Yuğ Dövlət Teatrı yeni mövsümdə “Sərhəddə”

Altay Cəfərsoy

 

Oktyabrın 18-də 24 yaşını qeyd edəcək teatr 25-ci mövsümünü açıq elan edəcək sentyabrın 20-də - “Sərhəddə” tamaşası ilə.

YUĞun daimi tamaşaçılarının yadındadırsa, ötən sezon da “Sərhəddə” tamaşası ilə bağlanmışdı. 2012-2013-cü mövsümlə 2013-2014-cü teatr mövsümünün sərhədində duran “Sərhəddə” taşaması bir layihədir.

Layihə demişkən, tarixə boylanıb da YUĞ Dövlət Teatrının həyata keçirdiyi layihələrə nəzər salmaq 24 illik tarixin qısa tarixçəsini vərəqləmək baxımından faydalıdır:

1991-ci il – Beynəlxalq Gənclər Festivalı, İstanbul, Türkiyə;

1992-ci il – «Fəcr» festivalı, Tehran, İran İslam Respublikası;

1995-ci ilBeynəlxalq Eksperimental Teatr Festivalı, Bakı, AzərbaycanQranPri» almışdır);

1997-ci il – «Tuğanlık» Beynəlxalq Festivalı, Ufa, Başqırdıstan (ən yaxşı kişi rollarına görə teatrın iki aktyoru mükafat almışdır);

2002-ci il – “Üfüq-XXI” monotamaşalar festivalı, Bakı, Azərbaycan;

2003-cü ildəTeatrın baş rejissoru Əməkdar İncəsənət Xadimi, «Qızıl Dərviş» mükafatı laureatı Vaqif İbrahimoğlu Estoniya Mədəniyyət Nazirliyinin dəvəti ilə bu ölkənin Vilyandi şəhərinin «UGALA» teatrında G.Boccaccionun «Dekameron» əsərini səhnələşdirmişdi. «Dekameron Mea Culpa» tamaşası Avropada geniş müzakirələrə səbəb olmuş birmənalı şəkildə bəyənilmişdir.

 

2005-ci il – “Qafqaz kültürləri festivalı – 2”, Kars, Türkiyə;

2005-ci il – «Boş məkanın dolğunluğu» Teatr festivalı, Bakı, Azərbaycan;

2005-ci il – “Beynəlxalq teatr yarmarkası”, Tbilisi, Gürcüstan;

2006-cı il – “Teatr əməkdaşlığı mübadiləsilayihəsi, Bakı-Kars;

2006-cı ilOrta Asiya xalqlarının Beynəlxalq Teatr Fesivalı, Qazaxıstan;

2006-cı il – “Mən... Sən... Biz...” Performansı, Azərbaycan-Türkiyə-Gürcüstan mədəniyyət üçbucağı;

2007-ci ilGənc Rejissorların Yeni Teatr festivalı, Bakı, Azərbaycan;

2008-ci il – “NargiləBeynəlxalq layihə, İngiltərə-Azərbaycan (4 saylı cəzaçəkmə müəssisəsi);

2009-cu il – «Novruz-2009» professional teatrların 3-cü Beynəlxalq Festivalı, Düşənbə, Tacikistan;

2009-cu il – 21-ci Qahirə Beynəlxalq Eksperimental Teatr Festivalı, Qahirə, Misir (“Mən Məhəmməd Füzuli...” səhnə divanı layihəsininRəhmYa rəbbtamaşaları);

2010-cu il – «Bir səs min nəfəs» Teatr Festivalı, Konya, Türkiyə;

2011-ci il – «2+1» Teatr Festivalı, Bakı, Azərbaycan;

2012-ci il – «Ağ-Qara» Teatr festivalı, İmatra, Finlandiya;

2013-cü il

- Master-klass Sara Baltzinger, Aleksandro Lipo

- Master-klass Rişard Kalinovski, Lyüblin Rəqs Teatrı

- Master-klass Simon Hera Amanda Lanqle

- Master-klass Veronika DANIEL

2013-cü il ərzində YUĞ Teatrında Polşa, Fransa İsveç səfirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində silsilə tədbirlər həyata keçirilmişdir. Təkcə onu demək kifayətdir ki, yalnız ötən mövsümün son ayı ərzində YUĞ Teatrında xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər tərəfindən 5 ustad dərsi keçirilmişdir. Bu tədbirlər çərçivəsində teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş bir neçə treninq, seminar ustad dərsləri təşkil olunmuşdur.

nəhayət,

...2013-cü ilS.MrojekSərhəddə”, quruluşçu rejissor Tomaş Leşçinski, Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin, YUĞ Dövlət Teatrının, Polşanın Azərbaycandakı Səfiriyinin, A.Mitskeviç İnstitutunun, AR Production-ın birgə layihəsi.

Sərhəddətamaşası cəbhələrə, sərhədlərə bölünmüş, müharibələrə, qətllərə, terrorlara meydan olmuş dünyanın çağdaş mənzərəsinin obrazlı şəkildə təqdim olunması ilə əlamətdardır. Tamaşada bütün hadisələr bir evdə cərəyan edir. Rejissor müəllif abstrakt şəkildə təqdim etdiyi hadisələr xətti ilə qloballaşma dövründə dünyada baş verən sosial, ictimai, siyasi hadisələri gündəmə gətirir. Əsərin müəllifi Slavomir Mrojek, quruluşçu rejissoru isə Tomaş Leşçinskidir.

Bu tamaşada rejissor müharibələrin, sərhədlərin insanları ayırması, bəşəriyyətin səadətinə mane olması fikrini qabardıb. İnsanların özləri üçün yaratdığı sərhədlər - dini, irqi, sosial ayrıseçkilik, bəşəriyyətin növlərə, irqlərə bölünməsi insan faciələrinə səbəb olur. Bu pyesdə bir ailənin başına gələn hadisələrin nümunəsində Mrojek çox qəribə bir üslub təhkiyə ilə insan mövcudluğunun mənasızlığı ideyasına toxunur.

Tamaşada rolları YUĞ Teatrının aktyorları Əməkdar Artistlər Vidadi Həsənov, Sonaxanım Mikayılova, Yaqut Paşazadə, aktyorlar Təranə Atacan, Qasım Nağı, Oktay Mehtiyev, Ər-Toğrul Kamalov Emil Məlikov ifa edirlər.

Bu il teatrı qaynar yaradıcılıq həyatı gözləyir. Belə ki, tamaşaçılar cari mövsümdə Teatrda rejissor Mir Sahib Ağayevin yozumundaİtki” (O.Fikrətoğlu), rejissor Aytən Məmədovanın yozumundaEşq” (M.C.Rumi) rejissor ƏR-Toğrul Kamalovun yozumundaƏn gülməli ölü” (Markes) tamaşalarını izləyə biləcəklər.

Tamaşalar haqqında isə danışmaq hələlik tezdir. Bu haqda gələn yazılarımızda ətraflı şəkildə məlumat verəcək müzakirələr aparacağıq.

Hələlik isə teatra yeni mövsümün başlanğıcında bol-bol yaradıcılıq uğurları arzulayırıq.

 

Kaspi.-2013.-14-16 sentyabr.-S.10.