Bakının yenilikçi butik oteli

 

Müştərilərin gözləyə biləcəyi bütün rahatlıqlar “Excelsior Hotel Baku”da cəmləşib

 

Avropa Asiya arasında körpü rolu oynayan Azərbaycanda iqtisadiyyat, idman, mədəniyyət, incəsənət digər sahələrdə əldə olunan yüksək nailiyyətlər turizmin inkişafı istiqamətində özünü göstərməkdədir. Buna əyani misal olaraq, ölkəmizdə otel biznesinin daha da inkişafı üçün kompleks tədbirlərin reallaşmasını, o cümlədən ötən 10 il ərzində 14 beşulduzlu otel daxil olmaqla, regionlarda turizm komplekslərinin, istirahət mərkəzlərinin istifadəyə verilməsini göstərmək olar.

 

Təkcə paytaxt BakıdaKempinski”, “Hilton”, “Marriott”, “Four Seasons”, “Jumeirah”, “Fairmont” kimi beşulduzlu otellərin istifadəyə verilməsi turizmin inkişafına geniş imkanlar yaradır. Bu mənada paytaxt şəhərimizin Heydər Əliyev prospekti 2 ünvanında 2008-ci ildə istifadəyə verilən 5 ulduzlu “Excelsior Hotel Baku”nun da turizm sektorunun inkişafında özünəməxsus yeri var. Hər şeydən öncə bildirək ki, Bakının işgüzar mərkəzinin yaxınlığında yerləşən “Excelsior Hotel Baku”dan biznes, ticarət əyləncə mərkəzlərinə asanlıqla getmək olur, Heydər Əliyev Beynəlxalq Hava Limanı isə buradan sadəcə 25 dəqiqəlik məsafədədir. Otelin müasir tələblərə cavab verən peşəkar sürücülərin idarə etdiyi avtomobilləri vasitəsilə müştərilər Bakı Dəmiryol Vağzalına 5 (3 km), Fəvvarələr Meydanına 15 (4 km), Prezident Administrasiyasına 7 dəqiqəyə (5 km) çatdırıla bilərlər. Bununla yanaşı, müştərilər həmin avtomobilləri saatlıq icarə üçün istifadə edə bilərlər. Ümumiyyətlə, “Excelsior”un avtomobil xidməti qonaqlara Bakı Beynəlxalq Hava Limanına oradan, həmçinin Bakı şəhəri daxilində rahat nəqliyyat təklif edir.

Ənənəni, yenilikləri müasir dəbdəbə qədimilik çalarlarıyla özündə birləşdirən “Excelsior Hotel Baku” klassik memarlıqla müasir dizayn elementlərinin vəhdətini təcəssüm etdirir. O, özünəməxsus atmosferi, fərqli xidməti müasir texnologiyaları ilə Bakının yenilikçi butik otelidir. “Excelsior”un Satış marketinq üzrə direktoru Damla Çuhadaroğlu Bayıkın iştirakı ilə otellə yaxından tanışlıq zamanı buranın başdan ayağa dəbdəbə zərifliklə əhatə olunduğunu görməmək mümkün deyildi. Onun müşayiəti ilə oteli gəzərkən öyrəndik ki, 5 mərtəbəliExcelsior”da yüksək zövqlə dekorasiya edilmiş ümumilikdə 61 gözəl nömrə dəbdəbəli süit var. Bunlardan 45-i “Heritage”, yəni standart (41 m2), 9-u “Duke” (24 m2) nömrələrdir. Süitlərdən 4-ü “Crown” (60 m2), 2-si “Royal” (63 m2), 1-i isəİmperial” (300 m2) süitdir. Otel otaqlarının hər birində fərdi iqlim nəzarəti funksiyalı mərkəzi kondisioner sistemi, sürətli internet, şəhərin müxtəlif istiqamətlərinə yönəlmiş ürəkaçan mənzərə var. Bununla yanaşı, nömrələrin axşam təmizliyi, 24 saatlıq otaq, tam konsiyerj xidmətləri, şəxsi seyf, səsli poçt səsucaldan funksiyalı rəqəmsal ikixətli telefonlar, kompyuter faks qoşulmaları, nömrələrə pulsuz çay-kofe, istirahət mərkəzləri, geniş vanna otaqları, yumşaq xələt otaq ayaqqabıları, keyfiyyətli vanna ləvazimatları da xidmətə daxildir. Qiymətlərə gəldikdə, müştərilər bir gecəlik standart nömrə üçün 130 AZN, “Duke” üçün 111 AZN 18 faiz Əlavə Dəyər Vergisi ödəməlidirlər. Süitlərdə gecələmək üçün isəCrown”a 260, “Royal”a 310, “İmperial”a 3000 AZN 18 faiz Əlavə Dəyər Vergisi ödəmək tələb olunur. Bir sözlə, bu lüks oteldə müştərilərin gözləyə biləcəyi bütün müasir rahatlıqlar var. 5 ulduzlu “Excelsior Hotel Baku”da nömrə götürmək istəyən müştərilər dünyanın istənilən ölkəsindən, sadəcə internetin imkanlarından yararlanmaqla otelin 9 dildə fəaliyyət göstərən (www.excelsiorhotelbaku.az) saytına daxil olub istədikləri otağı kirayələyə bilərlər. Müştərilər saytda otelin bütün xidmətləri, o cümlədən hər bir otaq xidmətlər barədə ətraflı məlumat ala bilərlər.

“Excelsior Hotel Baku” yemək-içməyi, əyləncəni sevənlər üçün əla məkanlardan biri sayılır. Bakıda mövcud olan ən nəfis yemək təcrübələrindən möhtəşəm bar atmosferinədək hər şey burada cəmləşib, desək yanılmarıq. Otelin “Belvedere Restoranıpaytaxtımızın ən gözəl yemək məkanı olaraq qonaqlara dünya mətbəxlərindən eksklüziv təamlar təqdim edir. Hər gün səhər saat 7:00-dan gecə yarısınadək işləyən restoranda açıq bufet tərzi eksklüziv səhər yeməyi, o cümlədən gün ərzində “la carte” menyu verilir. Bazar günlərinin açıq bufet brançları isə hər zaman müştərilər üçün sürprizlərlə yadda qalır. “Belvedere restoranı”nın yaxınlığında, otelin sakit gizli guşəsində, geniş çeşidli ekzotik kokteyllər, seçilmiş Kuba siqarlarının müşayiəti ilə rahat zövqlü görüşlərin keçirilə biləcəyiL’Atelier Bar”ı da müştərilərin xidmətindədir. Gecə gec saatlaradək açıq olan barda oteldə istirahət edənlər müxtəlif xidmətlərdən yararlana bilərlər. “Excelsior Hotel Baku”dakı “La Patisserie” isə şəhərin ən dadlı qəhvəsini içmək istəyənlərin əsl yeridir. Burada həmçinin çay, şirniyyatlar, suflelər, tortlar, sendviçlər təzə bişirilmiş çörək bulkalar da əldə etmək mümkündür. Bunlarla yanaşı, səhər saat 8:00-dan axşam 22:00-dək açıq olan oteldəki “Aura” Sağlamlıq Mərkəzinin daxilində yerləşən “Vitality Barı”nda da müştərilərə çox gözəl salatlar, balanslı qida vegetarian yeməkləri təqdim olunur. Bu cür sadə yeməklər təzə sıxılmış meyvə suları, evdə hazırlanmış südlü kokteyllər kimi təzə inqrediyentlər sağlıqlı alternativlərlə kombinasiya edilir. Yay mövsümlərində isəHovuzkənarı bar”da müxtəlif qəlyanaltı manqal yeməkləri təqdim olunur. Barın rahatladıcı atmosferində müştərilər istirahətlərini öz istədikləri kimi qura bilərlər.

“Excelsior Hotel Baku” ciddi görüşmələri, beynəlxalq səviyyəli tədbirlər üçün əla məkandır. Burada fəaliyyət göstərən konfrans, iclas zalları 250 nəfərlik banket zalı müştərilərin xidmətindədir.

 

Rufik İSMAYILOV

Kaspi.-2014.-22 aprel.-S.9.