Yeni qanun
sahibkarların yersiz yoxlanmalarını minimuma endirəcək
Prezident
fərmanı ilə təsdiqlənən sahibkarlıq sahəsində
yoxlamaları tənzimləyən sənəd iş
adamları üçün böyük dəstəkdir
Xəbər verildiyi kimi, prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanununun tətbiqi ilə bağlı fərman verib. Ölkə başçısının fərmanı və yeni qanunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovla müsahibəmizdə şərh etməyə çalışdıq:
- Vüqar müəllim, bu qanunun tətbiqi
sahibkarlara nə vəd edir?
-
Ölkə prezidentinin fərmanı ilə təsdiq edilən
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” qanun sahibkarlara dövlət dəstəyinin
gücləndirilməsi ilə yanaşı, bu sahədə
yersiz müdaxilələrin aradan qaldırılması və
investisiya mühitinin daha yaxşılaşdırılması
sahəsində ciddi bir addım kimi qiymətləndirilməlidir.
Qanunun quvvəyə minməsi
sahibkarlıq sahəsində sadəcə hüquqi
mühitin təkmilləşdirilməsi deyil, eyni zamanda
sahibkarlara kompleks
dövlət dəstəyinin göstərilməsi kimi dəyərləndirilir. Qanunun
əsas mahiyyəti sahibkarlıq üzərində adminstrativ təzyiqi azaltmaqdır. Sözügedən qanunun
hazırlanması haqqında ilk təşəbbüs
2011-ci il 15 fevral tarixli prezident fərmanı
ilə təsdiqlənən “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması
qaydası haqqında Əsasnamə”də nəzərdə tutulurdu. Qanunun qəbul
olunması dövlət-sahibkar münasibətlərinin
müsbət mənada tənzimlənməsində atılan ciddi addım hesab edilə
bilər. Eyni zamanda, bu korrupsiya ilə
aparılan mübarizə baxımından da
mühüm əhəmiyyət kəsb edir.
- Yeni qanun mövcud problemlərin həllində
hansı töhfələri verə biləcək?
- Qanunu əhəmiyyətli edən amillərdən biri də yoxlamaların təyin edilməsində yeni metod tətbiq edərək sahibkarların fəaliyyət göstərdikləri sahələrə uyğun olaraq risk qruplarına ayrılmasıdır. Belə ki, qanunun 3-cü fəslində sahibkarlıq subyektlərinin yoxlayıcı orqan tərəfindən risk qrupları üzrə bölüşdürülməsi və təyin edilən yoxlamaların periodikliyinin bu qrupların xüsusiyyətlərinə görə aparılmalı olduğu aydın ifadə edilib. Bu qanunun tələbinə uyğun olaraq risk qrupları üzrə məlumatlar vahid məlumat mərkəzində yerləşdirilməli və bu məlumat bazasına sahibkarların ödənişsiz çıxışı təmin edilməlidir. Beləliklə, hər hansı bir sahibkar onun üçün yoxlayıcı qurum tərəfindən təyin edilməli olan yoxlama müddətini müəyyən edə bilər. Bu isə sahibkarların lazım olan məlumatları, sənədləri hazırlamasına imkan verir ki, nəticədə yoxlama zamanı ortaya çıxa biləcək neqativliklərin aradan qaldırılması və daha münasib şərtlər altında yoxlamaya cəlb olunması mümkün olacaq. Eyni zamanda, qanunun tətbiqi sahibkarlıq fəaliyyətinin yersiz yoxlamasının minimuma enməsinə səbəb olacaq. Sahibkarlar fəaliyyətinin kəmiyyət və keyfiyyətinə uyğun yüksək, orta və aşağı risk qrupları olaraq üç hissəyə ayrılacaq. Maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, yoxlayıcı orqanın balansında olan sahibkarların risk qruplarına bölgüsü zamanı müəyyən faiz məhdudiyyətlərinin tətbiqi nəzərdə tutulub. Yüksək risk qrupuna daxil olan sahibkarlar ümumi sahibkarların 10%-dən, orta risk qrupu isə 30%-dən yuxarı ola bilməz. Yəni sahibkarların minimum 60%-i aşağı risk qrupuna daxil olacaq ki, bu da ölkədə kiçik sahibkarlığın inkişafına təkan verəcək mühüm addım hesab edilə bilər.
- Niyə? Kiçik sahibkarlıq üçün
hansı güzəştlər nəzərdə tutulub qanunda?
-
Yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət
istisna olmaqla digər yoxlayıcı orqanlar tərəfindən
təyin edilən yoxlamalar yüksək risk qrupu
üçün ildə bir dəfədən çox, orta
risk qrupu üçün iki ildə bir dəfədən
çox və aşağı risk qrupları
üçün isə üç ildə bir dəfədən
çox olmayaraq təyin edilməlidir. Yeyinti
məhsullarının təhlükəsizliyinə nəzarət
məqsədi ilə yoxlamalar isə analoji olaraq altı ayda bir, bir
ildə bir və iki
ildə bir dəfədən çox olmayaraq təyin
ediləcək. Beləliklə, yeyinti
məhsullarının keyfiyyətinə nəzarət də daxil olmaqla ölkədə
olan mövcud sahibkar kontingentinin 60%-dən
çox hissəsi eyni
adlı yoxlamaya minimum
3 ildən bir cəlb edilə bilər.
Əlbəttə ki, qanunun
bu tələbi plan
üzrə yoxlamalara aid
ediləcək.
Fəaliyyəti yoxlanılan sahibkarların böyük əksəriyyəti 3 il müddətində yenidən yoxlamaya məruz qalmayacaq. Bu, birmənalı şəkildə sahibkarlıq fəaliyyətinə hər hansı qurumun müdaxilə imkanlarını minimuma endirir. Eyni zamanda, yoxlamalar barədə öncədən məlumatın verilməsi və elektron arxivin formalaşdırılması sahibkarlara öncədən yoxlamalar barədə məlumatlanmağa və o cümlədən dövlət qurumlarının yoxlamaların sayı ilə bağlı qanunvericilik tələblərini ciddi gözləməsinə imkan verəcək. Bu, yoxlamalar sahəsində şəffaflığın daha gücləndirilməsi, hər hansı potensial korrupsiya hallarına qarşı ciddi mübarizə aparılması və ən əsası, sahibkarların öncədən məlumatlandırma mexanizmlərinin tətbiqi deməkdir.
- Qanun daha hansı məsələləri
tənzimləyir?
-
Sözügedən qanunla yoxlayıcı orqan və sahibkarlar
arasında əksər hallarda mübahisəyə səbəb
olan fəaliyyətin dayandırılması, sanksiyaların tətbiqi
kimi məsələlər də tənzimlənəcək. Belə ki, qanunun
7-ci maddəsinin 1-ci bəndinə uyğun
olaraq yoxlayıcılara, yoxlamanın
aparılmasından başqa digər səlahiyyətlər,
o cümlədən sahibkarın fəaliyyətinin
məhdudlaşdırılması, yoxlama materiallarına
baxılması və nəticələri üzrə qərarın
qəbul edilməsi, məsuliyyət tədbirlərinin tətbiqi,
cərimələrin toplanması səlahiyyətləri qadağan edilir. Bu isə o deməkdir ki, hazırda ən
asan təsir vasitələrindən biri hesab edilən və
yoxlayıcılar tərəfindən tez-tez
istifadə edilən “fəaliyyətin dayandırılması
və ya məhdudlaşdırılması”
halları sahibkarlar üçün
hər hansı təhlükə mənbəyi olmayacaq. Fəaliyyətin məhdudlaşdırılması
haqqında qərar yoxlayıcı orqanın səlahiyyətliləri
və yaxud rəhbəri tərəfindən
verilə bilər. Digər tərəfdən, qanun
imkan verir ki, hər hansı bir pozuntuya və ya keyfiyyət
nöqsanına görə sahibkarın fəaliyyəti qismən
məhdudlaşdırılsın. Yəni, sadəcə
nöqsanın olduğu sahənin fəaliyyəti
dayandırıla bilər.
Bu, o
deməkdir ki, artıq dövlət qurumlarının əməkdaşları
birbaşa sanksiyalar tətbiq edə bilməyəcəklər
və bu zaman yoxlama zamanı əldə edilən məlumatlar
üst qurum tərəfindən bir daha baxıldıqdan sonra qərarlar
qəbul ediləcək. Bu qayda birmənalı şəkildə
sahibkarlar ilə yoxlayıcılar
arasında münasibətlərin şəffaf şəkildə
tənzimlənməsinə və ən əsası, hətta
yoxlayıcı müfəttişlərin pozuntular
aşkar etdiyi halda da sanksiyaların onlar tərəfindən yazılmamasına gətirib
çıxaracaq. Sözsüz, bu, sahibkarların öz fəaliyyətlərində
fasilə verməmək, eyni zamanda hüquqlarını daha
mükəmməl şəkildə qorumaq
imkanları deməkdir.
Bundan
başqa, aparılan yoxlamalar zamanı üzə
çıxan nöqsanlar, bu nöqsanlara görə tətbiq
edilən məsuliyyət tədbirlərinin sayı, cərimələrin
və maliyyə xarakterli digər sanksiyaların məbləği
yoxlayıcı orqanın, yoxlayıcının və digər
əməkdaşların fəaliyyətinin səmərəliliyinin
qiymətləndirilməsi üçün meyar hesab edilməsi
bu qanunla qadağan edildi. Beləliklə,
yoxlamaların təyin edilməsi, yoxlamalar
zamanı şəxsi maraqların təmin edilməsinə
meyllərin olması və bir çox hallarda əsassız
yoxlamaların təyin edilməsini stimullaşdıran mənfi
halların qarşısının alınmasında bu qadağanın ciddi rolu olacaq. Bu qayda hətta inkişaf etmiş ölkələrin
əksəriyyətində belə tətbiq edilmir.
Sözügedən hal birmənalı
şəkildə qanunun hər bir şəraitdə sahibkarları dəstəklədiyini
göstərir. Qanun həm də dövlət
qurumlarını mümkün qədər
az cərimələr yazmağa
təşviq edir.
- Yoxlamalara qədər vəziyyətin
təhlili haqda qanunda hər hansı bənd varmı? Yəni
yoxlamalara əsas yaradan amillər necə müəyyənləşdiriləcək
bundan sonra?
- Qanunun 4.2.6-cı maddəsində
yoxlamalar üçün
əsas yaradan hər hansı predmetin ayrı-ayrı qurumlar
tərəfindən yoxlanmaya cəlb edilməsi
qadağan edilir. Bu maddə qanunvericilikdə müəyyən
düzəlişlərin edilməsinə və sahibkarlara qarşı tətbiq edilən
yoxlamaların sayının azalmasına səbəb olacaq. Sözügedən qanunun
qüvvəyə mindiyi gündən
etibarən, yoxlamalar zamanı qanunvericilikdən
irəli gələn ziddiyyətlər yarandıqda problemə
sahibkara daha səmərəli
olan maddə ilə yanaşılacaq. Bu isə qanunun 5-ci maddəsinin
2-ci bəndinə uyğun olaraq
həyata keçiriləcək. Belə ki, qanunun bu
maddəsində sahibkarlıq fəaliyyəti ilə əlaqədar
olan məcburi tələblərin,
yoxlamaların aparılması zamanı normativ
hüquqi aktların bir-birinə zidd müddəaları ortaya
çıxarsa, problemin sahibkar
üçün sərfəli olan müddəa ilə həll edilməli olduğu qeyd edilib. Yəni, hətta ziddiyyətli məqamlarda
belə qanun hüquqi
müstəvidə sahibkarın yanındadır. Bu isə sahibkarlara real dəstəkdir.
- Yoxlamaların
gedişatı necə tənzimlənəcək?
- Yeni qəbul edilmiş bu qanun eyni zamanda sahibkarın və yaxud da onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan yoxlamanı qadağan edir. Bu, çox mühüm məsələdir. Belə ki, əvvəllər bəzi hallarda sahibkarın iştirakı olmadan yoxlayıcı orqanlar yoxlama predmetinə və ya sahəsinə daxil olub, reydlər keçirib, qərarlar vermək səlahiyyətinə malik idi. Belə hallarda sahibkar bəzən yoxlama predmeti haqqında məlumatları tam əldə edilə bilmirdi ki, bu da doğru olmayan və yaxud sahibkara sərf etməyən qərarın çıxarılmasına yol açırdı. Lakin hazırkı qanun bu kimi neqativ halların qarşısını tamamilə alacaq. Həmçinin sahibkarın icazəsi olmadan fəaliyyət obyektinə, iş sahəsinə və yaxud anbarlara daxil olmaq da qanuna uyğun deyil. Belə hallarda yoxlayıcı bu barədə sadəcə akt tərtib edə bilər. Beləliklə, qeyd etmək olar ki, bu qanunun tələbinə uyğun olaraq bundan sonrakı yoxlamalar zamanı sahibkarlara dəyən zərər də daxil olmaqla, onların fəaliyyətinə hər hansı əsassız müdaxilə, fəaliyyətin məhdudlaşdırılması və şəxsi təəssüratlar əsasında qəbul edilmiş qərarlar, sanksiyalar, vahid məlumat reyestrində qeydiyyata düşməyən yoxlamalar mümkün olmayacaq.
Ümumilikdə
götürdükdə isə qanun “ədalət
mülkün təməlidir” prinsipi əsasında
hazırlanıb və məqsəd birmənalı olaraq
ölkədə biznes mühitini liberallaşdırmaq,
qeyri-neft sektorunda inkişafı təmin etmək və
sahibkarlıq risklərini aradan qaldırmaqdır.
Həbibə
ABDULLA
Kaspi.-2013.-12 sentyabr.-S.9.