texniki
şöbələr otağında əyləşən
butafor sexinin rəisi, heykəltəraş Emin Əbdürrəhimov
bizə yaxınlaşıb, kuklanın başının
hazırlanma prosesini göstərərək
suallarımızı cavablandırmağa başladı. Eminin sözlərinə
görə, o, rəssamın göstərişləri
əsasında kuklanın obrazını yaradır: “Rəssam
mənə sifarişini deyir
və istədiyini götürür, rejissor da işi
rəssamdan tələb edir. Kuklanın baş hissəsini düzəltmək üçün əvvəlcə eskizinin əsasından plastilindən
kuklanın xarakterinin eskizi
düzəlir. Əgər o eskizlə
kuklanın baş ölçüləri
uyğun gəlirsə, ondan
gipsdən forma hazırlayırıq. Forma tam quruyandan
sonra kağızdan yapışqan vasitəsilə
papyamaşa edilir. Daha sonra mexaniki
kuklanın başının ikiyə bölünmüş
hissəsi birləşdirilir və üzəri hamarlanır.
Kuklanın bundan sonrakı taleyi
artıq rəssamdan asılı olur. Rəssam
da onu rəngləyir
və digər proseslər başlayır”.
Teatrda
heç nəyi istifadəyə yararsız qoymuruq
Kuklanın
başı hazır olduqdan sonra gipsdən hazır qəliblər
tökülür. O papyamaşa deyilən
üsulla düzəldilir. Sonra
onlar bərpa olunur.
Onların üzlərinə qrunt üzlük çəkilir, başları daha hamar formaya
gətirilir. Bundan sonrakı proses isə kuklaların eskizlərə uyğun rənglənməsidir. Bu proses hazır olduqdan sonra növbəti iş dərzilərin üzərinə düşür. Belə ki,
dərzi eskizlərə uyğun qollar, əllər kəsib kuklanın bədəninin
hissələrini hazırlayır. Sonrakı proses
isə onların birləşdirilməsindən ibarət olur. Geyim və bədən
hissələri hazır olduqdan sonra kuklanın üzərində mexanik işləyir. Kuklanın içərisində
xüsusi qurğular
hazırlanır ki, o qurğular vasitəsilə kuklaları hərəkət
etdirmək olur. Belə ki,
elə kuklalar var,
onların ağızları, gözləri
açılır. Bunların üzərində ayrıca
işlənilir. Bu proses
zamanı ən çox qolçaq
və parket kuklalardan
istifadə olunur. Qolçaq
kuklalar qapetlə hərəkətə gətirilir.
Onların əlləri isə “troslarla”
idarə olunur.
Rəvanə Yaqubova bizə kuklaların hazırlanma prosesini göstərərək onu necə hərəkətə gətirə biləcəyindən danışdı. Öyrəndik ki, qapedən istifadə edərək baş barmaq vasitəsi ilə kuklanın ağızı açılır. Kuklanın hərəkət etdirilən digər hissələri isə obrazların xarakterinə görə dəyişir. Hərəkətə gətirilən kukla əgər nazlı qızı canlandırırsa onun qapet vasitəsi ilə kirpikləri tərpənir. Ən çətin hazırlanan kukla marionetka kuklalarıdır. Marionetka kuklalar vaqa ilə hərəkətə gətirilir. Vaqa vasitəsilə dirsəklər, qollar, hətta barmaqlar da işləyir. Rəssamdan köhnə tamaşaların kuklalarını hansı proseduralardan keçirdiklərini və ya təkrar istifadəsi üçün hansı mərhələlərdən keçirildiyini soruşduq. Aldığımız cavab isə belə oldu: “Köhnəlmiş tamaşa olanda, kuklanın üzünün rəngində solğunluq görünəndə onu yeniləyirik. Paltarı köhnəlibsə, təzələyirik. Kuklalarımızı istifadəyə yararsız qoymuruq. Repertuardan çıxarılmış tamaşalardakı kuklaları da istifadə edirik. Belə ki, həmin kuklaları bayramlarda, festivallarda yazılmış ayrıca ssenarilərdə istifadə edirik. Misal üçün repertuardan yapon kuklasını çıxarmışıq. Bu yaxınlarda beynəlxalq Kukla Teatrlar festivalı keçiriləcək. O zaman həmin kuklaları qonaqlarımızı qarşılamaq üçün istifadə edəcəyik. Kostyumlarımız da hamısı saxlanılır. Milli geyimlər bayramlarda istifadə olunur ki, bu da bayrama xüsusi rəngarənglik qatır”.
Quruluşçu
rəssam hazırda çalışdığı sahə
üzrə kadr azlığından gileyləndi. O, qeyd etdi ki,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində Dekor sənəti
fakültəsi olsa da,
ancaq onların içərisində kukla dekoru ilə məşğul
olan yoxdur: “Bu iş bir
az da yaradıcı insandan həvəs tələb edir. Kukla düzəltmək
üçün həm rəssamlığı,
həm heykəltəraşlığı, həm də dərzilik
sənətini bilmək vacibdir. Yəni hərtəfli
olmaq tələb olunur.
Mənim zənnimcə isə teatrda
çalışan hər bir insan üçün təcrübə
böyük rol
oynayır”.
Teatrın
yaradıcı heyətindən öyrəndik ki, xarakterlərin
dəqiq və canlı şəkildə hazırlanması
üçün onun simasının üzərində xeyli
iş sərf olunur. Çünki zalda ən son
sırada əyləşən tamaşaçı belə
kuklanın simasını tam olaraq görməlidir. Xarakter
olmasa, aktyorun işi də, ümumi iş də zəif ola bilər.
1
günə də kukla düzəldə bilirik
Diqqətimizi
çəkən növbəti bir məqam odur ki, bayramlarda və
festivallarda Kukla Teatrında böyük kuklaları ya teatr
binasının həyətində, ya da girəcəyində
görürük. Bəs görəsən bu kuklalar necə
hazırlanır, onun hazırlanması
müddəti nə qədər vaxt
çəkir? Bu sualımıza da cavab verən Rəvanə
xanım həmin kuklaları özünün
hazırladığını söylədi: “Böyük
ölçüdə olan kuklaları
düzəltmək üçün paralon deyilən qupkalar
üst-üstə yığılaraq
yapışdırılır.
Yapışdırıldıqdan sonra böyük kvadrat forma alınır. Növbəti prosesdə
kuklanın sifəti yonulur. Nəzərinizə
çatdırım ki, həmin kuklalar çox az bir vaxtda
ərsəyə gəlir. Belə ki, Məşədi
İbad, Keçi,
Keçəl, Kosa və Div
kuklalarını 1 ayın içərisində
hazırladıq. Biz böyük
ölçüdə elə kuklalar
düzəldirik ki, onlar
bizə həmişə lazım olsun. Ancaq kiçik ölçülü və normal
kuklaları 1-3 günə də düzəltmək olar. O artıq işin
prosesindən asılı olur. Hər
hansı tamaşaya hazırlaşarkən
10 kuklanı 1 aya düzəldirik.
Çalışırıq ki, hər zaman keçfiyyətli material
seçək. Süni pariklərdən də
istifadə edirik. Elə vaxt
olub ki, 3 aya 2 tamaşa vermişik”.
Heykəltəraş
Emin Əbdürrəhmanovun sözlərinə görə,
kuklanın hazırlanmasına bütün texniki və
yaradıcı heyət cavabdehdir. O, kuklanın təkcə
başının iki, ən uzağı beş günə ərsəyə gəldiyini
dedi. Kukla tam hazır olduqda isə rejissora təhvil verilir. Rejissor da kuklaların vəziyyətini
yoxlayaraq onları təhvil alır. Bundan sonrakı proses rejissorun və aktyorların ixtiyarına
buraxılır.
Bunların
hamısı isə biz tamaşaçılar
üçün edilir. Və sonda
bizlər, bizim balaca
seyrçilər zövqlə tamaşanı seyr
edirik. Buna görə
isə bu yaradıcı insanlara
böyük təşəkkür düşür!
Kaspi.-2013.-26-28 oktyabr.-S.12.