Üzeyir Hacıbəyli yalnız xalqı üçün
yaşayıb və yaradan
Üzeyir Hacıbəylinin adını
daşıyan Beynəlxalq Musiqi
Festivalı dünya əhəmiyyətli musiqi bayramıdır
Hər il olduğu kimi, bu il də - sentyabrın
18-də ölkəmiz dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum
gününü təntənə ilə
qeyd etməyə hazırlaşır.
1995-ci ildən başlayaraq qeyd olunan Üzeyir
Hacıbəylinin doğum günü
– Musiqi bayramı 2009- cu
ildən daha da
genişlənərək festival səviyyəsində
təşkil olunur. Belə ki, artıq 5-ci ildir ki, ölkəmiz Musiqi Gününü Beynəlxalq Musiqi
Festivalı kimi qeyd edir.
Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Musiqi Festivalı dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilir. Festival çərçivəsində ölkənin bir neçə şəhərində tədbirlər keçirilsə də, əsas tədbirlər Bakıda baş tutur. Festivalın işində azərbaycanlı musiqiçilərlə yanaşı, xarici ölkələri təmsil edən ifaçılar da iştirak edir. Festival zamanı konsertlərlə yanaşı, Üzeyir Hacıbəylinin əsərləri əsasında teatr tamaşaları, konsert proqramları, yeni layihələr təqdim olunur. Eyni zamanda, dahi bəstəkarın yaradıcılıq irsini araşdıran elmi konfranslar da keçirilir.
18-28 sentyabr tarixində keçiriləcək Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Dövlət Musiqi Mədəniyyəti Muzeyi, Ü.Hacıbəylinin Ev muzeyi “Üzeyir evinin qonaqları” layihəsi, Ağcabədi rayonu “Qarabağ” muğam mərkəzi, Q.Qarayev adına musiqi məktəbi və s. kollektivlər tamaşa, konsert proqramları və layihələrlə çıxış edəcəklər. Festivalın qonaqları sırasına Boqdan Varxal adına Slovakiya Kamera Orkestri, Münhen yeni filarmonik orkestri, Litva, Rusiya və s. ölkələrdən olan musiqiçilər daxildir. Azərbaycan Bəstəkarlar İttifaqı isə festival çərçivəsində “Türk xalqlarının musiqisi” adlı elmi konfrans təşkil edəcək.
Azərbaycan musiqisinin təbliği
Görkəmli
musiqiçilər, festivalda iştirak edəcək sənət
ocaqlarının nümayəndələri və ümumilikdə
musiqi ictimaiyyətinin ayrı-ayrı nümayəndələri
bizimlə söhbətdə festivalın təşkilini
ölkəmiz üçün böyük mədəni hadisə
kimi dəyərləndirirlər.
Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva qeyd edib ki, əvvəllər dövlət başçısının sərəncamı ilə Üzeyir Hacıbəylinin doğum günü Musiqi Günü kimi keçirilib: “Artıq 5-ci ildir ki, bu bayram beynəlxalq festival kimi qeyd edilir. Bu münasibətlə xarici ölkələrdən tanınmış kollektivlər, ayrı-ayrı ifaçılar ölkəmizə gəlirlər. Festival ənənəvi xarakter alaraq xeyli məşhurluq qazanıb”. Ş.Ağamirzəyevanın sözlərinə görə, festival çərçivəsində teatrın kollektivi bir neçə tamaşa təqdim edəcək. Belə ki, sentyabrın 18-də teatr mövsümünün açılışı münasibətilə dahi bəstəkarın «Arşın mal alan» tamaşası oynanılacaq: «Tamaşa uzun müddətdir ki, bizim teatrın repertuarındadır. Bu il həmçinin tamaşanın YUNESKO çərçivəsində 100 illiyi qeyd olunacaq. Bir sıra ölkələrdə bu ölməz əsərin yubileyinə həsr olunan tədbirlər həyata keçiriləcək». Akademik Opera və Balet Teatrı festival günlərində Nikola Tretyakın quruluşu rejissoru olduğu “Sevgi şərbəti” və C.Verdinin “Aida operalarını da təqdim edəcək.
Xalq
artisti, görkəmli bəstəkar Aqşin Əlizadə
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən
danışaraq qeyd edib ki, Azərbaycan musiqisində və mədəniyyətində
baş verən bütün böyük uğurlar Üzeyir
Hacıbəylinin adı ilə bağlıdır: “Mənim 8
yaşım olanda «Koroğlu» operasında Üzeyir Hacıbəylini
görmüşəm. O vaxtdan dahi bəstəkar mənim yaddaşımda
qalıb. Üzeyir Hacıbəyli heç vaxt özü üçün
yaşamayıb. O həmişə xalqı üçün
yaşayıb və çalışıb. Onun
yaratdığı əsərlər həmişə xalqa xidmət edib”.
A.Əlizadənin sözlərinə görə, Üzeyir bəyin
yaradıcılığı həmişə təbliğ
olunmalıdır: “Bu festivalın böyük əhəmiyyəti var. Xarici ölkələrdən
tanınmış musiqi kollektivləri bu festival çərçivəsində
ölkəmizə gələcək. Bundan
əlavə, ölkə əhalisi yenidən həm Üzeyir bəyin əsərləri ilə, həm
də dünya musiqiçilərinin
görkəmli əsərləri ilə tanış olacaqlar». A.Əlizadə hesab
edir ki, dahi bəstəkarı yazdığı
tamaşaların səhnəyə qoyulması, adına
müsabiqələrin, festivalların keçirilməsi, əsərlərinin
dünya səhnələrində
oynanılması və s. yollarla
təbliğ etmək olar: “Televiziya kanalları, mətbuat da
bunu diqqətdə saxlamalıdır. Çünki Üzeyir bəy
bizim sərvətimizdir. Onu
biz qiymətləndirməsək,
qayğı göstərməsək, kim
edəcək?”
Bəstəkarlar
İttifaqının katibi Lalə Hüseynova qeyd edib ki, dahi bəstəkarın
adını daşıyan festivalın ənənəvi
xarakter alması ölkəmizin görkəmli musiqiçilərinin
və onların əsərlərinin tanınmasına,
ümumilikdə Azərbaycan musiqisinin tanınmasına xidmət
edir: “Hazırda “festival turizmi” deyilən bir anlayış var. Elə
insanlar var ki, yalnız festivalların keçirildiyi
ölkələrə üz tuturlar. Biz də Üzeyir Hacıbəyli festivalını o səviyyəyə çatdırıb inkişaf etdirə bilərik”.
Üzeyir
Hacıbəyli ev muzeyinin direktoru Sərdar Fərəcov qeyd
edib ki, dahi bəstəkarın doğum günü təkcə
Azərbaycanda musiqi bayramı kimi deyil, həmçinin
dünya əhəmiyyətli musiqi bayramı kimi təqdim
olunur: «Vaxtilə Üzeyir Hacıbəylinin doğum
günü Musiqi Bayramı kimi qeyd olunurdu. Sonra bu bayram
daha da genişlənərək
Üzeyir Hacıbəyli Beynəlxalq
Festivalına çevrildi. Biz
əvvəllər bunu ölkə daxilində
bayram kimi qeyd edirdik. Hazırda isə
artıq dünyanın bir çox
musiqiçiləri bu bayrama
qoşulur. Dünyanın müxtəlif simfonik və kamera orkestrləri,
musiqi kollektivləri bu
festivalda həvəslə iştirak
edirlər. Əlbəttə, bunun üçün böyük
səylər göstərilir. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları
bu istiqamətdə böyük
işlər görür. Onlar
dünya orkestrləri ilə əlaqə
yaradırlar. Bu, həm də Azərbaycan
musiqisinin təbliğidir. Çünki
dünyanın ayrı-ayrı ölkələrinin orkestrləri
Azərbaycan musiqisini ifa
edirlər. Həmçinin gənc dirijorlarımız xarici kollektivlərlə çıxış
edirlər. Bu, həmçinin
musiqiçilərimizin dünyaya inteqrasiya olunması üçün
gözəl şansdır”. S.Fərəcovun fikrincə, Azərbaycanda
belə bir festivalın keçirilməsi
uzaqgörən siyasətin nəticəsidir: “Çünki
ölkəmiz bu tədbirlərdə dünya musiqiçiləri ilə
çiyin-çiyinə çıxış edir.
Belə bir təşəbbüsü
yalnız alqışlamaq lazımdır”.
S.Fərəcov
Üzeyir Hacıbəylinin «Arşın mal alan»
operettasının bu yaxınlarda Los-Ancelesdə səhnəyə
qoyulmasını böyük mədəni hadisə
adlandırıb: «Bu, çox böyük tədbir idi. Uzun illər Hollivudun məşhur
ulduzlarına “Oskar” mükafatının təqdim
olunduğu salonda Üzeyir Hacıbəylinin «Arşın mal alan»ının oynanılması möhtəşəm
idi. Həmin salonun
qarşısında dayanıb, orada
oynanılan tamaşaların afişalarını
gördükdə, dünya miqyaslı
musiqiçilərin adı ilə rastlaşdıqda, o sırada Üzeyir
Hacıbəylinin adını görmək böyük
qürur idi. Bu baxımdan, dövlətimizin və diaspor təşkilatının belə bir tədbiri təşkil etməsi böyük hadisədir. Bu
cür təşəbbüsləri dəstəkləmək
lazımdır”.
Festivalın təşkilatçıları Üzeyir Hacıbəyli festivalının həmişəki kimi əsil musiqi bayramı səviyyəsində keçirilməsi üçün tərtib etdikləri proqramın yerli sakinlərdən və xarici qonaqlardan ibarət musiqi ictimaiyyətinin böyük marağına səbəb olacağına əminliklərini bildiriblər.
Təranə Məhərrəmova
Kaspi.-2013.-17 sentyabr.-S.13.