Çəmənlər sevinsin
deyə
Və yaxud gözlərin gözü
olsun...
Görkəmli İrlandiya dramaturqu Corc Bernard Şou müsahibələrindən birində tam səmimiyyətlə qeyd edir ki, gənc ikən mən yazıçı olmaq haqqında düşünürdüm; daha çox dəniz qulduru olmaq istəyirdim. Bir az da opera müğənnisi, bir az da bəstəkar... “Yalnız yazıçı olmaq haqqında mən heç vaxt düşünməmişdim, çünki yazıçı kimi doğulmuşdum. Yazıçı olmaq mənim üçün çox təbii bir hal idi, ağızdakı suyun dadı kimi; onun dadını hər gün içirsən deyə hiss eləmirsən...”
Bu sətirləri oxuduqca tanınmış şair İlyas Tapdığın son dərəcə səmimi, həssas, xeyirxah şair obrazı gözlərim önünə gəlir. Hələ doğulub boya-başa çatdığım Gədəbəy rayonunun ötən əsrin 60-70-ci illərindəki elə də könülaçan olmayan sosial həyatı içindən şeirlərinin pak, munis ab-havasına uçunduğum, əzbərlədiyim İlyas Tapdığın... O İlyas Tapdığın ki, B.Şounun dediyi kimi şair olmaq haqqında heç vaxt fikirləşməmişdi, çünki şair kimi doğulmuşdu; özünəməxsus şair taleyi, özünəməxsus poetik dünyası ilə bir arada...
Təbii ki, İlyas müəllimin yaratdığının ilk nümunələri bir həmyerli olaraq xüsusi özəlliklə Gədəbəy camaatı arasında əl-əl gəzdiyi bir dönəmdə mən yaşca çox kiçik idim. O şeirlərin çoxu elə mənim öz həmyaşıdlarım kimiydi. Yaşca məndən böyük olan şeirləri daha çox göz önündəydi. 1959-da yazılanları var idi, 1960-da, 1961-də, 63-64-cü illərdə yazılanlar da olmamış deyildi. İndi mənim özüm 3 yaşım olan çağlarımda İlyas Tapdığın yazdığı şeiri öz tərcümeyi-halımın, ömrümün-günümün bir parçası, sözü-söhbəti şkimi oxuyub da təskinlik tapıram:
Az da olsa görmüşəm dünyanı,
Həyatda ölüm də görmüşəm,
Olum da görmüşəm
Həyat da...
Dağları
Uçmasın deyə
Kəmər qayalarla bəndlənən görmüşəm.
Çölləri şəhərlənən,
Kəndlənən görmüşəm.
...Unutmuşdum az qala
Qəbiristanı –
O da insan xatirəsi,
İnsan
xırmanı!
İnsan
dəyirmanı!..
Toxuyublar
torpaq ilmə-ilmə;
Uçurumdur
Ömrün dörd yanı,
Büdrəmə, əyilmə!
Bu kiçik şeir təkcə bir yaş dövrünün,
təkcə bir şəxsin şeri deyil... Daha çox bütün
zamanların və bütün insanlığın
yolu üstündə
SOS iarəsi, həyatı
qavramaq, dərk etmək amalına yönəli həqiqət
səslənmişdi. Son
dərəcə sadə,
elə o biçimdə
də aydın, səmimi və qocafəndi yazılıb.
Ömrün dörd yanının
uçurum olması həqiqəti bu şeirdən bütün
anlamıyla, qaçılmazlığıyla,
dünyagörmüşlüyü ilə keçib, büdrəməyin, əyilməyin
hara aparacağı sözsüz şəkildə
kodlaşdırılıb. Bu şeir 1967-ci ildə
yazılıb. Onda mənim
üç-dörd yaşım
olub. O zamandan keçən illər İlyas müəlllimin özünün Qobustan qayalarından, əfsanə
və əsatirlərimizdən
bizə çox yaxşı tanış
olan mistik, qos-qoca Azərbaycan piranisi obrazını şəkilləndirib. O, Dədə
Qorqud yaşını
çoxdan adlayıb-keçib.
Eyni yaradıcılıq Birliyində,
saz-söz məclislərində
eyni məkanı, auranı bölüşdüyümüz
məqamlar olur, ədəbi tədbirlərdə
tez-tez üz-üzə
gəlirik, hal-əhvallaşırıq.
Bütün bu məqamlarda
mən İlyas müəllimin qov kimi kövrək, saz teli kimi
zərif cismindən, nəfəsindən məsafəcə
əlim çatıb-ünüm
yetməyən, bir macal eyləyib baş çəkə bilmədiyim ata yurdum, ana ocağım
olan doğma yerlərin unudulmaz qoxusunu alıram. İlyas müəllim o doğma yerlərin addım-addım
şəkilləşməsi kimi dayanır qarşımda. Yaddaşımda
yenə də İlyas müəllimin sərt həyat həqiqətini özündə
ehtiva edən doğma, tanış
misraları səslənir,
səslənir:
Uçurumdur
Ömrün dörd yanı
–
Büdrəmə, əyilmə!
İ.Tapdığın gözlər haqqında bir şeri var. Ovxarlı, kip kipriklər hasarında gizlənən
cin, gah zülmət aşiyanı,
gah da gur
bulağı bəsləyən
gözlərdən yazır. Haqqına yazır
ki, çoxdu dünyada gözlər.
Ancaq bütün ömrüm boyu İlyas Tapdığın
o misraları yanında
olmuşam ki:
Gözlər axtarıram mən
–
Namərdliyi, həsrəti,
Əsarəti yandıran
Alovu-közü olsun.
Ürəklərə işləsin –
Diləkləri görsün o!
Gözlərin
Gözü olsun!..
İlyas Tapdıq bir şair olaraq həmişə “nə deyirlər desinlər, dünyadakı hər şey – bəli, bəli, məhz hər şey elə sözdür” amacıyla yazıb-yaradıb. O, yaradıcılıq
təxəyülünün köməyi ilə gənc nəslə “biz kimik” sualının cavabını verməyin dilini bilir. Onun poeziyası
əyalət paklığından
gəlir və heç vəchlə dumanlı, sındırılmış
poeziya deyil, şeirlərinə məyus
çalarları heç
vaxt yaxın qoymayıb. Eyni zamanda “bənövşənin
xətrinə kol dibinə düşən izə” sahiblik etməyin ləzzətini duya-duya yazıb-yaradıb;
şerin dilini və ruhunu bilib, sözü tanıyıb, gəncliklə
qaynayıb-çatpışıb, gənc istedadları kol dibindəki ülkək, qayğıya
möhtac bənövşə,
bahar çiçəkləri
kimi duyub, duyub... Xınalı kəklikli, ürkək əlikli, xallı maralların ovalığında,
qayalı dağların
buz sinəsinə sığınan duyğuların
qucağında olanda belə meylini-ülfətini
insana salıb, insanların yanında olub:
Əlimi
uzatsam toxunar Aya,
Nə xoşdur uzaqdan baxmaq dünyaya!
Qəlbimin səsini eşitmir
çaya,
İnsanam,
Mən insan sorağındayam.
Bu, təkcə bir
şairin, bir söz adamının yox, bütün duyan könüllərin səsi-sədasıdı və
məhz belə olduğu üçün
oxunur, yadda qalır, sevilir. İ.Tapdığın
“qəlbin istəyincə
dər – sevinsin çiçəklər” səslənişinin
özü belə yer üzündə yaranmışlara etinalı,
həssas olmaq nümunəsi kimi cəlbedicidi... Həyatın
harmoniyası, əksilikləri
onun poeziyasında son dərəcə sadə, səmimi və lakonik bir biçimlə
ifadə edilir:
Sənət baxçasına, söz
baharına
Gül ətir çilədi,
Xəzəl də gəldi.
Şair
duyğusunun çəmənlərini
Gəzməyə sənəm də,
Gözəl də gəldi.
Açıb qanad-qanad ləpələrini,
Ağarmış saçıyıla,
Xəzər də gəldi.
Gözəllər eşqinə düşəndən
bəri
Hicrana, vüsala
Qəzəl də gəldi.
Şair,
yaş sözünü
yaddan çıxardın,
Bilmədin
Altmışın necə düzəldi...
Ədəbiyyatşünaslar adətən İ.Tapdıqdan
maraqlı və orijinal uşaq şairi kimi bəhs edirlər. Doğrudan da
o, uşaq şairi olanlardan yox, uşaq şairi kimi doğulanlardandı və bu münasibət
ilkin olaraq İlyas müəllimin bütün dönəmlərdə
öz uşaq, körpə ilkinliyindən,
romantik düşüncə
sahibi olmasından qaynaqlanır. O. bulaqların adi bir axar su
mənbəyindən daha
çox təbəssüm
çağlayan, nəğmə
yazan varlıq mənbəyi olması qənaətiylə oxucularına
doğmadı. Qış
lövhəsini fəslin
açılan qucağı
fonunda əkıs etdurməyin ustasıdı:
Qış açıb qucağını
–
qoynunu
çiçək-çiçək,
ləçək-ləçək
qar yağır...
Hal-əlbət belədi... Onun şeirlərini oxuduqca təsvir olunan predmetin dəqiq detalları göz önündə unudulmaz tablo kimi açılır.
Küləyin əsmə
istiqaməti, ləpiri,
izi İ.Tapdığın
təqdimatımnda son dərəcə
dəqiq, maraqlı və inandırıcıdı:
Gecə
xəlbirdən keçirib
Külək sanki bu qumları,
Əsib-coşub sübhə kimi,
Nə dincəlib,
Nə sahildə
çimir alıb.
Yorğun-yorğun çııxıb gedib,
Əyri-üyrü ləpirləri
Dərin qumlar üstə qalıb.
O, Günəşi dənizin
güzgüsü kimi
təsvir etdiyi məqamlarda daha çox rəssam, poeziya ustası kimi sevilir, yadda
qalır; oxucu inanır ki, dəniz gün boyunca Günəşin ayna camalı önündə sığallanıb,
sürmələnib, xumarlanıb
və bu təsvir oxucu ruhunu da eyni
kustal auraya dəfolunmaz bir istəklə çəkir,
çəkir... Onun təsvirində
dalğalar dalğalıdı,
ləpələr gəzəri.
Deyir ki:
Bir gilə göz yaşında
Dərya
həsrəti sezdim;
Kim deyir ki, çimmədim
–
Dost qəlbinin Xəzərində
üzdüm...
üzdüm...
Doğrudan da bu şeirləri
oxuduqca səmimi, eyni zamanda da
gah tufanlı, qasırğalı, gah tutqun, gah açıq
asimanlı bir şair ürəyinin alt qatına enir, enir və orada
şair İlyas Tapdığın səmimi
obrazıyla üz-üzə
gəlməyin məmnunluğunu
yaşayırıq. Deyirik ki,
“köksünü çapdıq,
İlyası tapdıq!”
İlyas
Tapdığa sevilən
şair olmaqla bərabər bir eloğlu, doğma vətənimin bir parçası kimi baxıram və illər öncəsi yazdığım bu şeirdə onun da adı – ünvanı
var. Bütün böyüklərimdən
umduqlarımı yazmışam:
Quş yuva qurmağa min budaq tapır,
Mən necə
yoxam, de, mən necə varam?
İnsanam, bu boyda kainatda mən
Bir budaq tapmadım – bir yuva quram.
Taleyin şilləsi dəydi üzümə,
Anasız qaldım mən körpəliyimdən.
Kimə
“ana” dedim – südü qurudu,
Mənə ana olan olmadı,
Vətən.
Əl boyda quş qədər ola
bilmədim
Dünyaya sığmayan istəyimlə
mən.
Bir yurd həsrətinin qaldım çölündə,
Mən səni
içimdə daşıdım,
Vətən.
Gülayə
Kaspi.-2013.-28030 sentyabr.-S.23.