Bizim hədəfimiz təkcə gülüş deyil

 

“Bayağı gülüşlərin tam əleyhinəyəm”

Müəllimlərimdən hər zaman eşitmişəm ki, Azərbaycan teatrı heç zaman aktyor cəhətdən çətinlik çəkməyib. Bu cətinlik hər zaman yaxşı rejissorların tapılması cəhətdən olub. Rejissorluq çox çətin sənətdir, o da ola Musiqili Komediya teatrında...

Müsahibim prezident mükafatçısı, Musiqili Teatrın baş rejissoru Yusif Əkbərovdur. Yusif müəllim bundan öncə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor işləyib. Orijinal yaradıcılıq üslubuna malik olan Y.Əkbərov Sumqayıt teatrında “Əsrə bərabər gün”, “Bəxt üzüyü”, “Qınamayın məni”, “Qaravəlli”, “Bağdada putyovka var” və s. tamaşalara quruluş verib.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu rejissor işlədiyi gündən isə burada “Lotereya”, “Baş tutmayan hiylə”, “Qızıl toy”, “Hərənin öz ulduzu”, “Nəğməli könül”, “Səhnədə məhəbbət”, “Əlin cibində olsun”, “Bir günlük siğə” kimi uzun ömürlü tamaşalara quruluş verib. Ancaq bütün bunlara baxmayaraq rejissor hər kəsin hafizəsində “Bəxt üzüyü” tamaşası ilə xatırlanır.

Yusif Əkbərovla söhbətimiz zamanı teatrın ad dəyişikliyindən, teatrın açılışının yaz aylarına təsadüf etdiyindən söhbət açdı. Onun sözlərinə görə, Musiqili Teatrda hazırda tamamlanma işləri getdiyindən teatr Martda tamaşaçıların görüşünə gələcək və bu müddət ərzində də köhnə tamaşaların bərpası üçün hazırlıqlar aparılacaq.

Əl-qolumuz açılıb

- Musiqili Komediya Teatrının adı dəyişdirilərək Musiqili Teatr oldu. Uzun illərdir eyni adı daşıyan bir teatrın adının dəyişməsinə səbəb nə oldu?

- Musiqili Komediya Teatrının əsası Üzeyir Hacıbəyov tərəfindən qoyulub. Teatrda komediya ayrıca bir janr kimi fəaliyyət göstərirdi. Komediya sözü teatrın adından götürüldü. Musiqili Teatr dedikdə teatrın yaradıcılıq fəaliyyəti nəzərdə tutulur. Bu da teatrımızın yaradıcılıq imkanlarını daha genişləndirir. Yəni teatr artıq istədiyi mövzuya, janra müraciət edə bilmək imkanı yaranır. Teatr olaraq əl-qolumuz açılır, müxtəlif əsərlərə müraciət etmək imkanı əldə edirik. Dünya praktikasında bu artıq qəbul olunub. Musiqili Komediya Teatrları artıq Musiqili Teatr statusu alıb. Biz teatrın adında kiçik dəyişiklik etmişik deyə komediya janrından da ayrılmayacağıq. Teatrda operettalar, musiqili komediyalar, muzikllar olacaq. Bunlar əvvəlki kimi öz yerində qalacaq.

- Yusif müəllim, sizin teatr modelinizin fərqli xüsusiyyətləri nədən ibarətdir?

- Hər rejissorun öz yaradıcılıq xüsusiyyətləri, manerası var. Heç bir rejissor bir-birilərini təkrar etmir. Bu da onların cəmiyyətə, teatra olan baxışından asılıdır. Bu da baxır rejissor onu hansı yollarla tamaşaçıya çatdırır. Ümumiyyətlə, teatr səhnəsində yer alan tamaşa bugünkü gün ilə səsləşməli, ayaqlaşmalı, tamaşaçılara yüksək dərəcədə təsir etməlidir. Bütün bunlar bir-birinə bağlı olarsa demək o rejissorun öz teatr modeli var.

- Bu il Musiqili Komediya Teatrı hansı yenilikləri ilə tamaşaçıların görüşünə gələcək?

- Martda teatr təmir olunmuş binasında öz pərdələrini tamaşaçılarının üzünə açacaq. Burada bir sıra yeni layihələr hazırlamışıq. Belə ki, SSRİ xalq artisti Arif MəlikovunLəpələr”, Ramiz HeydərinQızıl toy”, rus bölümündə “Silva”, “Bayadera”, İlyas ƏfəndiyevinQəribə oğlanəsərinə müraciət etdik. Ola bilər ki, xarici muizkl repertuarımızda yer alsın.

- Yusif müəllim, sizcə üçün Rafael Coşqunun hazırladığı səhnəciklərə daha çox tamaşaçı gedir, ancaq Musiqili Komediya Teatrında hazırlanan komediyalarda tamaşaçı qıtlığı yaşanır?

- Onlar ildə 2 dəfə konsert verirlər. Düşünürəm ki, onların hazırladıqları səhnəcikləri, Musiqili Teatrının tamaşaları ilə müqayisə etmək olmaz. “Bu şəhərdəadı ilə göstərilən konsertdə parodiyalar, müəyyən satirik səhnəciklər hazırlanır. Biz hər həftə 3 tamaşa oynayırıq. Bizim tamaşaçı qıtlığından şikayətimiz yoxdur. Bizdə tamaşaçı qıtlığı ümumiyyətlə olmayıb, istər keçid dövründə, istərsə başqa dövrlərdə. Musiqili Komediya Teatrı hər zaman məşhur teatrlar sırasında olub. O aktyorların hər ikisi istedadlı, bacarıqlı aktyorlardır. Biz professional teatrda bitkin tamaşalar hazırlayırıq. səhnəciklər, parodiyalar hazırlamırıq. Konsertlər zamanı hərdən hazırlayırıq, o da yalnız konsert proqramları çərçivəsində. Bizim işimiz bugünkü günlə səsləşən tamaşalar hazırlamaqdır.

Yuxusuz gecələr keçirdim

- Sizin adınız daha çoxBəxt üzüyütamaşasının rejissoru kimi hallanır. O zamandan səs-küyə səbəb olan başqa bir tamaşanız olmayıb. Bu ilə əlaqədardır?

- Hər bir rejissorun, aktyorun yaradıcılığında bir çox maraqlı işləri olur. Ancaq onların içərisindən biri səs küyə səbəb olur. Bir çox sənətkarların adını çəkə bilərəm ki, onları bir obrazına görə daha çox tanıyırlar. Ona görə burada qəbahətli bir şey yoxdur. Ondan sonra Çingiz AytmatovunƏsrə bərabər güntamaşasını hazırladım. Həmin tamaşa çox böyük səs-küyə səbəb oldu. Ola bilər ki, “Bəxt üzüyütamaşası olmazdı, başqa bir tamaşa səs-küyə səbəbə olardı tamaşaçılar məni o tamaşa ilə tanıyardılar. Ancaq belə götürəndə düz deyirsiniz, “Bəxt üzüyütamaşamdan sonra tamaşaçılar məni tanıdılar. Hər bir sənətkar bir işinə görə tanınır.

- Uzun illər öncə siz bizim qəzetə müsahibənizdəƏsas məqsədimiz odur ki, tamaşaçıya mənalı, düşündürücü gülüş bəxş edə biləkkimi fikirlər səsləndirmisiniz. Bizim üçün maraqlıdır bu məqsədinizə qədər nail olmusunuz?

- Yaradıcılıqla məşğul olan insan hər zaman qoyduğu məqsədə doğru çalışıb, vuruşur. Komediya janrı janrların içərisində ən çətinlərindəndir. İnsanlar arasında belə bir fikir yaranır ki, komediyadır da aktyorlar çıxdılar güldürdülər, camaat güldü getdi. Elə deyil. Tamaşaçıları düşüncəli şəkildə güldürmək üçün teatrın kollektivi, başda rejissor olmaqla çox əziyyət çəkir. Özüm vaxtı ilə Sumqayıt Musiqili Dram Teatrının baş rejissoru olmuşam. Orada nəinki komediya, dram əsərləri, faciə janrında tamaşalar hazırlamışam. İşləyərkən bir çox çətinliklərlə qarşılaşmışam . BircəBəxt üzüyütamaşasını hazırlayanda cür əzablar çəkdim, yuxusuz gecələr keçirdim. Həmin tamaşa böyük bir zəhmət hesabına başa gəldi. Kənardan baxanlar hər zaman deyirlər ki, komediya janrı asan başa gəlir. Mən o fikirlərlə razı deyiləm. Gülüş özü düşündürücü, mənalı, məzmunlu olmalıdır. Cəmiyyətdə baş verən hadisələrə öz münasibətini bildirməlidir. Bizim hədəfimiz təkcə gülüş deyil. Dövrümüzdə çatışmayan cəhətləri göstərməyə çalışmalıyıq. İstəyirik ki, tamaşaçı teatrdan gedəndə özü ilə faydalı bir fikir götürə bilsin. Öz həyatlarında həmin fikir meyar olsun.

- Hər zaman söyləmisiniz ki, “İstəyirəm teatrda komediya janrı özünə qayıtsın”. Bu istəyinizə necə, nail olmusunuzmu?

- Uzun müddətdir ki, bu sənətdə işləyirik. Ümumiyyətlə, mən bayağı gülüşlərin tam əleyhinəyəm. Hansı teatrda olmasından asılı olmayaraq bayağı gülüşü sevmirəm. Tamaşaçını bayağı gülüşlə güldürmək asandır. Onu düşündürərək güldürmək çox çətindir. Biz bu mənanı, məqsədi qarşımıza qoymuşuqsa ona tərəf irəliləyirik. Amma qarşıda belə bir məqsəd varsa, ona doğru hökmən irəliləməli o inkişaf etdirilməlidir. Teatr tərbiyəedici bir orqanizmdir. Teatra gəlib, gülüb çıxıb getmək, teatra, tamaşaçıya lazımdır. Teatrın missiyası düşündürmək, mənalı fikirlər çatdrmaqdır.

Müasirlik olmasa tamaşaçı da olmayacaq

- Yusif müəllim, sizin adınız mediayada az hallarda səslənir. Bu nədən qaynaqlanır, özünüzmü kölgədə qalmağı sevirsiniz?

- Deməzdim adım az hallanır. Çünki bir sıra mətbuat orqanlarında mütəmadi olaraq çıxışlar edirəm. Məndə elə bir xüsusiyyət var ki, özümü gözə salmaq, qabartmaq kimi vərdişlər mənə yaddır. Xarakterim belədir.

- Tamaşaçılar teatrların müasir əsərlərə müraciət etmədiklərindən şikayətlənirlər. Siz necə düşünürsünüz?

- İndi deyirlər ki, teatra maraq yoxdur. Əksinə Azərbaycan tamaşaçılarının teatra böyük marağı var. Düzdür bir müddət, keçid dövründə tamaşaçılar arasında teatra maraq azalmışdı. O ki, qaldı müasir əsərlərin teatrda az olmasına bu fikirlə haradasa razılaşıram. Teatrlar gənc yazarları özünə cəlb etməlidir. Dramaturji material olmasa teatrlar öz repertuarını qura bilmir. Teatrın vəzifəsi, gənc yazarları teatrlara cəlb etmək, onlarla sıx əməkdaşlıq qurub, onların əsərlərini birlikdə yetişdirib, o əsərləri tamaşaçılara təqdim etməkdir. Teatrlarda klassikaya o zaman müraciət edirlər ki, həmin klassik əsər bugünkü günlə səsləşir. Ona görə teatrları günahlandırmıram. Elə qəzetiniz vasitəsi ilə dramaturqlara müraciət edirəm. Musiqili Teatrımıza dramaturji axın vacib məsələlərdən biridir. Ötən mövsüm ərzində teatrımıza cəmi iki dramaturq müraciət etdi. Dramaturqların teatra müraciəti çox azdır. Nədən olduğunu bilmirəm. Düşünürəm ki, qədər gənc dramaturqlar teatrla sıx əlaqə qursalar, teatr da onları çox məmnuniyyətlə qəbul edər. Teatrda müasirlik olmasa tamaşaçı da olmayacaq. Klassika həm müasir səslənməlidir, həm aktyor bacarıqları burada tənzimlənməli, itilənməlidir. Klassika ayrıca sahədir. Bu sahəyə baş vurursansa burada sən öz sözünü deməyi bacarmalısan.

Xəyalə Rəis

Teatrşünas

Kaspi.-2013.-28-30 sentyabr.-S.11.