Taleyimdən
keçənlər
(Poemada
parça)
Üçüncü
fəsil
-3-
Cidanı çuvalda
gizlətmək olmur,
Nə qədər boğasan
dərdi bətində?
Xalqlar: “Bəsdir!”-deyib
ayağa qalxdı
Böyük ideyalar
məmləkətində.
Vərəmə, cüzama
yoluxdu sanki,
Ölkə yarımcandı—
çarəsiz xəstə.
İmperiya bozartdı
qart sifətini,
Durdu gürzə kimi
quyruğu üstdə.
Qıcadı zəhərli
sərt dişlərini,
Bəhanə axtardı
aşkar, haqq-nahaqq.
Hərə bir yol tapıb
çıxdı qıradan,
Bizim başımızda
çatladı çanaq!
Bir ordu göndərdi—
sayımız qədər,
Bütün Azərbaycan
ordugah oldu.
Kəsdi bənd- bərəni...
Bəd əməlindən,
Qara niyyətindən
gec agah olduq.
İnandıq—yatırtdı,
aldatdı bizi.
Aldatdı ac şirin
tülkü mürgüsü.
Aldatdı illərlə
oxuduğumuz
Əbədi “qardaşlıq”,
“dostluq” türküsü.
Ağıla gəlməyən
başa gələrmiş,
Gül qoyduq tankların
lülələrinə.
Bir gecə tuş gəldik
həmən tankların
Qəfil ölüm saçan
güllələrinə.
Bakı qan ağladı,
nifrin yağdırdı,
Naləsi, fəryadı
ərşə dayandı.
Yetmiş il yatdığı
“şirin” yuxudan
Millət qan içində
qalxdı, oyandı.
Doğrandı, əzildi
insan əzası,
Sümüklər xırçhaxırç,
ət tikə-tikə...
Demə, qanımıza
yerikləyibmiş,
“Sülhün dayağıyam!,--
deyən bir ölkə.
Kükrəmiş dənizdə
girinc-giriftar,
Tənha bir gəmiydi
bu yazıq Vətən!
Ölüm yuxusuna
gedibmiş dünya,
Yox idi səs
verən,
imdad yetən.
Nə
vaxt dincələcək
görən bu torpaq?
Allah, nə
qəribə
taleyimiz
var!...
Ləkəsiz,
minillik
tariximizə
Qan-yaşla
yazıldı
20 Yanvar!...
Ağızda
dil yandı,
sinədə ürək,
Torpağım
yadlara
güzərgah
oldu.
Neçə
gül bağçası,
gül
xiyabanı
Şəhid
oğullara
məzargah
oldu.
Millətim
tökülən
şəhid
qanıyla
Quduz
düşmənini
yendi—öc
aldı.
Bir vaxt
yad əliylə
enən
bayrağım
Dikəlib,
təzədən
göyə
ucaldı.
***
Mən
sözün sehrinə
düşəndən bəri
Şeir
yazmamışdım
hələ bu sayaq.
Ey Kəbəm,
and
yerim,
ey səcdəgahım,
Əyilməz
qürürum,
üç rəngli bayraq!...
Sən
varsan—
torpaq
var,
Vətən
var demək,
Sən
bizə
havasan,
susan,
çörəksən!
Sən
şəhid ruhusan
başımız üstdə,
Bu
günsən,
sabahsan,
xoş
gələcəksən!...
Bir rəngin
qırmızı—
qan
yaddaşımız,
Bir rəngin
səmanın
mavi rəngidir.
Bir rəngin
tükənməz
həyat
eşqimiz,
Yamyaşıl
baharın
gül
çələngidir!...
Əbədi
məşəlsən—
ümid
məşəli,
Hər əsən
rüzgardan
sönməyəcəksən.
Bir dəfə
enməyin—
müsibətimiz!...
Bir daha,
bir daha
enəməyəcəksən!...
Nə
gözəl deyilib:
”Əgər
torpağın
Uğrunda
öləni
varsa, VƏTƏNDİR!
Əgər
enməyibsə
məğrur bayrağı,
Varlığı
əbədi,
sözü ötəndir!...
Uğrunda
can verdik,
canım
bayrağım,
Dedik,
yaşamağa
haqqımız olsun.
Millətin
qəlbində,
ruhunda gərək
Sənə
məhəbbətdən
heykəl
qoyulsun!...
Sıxdı
zaman-zaman
sınaqlar bizi,
Doğulduq
Günəşin
ziyası
kimi.
Üstündə
parlayan
ayım,
ulduzum
Xalqımın
möhürü,
imzası
kimi!...
Dalğalan,
“Varam!” de!
Elə
xoşbəxtəm!...
Gözümdən
axan yaş
sevinc
yaşıdır!
Dünyada
o insan
bəxtiyardı ki,
Azad bir
ölkənin
vətəndaşıdır!..
-4-
Gözünə
ox kimi batdı bayrağım,
İmperiya
bir yeni
“müjdə” də verdi:
Qan
sızan yaramız qaysaqlanmamış
Dərd
üstə dərd gəldi—
Qarabağ
dərdi!...
Allah bəndəsidir
dedik hayklar,
Yer verdik—
yerini
abad eylədik.
Əsrin əvvəlində
gördük üzünü,
Gesdi—
canımıza cəllad eylədik.
Yıxdıq
evimizi öz əlimizlə,
Gətirib
çıxartdıq
ocaq
başına!
Suçumuz—
ürəyi yuxalığımız,
İnandıq gözünün timsah yaşına.
Haqq
sözdür:
“Qurd basar
arxalı köpək”,
Bilirik
baş kimin,
o əl
kimindir.
Necə
gözəl deyib müdrik atalar;
“İriz
ulağınsa,
feil gəlinindir.”
Qoluna
güc verdi, əlinə silah,
Oynatdı
haykı bir
oyuncaq
kimi.
Kin səpdi
gül kimi torpaqlarıma,
Közərdi
sönməyən
od-ocaq
kimi.
Dəydi
hər qarışa murdar nəfəsi,
Gülüm
vağamladı,
çiçəyim soldu.
Örpəyi
tapdanan gəlin Şuşamın
Sinəsi dağlandı—pərişan oldu.
Çox
bəla ötürdü,
çox
qovğa gördü,
Tanındı tarixdə dözümlü, mətin.
Sındı,
çilikləndi şüşə ürəyi,
Çətin
bağışlayar,
bizləri çətin!...
***
İnləyir
yağının tapdağı altda,
Dağ-daşlı
Qarabağ,
aran
Qarabağ!
Bu
zalım gərdişin ilğımdır sonu,
Nə
vaxt sağalacaq
yaran,
Qarabağ!?
Şəhərin
dağıldı,
kəndin
dağıldı,
Bəxtimin
gözünə al qan sağıldı,
Gördüyüm
yuxudu,
yoxsa
nağıldı?
Yoxdu
halımızı
soran,
Qarabağ!
Bir
müjdə gətirmir
nə
bahar, nə qış,
Ölmək
istəmirəm
kama
çatmamış,
Varmı
bir qarışın
yasa
batmamış?
Qalıb
sızlamayan
haran,
Qarabağ!?
Dərmandır,
məlhəmdir
çiçəyin, otun,
Axar
bulaqların—
muğam-
bayatın,
Suyundan
içərdi o köhlən atın,
Hanı o
yolları
yoran,Qarabağ!?
Sən cənnətməkandın,
sən,
“ay bəxtəvər”,
Qaçqının-köçgünün
düşüb dərbədər,
Can üzən
intizar nə zaman bitər?
Üzdü
qəlbimizi
hicran,
Qarabağ!
Ovutmur
könlünü
nə vədə,
nə söz,
Sinən
dağım-dağım,
ürəyin köz-köz,
Üzmə
ümidini,
döz,
bir az da döz,
Yolumuz
üstündə
duran,
Qarabağ!
Açın
sinənizi,
sipər
tək açın,
Görün
kimə qalıb
yurdum, yurd
daşım--
Cəbrayıl,
Zəngilan,
Qubadlı,
Laçın...
Tutub bənd-bərəni
toran,
Qarabağ!
Kəlbəcər
– dağların
qoynunda
bir tağ,
Şuşan
daş heykəldir,
Ağdamın
çıraq,
Yad əldə
yadlaşır
bakirə
torpaq,
Qoymarıq
qalasan
viran,
Qarabağ!...
-5-
...Bu
qan-qada, müsibət
kimlərin niyyətidir,
kimlərin əməlidir!?
Hardan gəldi—bəllidir!
...Düşmən
zalım ovçu tək
bərəsində yatanda,
Fürsət
tapıb, aşkarda
addımını atanda,
O gün
ki, ilk atəşdən
sal
qayalar titrədi,
Hərə
öz arşınıyla
ölçdü bu fəlakəti.
Kim uddu, kim uduzdu
bu məkrli
oyunda?
Sadə təmiz
insanlar
naəlac,
əli yalın
qalanda
can hayında,
Hələ
sovet dövründə
hazırından yeyənlər,
“Dərə
xəlvətdir, ay can,
tülkü bəydir,”-deyənlər
Çoxdan
talamışdılar
kənddə- kəsəkdə nə var,
Ağzı
günə qalmışdı
mal-qarasız fermalar.
Yoxa
çıxdı sürülər,
izi-tozu
qalmadı,
Soruşan
da olmadı:
“Bu var, bu dövlət hanı?”
Halal
malları kimi
satdılar texnikanı....
Qondular
leş üstünə
quzğun-çalağan kimi,
Dağıtdılar
ölkəni
Tanrı dağıdan kimi.
Şəhərdə
fabrikləri,
zavodları soydular,
Əliqabarlıları
quru
yurdda
qoydular.
Taxtı əlindən
çıxan
köhnə “partokratlar”,
Başı,
beyni havalı
təptəzə “demokratlar”,
Ciblərində
haram pul,
dil də,
vicdan da saxta,
“Maskalanıb”
rahatca
doluşdular paytaxta.
Boş
qaldı Qarabağda
CƏSARƏTİN
meydanı,
Baş
şəhərdə qızışdı
SİYASƏTİN
meydanı!
Ucuz xal
qazanmaqçın
çatan kürsüyə gəlir,
Arxasında
bir dəstə--
“kişi” kürsəyə gəlir!
Sanki
dönüb tərsinə
zamanın da axarı,
Ağızlar
köpüklənir—
söz
boğazdan yuxarı.
Bu, ona hədyan
deyir!
O, buna
madyan deyir!
Biri deyir:
--Vətənçin
mən canımdan keçərəm,
İmkan
olsa,
düşməni bircə-bircə biçərəm.
Peysəri
piyli biri
(özü dəvə boydadır)
Yayxanıb
kresloya,
elə
bil ki, toydadır.
Biri
göydə oynadır
zağlı tapançasını,
Biri deyir:
--Təpəmin
atdırmayın tasını!
Vallahi,
qan eylərəm!
Adımı
çəkən olsa,
yerlə-yeksan eylərəm!
Kürsüdən
enən kimi
o saat əkilirlər,
Görən
olmasın deyə,
xəlvətə çəkilirlər.
Öpüşüb-yalaşırlar:
Biri ona
can deyir,
Biri buna
dost deyir,
Ürəkdə
gizli məqsəd,
dildə
yağlı tost deyir.
Biri tərif
eyləyir
beşinci villasını,
Biri də
gözə soxur təzə ov tulasını!
Otellər
bucağında,
fahişə qucağında
Sərxoş,
beyni dumanlı
xumarlanırdı biri!
Növbəti
müştərini
gözləyən qadın kimi
Güzgünün
qabağında
tumarlanırdı biri...
Beşulduzlu
oteldə,
nə
bilim hansı qatda!
Arvad
ayrı kurortda,
oğul-qız bir ölkədə
bəslənirdi kölgədə!
Bu vaxt
sahibsiz qalan
qarabəxt Qarabağda
minlərlə can yanırdı,
Neçə-neçə
Meşəli,
Kərkicahan
yanırdı!...
Neçə
qarabağlının
ürəyi dağlı qaldı,
Ev-eşiyi
kül oldu,
qapısı bağlı qaldı.
Atanın
qabağında
oğlunu
yandırdılar,
Atanın
qollarını,
belini
sındırdılar.
Quşürəkli
vandallar
yırtıcıya döndülər,
Əlacıkəsilmişə
gülüb nəşələndilər.
Baxıb
dərdli anaya
sonsuz
kinlə, acıqla,
Doğradılar
körpəni
diri-diri
bıçaqla.
Eşitdinmi,
nalələr
ərşə dayandı, Tanrım?!
Bu, ölən,
bu,
öldürən...
Hansı insandı, Tanrım?!
-6-
...Qış
küləyi qurd kimi
ulayıb
əsən gecə,
Donub
qarda, sazaqda
daş
daşı kəsən gecə,
Daraşdı
Xocalıya
qara niyyətli
düşmən.
Körpələr
də diksindi
tankın,
topun səsindən.
Günahsız
insanların
dağıldı yurd-yuvası,
Zələzələ
yalan oldu:
tankların tırtılında,
uçan
divarlar altda
əzilib
qalan oldu!...
Gözü
yarıyuxulu şəhəri oyatdılar,
Uşaq-böyük
–kim vardı...
elə
qırıb çatdılar,
Südəmər körpələrin beşiyi al qan
oldu.
O gecə
Xocalının sonu ah-fəğan oldu!...
Silindi Yer
üzündən
“Xocalı”
adlı şəhər,
Oyandı
qorxa-qorxa
qana
boyanmış şəhər!...
...Gecənin
zülmətində,
taleyin
ümidində
Ayaq
yalın,
baş
açıq,
pərən-pərən düşənlər,
İsti
od-ocağından
qəflətən gen düşənlər
Üz
tutdular dağlara,
meşələrə,
çöllərə--
Ağıl
gəlməyən yerə--
ana
baldan ayrı,
bala
anadan ayrı!...
...Neçə-neçə
arzu-kam,
neçə həyat sönmüşdü,
Qanı
donmuş cəsədlər
qaxaclara
dönmüşdü.
Qundaqda
körpələrin gözləri ovulmuşdu,
Neçə bəlalı başın dərisi
soyulmuşdu.
Məftillərlə
sarınıb yalın əllər, ayaqlar,
Gözlərdə
dəhşət donub,
buz
bağlayıb yanaqlar.
Bir yanda
sahibsiz əl,
Bir yanda
başsız bədən!...
Hanı
meşədə özü,
çovğunda izi itən?!
Hanı
dağda, dərədə
qurd-quşa yem olanlar?!
Hanı
düşmən əlində
əsir-yesir qalanlar?!
Bu soyuq cəhənnəmin
sükutu
ah-nalədir,
Hədəqəsindən
çıxan
gözlər bir piyalədir!
Əl yox
açıq gözlərə
bir
çimdik torpaq tökə,
Ana-bacı
hardadır,
saç
yolub nalə çəkə?!
Sübhəcən
vıyıldayıb
fəryad
qopardı külək,
Elə
bil inləyirdi
çarəsiz yaralı tək.
...O
gün bu faciədən
qalmayacaqdı bir iz,
yetişməsəydi Çingiz!
Xalqın
igid balası,
özü qeyrət qalası!
Köçürtdü
qara lentə
tarixin ləkəsini,
Güllələnmiş
şəhərin qanlı faciəsini!
Sağ
olsaydı nə dərdim,
əllərindən öpərdim!
***
Deyirdilər
dağ titrəyər kişi ağlasa...
Dağ
titrədi,
göy
kişnədi,
bulud
ağladı.
Ağ
örpəkli dərə-təpə
batanda
yasa,
Yer
kürəsi məhvərindən
çıxdı, laxladı.
Hönkürtündən
bağrımıza
od
düşən anda,
Azərbaycan
ağlayırdı
SƏN
ağlayanda!...
Günəş
çıxdı...Qar üstündə
buğlandı al qan,
Qış
günündə pardaxlandı
“lalə”, “qızılgül”.
Görünməyən
vəhşiliyin
qurbanı olan
Təkcə
ana, bacı deyil,
körpələr deyil,
Doğranmışdı
ürəklərdə
arzu-kam
onda!
Azərbaycan
ağlayırdı
SƏN
ağlayanda!...
Öz
qanına qəltan görüb
bacı,
qardaşı,
Sənin
kövrək ürəyindən
nələr keçirdi?!
Yanağında
buz bağladı
gözünün yaşı.
Qar
yağırdı...meyitlərə
kəfən biçirdi,
Açıq
qalmış gözlərini
SƏN
bağlayanda,
Azərbaycan
ağlayırdı
SƏN
ağlayanda!...
Gecə gəldi
qaraniyyət
şöklü məliklər,
Yağmalandı
oğuz eli—
Tarixə
bir bax!
O
günahsız baxışlarda
donan qəm,
kədər
Zaman-zaman
köksümüzə
dağ
çəkəcək, dağ!
Sən
qol açıb cəsədləri
qucaqlayanda,
Azərbaycan
ağlayırdı
SƏN
ağlayanda!...
Ölümlərə
güzgü tutdun
cavan
yaşında,
Nə od idi, alışmışdı
köksündə belə?!
Taledimi,
yazılmışdı
alın
daşında?!
Çatmamışdı
qəfil güllə,
yoldaydı hələ,
Ölüm
həsəd aparırmış
sənə baxanda,
Azərbaycan
ağlayırdı
SƏN
ağlayanda!...
Sənə
dəyən namərd güllə
Vətənə
dəydi,
Xocalıda
baş qaldırdı
didərgin ruhlar!
Əyilməyən
qarlı dağlar
qəddini əydi,
Zaman
keçdi, açılmadı
bu
müəmmalar...
Qoy
yazılsın, Çingiz , sənin
məzar
daşında:
“Vətən
ONA ağı dedi
vidalaşanda,
Azərbaycan
ağlayırdı
O
ağlayanda!...”
-7-
...Xocalı
da yetmədi!
Qanlı
qovğa bitmədi!
Yenə
qırğınlar oldu,
yenə
talanlar oldu,
Murovun
aşrımında
donub
qalanlar oldu.
Özünü
sıldırımlı
qayalardan
atan kim,
Arazın
sularında
boğulan kim,
batan
kim!...
Dörd
yandan halaylanıb,
yolları kəsilənlər,
Başları,
ayaqları
qolları kəsilənlər
Vətənə
dağa çəkdi, dağ!
Millət
nə günə düşdü!?
Dərd
üstə dərd sarındı,
elə
düyünə düşdü—
Bu
tilsimin, bu sirrin
açarı da yad əldə,
Taleyimiz tərsinə
yazılır özgə dildə!...
Hələ
də diksinirik
qəfil
güllə səsinə,
Yenə hədəf
oluruq
snayper
gülləsinə!...
Böyüyür
addm-addım
şəhid xiyabanları,
Dünya
kor olub görmür
bu
günahsız qanları,
“İnsan
haqları” deyib
bağırır idarələr,
Didir
ürəyimizi
eyhamlı ibarələr!
Yoxsa nərtaxta
sanır
bu qədim
məmləkəti
Ədalət
carçıları—
BMT-si, ATƏT-i ?!
Keyfi nə
vaxt “gül vursa”,
qaydaları dəyişir—
Meyli
çəksə “şeş”atır,
istəməsə “yek” düşür.
Doymuşuq
bu yalançı
“təşvişdən”,
“əndişədən”
Siyasətin
fərqi yox
lüt-üryan fahişədən!
Üz-üzə
“ən müqəddəs
kitabdır Quran” deyir,
Arxada
“başkəsəndir
qəddar
müsəlman” deyir.
...Bir
zaman elmlərin
beşiyi,
məkanı, ŞƏRQ,
Bəs
indi o qüdrətin,
o
şöhrətin hanı, ŞƏRQ!?
Gör kim təxti-rəvandır
sənin
halal yerində,
Tarixin
xırdalanır
QƏRB-in
muzeylərində!
Var-dövlətin
özgənin
cibində xırdalanır,
Qalx ki, əcdadlarının
ruhu od
tutub yanlır!...
-8-
...Biz
müqəddəs bilirik
İsanı,
Musanı da,
Qurandan
miras qalan
qadağa-yasanı da.
Quran
deyir:” Qoruyun,
siz
haqqı, ədaləti,
Heç
vaxt əsirgəməyin
mərhəməti, şəfqəti!
Sevsin
insan insanı—
arada fərq
olmasın,
Yer də
cənnətə dönsün—
qan-yaşa qərq olmasın!
Çəkin
gözlərinizi
fani
dünya malından,
Harama əl
vurmayın,
barının halalından!
Günahdır,
sinsitməyin
əlsizi-ayaqcızı,
İncitməyin
yetimi,
acizi,
dayaqsızı!
“Hər
dinə, hər inanca,
eyləyin hörmət”,- deyir,
Bunu
peyğəmbərimiz—
uca Məhəmməd
deyir.
...Bəs
peyğəmbərlər necə?
Onlar harda döğulub?
İndi kəc
baxdığınız
səhralarda doğulub__
Adəmi,
İbrahimi,
İsası,
Musası da!
Səhra
ağacındandır
Musanın
əsası da!
Dözüblər
hər cəfaya,
dözüblər əzablara,
İman
da gətiriblər
səmavi
KİTABLARA!
...Musanı
daşladılar—
yolundan
dayanmadı,
Məsihini
çarmıxa
çəkdilər --usanmadı!
Hər
addımda ölümlə
üzbəüzdü Məhəmməd!
Amalından
dönmədi,
yenə
dözdü Məhəmməd!
Tanrının
istədiyi arzuya-kama çatdı,
O
İSLAMI—dinlərin
gözəlini yaratdı!
Tanrıyla
Peyğəmbərin
arasında bu sirdi,
Məhəmməd
Yer üzünə
təmiz
ƏXLAQ gətirdi!...
***
Ey yəhudi,
xaçpərəst,
bütlərə baş əyənlər!
“Din, iman,
vicdan”- deyib
özlərini öyənlər!
“Şeytan
saziş”lərinin
qəbri
çoxdan qazılıb,
Bəs
“İncil”də,
“Tövrat”da,
“Zəbur”da
nə
yazılıb?
Yazılıbmı
sərvətə,
vara-dövlətə görə,
Peyğəmbərlər
nəslinin
ayağı dəyən yerə,
Zəhər
toxumu səpib,
ÖLÜM göyərdəsiniz?
Tanrının
yaratdığı
canlıdan qalmasın iz!?
Asın,
kəsin,
öldürün,
qırın müsəlmanları!
Pərdələyin!...Adını qoyun
“Ərəb
baharı”!?
Ərəbistan
səhrası
mərmilərlə ovulsun,
ALTI sizə
gərəkdir,
ÜSTÜ
cəhənnəm olsun!?
Məsid
Allah evidir!
Kilsə
Allah evidir!
Məbəd
Allah evidir!
Bəs bu
tələ,
bu hiylə,
bu həngamələr
nədir?
Nə
suçun sahibidir
müsəlman biçarələr?
Niyə hədəf
seçilib
məscidlər, minarələr?
“Azadlıq”,
“demokratiya”
QƏRB-in
yalanlarıdır!
“Səlib
yürüşləri”nin
təzə planlarıdır!
Eləsə,
yaxındadır
qiyamət- məşhər günü!
İnanın,
görəcəksiz
ondan da
betər günü!
Quranı,
Məhəmmədi,
ey
oyuncaq sananlar!
Şeytan
yuvalarında
Allahını
dananlar!
Kim bilmir
bu niyyətin
kökləri dərindədir,
Musa,
İsa,
Krişna
hələ ki, yerindədir!
Tükdən
asılıb, tükdən—
müsəlmanın qəzəbi!
Daşsa
səbr kasası,
alovlansa
qəzəbi,
Onda
baxın “cihada”!
Kim yetəcək imdada?
Saxta
ehkamlarınız
uçacaq təməlindən!
Axı,
Tanrı da bezib
bəndənin əməlindən!...
-9-
Qarabağ
fəlakəti,
Xocalı
müsübəti
Qoy ibrət
olsun bizə!
Əbədi
sahib çıxaq qanlı tariximizə!
Nə qədər
ki,
ucalan
bayrağımız enməyib,
Nə qədər
ki,
düşmənin öz çırağı sönməyib,
Hələ
ki, ürəyində yurd eşqi od təkinlər—
Çingizlər,
mübarizlər,
ibadlar,
gültəkinlər
bitməyib, tükənməyib,
Bu
yükü çiynimizdən
ÖZÜMÜZ
atmalıyıq!
Gözümüzü
qırpmadan,
Hər
qarışa atılan
Gülləni
sinəmizə
çəkib soyutmalıyıq!
Ya qoruyaq əmanət
qalan VƏTƏNİMİZİ,
Ya
biryolluq məhv olaq,
qınasın tarix bizi!...
***
18-in
yarası
göyüm-göyüm göynəyir
hələ qan yaddaşımda!
Ata babam
Etibar,
Yanında
kiçik oğlu—
əmim
beşcə yaşında
günahsız güllələndi...
Təsi qəbristanında
daşlara qan çiləndi!
Torpağın
bağrı yandı--
ruhlar
qalxıb oyandı.
Soyuq bir
mart günündə
...Ana
babam Kərimi
vurdular
at üstündə!
At sanki
havalandı
qəfil
güllə səsindən,
Zahar
dağı səksəndi
dərdli
kişnərtisindən.
Yastı təpədə
tənha
bir cavan
can verirdi,
Sahibsiz
qalan kəhər
baş
götürüb gedirdi.
Yoxdu onu
saxlayıb:
”Hanı
sahibin?-deyən.
Üzəngilər
yellənir,
yerlə
sürünür yüyən.
Yəhərinin
qaşından,
yalından qan damırdı,
Talesiz
sahibinin
viran
qalmışdı yurdu!..
...18 ara verdi!
Düşmən
yenə yatmadı—
işini
gizli gördü,
Yol gəldi
88!
Ayıq
olun,
qoymayın,
gəlsin
növbəti 8 !...
***
...Unutmayın!
Qanımızı
şərbət kimi içənləri,
Bu
dünyadan suçsuz,
nakam
köçənləri,
Əli
qanlı,
ağzı qanlı qatilləri,
Zaman-zaman
törədilən qətlləri
Unutmayın!
Öz
halalca torpağıma
ac
ğözünü dikənlərin,
Anaların,
bacıların
köksünə dağ çəkənlərin,
Goreşən
tək məzarları eşənlərin,
Canımıza,
malımıza həris,
qəddar
düşmənlərin,
Adı,
dili, tarixi də saxtaların
Cəhəngində
dəmir yüyən—
yad əldədir
noxtaları.
Unutmayın!...
Şəhidlərin
xatirinə unutmayın!
Ürəyiniz
yumşalmasın!
Hirsinizi,
kininizi
soyutmayın!
“Olan oldu,
keçən keçdi”,-
deyilməsin!
Yaşamağa
haqqı yoxdur
düşmənə baş əyən kəsin!
Unutmayın!...
Dərdimizi,
ağrımızı ovutmayın!
Qoymayın
ki,
qiyamətə qalsın QİSAS!
Nəhayətsiz
qəzəbiniz,
nifrətiniz
Nəsillərdən
–nəsillərə qalsın MİRAS!...
Etibar Etibarlı
Kaspi.-2013.-19-21 yanvar.-S.24.