Saflıq nişanəsi şair
Ağasəfa
Rövşən Yerfi
İddiasızlar...
Ağasəfa müəllimi 1986-cı ilin payızından tanıyıram. O zaman Yeni Əhmədlidəki Sabir adına Kitabxana-klubda mərhum şairimiz Ağacavad Əlizadənin rəhbərliyi ilə “İlham çeşməsi” adlı ədəbiyyat dərnəyi yaradılmışdı. Mən də həmin illərin ədəbiyyatsevər gənclərindən biri kimi təzə yazmağa başlayan cavanlara qoşulub hər həftə dərnəyin tədbirlərində iştirak edirdim. Ağacavad Əlizadə yaşlı və xəstə olduğundan tədbirlərin hamısında müntəzəm iştirak edə bilmirdi. Belə olanda onu Ağasəfa adlı cavan şair əvəz edirdi. Eynəkli, orta yaşlı bu şairin xoş xasiyyətinə, sadə, pafossuz nitqinə, müzakirələr zamanı dərin mühakiməsinə heyran qalırdıq. O, hər birimizi təmkinlə dinləyər, xoşluqla iradlarını bildirər, dəyərli məsləhətlər verərdi. Onun sadəliyi şeirlərində, yaşadığı həyat yoluna nəzər salanda da duyulur.
Xızı rayonunun Qarabulaq kəndində doğulan Ağasəfa Bakıda orta məktəbi bitirdikdən sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat institutunda qiyabi təhsil almışdır. İyirmi üç yaşınadək Bakı parovoz deposunda fəhlə, geoloji kəşfiyyat idarəsində qazma köməkçisi işləmişdir. Sonra mətbuat sahəsinə keçmiş “Kirpi” satirik jurnalında və “Azərbaycan qadını” jurnalında əməkdaş, “Yazıçı” nəşriyyatında böyük redaktor, “Ədəbiyyat” qəzetində məsul katib köməkçisi vəzifələrində işləmişdir. Yaşı əllini ötəndən sonra isə səs-küylü şəhəri atıb, Bakıdan saat yarımlıq məsafədə aralı olan, gözəl təbiətə malik doğulduğu Qarabulaq kəndinə qayıtmış, doğma kəndində müəllim işləməyə başlamışdır.
Hər gecə yuxuma girdi dağ-dərə,
Hər gecə ulduzlar çağırdı məni...
Bu çılğın şəhərdə azı yüz kərə,
Tale yapdı məni, yoğurdu məni...
Ağasəfa ədəbi yaradıcılığa
on beş yaşında, 1957-ci ildə
“Sosialist Sumqayıtı”
qəzetində dərc
edilmiş “Sazım” adlı ilk şeiri ilə başlamışdır.
1966-cı ildə “Yolçu yolda gərək” adlı ilk kitabı nəşr olunub. İndi bir kitabı çıxan kimi Yazıçılar Birliyinin
vəsiqəsini almaq üçün əldən
gedənlərdən fərqli
olaraq sadəliyinə,
təvözökarlığına görə, o, ilk kitabı
çıxandan səkkiz
il keçəndən
sonra Birliyə üzv olmuşdur. 1989-cu ilədək on kitabı – doqquzu müəllifi olduğu, biri isə tərcümə
kitabı çap edilib. O vaxtdan bəri, iyirmi iki ildir ki,
mətbuatda Ağasəfa
müəllimin yeni kitabının çıxması xəbərini
eşitmirik.
Bəzən onu poeziyasında təbiəti, torpağı
vəsf etdiyinə görə təbiət şairi, torpaq şairi də adlandırırlar. Şeirlərində
təbiətin gözəlliklərini,
adi təbiət hadisələrini elə poetik təsvirlə ifadə edir ki, misraları oxuduqca sanki, gözəl bir rəsmə baxdığını
zənn edirsən:
Şimşəklərin bənzəri var qılınca,
Ağ buludu oxşatdım ağ balınca.
Qara bulud ağ
buludun dalınca
Bu zirvədən o zirvəyə
at çapır...
Ona yaxın
poemanın müəllifi
olan Ağasəfa təkcə böyüklər
üçün deyil,
uşaqlar üçün
də çoxlu maraqlı şeirlər yazmışdır. Yeri gələndə isə dövr, zəmanə ilə bağlı iradlarını, narahatlıqlarını
oxucularına satirik şeirlərlə çatdırmışdır:
Gözün kimi gəzir burda, ay yoluq,
Baxtına kim düşər bu baxabaxda.
Pulun başındadır dostluq,qohumluq,
Burda
dost axtarma, cibini axtar.
Şarin yaradıcılığında daimi mövzulardan biri də Mikayıl
Müşfiq poeziyasının
tərənnümüdür. O, həmişə
özünü böyük
Müşfiq qarşısında
borclu sayır:
Dağlara söykənmis bir
qoca gördum
Dağları qoynunda saxlaya bilər.
Dodağı titrədi Müşfiq
deyəndə
Duydum uşaq
kimi ağlaya bilər.
Susdu dağlar kimi "Sındırılan saz"
Yenə
də Müşfiqə
borcluyam bu yaz...
Cavan yaşlarından
Ağasəfa şairliyi
ilə yanaşı bədii tərcümə
ilə də məşğuldur. L.Tolstoyun mənzum nağıllarını,
Q.Qulam, İ.Selvinski, B.Oleynik və başqa onlarla görkəmli sənətkarların
əsərlərindən tərcümələr
etmişdir.
Adı kimi böyük saflığa,
şəxsiyyətə malik,
həm də könül oxşayan yaradıcılığı olan
Ağasəfa müəllim
kimi şairlərin cağdaş ədəbiyyatımızda
sayı çox azdır. Bu günlərdə yaşı yetmiş birdən yetmiş ikiyə adlamış poeziyamızın saflıq
nişanəsi Ağasəfaya
çoxsaylı oxucuları
adından cansağlığı
və yeni yaradıcılıq uğurları
arzulayıram. Məskəni olduğu dağlar qədər
vüqarlı, uzunömürlü olsun...
Hər
dəfə onun kimi insanların varlığını görəndə
mən sevinməyə bilmirəm. Sevinirəm ki, yaşamağa dəyər,
demək dünyanın sonunun
çatmağına hələ var...
Kaspi.-2013.-14-16 sentyabr.-S.19.