Qurulan körpülər, qırılan körpülər…

 

Yaxud Türkiyənin Azərbaycandakı mədəni siyasəti süquta uğradı?

 

Müstəqilliyimizi əldə edəndən sonra təxminən 70 il ayrı düşdüyümüz Türkiyə mədəniyyətinə ötən əsrin əvvəllərindən böyük maraq göstərməyimiz təbii idi. Eyni köklərə bağlı olan qardaş millətlərin təkcə cismən yox, mənən də qovuşması tarixin və zamanın bəxş elədiyi fürsətlərdən biri kimi dəyərləndirilməlidir. Ona görə də iki ölkə arasında diplomatik əlaqələr yarananda təkcə siyasi-iqtisadi yox, mədəni sahədə də yaxınlaşmalar gözləməkdə haqlı idik. Düzdür, bu proses bir qədər uzun sürdü, amma təxminən on il əvvəl mədəni əlaqələr sahəsində əhəmiyyətli addımlar atıldığının şahidi olduq.

Tanınmış ziyalı, Prof. Dr. Fethi Gediklinin Türkiyənin Bakıdakı Böyükelçiliyinə Kültür və Tanıtım müşaviri təyin edilməsilə belə bir müşavirliyin olduğu ilk dəfə hiss edildi. Türkiyə-Azərbaycan mədəni əlaqələri məhz onun yorulmaz fəaliyyəti sayəsində yeni mərhələyə girdi. Hələ Azərbaycana gəlməmişdən əvvəl iki ölkənin mədəni əlaqələrinin inkişafına qardaşı Yusif Gedikliylə birgə böyük əmək sərf etmiş Fəthi bəyin ölkəmizdəki fəaliyyəti bu gün də hörmətlə anılır. Azərbaycana gəlişinin ilk günlərindən başlayaraq ətrafına Azərbaycanın sayılıb-seçilən Türkyəsevər ziyalılarını topladı, Türkiyə-Azərbaycan mədəni-ədəbi əlaqələrinin inkişafına, Türkiyə mədəniyyətinin və ədəbiyyatının Azərbaycanda tanıdılmasına və təbliğinə bacardığı qədər əmək sərf etdi. Onun gəlişinə qədər bu sahədə pərakəndə şəkildə fəaliyyət göstərən elm və sənət adamları davamlı və planlı çalışan mütəşəkkil dəstəyə çevrildi. Fəthi bəy bir çox ziyalıların fikir və düşüncələri də nəzərə alınmaqla böyük mədəni lahiyələrin həyata keçirilməsinə nail oldu. Təxminən onunla eyni vaxtda Bakıya gələn TRT təmsilçisi Abdulhamid Avşar da bu işlərdə köməyini əsirgəmədi.

F.Gedikli tərəfindən təməli qoyulan kitab təqdimatları, Türk Film Günləri onun sələfi Melda Araz tərəfindən davam etdirildi. Adlı-sanlı yazıçıların, kino sənətçilərinin iştirakı həmin tədbirləri daha da gözəlləşdirdi. Bu fəaliyyətin nəticəsi kimi Azərbaycan kinematoqrafçıları da Türkiyə ilə işbirliyi qurdular. Hazırda nümaiş etdirilən “Mahmud və Məryəm” filmi Azərbaycan və Türkiyə kinematoqrafçılarının ortaq fəaliyyətə başlamalarına yol açdı. Melda xanım Türkiyəyə qayıdandan sonra müşavirsiz çalışan müşavirliyin 2010-cu ildə təşkil elədiyi Türk Film Günləri sonuncu oldu. 2011-ci ildə mətbuatda il sonuna qədər Türk Film Günləri təşkil ediləcəyi haqqında xəbər yayınlansa da sonradan bizə məlum olmayan səbəblərə görə ləğv edildi. 2012-ci ildə isə bu barədə heç danışan da olmadı.

İstər Fethi Gedikli, istərsə də Melda Araz xanım Azərbaycanın mədəni həyatı ilə yaxından maraqlanırdılar. Onları rəsmi tədbirlərdən başqa tez-tez müxtəlif ədəbi birliklərin təşkil elədikləri şeir gecələrində, musiqi yarışmasında, rəsm sərgilərində və s. görmək olurdu. İş o yerə çatmışdı ki, hətta maliyyə müşaviritez-tez belə tədbirlərin iştirakçısı olurdu.

Fethi bəyin fəaliyyəti müddətində onun iştirakıyla türk ədəbiyyatından seçmələr nəşr edildi. O Türkiyəyə qayıdandan sonra da bu işləri müşavirliyin əməkdaşı Nizami Zöhrabi uğurla savam etdirirdi.

F.Gedikli və M. Araz Türkiyə boyama kitablarını məktəb və uşaq bağçalarına paylayırdılar. Bu ən azı uşaqlarda bir Türkiyə sevgisi yaradırdı. 5-10 nəfərlik qrup halında Azərbaycan ziyalılarıyla “çay süfrəsi”nin təşkili (adətən Türkiyədən rəsmi və ya qeyri-rəsmi olaraq Azərbaycana gələn elm, sənət adamlarıyla tanışlıq məqsədilə) də adət halını almışdı. Eyni zamanda həmin sənət adamlarının adamları Azərbaycan kütləvi informasira vasitələrində təqdim etməklə onların daha geniş kütlələrə tanıdılmasına yardım göstərirdi. Türkiyəyə şəxsi işləri üçünolsa gedən elm, sənət adamları, mediya mənsubları ən azı onlara dəyərli məsləhətlər verə biləcək müşavirin yanına ümüdlə gəlirdilər. Böyükelçiliyi xəttilə Türkiyə səfərə gedənlər daim diqqətdə saxlanırdılar.

70 ildən artıq zaman kəsiyində, demək olar, heç bir əlaqəsi olmayan, amma eyni kökə və böyük mədəniyyətlərə malik iki qardaş ölkə vətəndaşlarının bir-birini daha yaxından tanımaları, mədəni dəyərlərindən qarşılıqla faydalanmaları üçün bu gün də Türk Mədəniyyət Mərkəzinə ehtiyac duyulduğu danılmaz gerçəklikdir. Bu məsələni F.Gedikli Türkiyənin əlaqədar qurumlarına çatdırmışdı. Ancaq üstündən illər keçsə də, təəssüf ki, bu hələ gerçəkləşdirməyib. Bakıda Fransa, Rusiya, İngiltərə, İran, Almaniya, İsrail, Misirs. mədəniyyət mərkəzləri var. Rusiya 2006-cı ildə Bakıda “Rus kitab sərgisi” açdı, ölkəmizə 300 min nüsxə kitab gətirildi və bir qismi çox aşağı qiymətə satıldı, qalanı (təxminən 270 min nüsxəsi) isə Azərbaycana hədiyyə edildi.

Amma artıq iki olar ki, Müşavlik öz işini əsasən turizmə yönəldib. Əlbəttə, Türkiyənin böyük turizm siyasəti yürütdüyü danılmazdır. Ancaq onun yeganə mədəniyyət siyasətinin olmasını söyləmək ən azı çətindir. Mədəniyyət məfhumu elə bilirəm ki, hörmətli müşavir Seyid Əhməd Arslana aydındır.

Birinci və İkinci Bakı Beynəlxalq kitab sərgilərində Rusiya, İran, ABŞ geniş stend və çoxsaylı şirkətlərlə iştirak edirlər. Türkiyə isə yalnız Milli KitabxanaKültürTuzrim Nazirlyinin xəttilə qatılır. Kitablar da adətən KültürTurizm Nazirliyinin nəşrləri olub təqdimat məqsədilə gətirilir, aralarında əbəbi əsərlər demək olar, yoxdur. Həmin kitabların sərgi başa çatandan sonra hara getdiyi bəlli də deyil.

2009-cu ildə Melda Arazın mətbuata demişdi ki, Bakıda Türkiyə Kitab Evi açılacaq. Əlaqədar qurumlarla bu barədə görüşlər olsa da, Melda xanımın Azərbaycandan getməsilə məsələ unuduldu.

Diplomatik münasibətlərimizin qurulmasından 20 il ötsə də bir dəfə də olsun Azərbaycanda Türkiyə Mədəniyyət ili, Türkiyə Mədəniyyət Ayı, Türkiyə Mədəniyyət Həftəsi, Türkiyə Teatr Festifalı, Türkiyə Folklor Festifalı, Türkiyə Rəssamlarının Sərgisi və s. olmayıb. Nə yaxşı ki, Səlahaddin Atalay adlı bir türkiyəli adamı var, hər il Bakıda “Anadolu atəşi” rəqs qrupunun konsertini təşkil edir.

İstanbul Texnik Universiteti Rəqs Qrupunun 2010-cu il dekabr ayında Azərbaycan Opera və Balet Teatrında təşkil etdiyi konsertdən sonra heç bir qrupun Bakıya gəldiyini görmədik. Masallıda və Şəkidə təşkil edilən Beynəlxalq Folklor Festivallarından sonra (həmin qrupların gəlişi də Türkiyə Səfirliyi Mədəniyyət Müşavirliyinin işi deyil) belə tədbirlər keçirilmədi.

Ötən ilin yayında Türkiyə Boyükelçiliyində Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafına xidmət etmiş adamların mükafatlandırılma mərasimi oldu. Amma mükafatlandırılanlar sırasında bu sahədə əvəzsiz xidmətləri olan memar Cəfər Qiyasini (Qarsdakı soyqırım abidəsinin və TÜRKSOY Baş ofisi binasının memarı), araşdırmaçılar Nəsiman Yaqublunu (“Bakinın qurtuluşu”, Türkiyənin Azərbaycanlılara müstəqillik mücadiləsində dəstəyi” kitablarının müəllifi) Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin tanınmış tədqiqatçıları Maarifə Hacıyeva, Minəxanım Təkləli, Mehmet Rıhtım, Türkiyə ədəbiyyatının Azərbaycanda tanıtımına böyük əmək sərf etmiş yazıçı-tərçüməçilər Azad Yaşarı, Tofiq Abdini, Türkiyə mövzusunda iki böyük mənzum əsərin müəllifi şair Nizami Zöhrabini, dirijor Yalçın Adıgözəlovu, adlı-sanlı bəstəkar, Türkiyəyə onlarla əsər həsr etmiş Tofiq Bakıxanovu və s. görməməyimiz də təəssüf doğurur.

2004-2012-ci illəri arasında çalışan üç müşavirdən yalnız Fethi Gediklinin illik müddətini başa vurması (Melda Araz iki ilə yaxın, Aytəkin Yılmaz üç-dörd ay bu vəzidədə oldu) Kültür və Turizm Nazirliyinin Azərbaycandakı mədəni siyasətə barmaqarası baxması deyildimu? Mədəni əlaqələrlə bağlı müşavirlərin fəaliyyət göstərməsinin öz baxışlarından asılı olaraq dəyişməsi kədərli haldır. Turizm ön plana çıxarıb, Türkiyəyə gedən turist sayının artırılması üçün çalışmaq bəlkə də Avropa ölkələrində tətbiq edilə bilər, amma Azərbaycan üçün bu məqbul sayıla bilməz. Onsuz da bir az pulu olan adam Türkiyəni görmək istəyir, ildən-ilə Azərbaycan vətəndaşları zənginləşdikcə bu artım da müşahidə ediləcək. Bundan ötrü hər il turizm sərgilərində göstərmək üçün əksəriyyəti rusingilis dillərində olan Türkiyə tanıtım broşürlərinin nəşrinin mənası varmı? Yaxşı olar ki, heç olmasa, sərgi günlərində türk folklor qrupları çıxış etsinlər. Əgər müşavirliyin fəaliyyəti turist sayındakı artımla ölçülürsə, daha çox turistin getdiyi Gürcüstanda heç Türkiyə Kültür və Tanıtım Müşavirliyiyoxdur. Yaxud Azərbaycan vətəndaşlarının Rusiyaİrana tez-tez gəlmələri heç də həmin ölkələrin turizm nazirliklərinin Azərbaycanda apardıqları təbliğatın nəticəsi deyil. Bu ilk növbədə Rusiya ilə iqtisadi əlaqələrimizin, İranla dinqan bağlılığının, eləcə də inanc mərkəzlərinin İranda yerləşməsi və İranda ucuz müalicə almaq imkanının olmasından irəli gəlir.

İstər F.Gedikli, istər M.Araz, istərsə də Aytəkin Yılmaz fəaliyyətlərilə layiq olduqları səviyyədə tanındılar. İndiki müşavir Seyid Ahmet Arslan təmtəraqlı təqdimat mərasimilə işə başlasa da hələ turizmdən başqa bir fəaliyyəti görünmür. Bahalı məkanda təşkil edilən mərasimə xərclənən pulla ən azı, üç-dörd konfransya tanıtım günü, bir film həftəsi keçirmək, beş-altı kitab buraxmaqya bir-iki rəsm sərgisi, Türk Film Həftəsi təçkil eləmək, bununla da həm ölkəsinin mədəniyyətini, həm də fəaliyyəti ilə özünü tanıtmış olardı. Biz əvvəlki illərdə belə mərasimlərin şahidi və iştirakçısı olduğumuzdan bunun daha təsirli olacağını düşünürük.

Həm Melda Araz, həm Fethi Gedikli adi bir şeyi mədəni hadisəyə çevirməyi bacarırdılar. Azərbaycan Milli Kitabxanasına, AMEA Elmi Kitabxanasına A.Şaiq adına Respublika Uşaq Kitabxanasına, kitab hədiyyə etmə törənləri, Azərbaycan Pedaqoji Universitetində, Azərbaycan Milli Kitabxanasında, Bakı Dövlət Universitetində, Bakı Musiqi Akademiyasında və s. Türkiyə mədəniyyətinin tanıtımına həsr edilmiş konfranslar bu müşavirlərin adı ilə bağlıdır.

Bəs bunlar niyə unuduldu?

Turizm mənəviyyatdan çoxmu qiymətlidir?

Nə oldu sənə, Türkiyə?

Əgər Türkiyənin də Azərbaycandakı maraqları yalnız siyasətlə, neftə və turizmlə bağlıdırsa, çox təəssüf...

 

Nəriman ƏBDÜLRƏHMANLI,

yazıçı-tərcüməçi

Kaspi.-2013.-14-16 sentyabr.-S.14.