AĞAMALI
SADİQ ƏFƏNDİ
İnsan Mənzərələri
Mənmi qocalmişam, ya zəmanəmi?
1991-ci il. Gecə saat 12 radələri olardı. Demək olar yatmağa hazırlaşırdım ki, telefon zəng çaldı. Həyat yoldaşım Zenfira xanım sanki telefonun səsindən tanıyırmış kimi:
- Bu zaman zəng edən ancaq dostun Ağamalı Sadiq olar - deyib, telefonu mənə uzatdi. Doğurdan da belə idi. Dəstəkdən Ağamalı Sadiqin ağır, ləngərli səsi eşidildi:
- Ayə, Dəmirçioğlu, (bu təxəllüsü mənə özü yaraşdırmışdı) neynirsən? Yatmamısanki?
- Yox, hələ yatmamışam, nə olub ki, gecənin bu vaxtı xeyirdirmi?
- Qardaş, xeyir deyəndə ki... Ayə, desəm inanmayacaqsan. Bir erməni dığası tutmuşam.
- Nə erməni, Ağamalı? Gecənin bu vaxtı hardan
tutmusan ermənini?
- Ayə,
tutmuşam deyəndəki, evdə tək idim. Birdən
qapı döyüldü, açıb gördüm ki, 20-25
yaşlarında qarayanız bir adam
dayanıb qapının ağzında. İdimindən hiss
etdim ki, xoşniyyətli adam deyil. Əlində bir vedrə var idi. İçində
iki baş pendir, bir torba süzmə, bir xeylidə yumurta ilə
dolu olan vedrəni mənə uzadıb dedi ki, bu sizə
çatacaq. Danışanda ləhçəsindən hiss
etdim ki, ermənidir. Tez dartıb içəri
saldım. Yaman nataraz ermənidir. Silah gücünə əllərini
bağlamışam. Sən Allah, gecdə olsa,
özünü yetir, görək bunu nə edirik.
Söhbət əsnasında heyrətdən donub
qalmış Zenfira xanımın üzünə baxdım.
- Gecə
vaxtı nə erməni - deyib, yoldaşım da həyacanını
gizlədə bilmədi.
Ağamalının
səsi dəstəkdən birdə eşidildi:
- Məmməd,
bu köpöğlu elə yalvarır, elə yalvarır, deyir
sazda çala bilirəm. Qurumsu ermənisiyəm
deyir, (Qurumsu İncə dərəsi ilə qonşu olan erməni
kəndidir) sən canın, sazınıda götür,
görüm yalan danışmır ki?
Üzümü
yoldaşıma tutub dedim:
- Ay
qız, o sazı mənə ver görüm, deyir erməni
sazda çala bilir. Gətir görək
düzmü deyir.
Zenfira
xanımın həyəcanı yumşaldı, üzündə
xoş bir təbəssüm yarandı:
- Ay kişi, erməni hara, saz hara? Yəqin
dostun səni görmək istəyir, bunu da bir bəhanə
kimi ortalığa atıb.
- Ay
Xatın, (Özbəkistanda həyat yoldaşına Xatın
deyə müraciət olunduğu üçün məndə
belə çağırırdım, elə indidə belə
çağırıram) nə vaxt görmüsən ki,
Ağamalı mənimlə belə zarafat etsin. Elə bir
ciddi, ağır taxtalı kişi mənimlə
belə zarafat edərmi? -deyib tez əynimi dəyişdim.
Sazı götürüb maşına əyləşdim. Ağamalıgilin
evi bizdən çox uzaq deyildi. 8-ci
mikrarayonda, 9 mərtəbəli binanın 7-ci mərtəbəsində
yaşayırdılar. Qapının zəngini
basdım. Az keçməmiş
qapı açıldı, Ağamalı məni içəri
dəvət etdi. Maraqlı bir mənzərə
ilə qarşılaşdım. Qapının
ağzında ortaboylu, qarayanız bir adam
taburetkaya bağlanmış halda oturmuşdu. Ağamalı
əlindəki tapançanı ona tərəf
tuşlamışdı.
- Məmməd,
canın üçün güclə əlini bağladım,
hələ də çabalayır ki, əllərini bir təhər
açsın. Bu tapança olmasaydı Allah
bilir nə edəcəkdi bu dığa.
Bu zaman əlibağlı
erməni üzünü mənə tutub yalvarmağa
başladı:
- Ara, ara, ay musurman, ara, balalarına
yazığın gəlsin. Ara, öldürməyin
məni, bu vedrədəki pendirləri də, qatıqları
da sizə verirəm, mənə yazığna gəsin. Sizinlə qonşu olan Qurumsu kəndindənəm.
Sizin Qaymaqlı kəndini də tanıyıram.
Ara, orada şofer Çaxmırıda, dülgər
Əsədi də tanıyıram. Məni
balalarının başına fırlat.
Ağamalı
bir mənə baxıb, bir erməniyə baxıb:
- Məmməd,
ağlın nə kəsir bu ermənidən? - dedi.
- Ay
qardaş, gəl polisə zəng edək aparsınlar. Biz burada bunu öldürüb əlimizi niyə qana
batıraq ki. Erməni qan adını, polis adını
eşidən kimi yenə yalvarmağa başladı:
- Ara
balalarına qurbanına olum, məni polisə verməyin. Mana yazığına gəlsin. Bir çətən
külfətim var. Sizin kəndlərdə
o qədər qartof satmışam ki. Qaymaqlı
kəndindən Qaleyçi Nəbini də, Musa kişini də
tanıyıram, deyib daha da çox yalvarmağa
başladı. Ağamalının hərəkətlərində
bir yumşalma hiss olunurdu, üzünü mənə
çevirib:
- Məmməd,
bu erməni sənin atanı, babanı da tanıdı. Bəlkə bunu bir sazla da sınağa çəkək.
Erməni saz adını eşidib gülümsəyərək,
ay musurman, Allahına and olsun sazına da çala bilirəm.
O sazı ver mənə hansı havanı desən
hamısını çalım. Ağamalı
tapançanı azaciq aşağı salib dedi:
- Məmməd,
mən silahla onu nişanda saxlayacam, bir onun əlini qolunu
aç. Sazı da ver görək nə
çala bilir.
Beləliklə mən erməninin əlini qolunu
açıb sazı ona tərəf uzatdım. Ağamalı
:
-Erməni,
sazı "Baş divani"yə köklə görüm.
Erməni əlləri əsə-əsə sazın
aşıqlarını sağa-sola burdu. Bir xeyli əlləşib,
əksinə olaraq sazı tamam kökdən saldı.
Bunu görən Ağamalı tapançanın küpü ilə
onun başına vuraraq :
-Ayə,
Məmməd, bu yalan danışırmış. Erməninin
üstünə qışqıraraq-Bəs sən saz
çalıram deyirdin, heç sazı kökləyə
bilmirsən-dedi.
-Ara,
qurbanına olaram, əllərim əsir. Bir
özün köklə ver mənə, hansı havanı desən
çalaram.
Ağamalı
silahi mənə uzatdı:
-Sən
bu tapançanı ona tuşla dur.Tapança tətikdədir.
Gördün qımıldanır, üstümə hopbanmaq istəyir,təpəsini odda. Erməni bu sözləri
eşidib daha da əsməyə,yalvarmağa
başladı:
-Ara,
balalarına qurban olum, ara, əlini tətiyə
vurma, birdən əlində açılar, məni
yazığna edərsən.
Ağamalı sazı əlinə götürüb
kökləməyə başladı.
-Erməni,
bu sazı nə günə qoydun, indi kökləyib verəcəm
sənə. Əgər bir baş
"Divani" çalmasan beyninin qatığını
tökəcəm gətirdiyin qatıq vedrəsinə.
Erməninin gözü isə mənim əlimdəki
tapançada idi. İndi bayaqkından daha çox əsir,
daha çox yalvarırdı.
- Ara,
başına pırlanım əlini ora vurma, birdən
açılar. Ara vallah Qurumsuluyam, adımda
Arşaqdır. Vallah bütün incəliləri
tanıyıram deyib, dili ilə qurumuş dodağını
yaladı. Ağamalı sazın bəmini bəm, zilini
zil kökləyib üzünü erməniyə tutaraq dedi:
-Götür
görüm ay dığa, çala bildin, demək anan səni
namaz üstə doğub, çala bilməsən özündən
küs. Erməni sazı əlinə
götürüb, çanağına bir çirtma vurdu,
sonra bir gözünü yumub sinədən üzü
yuxarı sazın qoluna baxıb qolun əyilib əyilmədiyini
yoxladı. Sonra ovcunu sazın arxa tərəfinə
tutub xərəyin irəli geri olmasını yoxladı.
Mən isə mat-mat erməninin peşəkarlara xas olan bu hərəkətlərinə
baxıb göz-qaş ilə Ağamalıya işarə etdim
ki, kafir usta sənətkara oxşayır. Sonra o
sazın qayışını çox böyük
ustalıqla çiyninə keçirib simlərə bir təzanə
çəkdi. Birdən-birə ev-eşik
diksinib sanki yuxudan oyandı. Erməni əsl
ustad görmüş aşıqlar sayağı bir neçə
dəfə təzanəni eyni pərdə üstə vurub
birdən ən aşağı beçə pərdədən
üzü yuxarı heyrətamiz bir gəzişmə etdi.
Tüklərim biz-biz oldu. Sonra
baş pərdədə çox ağır olan bir neçə
gəzişmələr edib, yenə
üzüaşağı beçə pərdəyə endi.
Erməni artıq hər şeyi unutmuşdu.
Pərdələr ütündə səyyarə
misal uçan barmaqları birdən baş pərdənin
üsündə dayandı. Dyanıb da
baş divaniyə keçid aldı. İlahi,
bu nə ovsun idi, nə möcüzə idi?
Saz qumrov kimi ötür, baş divaninin gülləri,
xalları pərdə-pərdə enir, qalxırdı. Qaşları
çatılıb, alnı qırış-qırış
olmuş erməni indi qos-qoca bir ozan babaya oxşayırdı.
Elə bil yatmışdım yuxudan oyandım.
Üzümü Ağamalıya tutub dedim:
- Bəy,
bu qulluqda çodar olmaz, ay olmaz. Bu nə sirr idi, nə sehir
idi anlaya bilmədim...
Bu ara otaqların qapıları
açıldı. Allah, Allah, artıq hər şey aydın
oldu. Nabat xanım gülməkdən uğunub
getdi. Nofəl qəh-qəh çəkib:
- Məmməd
əmi, inan özmüzü gülməkdən güclə
saxlamışdıq.
Ağamalı
da qəh-qəh çəkib dedi:
- Ayə
Əmməd, bu ermənini tanımırsan ki? Bu
mənim kiçik qardaşim Alxandı. İt
oynadanın biridir. Mənə dedi ki, Məmməd uzun
illərdir Özbəkistanda yaşayıb, çox güman
ki, məni tanımır. Gəl, bir maraqlı səhnə
düzəldək. Mən də əla erməni
rolu oynaya bilərəm. Hə, qardaş bir cəmdək
də yaxşi çəpiş əti gətirib, canin
üçün elə bir pörtdəmə
hazırlamışıq ki, lap həl-məldir. Gülməkdən
gözləri yaşlanan Nabat xanım:
- Məzən
olsun Ağamalı. Allaha and olsun biz özümüz də az qala inamışdıq ki, evimizə erməni
girib. Sonra məlum olmuşdu ki, tapança da
oyuncaq tapança imiş.
Nə isə...
Məclis quruldu, buğlanan çəpiş
pörtdəməsi ortalığa gəldi.
Ağamalı:
- Hə,
qardaş, düzünə qalsa, mən son vaxtlar içə
bilmirəm. Daha doğrusu həkimlər də
icazə vermir. Alxan da kənddən
yaxşı başı xamırlılar gətirib. Dedim,
həm Alxanla tanış ol, həm də
vurmaqda ona yoldaşlıq elə, tək içə bilmir.
Elə bu
ara telefon zəng çaldı. Arayan bizim Xatun idi. Saz səsini eşidib dedi:
-
Gördün, sənə dedim Ağamalı, - sazı da
götür dedisə, demək məclis var. O da məslədən
agah olub xeyli güldü...
O unudulmaz
günü, bu maraqli əhvalatı ara-sıra yeri
düşdükcə dostlara danışıram. O
möcüzə dolu gecə, indi olduğu kimi gözlərim
önündə canlanır. Badələr dolub-boşalır,
sağlıqlar deyilir, ara Alxan, ara
Ağamalı bəyin özü saza sarılıb
havadan-havaya keçərək gəlib dədə
koroğlunun üstündə dayandı. Ağamalı
yanağından üzüaşağı
puçur-puçur axan tərini yaylığı ilə
silib görək nə dedi:
- Hə,
mənim əzizlərim, o vaxt idi ki, Koroğlu
qocalığını boynuna alıb, 7777 dəlisini ellərinə-obalarına
yola salmış, Qıratın nallarını
sökdürüb yağı qoruğuna buraxmışdı.
Nigar xanımla birlikdə Çənlibelin ətrafını
seyr edərkən bir çobana rast gəldilər.
Koroğlu çobana yaxınlaşıb çiynindən
asdığı yarı ağac,yarı dəmir
əşyanı göstərib soruçdu:
-
Çoban qardaş, o nədir elə çiynindən
asıbsan. Nə çomağa oxşayır, nə
silaha. Çoban əyri-əyri bu eşmə
bığ, bazburtlu, yekepər qocaya baxıb dedi:
- Sənin
dünyadan xəbərin yoxdur deyəsən. Bu
odlu silahdır, adı da tüfəngdir. Koroğlu
mat-mat çobana baxıb dedi:
- Ay
oğul, bu necə silahdir ki, nə kəsən ağzı
var, nə də deşən ucu?
- Qoca, bu
elə bir silahdır ki, istədiyin adamı 20-30 metr uzaqdan
vurub öldürür. Koroğlu heç inamayıb dedi:
- A bala,
nağıl danışma, bir sübut et,
görüm dediklərin düzdürmü?
Çoban
uzaqda otlayan kalçanı göstərib dedi:
- Bax o
kalçanı bir an içindəcə öldürəcəm,
amma bu şərtlə ki, sözüm düz olsa
kalçanın pulunu iki qat ödəyəcəksən. Koroğlu çox maraqla razılaşır.
Çoban tüfəngi sinəsinə qaldırıb
heyvanı nişan alır. Tüfəng
açılan kimi kalça bir dəfə yuxarı
qıfçınıb arxası üstə yerə sərildi.
Koroğlu qaçıb heyvana
yaxınlaşdı. Qan içində ölən heyvana
baxıb başını buladı...
Ağamalı sanki bir qoca Koroğlu misal sazı sinəsinə basıb "Koroğlu bozuğu" ütündə oxuyurdu:
Titrəyir əllərim, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Otmür dəhanımda söhbətim, sözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Tutulur məclisdə igidin yası,
Kar etmir qılıncı, polad libası.
Gəlib
bic əyyamı, namərd dünyası,
Mənmi qocalmışam, ya zəmanəmi?
Axır əcəl
gəldi, yetdi hay- haray,
Çəkdiyim qovgalar bitdi, hay- haray.
Tüfəng
çıxdı, mərdlik getdi ay haray,
Mənmi qocalmışam, ya zımanımi?
Koroöluyam,
qırat üstdə gəzərdim,
Müxənnətlər başın vurub əzərdim.
Nərələr
çəkərdim, səflər pozardım,
Mənmi qocalmışıam, ya zəmanəmi?
SON
Məmməd Dəmirçioğlunun
təqdimatında
Ədalət.-2013.-28
sentyabr.-S.10.