Nurçuluqda Gülən hərəkatı: əsl mahiyyəti və məqsədi

 

Problem. Müasir Azərbaycanda bəzi dini təriqətlərin (vəhabilərin, təkfirçilərin, sələfilərin və s.) artıq dini deyil, siyasi səhnədə də özünü göstərməyə can atması və bununla da ölkədə vəziyyətin gərginləşməsində maraqlı olan bəzi xarici qüvvələrin fəallaşmasına şərait yaratması nəticə etibarilə cəmiyyətə bir siyasi diskomfort yaşatmaqdadır. Son günlər çap və elektron mediada yer alan yazılar cəmiyyətin müxtəlif təbəqələri, hətta dövlət rəsmilərinin arasında nurçuların yer aldığını göstərdi. Bəs nurçuluq nədir, onun hansı spesifik cəhətləri hakimiyyətdə, eləcə də cəmiyyətdə həyəcan siqnalı doğurur?

 

Tarix. Nurçuluq hәrәkatının banisi Sәid Kürdi Türkiyədə ad qanunu qәbul olunduqdan sonra Nursi soyadını qәbul edib. Yüksәk tәhsili almayıb. Türkiyәdә mәşrutiyyәt elan olunduqdan sonra Bitlsidә şeyxlik etmәyә başlayır, ancaq az sonra İstanbula gәlib siyasi fәaliyyәtә qoşularaq “İttihadi Muhammәd Cәmiyyәti”nin qurucularından biri olur, 31 mart qiyamından әvvәl Dәrviş Vahdәddinlә yaxın әlaqәlәr qurur. O zaman dәrc olunan “Vulkan” adlı qәzetdә yazdığı mәqalәlәri ilә 31 mart hadisәsini qızışdıranlardan vә hәmin dönәmdә yaradılmış “Kürt Teali Cәmiyyәti”nin fәallarından olur. S. Kürdinin “İki Mektep-i Müsibetin Şahadetamesi Yahut Divani- Örfi ve Said-i Küdr-i” kitabının 44-48-ci səhifələrində açıq şəkildə deyilir: “Ey Assuriya və keyxanilər zamanından cahangirlik və qəhrəmanlıqlar yapmağa layiq olan aslan kürdlər! Beş yüz il yatdığınız yetər artıq. Oyanın… Kürdlər kimi böyük bir kütləni Tanrı islamiyyəti və dünyanı, Orta Şərqi idarə etmək üçün göndərib”. Mәktubat adlı әsәrindә isә “türk olmadığını, türklük ilә münasibәtinin olmadığı, Türkiyәdә kürd millәti adlı başqa bir millәtin olduğunu” irәli sürür. (http://forum.hunturk.net/azerbaycan-fetullah-gulen-imparatorlugunun-isgalinde--874.html).

 

S.Kürdi 1925-ci ildә Şeyx Sәid üsyanından sonra Barla, Kastamonu, Afyon vә Әmirdağa sürgün edilir. Afyon, Dәnizli vә Әskişәhәr hәbsxanalarında yatır. Sәid Nursi 23 mart 1960-cı ildә Urfada vәfat etsә dә, tәlәbәlәri (nur şagirdlәri) onun ideyalarını bu günədək gәtirib çatdırıblar.

 

Müasir tarix: Nurçuluqda qruplaşmalar. Nurçuluq bir tәriqәt kimi fәaliyyәt göstәrsә dә, nurçular bu hәrәkatın tәriqәt deyil, onun 20-ci әsrdә Qurani-Kәrimin tәfsiri üzәrindә qurulmuş bir mәktәb olduğunu, eləcə də sayı 130-a çatan Nur risalәlәrinin dә Quranın tәfsiri olduğunu iddia edirlәr. İlk dәfә 1955-57-ci ildә Qurani-Kәrim vә Nur Risalәlәrinin yazılması ilә bağlı nurçular arasında yaranan parçalanmalar S.Nursinin ölümündәn sonra daha da dәrinlәşir. Nәticәdә tәriqәt bir neçә qrupa bölünür.

 

I qrup “yazıçı nurçular”dır. Onlar “Qurana küfr yazısı ilә xidmәt olmaz” şüarını irәli sürәrәk Nur risaәlәlәrinin mütlәq әrәbcә vә әllә yazılmasını, bunun üçün dә bütün nurçuların әrәbcәni öyrәnmәsinin lazım gәldiyini bildirirlər.

 

II qrup “oxuyucu nurçular”dır. Bu qrup dinә xidmәt edәn әsәrlәrin latın әlifbası ilә yazılmasını mәqbul görürlәr. Zaman keçdikcə “oxuyucu nurçular” parçalanırlar. Belə ki, “Oxuyucu” vә “yazıçı” qrup arasında narazılıqların sonunda 1969-cu ildә “oxuyucu”lar içәrisindәn tәlәbәlәr arasında tәbliğata üstünlük verən “Fәtullah Gülәn qrupu” ayrılır. 1982-ci ildә baş verәn Konstitusiya sәsvermәsindən sonra isə “oxuyucu” qrup arasından “qәzetәçi” vә “şuraçı” adlı yeni bölmәlәr ayrılır. Bu gün nurçular “Qazetәçilәr”, “Şuraçılar”, “Fәtullah Gülәnçilәr” vә “Yazıçılar”, Süleymançı”lar, “yusifiyyəçi”lər, İşıkçılar”, “Siyah (qara) bayraklılar”,“kaplançı”lar... (16 qrup) adlı qruplardan ibarәtdirlәr. Ən üstün cərəyan “Yeni Asiya” hesab olunur. Bu cərəyan daha çox siyasi çevrələrə daxil olmaq, öz kadrlarını hökumət, dövlət məmurluqlarında yerləşdirmək, geniş ticarət şəbəkələrinə malik olmağa üstünlük verir.

 

Nurçuluq: dünyəvi, yoxsa dini ideya xətti... Ümumilikdə, Nurçuluq dünyәvi respublikaya vә Atatürkә qarşı bir hәrәkat¬dır. “Nur risalәlәri”nin “Barla mәktubları” bölmәsindә, sәhifә 53-dә Atatürk nәzәrdә tutularaq: “Tәk gözlü Dәccal, ya iman et, ya bütün dünyanın istehza yeri olacaqsan” deyilir. Nurçuların strateji planda reallaşdırmaq istədiyi əsas məqsədlərindən biri də Türkiyədə teokratik dövlət quruluşu yaratmaq, xilafət qurmaqdır. Onlar məqsədlərinə nail olmağın çətinliyini başa düşərək, indiki şəraitdə dövlətin bəzi xüsusiyyətlərinin Türkiyənin dövlət quruluşunda bərqərar olmasına çalışırlar. Bu taktiki fəaliyyət özündə bir neçə istiqaməti birləşdirir: 1) İslam dini Türkiyə dövlətinin rəsmi dini elan olunmalı; 2) Hökumət şəriətin qoruyucusu və himayədarı funksiyasını yerinə yetirməli; 3) Qurani-Kərim Konstitusiya olaraq qəbul edilməli, 4) Dövlətin idarəetməsi Üləmalar Şurasına tapşırılmalıdır.

 

Nur şagirdlərinin Nurçuluğa girə bilmələri üçün qoyulan şərtlərdə məhəl¬lədəki ən böyük nurçuya qarşı bəzi: Nurçuluğa və Nurçuların böyüklərinə sədaqət, Nurçuların sirlərini açıqlamamaq, məqsədləri üçün müşavirələrdə olmaq, nurun reallaşması üçün fəaliyyətlərdə olmaq, Nurçuluq ilə əlaqədar hadisələri nur böyüklərinə mütləq bildirmələri kimi təəhhüdlərdə olmaları lazımdır. Nur tələbələrinin digər bir vəzifələri də nur risalələrini çoxaldıb paylamaqdır. Nur risaləsində “Axirət qardaşlarıma mühüm bir xəbərdarlıq” iki maddən ibarətdir və birinci maddədə göstərilir ki: “Risalə-i nur əqidəsini mənimsəyən şəxsin ən mühüm vəzifəsi onu yazmaq, yazdırmaq və yayılmasına kömək etməkdir. Onu yazan və yazdıran “Risalə-i Nur Tələbəsi” adı alar və o ad altında hər 24 saat müddətində mənim dilimlə bəlkə yüz dəfə, bəzən daha çox xeyir-dualarıma və mənəvi qazanclarıma şərik olmaqla birlikdə, mənim kimi dua edən qiymətli minlərlə qardaşıların və risalə-i nur tələbələrinin dualarına və qazanclarına da şərik olarlar”.

 

Qəbul olunmuş qaydaya əsasən, "işıq evləri"ndə təlim keçənlərə xüsusi bir səbəb olmadan küçəyə çıxmanın qadağan edilməsi və Nurçuların sirlərini açıqlamamaq təəhhüdü belə bir sual doğurur: əgər niyyət təmiz və pakdırsa, gizlilik nə üçündür? Səidi Nursi, nur tələbəliyini buraxmanın günah olduğunu, nur tələbələrinə sataşanların vətən və millət xaini olduqlarını bildirməklə, ayrıca təhdidlərlə xüsusi bir təşkilatlanma taktikasına müraciət edir.

 

Nurçuların, “gülənçilərin” ideoloji baxışlarının müqayisəsi

1. Nurçular Nursini “Bədiüzzaman” adı ilə anır və dini məsələlərlə bağlı çıxışlarında, şərhlərində Nursiyə istinad edirlər. Fəthullah Gülən isə söhbətlərində Nursiyə çox istinad etməməyə üstünlük verir.

2. Nurçu qrupların hamısında “Risaleyi-Nur” külliyyatı Quran və Sünnədən sonra əsas istinad mənbələrdindən biri kimi çıxış edir. Onların Quranı anlamaq üçün Nursinin əsərlərinə müraciət etdiklərinə dair də bilgilər var. “Gülən camaatı” isə Fəthullah Gülənin əsərlərinə daha çox müraciət edirlər.

3. Nurçu qruplar “Risaleyi-Nur”un dilinin sadələşdirilməsinə və türk dilində daha anlaşıqlı olmasına gərək olmadığını bildirirlər. “Gülən camaatı” isə “Risaleyi-Nur”u nəinki türk dilinə uyğunlaşdırdı, hətta türkcəyə uyğunlaşdırılmış variantını böyük tirajla çap edərək yayımlamaqdan belə çəkinmədi.

4. Nursinin davamçıları "nurçu" olaraq xatırlanmaqdadırlar və bu onları heç vaxt narahat etməyib. Gülən isə "nurçu" olaraq xatırlanmağı hər fürsətdə rədd edir. Bir əsərində "Həyatımda, Şərqdən və Qərbdən bir çox tarixçi, ədəbiyyatçını oxuyub, onlardan istifadə etdiyim olub və Səid Nursi də bunların ən öndə gələnlərindən biridir. Ancaq onun özünü görməmişəm. Digər tərəfdən, həyatımda “ci”, “cu” kimi bir qrupa aidiyyət ifadə edən sözləri heç istifadə etmədim" – deyərək, “nurçu” olaraq xatırlanmaqdan duyduğu narahatlığı dilə gətirir.

5. Nursi həbs və sürgünlərə düşməsinə baxmayaraq, başqa ölkərə mühacirət etməyib və bunu doğru saymayıb. Nursidən sonra gələn davamçıları da bu ənənəyə sadiq qalıblar.

Fətullah Gülən isə Türkiyə tarixinə 1997-ci il 28 fevral hadisələrindən sonra Türkiyədən mühacirətə gedib və bu günə qədər də ABŞ-da yaşamaqdadır.

 

Gülənçilərlə digər nurçu qrupların ideoloji baxışlarındakı göstəilən bu fərqlərlə yanaşı, hər iki hərəkatın fəaliyyət metodlarında da əsaslı fərqlər mövcuddur.

 

1.Nurçuların digər qrupları inancını güzəştsiz yaşamağa üstünlük verir və istənilən şərtlər altında seçdikləri yolu, ideyanı, Allaha ibadəti davam etdirməyi, Şəriətin qoyduğu ənənələrə uyğun olaraq davranmağı vacib hesab edirlər.

Gülənçilər isə bu mövzuda daha elastikdir. Onlar bütün güclərlə hesablaş¬mağı, cəmiyyətin tələblərinə uyğunlaşmağı daha yaxşı bacarırlar. Təsadüfü deyil ki, bu gün gülənçilərin vaxtilə Türkiyədə baş vermiş hərbi çevriliş zamanı hakimiyyətə gəlmiş generalitetlə əməkdaşlığına dair faktlar onların əleyhinə istifadə olunan əsas arqumentlərdən biridir. Gülənçilər iqtidarda olanı, dərhal dəstəkləyir və öz maraqlarını qorumaqla, əsas strateji hədəflərinə doğru irəliləyirlər. Bir çox məsələdə olduğu kimi, hicab məsələsində də gülənçilər güzəştə gediblər.

2. Bugün bir çox ölkələrdə “gülənçilər”in əsas fəaliyyəti məktəb, universitet kimi təhsil müəssisələri açaraq, burada öz məqsədləri üçün dinlər və mədəniyyət¬lərarası dialoq adı altında fəaliyyətləri həyata keçirməkdir. Hərəkatın müxtəlif vəqf və dərnəkləri, mətbuat sistemləri, xəstəxanaları və maliyyə təşkilatları, biznes strukturları da mövcuddur. Bu isə onu deməyə əsas verir ki, Gülən hərəkatının həyata keçirdiyi fəaliyyətlər missionerlik anlayışına daha yaxındır.

 

Elə nurçuların digər qrupları ilə gülənçilər arasında əsas fərq də məhz bundan ibarətdir: Nurçuluq İslamda bir təriqətdir və bütün bəzi təriqətlər kimi, zərərli cəhətləri var, bunu təbii ki, dinşünaslar, ilahiyyətçilər daha düzgün qiymətləndirə bilər.

 

Məhz elə bu baxımdan Nurçuların gülənçilər qrupunun fəaliyyətinin zərərli olub olmamasını araşdırmaq üçün Türkiyənin tanınmış ilahiyyatçılarından olan Ahmet Tekinin cəmiyyətdə rezonansa səbəb olan Gülən camaatı ilə bağlı açıqlamalarına müraciət yerinə düşər. Professor gülənçilərin İslam dininə paralel din yaratmaq istəyi, bunun isə Vatikan, ABŞ və Kilsələr Birliyi tərəfindən dəstəkləndiyi iddiası ilə çıxış etmişdi. A.Tekinə görə, Fətullahçıların yaratmaq istədikləri din Müsəlman Xristianlıq və ya Xristian Müsəlmanlıq adını alacaq. "Gülən məktəblə-rində gənclərə Xristianlıq təlqin olunur". Onun sözlərinə görə, Gülən camaatının ən əsas hədəfi Türkiyəni xristianlaşdırmaqdır. Gülənçilər öz məqsədləri naminə az qala Qurani-Kərimi belə təhrif etməkdən çəkinmirlər. “Tür¬ki¬yədə səkkiz missioner qrupu fəaliyyət göstərir və hamısı da camaatla sıx təmas¬dadır: "Gülən Papaya məktub yazdı, Papalık missiyasının parçasıyıq dedi". Onun fikrincə, Gülən camaatı missioner təşkilatının Türkiyə bölməsi kimi fəa¬liyyət göstərir. Məhəmməd Peyğəmbərin İsa Peyğəmbərin atası olduğunu iddia edirlər ki, xristianlarla müsəlmanları bu cür yaxınlaşdırsınlar. Məqsədin vasitəyə haqq qazandırması tezisinə müvafiq olaraq A.Tekin gülənçiləri makiavellist adlandırır.

Bu iddiaların nə dərəcədə əsaslı olduğuna dair elmi ictimaiyyətdə qəti bir münasibət açıqlanmır. Lakin bunu əsaslandırmağa imkan verən bəzi mülahizələrə diqqət edək.

 

Yuxarıda söylənilən yeni din yaratmaq ideyası nədən qaynaqlanır və mahiyyətində nə durur? Və yaxud, eyni sivilizasiya daşıyıcılarının müxtəlif dini mövcudluq for¬ma¬larını axtarması, “dini dözümsüzlük doğuran” cəhdləri nədən baş qaldırır?

 

(ardı var)

 

Gülzar İbrahimova,

Siyasi elmlər doktoru, AMEA-nın İnsan Hüquqları İnstitutunun şöbə müdiri

 

Kaspi.-2014.-17 aprel.-S.7.