“Bu həyatı uşaq vaxtı yuxularımda görmüşəm”
– Tar çalan qız
Humay Qədimova: “Tar
fiziki güc tələb
etdiyi üçün
çox zaman
qızlar bu sənətdən imtina edirlər”
Tar xalqımızın qədim alətidir. Bu aləti götürüb mahnı ifa edən hər bir sənətkar böyük məsuliyyət daşıyır. Bunların arasında gənclərin də kifayət qədər yer aldığını desək heç də yanılmarıq. Ancaq təəssüf hissi ilə qeyd edək ki, bu gün həmin gəncliyin efirlərə yol tapması çox çətin məslədir. Gənc qadın tarzənlərimiz də barmaqla sayılacaq qədərdir. Onlardan ən çox siması tanınan, istedadlı tar ifaçısı Humay Qədimovadır.
Ötən gün Humay Qədimova “Gənclik qəzeti”nin qonağı olarkən tar ifaçısı Ceyran Haşımovadan sonra Azərbaycanda yeganə tarzən olduğunu dedi. Musiqi Texnikumunda pedaqoji fəaliyyətlə də məşğul olduğunu qeyd edən ifaçı sinfində iki xanım ifaçı da yetişdirdiyini bildirdi: “Bu alət vasitəsi ilə özümü çox şanslı və uğurlu hesab edirəm”.
Valideynlərimlə
şərt kəsdim
- Humay
xanım, istərdim bizə tara olan həvəsinizdən
danışasınız. Özünüzdə tara marağı nə zamandan
hiss etdiniz?
- Əvvəllər fotopianoya daha çox marağım var idi. İlk təhsil olaraq da yeddi illik forotiano məktəbini bitirmişəm. Ancaq müəyyən müddətdən sonra tara böyük sevgim, məhəbbətim yarandı. Bu istəyimi evdə açıqlayanda valideynlərimin etirazına tuş gəldim. Bu alət kişilər tərəfindən daha çox ifa olunur, onun yeganə ilk xanım ifaçısı Ceyran xanım olub. O, da bəylərlə bərabər çiyin-çiyinə çalışıb, əziyyət çəkib. Buna görə də valideynlərim deyirdilər ki, bu qadın sənəti deyil, sənin üçün bu sənətdə çalışmaq çox çətin olacaq. Ancaq gördülər ki, mənim bu sənətə məhəbbətim, həvəsim böyükdür . Bundan sonra valideynlərimlə şərt kəsdim ki, tarla bağlı bütün təhsilimə öz biliyimlə daxil olacam. Olmasam, tarı yerə qoyub bu həvəsə son qoyacam. Yəni tara olan sevgim belə yaranıb.
- Qadın üçün tarı sinəyə alıb,
onu ifa etmək eldə
də asan məsələ deyil. Bu
ağırlığı daşımaq sizin
üçün çətin
olmadımı?
- Tar aləti ifaçıdan daha çox fiziki güc tələb etdiyi üçün onu kişi sənətkarlar istifadə edir. Belə ki, tarı sinədə bir neçə saat saxlayıb, biləklərlə işləmək asan məslə deyil. Tar fiziki güc tələb etdiyi üçün çox zaman qızlar bu sənətdən imtina edirlər. Uşaqlıqdan idmanla çox məşğul olmuşam deyə bəlkə də ona görə o mənə asan gəlir. Bilmirəm, bəlkə də tara qarşı böyük sevgim var deyə tarda ifa etmək mənim üçün ağır deyil. Ümumiyyətlə, ifa zamanı tardan yaranan fiziki gücü səhnədə büruzə vermirəm. Özümü çox xoşbəxt hesab edirəm ki, çiyinlərim üzərində mili alətimiz olan tarı səsləndirirəm. Gələcək üçün bu alətlə bir çox layihələr düşünürəm. Ceyran xanımdan sonra qadın olaraq bu alətdə hələ ki, mən davam etdirirəm. Çox istərdim ki, xanımlar da tardan istifadə etsinlər.
Gözləməzdim ki, bu qədər sevilər
- Tarı
götürəndə nələr hiss edirsiniz? Onun məsuliyyətini
daşımaq o qədər də çətin
deyilmi?
- Tar nəsildən-nəslə gələn, bizi təbliğ edən bir alətdir. Bu alətin ifaçılarının isimləri qızıl kitaba düşüb. O, sənətkarlardan, möhtəşəm ifalardan sonra tarı əlinə götürüb nəsə ifa etmək özü bir məsuliyyətdir. Çalışıram ki, mən də o irsi qoruyum, saxlayım, onların adına layiq tar ifaçısı olum. Hər hansı bir mahnını hazırlayanda da yazıb qurtarandan sonra da onu müxtəlif sınaqlardan keçirirəm. O, mahnını dəfələrlə dinləyirəm. Peşəkar ifaçıların rəylərini öyrənirəm, müəllimlərimə dinlətdirirəm ki, nəsə bir səhv olmasın. Çünki bizə pis ifa yaraşmaz.
Bu ampluanı qoruyub saxlamaq doğrudan da çox çətin məsələdir.
- Son
zamanlar daha çox köhnə mahnılara müraciət
etmənizin səbəbi nədir?
- Bəli, mən sonuncu dəfə Emin Sabitoğlunun bəstəsi olan Akif İslamzadənin repertuarından “Ala gözlüm” mahnısını səsləndirdim. Nəhəng korifeylərin yaratdığı bir əsəri mənim ifamda çox məsuliyyətli və çətin idi. Düşünürdüm ki, görəsən, ifamda mahnını onların ifa etdiyi səviyyədə tamaşaçılara çatdıra biləcəyəmmi? Xalq bu mahnını Akif müəllimin ifasında daha çox sevib. Bu mahnı həddindən artıq çox sevildi. Mən onun bu qədər çox sevilməyini gözləmirdim.
Yenilik etməyə cəhd edirəm
- Belə hesab etmək olarmı ki,
“Humayn yuxuları” adlı ilk
konsertiniz sizin üçün uğur simvolu oldu.
- Bəli. Mənim ilk solo konsertim Opera və Balet Teatrında
həyata keçdi.
Bu konsert 3 hissəli
idi- folklor, klassik və unikal. Konsertin ilk açılışını
folklor üslubunda nənələrin ansamblı
və tarın müşayiəti ilə
ifa etdik. Orada sənətin alimi Alim Qasımovla çıxışımız oldu. Estrada janrında
isə bizim gözəl sənətkarımız
İlqar Muradovla duetimiz oldu. Bizim əsas məqsədimiz o idi ki, tarın
hər bir janrını tamaşaçılara
göstərək. Tar yalnız muğamla bitmir, onun müxtəlif
imkanları var. Bunun üçün zövqlü
ifaçı lazımdır
ki, onu hər
bir janrda gözəl təbliğ edə bilsin. “Humayın yuxusu”
adlı ilk solo-konsertim
doğrudan da mənə düşərli
oldu. Mənim ikinci konsertim
İstanbulda “Tim Moslak
Show Center” adlı sarayda
oldu. Hansı ki, o sarayda Azərbaycandan ilk dəfə
Zeynəb Xanlarova çıxış etmişdi.
İkinci azərbaycanlı sənətkar olaraq bu yük mənim
çiyinlərimə düşdü.
Orada Türkiyənin və Azərbaycanın sevimlisi Kibariyə xanımla mənim birgə ifam oldu. Üçüncü konsertim
isə ötən il Heydər
Əliyevin 90 illik yubileyi ilə əlaqədar Beynəlxalq
Muğam Mərkəzində
solo konsertim oldu. Ümumiyyətlə, çalışıram ki, hər zamana
sənətimlə gündəmə
gəlim, sənətimlə
tamaşaçılara sözümü
deyə bilim. İnşallah, belə uğurlarımın
da sayı çox olacaq. Bunun üçün öz üzərimdə daima çalışıram, yenilik
etməyə cəhd edirəm.
- “Humayın
yuxuları”ndan sonra daha elə yuxular
görmürsünüzmü?
- (gülürük)Uşaqlıqdan mən
incəsənətə bağlı
və meylli olmuşam. Hər zaman istəmişəmi
ki, yaradıcılıq
işi ilə məşğul olum.
Gələcəkdə həmin o arzularımı
həyata keçirim.
İncəsənətə xidmət edən
insanlardan biri də mən olum. Uşaq yaşlarımdan istəmişəm ki, həmyaşıdlarım arasında
seçilim. Mən də
hər zaman arzu etdiyim, gördüyüm
o yuxuları gerçəkləşdirməyə
çalışıram. Bu həyatı mən
uşaq vaxtı yuxularımda da görmüşəm. Yuxularımda
tar alətini öz simamda tamam başqa
cür ifamı görürdüm. Ona görə
də mən ilk konsertimin adını “Humayın yuxuları” qoydum.
- Bəs indi necə yuxular görürsünüz?
- Oxucular başqa cür başa düşməsin, mən
də hamının gördüyü yuxulardan
görürəm(gülürük). İndi özümü daha böyük səhnələrdə
görürəm, inşallah,
onlar həyata keçər.
- Muğam auditoriyasında daha çox olarkən onların arasında gənclərə rast gəlirsinizmi? Ümumiyyətlə,
gənclərin muğama,
tara marağı
hansı səviyyədədir?
- Gənclərin tara və muğama münasibəti getdikcə artır. İstər dərs dediyim təhsil müəssisəsində,
istər öz həmkarlarım arasında
gənclərin bu sahəyə olan marağını görürəm.
Ümumiyyətlə, indi
ailələrdə valideynlər
övladlarını tara, kamançaya, başqa xalq çalğı alətlərinə
qoymağa səy göstərirlər. Bu da gələcək üçün gözəl
nəticə deməkdir.
Ümumiyyətlə, muğam müsabiqələrinin
də böyük bir təbliği oldu. Bu da gənclərə böyük
bir stimul verdi. Əlinə
tar götürən kiçik
uşaqlar belə 3-4 aydan sonra bir
də görürsən
bir üçlük yaradıb mahnılar ifa edir, məşqlər
edirlər. Bunun nəyi pisdir
ki? Biz gənclərdən
sonra gələn gənclik bu sənəti davam etdirməlidir.
Bizi kimsə oxumağa
məcbur etmir
- Biz sizi tarzənlikdən əlavə
xanəndə kimi də tanıyırıq.
Tar sənətində pul
olmadığı üçünmü
ifaçılıqla məşğul
olursunuz, yoxsa başqa səbəb var?
- Bu maddi durumla bağlı
olan məsələ deyil. İnkişaf etmiş dövlətlərdə
peşəkar musiqiçilərin
özləri belə alətlə ifadan sonra səslərini də nümayiş etdirirlər. Oxuyaraq özlərini
müşayiət edirlər.
Avropada bu normal şeydir. Nədənsə Azərbaycanda buna
normal baxmırlar, o dəqiqə
paxıllıq edir və bunun maddi
tərəfini düşünməyə
başlayırıq. Əsas odur
ki, biz incəsənətin
müxtəlif qolları
ilə məşğuluq.
Bu bizim sənətimizdir.
Biz incəsənətin keşiyindəyik, bunun qoruyucusuyuq. Mən oxumasam da olardı, onsuzda oxuyan gözəl ifaçılarımız çoxdur.
Axı bu mənim ürəyimdən
gəlir. İnsanın qanında istedad varsa, bunu gizlətmək
nəyə lazım?
Bizi kimsə oxumağa məcbur etmir, bu mənim içimdən
gəlir. Kimin xoşu
gəlmir radionu, televizoru bağlasın, kimin xoşu gəlmirsə, sevərək
dinləsin.
- Humay müğənni kimi daha çox sevilir, yoxsa tar ifaçısı kimi?
- Təbii ki, tar ifaçısı kimi daha çox sevilirəm. Öz yaşıdlarım içərisində heç
kəs bu qədər uğur qazanmayıb. Mənim
yaşda olan hansı tar ifaçısı
solo konsert verib, salonu tam doldura bilib? Çox istəyirəm ki,
tar mənim simam olsun. Hamı mənə “tar çalan
qız” deyə müraciət edir. Bu da məni
çox sevindirir.
Mənim üçün
bundan gözəl heç bir ləqəb ola
bilməz.
- Humay Qədimova özünü
şou-biznes nümayəndəsi
hesab edirmi?
- Özümü şou-biznes
nümayəndəsi kimi
həm görürəm,
həm də yox. Mənim aləmimdə şou-biznes
qalmaqal, kiminsə bostanına daş atmaq deməkdir. Burada sənət ön planda deyil, ancaq
görüntü, geyim
və qalmaqal daha çox başa düşülür.
Çox adam
məni şou-biznes nümayəndəsi hesab etsə də, çalışmışam ki,
heç bir qalmaqalda adım hallanmasın. Buna hər zaman nəzarət edirəm, atdığım hər bir hərəkətə,
ağzımdan çıxan
sözə fikir verirəm.
Xəyalə Rəis
Kaspi.-2014.-25 aprel.-S.17.