GÜNDƏLİK….
(hekayə)
Ülvi
İsmayıl
"Hər
şey arzudan başlar’’
Yaşımı hamıdan gizlədirəm. Yəqin hər şey qıvrım saçlı qızdan – Kolipsodan sonra başladı.
"Qəribə
həkayəyə qəribə başlıq...’’
Buna əslində
gündəlik də dəmək olar. Sənin bir anda
oxuyuacağın mənim isə hər gün olub bitənləri
yazdığım bir gündəlik.
«Adım Paris dir. Tanrının sevmədiyi
insanlardan biriyəm-yada mənə ələ gəlir...
Yazacaqlarım bununla bağlı deyil. Bir qıza olan sevgi barədə
yazmaq istəyirəm. Bəlkə də doqquz illik
qarşılıqsız sevginin son aşamasının hekayəsidir
bu. Yəni artıq sona gəlmişəm bu ay ərzində
ondan hər şeyi öyrənməliyəm.»
8-ci
gün – ya da başlanğıc səhifəsi
Bu qız-İnanc qəribə bir insandır. Yəni
gün ərzində səninlə deyib gülə də bilər
və elə həmin gün səni söyə də bilər.
Çox qəribədir. Məndə səhv tutur həmişə.
Paris saqqalını qırx, (məgər o mənə
yaraşmır?) avaralanma, rusca ləhcəsiz
danışmağı öyrən, onu elə, bunu elə...
Çox qəribə qızdır... həmdə qorxulu.
Qardaşını-dostumu
dilə tutub ona qarşı «agent» kimi istifadə etdiyimi biləndən
sonra İnanc bir müddət mənlə küsülü
qaldı. Onsuz da çox az danışırdıq.
Bundan sonra üzümə baxmamağa başladı. Amma sonra
bağışladı...
Təmbəlliyi və eqoistliyi bir yana, naz eləməyindən də qalmır. Mənə tanrının oyuncaqlarına-insanlara baxdığı kimi baxır. Amma bu baxışlar bəsdir ki dilim topuq vursun və kar kimi danışmağa başlayım.
Məsələn, bu gün. Səhər səkkizin yarısı durdum, paltarlarımı dəyişdim, dişlərimi yudum, bir şeylər yedim, saçlarımı daradım, parfüm sıxdım, ipodumu götürüb bayıra çıxdım ki, qardaşının mənə «şpion»layaraq dediyi vaxtda qız işə gedərkən dayanacaqda olum və onla heç olmasa, on dəqiqə aralıqsız danışa bilim. Bu gün yaxşı olmalı idi. Qardaşının nəfsini doydurmuşdum... mənə doğru vaxtı deməlidir. Başqa yolu yoxdur...
Qorxa-qorxa dəmir qapını açdım.
Qorxmağımın səbəbi dəmir qapının
çıxardığı qulaqbatırıcı səsi
idi. Bunu qonşumuz olan və məni yeni-yeni sevməyə
başlayan İnancın anası eşidə bilərdi...
Ehtiyatlı davranmağıma baxmayaraq qapının o
müdhiş zingilti səsi yenə eşidildi. Udqunaraq otuz faiz
açdığım qapının arasından svişib
çıxdım. Elə bil örtülərkən də həmin
səsi çıxararaq yola salırdı məni.
Sol tərəfdə
olan qonşunun hasarının üstündən görünən
evlərinin qapısına gözaltı baxaraq irəliləyirdim.
İyirmi beş addım sonra binanın sonundan sağa
döndüm. İki yüz metrə qabaqdakı reylsləri
keçməli idim. Yalnız ondan sonra görə bilərdim
ordadır ya yox.
Birdən duruxdum. Fikrim, məndən 20 metr
qabaqda gedən, qara şalvarını qəribə bir remenlə
bağlayan, seyrək sarı-qəhvəyi saçlı
balacaboy adama sataşdı.
"Bu onun atasıdır?!"
Nəfəs-nəfəsə
qalmışdım. Tanrıya
dua edirdim ki, bu olmasın. Addımlarım artıq əvvəlki
kimi sürətli deyildi, soyuq tər bədənimi
qıdıqlamağa başlamışdı. Qəribə bir
üşütmə girmişdi içimə. Və budur bir
neçə saniyə sonra başını sağ tərəfə
çevirən adamın qəhvəyi bığları
parladı. Bu odur...
İndi
elədiyim dualar onun bir an öncə istənilən şəkildə
yox olması idi. Və az sonra yanımdan keçən
maşın irəlidəki adamın yanında durdu və adam
maşına mindi. Dualarımın qəbul olduğuna sevinərkən
Tanrı belimdən təpiklə vuraraq gülməyə
başladı. Elə həmin maşın daha da irəlidə
gedən və mənim yenicə gördüyüm İnancı
götürərək toz çıxara-çıxara
uzaqlaşdı.
Məni
sakit edən tək şey qardaşının doğru
söyləməsi oldu .
Başqa
bir yolla burularaq evə gedərkən Konstantinapolu Türklərin
əlinə vermiş kahinlər qədər qəmgin idim...
Maks
"Mənim
xeyirxah dostum’’
- Paris. O
günü xatırlayırsan? -, sarı saçlı
oğlan yaşıl gözlərini Parisə zillədi.
-
Hansı günü? -, çaşqın baxışlarla
oğlana baxdı Paris
-
İnanc məsələsinin başladığı gün. O
günə lənət oxuyuram.
- Niyə?..
-, gülümsündü.
-
Çünki o gündən sonra demək olar ki, hər
gün mənimlə İnanc barədə
danışırdın.
-
Doğrudur Maks...Sənə sadəcə İnanc məsələsinə
görə sonsuza qədər borcluyam.
Bu həqiqət
idi. O, Parisə hər cür kömək edirdi. İnancla
bağlı xəbərləri çatdırırdı,
bütün planlarını, hara gedəcəyi, nə iş
gördüyü barədə bütün məlumatları
Parisə bildirirdi. Bununla bərabər, aralarını düzəltməyə
də çalışırdı. Çox böyük fədakarlıq
edirdi. Axı, o, İnancın qardaşı idi...
- Paris...
- Hə
Maks?
- Paris,
bilirsən bu gün mən bir qızı gördüm. Bizim
uzaq qohumdur. Deyəsən aşiq olmuşam ona. Bilmirəm nə
edim. Səncə ona sevdiyimi deyim yoxsa gözləyim? -,
gözləri işıldayaraq Parisə baxmağa
başladı.
- ....
- Nə
susursan?! De görüm nə edim?
- Bu
gün onu görməmisən?
- Kimi?
-
İnancı.
- Paris səndən
zəhləm gedir! Zəhləm gedir hər söhbəti
onunla bağlamağına görə. Məni dinləmirdin
deməli?
- Yox dinləyirdim.
Qız haqqında danışırdın. De görüm,
görməmisən?-, bic-bic gülməyə başladı.
- Səncə
eyni evdə yaşadığım adamı görməmək
ehtimalım nə qədərdi?
- Bilmirəm.
Qaçma söhbətdən. De görüm görmüsən,
ya yox?
-
Görmüşəm Paris...
-
Danışdız? Nə haqqında bəs?
- Dedi ki,
Parisi sevirəm. Sən Allah, get de ona, ölürəm onun
üçün.
-
Doğurdan elə dedi?
- Dəlisən
vallah. Öldürəcəm səni bir gün. -, sanki Parisin
bu halı ona ləzzət edirdi.
Günəbaxan
tumu çırtdaya-çırtdaya dəniz qırağı
ilə irəliləyirdilər. Batan axşam günəşi
altında sərin mehlə bərabər ilıq ləpədöyəndə
sarı dəniz qumunu ayaq barmaqlarında hiss edərək yerimək
ayrı bir zövq idi.
Paris
günəbaxan tumundan bir az daha Maksın əlinə tökərək
sözə başladı :
- Maks, xatırlayırsan
necə başladı mənim bu İnanc haqqındakı
söhbətlərim?
- Necə
yəni?
- Yəni
səninlə nə vaxtdan belə açıq oldum? Altı
il bundan əvvəl idi. - Demək unutmusan... (ah çəkti)
Onu sevdiyini hər yay bizim həyətdə çıxıb
tut yediymiz damda demişdin, əslində mən dəmişdim.
- Nəcə
yəni "Mən’" ?
- Sən
mənə deməmişdən əvvəl şübhələnirdim
onsuz da səndən.
- Axı,
necə oldu ki, şübhələnə bildin?
- Sənin
məktəb kasetində İnanc kadra girəndə lenti
saxlamağından ola bilər? -, gülümsünərək
yerə baxdı.
- Ha ha ha.
Xatırladım. -, Paris həmişəki dəhşətli
qəhqəhəsi ilə gülməyə başladı.
- Sən
Allah, elə gülmə. Adamlar sənə xəstə kimi
baxır... -, Parisin gülməyinə baxıb özü də
gülməyə başladı
- Qurtar
görüm. Necə istəyirəm elə də güləcəm.
-, daha da bərkdən güldü.
- Deyirəm
də səndə nəsə çatmır.
- Bu arada
(Gülən üz birdən ciddiləşməyə
başladı) artıq səkkizinci gündür ki, sənin
dediyin vaxtda yuxudan durub bir saat dayanacaqda İnancı gözləyirəm.
Sonuncu dəfə atanla gördüm. Onda da maşına minib
getdilər. Şübhələnməsinlər deyə hər
dəfə evə qayıdanda dükandan bir şey alıb evə
qayıtmalı oluram. Müflis olacam bu gedişlə.
- Bax, buna
gülmək olar. -, gülməyə başladı.
- Ay
kişi, nə gülürsən. Amma yox qardaş, bu belə
olmayacaq. Düz iyirmi gündən sonra mən
çıxıb oxumağa gedəcəm. Ən tez
dörd-beş aydan sonra qayıdacam bir də. O da atam pul versə.
Gərək gedib danışım özü ilə.
- Get
danış da.
- Məni
dolayırsan, hə?! Gəl, bura! -, qolunu Maksın
boğazına dolayıb sıxmağa başladı.
Maks
yumruğu ilə Parisin qarnına vuraraq canını
qurtardı.
Artıq
dəniz arxada qalmışdı. Onlar ətrafı uzun otlu
cığırla irəliləyirdilər. Bir az sonra Paris
özünü pis hiss etdi, ürəyini tutaraq səndələməyə
başladı,
-
Maks...bax, gör dərman hardadır?... -, əlində
tutduğu kiçik qara çantanı Maksa uzatdı.
Maks təlaşla
çantanı açıb içində dərman
axtarırdı. Amma çantanın içində sony
markalı fotoaparat və qara gözlükdən başqa bir
şey yoxdu.
Paris
günəşin son şəfəqləri altında
özündən gedib ot basmış cığıra
yıxıldı.
Yadgiar
- Paris
ölür. -, anası üzünü tutub hönkürürdü.
- Nə...necə
yəni...ölür?! -, İnanc təəccüb və qorxu
içində qadına baxırdı.
- ....
- Axı,
deyin görüm nə olub? -, nigaran və təlaşlı
baxışlarla Parisin anasına baxırdı.
-
Özündən gədəndə Maks da yanında imiş.
Ürəyinə nəsə olub. Axı, o xəstə idi...
(Yenə də hönkürdü) Hərdən bir özünə
gəlir...amma həkimlər deyir ki...
İksi də
susdular. Sonra qadın bir şey demədən qızın
yanından çıxıb getdi. Narın yağış
yağırdı alaqaranlıq küçəyə. Sarı
saçlarından yağış damlaları
süzülürdü. Başını aşağı
salmışdı. Birdən asta adımlarla evə tərəf
getməyə başladı. Addımlar o qədər asta idi
ki, on dəqiqəlik yolu bir saata gedə bilərdi.
- Niyə...
axı niyə...necə oldu...? -, kövrək səslə
pıçıldamağa başladı öz
özlüyündə.
"Getməyəcəm...heç
vaxt...ola bilməz. Çünki...çünki getsəm...Onu
sevirəm...Paris səni sevirəm’’ -, monoloqu bitər-bitməz
xəstəxanaya doğru qaçmağa başladı. Yolun
yarısında ayağı sürüşüb
yıxıldı. Balaca uşaq kimi ağlayırdı. Nəhayət
birini bu qədər çox sevdiyini gec anladığı
üçün ağlayırdı. Cəld yerdən
qalxıb təkrar qaçmağa başladı və az sonra
xəstəxanaya çatdı. Üst-başı,
saçları, üzü palçığa
batmışdı.
Bayırda
Parisin atasını gördü. Cəld addımlarla ona tərəf
irəlilədi. Atası qızın halını və xəstəxanaya
gəldiyini görəndə təəccübləndi.
- Tez deyin
görüm o, hardadır? -, nəfəsini dərmədən
soruşduğu sualın cavabını almağı gözləyən
gözlərlə Parisin atasına baxırdı.
- 17-ci
palata...17-ci palata. -, yaşlı gözlərlə dərin
bir ah çəkdi.
-
Çox sağ olun. -, bunu deyərkən artıq oradan
uzaqlaşmışdı.
Divarlar
üstünə gəlirdi elə bil. İrəlilədikcə
onun yatdığı palataya yaxınlaşdıqca həyəcanı
daha da artırdı. Qəribə idi kimsə ona bir söz
demirdi.
On
addım irəlidə Parisin yatdığı palatanı
göründü. Qapıya qədrki dar koridor daha da
darlaşırdı. İnanc qapının dəstəyini
tutaraq burdu. Qapı yavaşca açıldı. Tərəddüd
və qorxu içindəydi. Parisi cihazlara bağlı vəziyyətdə
görəndə başı gicəlləndi. Boşluqda irəliləyirdi
sanki. Özündə güc topladı bir an.
Yaxınlaşıb əlini tutdu, öpdü.
-
Paris...bütün problemlər sənin başına gəlir.
Bilirəm aktyorluq edirsən... İndi oyanıb deyəcəksənki...
-, dizləri üstünə çökdü.
"Sevirəm
səni...eşidirsən? Sevirəm!". On saniyəlik
susqunluğun ardından təlaş başladı...
‘’Paris...bilirəm ki, eşidirsən. Nə istəsən edəcəm.
Necə desən elə olacaq. Səni....sevirəm...ay dəli.’’
Asta notlarla ağlamağa başladı.
‘"Çox
gec başlayan sevgi çox təz bitirdi."
Narın
yağışın yerini leysan almışdı.
Şöpenin dram dolu notları səslənirdi hər damlada.
Parisə əlvida deyirdi dünya.
İnanc
ayağa durdu. Parisin palatasından çıxarkən koridorda
duran həkimi gördü. Sərt və acı dolu
baxışlar həkimi başını aşağı
salmağa məcbur ələdi. İnanc həkimə
yaxınlaşaraq sual atəşinə tutdu:
-Niyə
heç kim bir şey eləmir?! Bura necə xəstəxanadır.
-, gözlər cavab gözləyirmiş kimi
böyümüşdü.
- Eləyəcəyimiz
hər nə olursa olsun, onun vəziyyətini daha da
ağırlaşdıra bilər. -, həkimin
soyuqqanlılığı adamın qanını dondururdu.
- Bəs...n..necə?
Necə olacaq?! -, hıçqırıqlar içində həkimə
baxırdı.
-
İnanc. eləmə qızım. Hamıya çətindir...
-, Parisin anası əlini qızın çiyninə qoydu.
- Çək
əlini!...Yox!...yox...axı niyə...niyə belə oldu. -,
Yüksək səs getdikçə kiçilib əzilirdi dar
koridorda.
-Mənim ürəyimi...ona köçürün...nec edirsiniz edin, amma edin bunu! -, İnancın yaşlı gözləri parıldayırdı bunu deyərkən.
- Edə bilmərik.
İnanc bunu eşidəndə həkimin köynəyindən tutub silkələməyə başladı:
- Niyə?! Deyin axı niyə edə bilməzsiz... -, yenə də gözlərindən sel kimi axırdı yaş.
- İndi gəlirəm. – bunu deyərək həkim irəlidə başqa bir otağa keçdi.
Parisin
anası hələ də o sözlərin şokunda idi.
İnanc divardan tutaraq yerə çökdü. On beş saniyədən
sonra həkim bir məktubla geri qayıtdı
- Sizə
açıq deyəcəm. Siz istəsəniz belə Paris
bunu istəmirdi. -, həkim bunu deyərək məktubu ona
uzadır.
İnanc
təlaşla ayağa duraraq həkimin əlindən məktubu
alıb açaraq oxumaqa başladı:
"Bu məktubu
sənə yalnız o addımı atdığın zaman verməklərini
istədim. Buna kiçik bir sığorta da demək olar...
Ay dəli
elə bilirdin sənə icazə verəcəm ki, mənə
ömür boyu əzab çəkdirəsən? Elə
bilirdin qoyacam səni bunu eləməyə?
Çox
istəyirəm heç olmasa, bir dəfə dəysin əlim
saçlarına. Çox istəyirəm başımı
qoyum dizlərinə. Portağal qoxunu doyunca içimə
çəkməyi çox istəyirəm.
Təşəkkür
edirəm əzizim. Məni sevdiyinə görə.
Əyər
oyanmasam məni unut dəmirəm. Kiminlə olursansa ol. Həyatını
istədiyin kimi yaşa. Amma unutma məni...
Cəhənnəmə
gedən insanın cənnət arzusu qədər sənə
möhtacam
Ürəyim
son döyüntüsünə qədər səninlədir.
Əlvida
sevginin çəhrayı rəngi.
Paris
-
İnanc!..
İnancı bütün fikirlərdən
ayıran bu səs yan otaqakı Parisin səsi idi...
Kaspi.-2013.-14-16 sentyabr.-S.17.