«Hər xalqın, sifəti nəğmələrdədir…»
«… İlk şerimi həyatımın sərt prozasını dumağa başladığımdan xeyli sonra yazdım!»
Tanınmış şair Çingiz Əlioğlunun «Günəşli dayanacaqlar» adlı şeirlər kitabına yazdığı ön sözdəndi. Səmimi, isti duyğuların ifadəçisi olan o yazı eyni ritm və xəyal notları ilə bitir: «Yenə o yolla gedirəm… Yadıma rayon mərkəzindəki evimiz düşür».
İndi sözügedən o rayon mərkəzi də, o unudulmaz ev də düşmən əsirliyində, əsarətindədi.
Çingiz Əlioğlu o sətirləri yazanda hələ 19 aprel 1984-cü il idi. Ancaq o son cümlədəki «evimiz düşür» sözlərindən əvvəl nədənsə üç nöqtə qoyub fikrini tamamlamışdı. İndi o üç nöqtəyə baxanda şair fəhminin, öncəgörməsinin ruh diriliyi məni diksindirir. Bu üç nöqtə əslində qərib bir təəssüf, köks ötürmənin yanıq yeri kimidi, eləcə, yazıldığı (əslində, yandırdığı) kimi də qalıb: «Yadıma rayon mərkəzindəki… evimiz düşür…»
O ev indi bir xatirədi. Və o xatirəyə Ç.Əlioğlu
hələ 1984-cü ilin
məhz bu günlərində (aprel ayının ortalarında)
həmin o üç
nöqtəylə üç
damla göz yaşı axıtmışdı.
Sonra da şeirlərlə davam etdirmişdi düşüncələrini:
Doğma
yerlər, anam düzən, atam dağ,
Nə qədər ki, bu dünyada canım sağ –
Yol çəkməkdən yorulmayan
gözlərim
Siz tərəfə,
siz tərəfə baxacaq.
«Uşaq üçün oyuncaq olan arzular»ın
unudulanları nə çox… «İstəklərə
dünyanın böyük,
dünyanın dar» olduğuna bələdliyimiz
bizi basmarlayıb altına alıb. Xatirə tufanı oyatmamağa hesablayıb. İndi
ömrün o çağını
haqlamışıq ki,
«açılıb-yığılır yuxu yumağı, yüyürür, yellənir
yuxu yürüyü…»
Açılıb-yığılan yuxu yumağı, yürüşüb-yellənən
yuxu yürüyünün
çevrəsi boyunca
başlayır indi ömrün keçib-gedən
qış nağılları:
Sizin
Sevginizlə gördüm
nə iş gördümsə
bu dünyada, mənim əzizlərim.
Sizin sevginizlə
gəldim dünyaya.
Böyüdüm,
Oxudum,
Öyrəndim.
Çörəyin adını,
Suyun adını;
Sevginin,
Əzabın,
Arzunun dadını
Sizin sevginizlə
öyrəndim, mənim
əzizlərim…
Diqqətli olmağı, xeyirxahlığı,
sərtliyi, mərdliyi
və kövrəkliyi
öyrəndiyi əzizlərin
xatirəsinə əbədi
etina, vəfa duyğusu Çingiz Əlioğlunun yaradıcılığını
bir bağ silsiləsi kimi izləyən olub. Və bütövlükdə onun
yaradıcılığı hər birimizin iç dünyasında qaysaq bağlayan xatirə boğçası
kimidi. Ən azından, aşağıdakı
sətirlərdən boy göstərən
kövrəkliyi, munisliyi
baxımından:
Ay ana, bu çayları
Dəsmalından çıxmısan.
Çeşmələrin gözündən
Gözlərimə baxırsan.
Səsini
xatırladır
Axar suların
səsi.
Nəfəsinə oxşayır
Gül-çiçəyin nəfəsi.
Saçının cığırıdır –
Düşüb yaşıl çəmənə.
O kövrək sözlərini
Külək çatdırır məni.
…Payızın gətirdiyi
Xiffətə, səsə varam.
Səndən uzaqlaşdıqca
Sənə yaxınlaşıram…
«Hər xalqın sifəti nəğmələrdədir»
düşüncəsi bütün
yaradıcılığı, həyatı boyu Ç.Əlioğlunu vəfalı
bir dost kimi izləyib və o özü də xalqın sifətini ifadə edən bu nəğmə çələnginə öz
layiqli töhfəsini
əlavə etməkdən
heç vəchlə
usanmayıb. Özü də bu düşüncələr həmişə
milli dəyərlərə,
kökə yönəli
olub. İndinin özündə də dil əzbəri olan misralarıdı:
Kənddə doğulmuşuq, niyə
gizlədək,
Bizim ki, təmizdi hər niyyətimiz.
Köhnə daxmaların tirləri
kimi
Bir azca köntöydü xasiyyətimiz.
Əkinçi-biçinçi, çölçü,
çobanıq,
Torpağın ətri var nəfəsimizdə.
Şır-şır bulaqların coşqun çayların
Ləhcəsi səslənir gur səsimizdə.
Bilirik, tanışdır hər işin çəmi,
Narahat çöllərdə
böyümüşük biz.
Qızıl xırmanların sinəsi
kimi
Gələnə açıqdır geniş
qəlbimiz.
Hal-əlbət beləydi… Və bu belə olanın
belə də qalması üçün
öz yaradıcılığı
boyunca Çingiz Əlioğlu həm vətəndaş, yurdçu,
həm də sənətkar, şair, ən əsası, ziyalı kimi həmişə davamlı,
ardıcıl mücadilə
aparıb. Onun yaradıcılığı
bu doğma duyğuların təbliğinə
köklü olub.
Atam kimi, a tifaqın dağılsın,
Bu dağları yetim
qoyub getmə sən.
Dağ ürəyi dağ boydadır – dözəmməz!
–
Bu dağları yetim
qoyub getmə sən.
Harda ki, canımızda, qəlbimizin
dərinliyində «burdan
bir atlı keçdi» ağrısı
dolanıb-gəzir, məhz
həmin anda Çingiz müəllimin
bu unudulmaz misraları yenidən oyanır.
Harda ki, vağzal qəribliyində, vağzal
tənhalığında iç
dünyamıza çəkilib
olub-keçənləri yenidən
göz önünə
gətiririk, yenə də Çingiz Əlioğlunun unudulmaz bir misrası doğmadan-doğma bir səhnəni gətirib qoyur gözlərimiz önünə: «Qatar vağzalın
boynundan şərf kimi asılıb gedir».
Onun unudulmaz,
doğma misraları indi bir özgələrin
yeni şeirlərinə
qığılcım verir. Bircə misrası
başında yeni şeirlər yazılıb
çap etdirilir.
Götürək elə «sevgi
şeirləri yaza bilmirəm» misrasını.
1978-ci ilin şeridi.
2013-cü ildə çap edilən neçə-neçə şeir
kitabını bəzəyi
idi. Ancaq oxuyan kimi Ç.Əlioğlunun
özünəməxsus deyim
tərzi yaddaşı
oyadır, diqqəti çəkir:
Sevgi şeirləri yaza bilmirəm,
Dərdimi, qəmimi unudub
bütün
Üzümə, gözümə şəfəq
çiləyən
Bir cüt
ala gözdən aza bilmirəm.
Sirli baxışlarda min bir mənanı
Anlaya bilmirəm, yoza bilmirəm,
Sevgi şeirləri
yaza bilmirəm.
Sevgi şeirləri yaza bilmirəm,
Oxucu yanında
üzüm qaradı.
Şair
sevgilisi qəmzəli
olar,
Mən sevən qızların üzüyoladı…
Bəxtimdən alnımdan bu nəhs yazını
Mən silə bilmirəm, poza bilmirəm,
Sevgi şeirləri
yaza bilmirəm.
Ç.Əlioğlunun «Yığış qonaq gedək yağan yağışa» misrasının
səmimiyyəti təzə
və gözlənilməzdi. O, «Bürkü»
adlı şerini hələ 1979-cu ildə qələmə almışdı
və çağdaş
dünyamızda baş
verən qlobal qütbələşmə, hərki-hərkilik
və xaos yaşantılarına qarşı
şairin poetik etiraz səsi bugünün özündə
belə çox aktual və gərəklidi. Əgər bu şerin altından yazılma tarixini pozub, bugünkü qələm
məhsulu kimi yenidən çap etmiş olsaq, tamamilə yeni, məhz bugünün şeri kimi səslənər və maraq doğurar. Bu, onu göstərir
ki, Çingiz Əlioğlu yaradıcılığının
bütün mərhələlərində
ucuz mövzular arxasınca qaçmayıb,
daim poetik axtarışlarda olub, ədəbi aləmdə onun öz səsi,
öz nəfəsi həmişə hiss edilib.
Onun şeirlərindən kövrək,
həzin xatirələrin
yovşan ətri gəlir. Bu yazı
üzərində işlərkən
mən şairin ötən əsrin
70-80-ci illərində qələmə
aldığı şeirləri
yenidən gözdən
keçirirəm. Və baxıb
görürəm ki,
o kövrək duyğular
ki, Çingiz Əlioğlunun şeirlərinin
ruhundan, daxili dünyasından havalanıb
gəlir, əslində
o duyğular mənim yaşıdım olan nəslin fikir və düşüncələrinin
şəkillənməsi kimidi.
Bu şeirlərin bir az da köhnə kitabların vərəqləri arasında
qurudulmuş gül ləçəklərindən gələn ətri, xüsusi qoxusu xatırlanması, yada salması var. Göz sətirlər üstündə
gəzsə də belə xəyal o illərdə cövlan eləyir:
İmaş kişi, çək atları yəhərlə,
Yəhər beldə, qamçı əldə düz gərək.
Mən qalxmamış sən kəhəri dəhmərlə,
Qaşqa
dilboz yolu alsa əlinə
Çapışmağa cıdır gərək, düz gərək…
Təkcə çapışmağa yox,
həm də könül dünyamızın
gizlinlərini göz önünə gətirmək
üçün artıq
illərin əlyetməzliyində
qalan o unudulmaz yurd yerləri hələ də intizarla yol gözləməkdədi. O əlyetməzliyində
bizim gəncliyimiz, dəli sevdalarımız,
kövrək istəklərimiz
qalıb. Çingizin o illərdə yazdığı
şeirlər həm də şirin köksötürmələr kimidi.
O yerdə ki, ən pünhan, ən gizli qəlb
sözlərimizi dilə
gətirməyin təlaşını
yaşayırıq, Çingizin
səmimi, kövrək
misraları özünü
həmən köməyə
yetirir:
Adını çəkməyə ürəyim gəlmir,
Adını deməyə təpərim
yoxdur.
Bu adsız dünyada yaşayammıram,
Bu adsız axşamım,
səhərim yoxdur.
Çingiz təkcə «içimizdə
batan günəş alnımızın aydınlığı»
misrasını yazsaydı
da şair olaraq seviləcəkdi. «Alnından Ay doğan» şeri ilə də sabahların ədəbi məkanında
var olacaqdı. Ancaq o, heç vaxt şeir sərmətliyi hücrəsinə çəkmələrdən
olmayıb. İnadlı, axtarışlardan usanmayan
bir şair taleyi yaşayıb.
Bu yaşananlar onun şeirlərindən ilmə-ilmə yer alıb. Bu ilmələrin hər yeləni əziz və unudulmazdı. Hər baxışından səmimiyyət, doğmalıq süzülür. Lap nağıllarda olduğu kimi.
Gülayə
Kaspi.-2014.-12-14 aprel.-S.24.