ÇİÇƏKLƏNƏN TƏRTƏR

 

Cəbhə bölgəsində yerləşən, demək olar ki, ön səngər sayılan Tərtər rayonu özünün son illərini bütünlüklə inkişafa, tərəqqiyə həsr edib. Bu rayonda həyatın inkişaf tempi bölgəyə qədəm qoyan hər kəsin dərhal diqqətini çəkir. Bu da təsadüfi deyil. Çünki Qarabağın Bərdə və Ağdamla bir növ çiyin-çiyinə yaşayıb inkişaf edən Tərtərdə Azərbaycanın bir qeyrət qalası, bir qəhrəmanlıq ünvanı olan dözümlü, döyüşkən, mübariz, dəyantəli insanları həm quruculuqda, həm də düşmənlə səngərdə öz sözlərini çox qətiyyətlə, mərdanəliklə deməyi bacarırlar.

Təsadüfi deyil ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ermənilər yaşayan əraziləri ilə də həmsərhəd olan Tərtər rayonu hələ sovet dönəmindən başlayaraq bu məkrli, qara niyyətli insanların qarşısında bir növ dözüm, cəsarət ünvanı kimi dayanır, onlara əl-qol açmağa imkan vermirdi. Elə müharibənin ən ağır cəbhələrindən biri də Tərtər rayonu məhz bu səbəbdən olduzaman da göstərdi ki, tərtərlilər düşmənə layiqli dərs verməyi bacarırlar.

Təbii ki, müstəqillik illərində Tərtərin həm cəbh bölgəsi kimi, həm də Azərbaycanın diqqətini çəkən dilbər guşələrindən biri kimi inkişafına xüsusi diqqət ayrılıbdı. Hələ Ulu Öndərimizin rəhbərliyi dövründə bu bölgəyə demək olar ki, həm strateji bir ərazi kimi, həm də çətinliklərin çox olduğu, qaçqınların daha çox məskunldaşdığı bir ərazi kimi ölkə rəhbərliyinin, Nazirlər Kabinetinin daim qayğısı hiss olunubdu. Odur ki, Tərtərdə həyatın bütün sahələrinə günün tələbləri səviyyəsində yanaşmaq və bölgəni inkişaf etmiş regionlarımızın cərgəsinə çıxarmağımız üçün xüsusi proqram hazırlamışdı. Təbii ki, ölkə prezidentinin regionların inkişafına dair Dövlət Proqramının tərkib hissəsini təşkil edən həmin yerli proqram əsasında Tərtərdə təhsil, səhiyyə, iqtsadiyyat, sosial sahələrin inkişafı ayrı-ayrılıqda rayon rəhbərliyinin diqqət mərkəzində olmuş rəqəmlərə diqqət yetirsək, onda söylədiklərimizin təsdiq edilməsi üçün o qədər də böyük vaxt itkisinə yol vermərik.

Cari ilin birinci yarısında keçirilən hesabat yığıncağında aydın olmuşdu ki, bu ilin müvafiq dövrü ilə 2012-ci ilin müvafiq dövrünü müqayisə edərkən 13,6 faiz ümumi məhsul istehsalında artım, 3,7 faiz sənaye məhsulları istehsalında artımın olduğu müəyyənləşmişdi. Ümumiyyətlə isə rayonda pərakəndə ticarət dövrüiyyəsi 11.3 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 20,8 faiz artaraq inkişafın stimulu olduğunu göstərmişdi. Bu gün Tərtərdə 241-i daimi olmaqla 616 yeni yeri açılmışdı ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda işsizliyin təqribən 3 faiz azalması deməkdi. Əgər biz rayonun ümumi mənzərəsini ayrı-ayrı sahələr üzrə gözdən keçirsək. Onda görərik ki, rayonda yerli gəlirlər üzrə 6 milyon 999 min manata qarşı 7 milyon 83 min manatya 101,2 faiz artım müşahidə olunmuşdu. Həmçinin rayonun bütün təsərrüfat kateqoriyaları üzrə 2013-cü ilin məhsul ilində 30 min hektardan artıq sahədə əkin aparılmışdı. Bunun da yarıdan çox hissəsi taxıl, o cümlədən buğda əkin sahələri olmuşdu. Eyni zamanda rayonda arpa, digər dənli bitkilər, bostan-tərəvəz məhsulları üçün də kifayət qədər əkin sahələri ayrılmış və son nəticədə yüksək məhsulun əldə edilməsi hər hektardan məhsuldarlığın təqribən 1 sentner artırılması mümkün olmuşdu.

Rayon icra hakimiyyətini başçısı Ceyhun Səfərovun cari ilin 6 ayı ilə bağlı keçirilən hesabat yığıncağında verilən məlumata görə, ötən illə müqayisədə bu il rayonda mal-qaranın baş sayı da xeyli artmış, fərdi təsərrüfatlarla yanaşı ayrı-ayrı sahibkarların, fermerlərin təsərrüfatlarında da bu sahəyə həm kapital qoyuluşu, həm də təsərrüfatın imkanlarının genişlənməsi, bəslənən heyvanların baş sayının artması diqqətçəkən olmuşdu.

Bu gün Tərtərdə əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün tikinti-abadlıq işləri böyük sürətlə aparılır. Ölkəmizin hər yerində olduğu kimi, Tərtərdə də geniş vüsət alan tikinti-abadlıq və quruculuq işləri demək olar ki, öz sürət və keyfiyyətinə görə hər kəsin diqqət və sarağını çəkmişdi. Əgər konkret ifadə etsək, onda qeyd etmək lazımdır ki, hesabat dövründə Tərtərdə təkcə Heydər Əliyev prospektində 4500 kv.metr, Şıxəli Qurbanov küçəsi 1500 kv. metr, Rasim Mürsəlov küçəsində 1700 kv.metr təmir-tikinti işləri görülmüş, səkilər, divarlar ən müasir tikinti materialları ilə işlənərək hər kəsin zövqünü oxşayır. Küçələrdə aparılan təmir-tikiti işləri ilə yanaşı, kommunikasiya xətlərinin yenilənməsi, müasir işıq dirəklərinin quraşdırılması da yaddan çıxmamışdı. Məhz bunun nəticəsidir ki, rayonun bəzi küçələrinin eni daha da genişləndirilmiş, avtomobillərin hərəkəti üçün rahat bir şərait yaradılmışdı.

Rayonun istənilən nöqtəsindən baxanda diqqəti çəkən dövlət bayrağı və onun ucaldığı ərazi çox böyük bir sahəni əhatə edir. Artıq bu sahəyə 1,7 hektar əlavə ərazi qatılaraq geniş bir park yaradılmışdı. Parkın işıqlandırılması üçün 60 ədəd işıq dirəyi quraşdırılmış və bu ərazinin işıqlandırılması ən yüksək səviyyədə təmin olunmuşdu. Xatırlatmaq yerinə düşər ki, Bərdədən Tərtərə gələn hər kəs rayonun girişində diqqəti çəkən qapını maraqla seyr edir. Müasir memarlıq üslubunda ucaldılmış bu qapı rayonu xüsusi bir görünüş verir.

 

(Ardı var)

Ceyhun RÜSTƏMOV

ədalət.-2013.-28 sentyabr.-S.4.