“Azərbaycan xalq rəqsləri dünya xalq rəqslərindən çox seçilir

 

İlham Kərimi: “Bu sahədə nəyisə əldə edib, irəliləmək çox çətindir”

 

Dünyanın o başında, misal üçün xarici səfərlərimizin birində iştirak elədiyimiz hansısa sıxıcı tədbirdə qəfildən çalınan birçoban” rəqsinə anidən boylanarıq və ürəyimiz qürurla dolar. Rəqsdən xəbərimiz olsa da olmasa da orda bizdən bəzi məqamlar varbiz elə həmin an o rəqslə, o rəqsin musiqisiylə bütünləşərik. Bəzən də ürəyimizdə təəccüblənirik, bu qədər dünya qarğaşasının içində bu adamlar rəqsə ayırmağa vaxtı hardan tapırlar?

Amma unutduğumuz bir məqam var. Azərbaycan elə bir məmləkətdir ki, burda insanlar sevgilərini sənətlərilə ifadə edər, nifrətlərini sənətə gömər, dərdlərini sənətlə unudarlar.

Bütün hallarda minnətdarlıq dolu baxışlarımız zillənər onlara. Özlərində, jestlərində, rəqslərində dəyərlərimizi, Vətənimizi daşıdıqları üçün...

 

- Niyə məhz rəqs?

- Rəqs sənətini mən bilərək seçməmişəm. Bu Allahın verdiyi bir istedaddır ki, doğulandan mənimlədir. Sənətə başlamağım da asan olmayıb. Ailədə qardaş-bacılarım incəsənətin müxtəlif sahələrində təhsil aldıqlarına baxmayaraq mənim seçimim birmənalı qarşılanmayıb. Atamın mental düşüncəsinə görə rəqs bizim ailə üçün deyildi. Gizlicə mədəniyyət mərkəzində keçirilən rəqs dərnəyinə gedərdim. Beləcə min bir əziyyətlə rəqsin sirrlərini öyrəndim.

 

- Rəqs sizə hiss elətdirir?

- Mənə bu yolda Allahım rastıma çıxan yaxşı adamlar, eyni zamanda müəllimlərim kömək olub. Beləcə milli rəqsin sirrlərini Pirallahı qəsəbəsindəki Mədəniyyət Mərkəzində peşəkar rəqqas Kamil Dadaşovdan öyrənmişəm. Rəqs mənə xoş duyğular bəxş edir. Hər rəqsin öz obrazı var. Mən onu ürəyim istəyən tamaşaçıya çatdıranda çox məmnun oluram. Rəqs vaxtı bütün qayğı problemlərdən uzaqlaşıb sanki öz aləmimdə yaşayıram. O hissi sözlə ifadə edə bilmərəm. Onu sadəcə sadəcə yaşamaq lazımdır.

 

-Ən güclü partnyor kimdir?

- Bu suala cavab vermək bir az çətindir. Həmişə bir nəfərlə tərəf müqabili olmadığına görə konkret bir profil çizmək çətin məsələdir. Bütün partnyorlarım düşünürəm ki, kifayət qədər bacarıqlı güclüdülər. Nigar İbrahimlinin, Fatimə Fətəliyevanın, Zahidə İlyasovanın adlarını çəkə bilərəm. Amma hal-hazırda öz yetirməm olan Səbinə Həsənovayla işləyirəm. Bilirsiz, hər tərəf müqabilimin öz dəst-xətti var onlar bir-birindən çox fərqlidilər. İndiki partnyorum Səbinə Həsənova çox güclüdür. Eyni zamanda fitri istedadlı bacarıqlı, enerjili rəqqasədir.

 

- Rəqsin dili varmı demək istədiklərinizi ürəyinizcə çatdıra bilirsizmi tamaşaçıya?

- Rəqsin dili var. Hər jest, hər hərəkət nəyisə ifadə edir. Mən rəqs etdiyim zaman tamaşaçını üç dəqiqə ərzində özümə cəlb edərək ifa etdiyim rəqslə onlarla danışıram. Hansı rəqsə tamaşaçı sonacan baxmırsa demək ünsiyyəti baş tutmayıb. Allaha şükür ki, elə ta əzəldən mən səhnəyə çıxarkən rəqsimlə tamaşaçıları cəlb edib necə deyərlər, söhbəti sona çatdıra bilmişəm. Əlbəttə ki, əgər musiqi düzgün seçilibsə, rəqs düzgün qurulubsa, rəqqasın libası rəqsi tamamlayıbsa, seçdiyi rəqsi gözəl ifa edibsə, obrazı yarada bilibsə demək ki, ürəyindəkini tamaşaçıya çatdıra bilib. Bunlar mənim üçün qanundur. Ona görə tamaşaçı mənim rəqsimi izləyir.

 

- Azərbaycan rəqsləri dünyada yeganə rəqs növüdür ki, onu ifa edəndə bədən əzaları qarşı cinsdə özünə diqqət oyatmır. Sizcə bu necədir?

- Belə cavab verim bu suala. Azərbaycan xalq rəqsləri dünya xalq rəqslərindən çox seçilir. Xüsusən xanımların rəqslərində. İncə hərəkət, jestlər, baxışlar, süzmələr hətta libaslarla çox incə, təvazökar, utancaq obrazda olurlar. Belə ki, hansısa hisslərin rəqsə qarışması mümkün deyil.

 

- Mahir ifaçısız. Sizə görə bu sənətin çətinliyi uğurları nədədir?

-Mənim tanınmağımın ya populyar olmağımın bir səbəbi var, daima axtarışdayam. Dünya rəqslərini öyrənmək üçün seçdiyim ölkəyə gedib orda yaşayan müəllimlərdən dərs aldığım da olub. Bu, heç ucuz asan başa gəlməyib. Azərbaycan rəqslərini həmçinin, peşəkar xareoqraflardan təhsil alaraq daha da təkmilləşdirərək, rəqslər quraraq tamaşaçı qarşısına çıxıram. Hal-hazırda bir çox rəqslərimin quruluşçusu baletmeystr Fərhad Vəliyevdir. Amma müəyyən rəqslər var ki, quruluşu özüm verirəm. Xüsusilə qeyd etmək istəyirəm k, qadın rəqqasələrdən fərqli olaraq kişi rəqqaslar üçün rəqs qurmaq səhnələrə çıxmaq tamaşaçı toplamaq bir qədər çətindir, çünki kişi rəqqasların rəqslərinə tələbat azdır. Bu sahədə nəyisə əldə edib, irəliləmək çox çətindir.

 

- Təltif olunmusuzmu?

-Rusiyanın Krasnoyarsk şəhərində keçirilən rəqs festivalında lauerat olmuşam. Türkiyədə keçirilən türkdilli xalqların festivalında, Misirdə keçirilənbeynəlxalq ritmfestivalında Azərbaycanı təmsil eləmişəm.

Üç nöqtəqəzetinin keçirdiyi müsabiqədəİlin rəqqasıadını almışam.

 

- Sizin bəzi sənət adamlarımız kimi gözləntiləriniz varmı? Dövlətdən, xalqdan... Ümumiyyətlə əsl sənət adamı necə olmalıdır?

 

-Mən heç kimdən heç gözləmirəm. Fikrimcə insan öz gücü-qüvvəsi, istəyi arzusuyla hər şeyi əldə edə bilər. Ona görə Allahın köməyilə hər işimi özüm həyata keçirməyə çalışıram. Mənim üçün fəxri ad əsas deyil, məyər başqa ölkələrdə belə titullar var? Mən ora gedəndə fəxri adımla deyil, sənətimlə gedirəm. Mənim üçün sənətim, tamaşaçı sevgisi gedəcəyim o yerlərdə fəxrlə Azərbaycanlıyam deməyim əsasdır. Əsl sənət adamı sənətinə özünü qurban verməmək şərtilə hörmət eləməlidir. Bu balansı saxlayan adam əsl peşəkardır.

 

- Bizim sənətdə çatmır?

- Səmimiyyət. Bizim sənətdə hər şey var, səmimiyyətdən başqa

 

-Hansı ölkələrdə sizi daha yaxşı qarşılayırlar?

-Getdiyim bütün ölkələrdə Azərbaycan adını eşidən hər kəs bizi hörmət-izzətlə qarşılayıb yola salır. Bütün səfərlərimdən razı qayıdıram.

 

-Gələcək planlarınız...

- Bir az qəribə də olsa əvvəldən nəyisə palnlaşdırmaq mənə düşmür. Hər şeyi zaman göstərər və mən də onun axarına uyub qərarlarımı yerində, məqamında verməyi üstün tuturam, nəinki öncədən planlaşdırıb yarımçıq qoyam. Bu, sadəcə həyatımda deyil, gündəlik həyatımda da keçərlidir.

 

 

- Sənət dostlarına və bu sənəti öyrənmək istəyənlərə tövsiyəniz...

- Sənət dostlarıma uğurlar diləyirəm. Rəqsi öyrənmək istəyənlərə isə qapımız açıqdı. Buyurub gəlsinlər, öyrədim. Artıq 20 ilə yaxındır ki, pedaqoq kimi fəaliyyət göstərirəm. Hal-hazırda kiçik yaşlı uşaqlardan ibarət 200-dən çox tələbəm var. Eyni zamanda yuxarı yaş qrupundaİlham rəqs ansamblı” fəaliyyət göstərir. Rəqs mənim üçün həyatdır, gündəlik həyat tərzimdir.

 

-Demək istədikləriniz...

-Rəqs mənim kölgəmdir, o məni ayrılmaz dostlar kimi daima izləyir. Rəqs ritmdir, ritm isə həyatın özüdür. Ritminizi dinamik tutun ki, həyatınız gözəl keçsin.

 

Nigar İsfəndiyarqızı

Kaspi.-2014.-16 aprel.-S.12.