Bənzərsiz şair

 

Rövşən Yerfi

Iddiasızlar...

Hələ orta məktəbdə oxuyanda Ələkbər Salahzadəni “Ulduz” jurnalının səhifələrindən tanıyırdım. Heç kimin şeirlərinə bənzəməyən, öyrəşmədiyimiz qeyri-adi, qəribə şeirləri vardı. Bu şeirlərdə sözlərin, səslərin assosiativliyi, obraz zənginliyi istər istəməz oxucunu heyrətləndirirdi. Şeirdə yenilik yaratması heç də hamı tərəfindən xoş sifətlə qarşılanmırdı. Bəzi tənqidçilər onu eksperimentçi, formalist adlandırırdılar, bəziləri də gələn əsrin şairi hesab edirdilər. Altmışıncı illərdə onun sayaq yenilik ardınca axtarış edənlər sonralar yollarından döndülər. Amma Ələkbər Salahzadə öz orijinallığından geri çəkilmədi, yaradıcılığının sonrakı mərhələlərində də şeirlərindəki harmoniyabütövlüyü qoruyub saxlaya bildi:

Şeirin dərdi çoxdu, deyirlər,

gileyi çoxdu.

yan-yörəsində hərlənən

dəllal, dəlləyi çoxdu...

Şairlə mənim şəxsi tanışlığım daUlduz” jurnalının redaksiyasında oldu. Sadə, təmkinli, azdanışan, təvazökar, özü haqqında danışmağı sevməyən bir insandır Ələkbər müəllim. Ömrünün on beş iliniUlduz” jurnalına sərf edən şair orada üç il poeziya şöbəsinin müdiri, on iki il – 1992-ci ildən 2004-cü ilədək baş redaktor işləmişdir. O, bu günümüzədək jurnalda işləmiş baş redaktorlar arasında ən uzun müddət işləyənidir. Bu nailiyyəti ona görə əldə edə bilmişdir ki, Ələkbər müəllim “Ulduzda işinin dəyərini bilən, məsuliyyətli bir rəhbər olmuşdu. Redaktor olduğu müddət ərzində kiminsə səlahiyyətindən istifadə edib jurnalı gözdən salan, səviyyəsini endirən yazıların dərc etdirməsinə imkan verməzdi. Təsəvvür edin ki, qonşu kəndlərdən olmağımıza baxmayaraq onun işlədiyi illərdə bu jurnalda bir hekayəm belə dərc olunmadı. Bir-neçə dəfə cəhd etsəm də, Ələkbər müəllim hər dəfə daha yaxşı yazmağım üçün klassik yazıçıları çoxlu-çoxlu oxumağımı tövsiyyə edərək məni yola salmışdı. Cəmi bircə dəfə mərhum müavini Allahverdi Məmmədlinin təşəbbüsü ilə kəndimizin şəhidləri haqqındakı xatirə yazımı çap eləmişdi. Yəni Ələkbər müəllim işinə bu dərəcədə tələbkar, məsul redaktor idi.

 

Ələkbər Salahzadənin bənzərsizliyindən biri də şöhrətdən, təbliğ olunmaqdan qaçmağıydı. Sevməz efirə, ekrana can atsın, özünü gözə soxsun, göstərsin... Hətta bu insan haqqında internetdə axtarış etsən şəklini də asan tapa bilməzsən.

 

Gəl ki, altmışıncı illərin ən fəal şairlərindən biri kimi onun adını Azərbaycan ədəbiyyatına dair bütün məqalələrdə, kitablarda görmək mümkündür. O, imzasını həmin dövrün ədəbiyyat tarixinə həkk etmiş görkəmli yaradıcılardan biri hesab olunur.

Şimşək kimi

Sıyrılır

bir alqışdan

Koroğlunun qılıncı!

Bir ürəyin qanından,

bir əlin torpağından

qalxır

titrək bir çubuq-

dirijor çubuğu

Əsasən lirik janrda şeir poemalar yazan şair həm çoxlu radiopyeslər iyirmidən artıq uşaq nağıllarının da müəllifidir. Yüzdən çox essesi məqaləsi, onlarla bədii tərcümə nümunələri nəşr edilib. Kölgədən qorxan” (1983), “Yayın qış gecələri” (1985), “Nağaraçı naxırçı” (1987) pyesləri Şəki, Sumqayıt Ağdam Dövlət Dram Teatrlarında tamaşaya qoyulmuşdur. Bir çox əsərləri xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. Sovet dövründə altı kitabı nəşr edilən Ələkbər müəllimin son iyirmi ildə cəmisi iki şeir toplusu – 1995-ci ildəYanıltmaclı əlifba on iki illik fasilədən sonra 2007-ci ildəVaxt vadisiçap olunub.

Hədsiz təvəzökarlığının ədəbi ictimaiyyətin ona diqqətsizliyinin nəticəsi idi ki, keçən il bir neçə dost məqaləsini nəzərə almasaq 70 illik yubileyinisəs-küysüzqeyd etdi:

Böyüdük,

böyüdük boyda qaldıq?!

Ta bu, böyümək olmadı,

yaşa dolmaq oldu.

Yaş boya kömək olmadı,

ta bu, boy atmaq yox,

yaşla yaşadılmaq oldu!

yaxşı ki, 2005-ci ildə fəxri adların verilməsi üçün təqdim olunan siyahıda onun adına dəymədilər, layiq olduğuəməkdar incəsənət xadimifəxri adını ona çox görmədilər.

Bəli, əməkdar incəsənət xadimi, Rəsul Rza adına mükafat laureatı (2002), 2004-cü ildənQobustanjurnalının baş redaktoru Ələkbər Salahzadə ona olan laqeydliyə görə kimsədən inciməyən, heç ummayan, iddiasız, bənzərsiz yaradıcı, ömrünün ahıl çağında da qəlbi yaratmaq hisslərilə, böyük, sonsuz ümidlərlə dolu şair, tərcüməçidir. Şeirlərinin birində yazdığı kimi:

Özündən ümid um,

Özünə ümid itirmə, insan,

Ümidi gümana ötürmə, insan!

Suyundu, havandı,

Yerindi, göyündü ümid.

Bir gözünü açdın

Dünyaya döndü ümid!

 

Kaspi.-2013.-7-9 sentyabr.-S.19.