«Amalımız bildiklərimizi paylaşmaq, bilmədiklərimizi əldə
etməkdir»
Ayhan Okatalı: «Layihəmizdə heç bir ticari məqsəd güdülmür,
bu, nüfuz və
hörmət üçün önəmlidir»
Türkiyə Radio-Televiziya Qurumu (TRT) nəzdində
TRT Akademiyasının yaranması ilə bağlı son hazırlıqlarını həyata keçirir. Yaxınlarda pilot layihələrlə fəaliyyətə başlayacaq qurumun
planlarını TİKA rəhbərliyi tərəfindən həyata
keçirilən “Türkiyə-Azərbaycan Media
Əməkdaşlıq Proqramı” çərçivəsində
düzənlənən “Görüntülü
media mənsublarının TRT
studiyalarında təcrübə proqram”na qatılan “Kaspi” qəzetinin
əməkdaşı ilə bölüşən TRT Təlim
Mərkəzi rəhbərinin köməkçisi Ayhan Okatalı layihədə ticari
məqsəd güdülmədiyini qeyd edib.
İşin fəlsəfəsi
-Təlim Mərkəzi
Rəhbərliyi TRT Akademiyasının yaradılması ilə
bağlı ilk layihəsini həyata keçirir. Bu
akademiyanı yaratmaqda məqsəd və
gözləntiləriniz nədir?
-TRT Akademiyası layihəsi əslində Türkiyə layihəsidir. Bu, uzun zamandır üzərində fikrən işlənilən, hazırda isə layihələndirilməkdə olan bir işdir. Bildiyiniz kimi TRT beynəlxalq arenada ictimai yayımı olan xidməti təşkilatdır. Belə olan təqdirdə, beynəlxalq arenada üzvü olduğumuz bir çox yayım təşkilatlarında – Asiya Yayım Birliyi və Avropa Yayım Birliyi ölkələri, Cənub ölkələri və Şərq ölkələri və s. yayım birliklərinin üzvü kimi dövlətlərarası təşkilatlarda aktiv öhdəliyi olan bir qurumdur. Ancaq bizim xaricə təhsil proqramı hazırlama və paylaşma bu vaxta qədər istədiyimiz səviyyədə deyil. Gələn tələblər qarşılığında Türkiyə Cümhuriyyəti əlaqədə olduğu dövlətlər çərçivəsində qardaş ölkələrlə əlaqəli təhsil tələblərini xeyli qarşılamağa çalışır. Ancaq artıq bunu yönəlik hala gətirməyi düşündük. Dünyada BBC kimi böyük təşkilatlar təhsil proqramlarını xarici ölkələrə necə həyata keçirirsə, biz də onlar kimi sertifikatlı proqramlar həyata keçirməyi nəzərdə tuturuq. Biz bunu ticari bir məqsəd güdmədən həyata keçirmək istəyirik. Yəni amalımız bildiklərimizi paylaşmaq, bilmədiklərimizi əldə etməkdir – işin fəlsəfəsi belədir. Yoxsa şablon təhsilləri bazarlamaq niyyətində deyilik. TRT Akademiyası bir vizion layihəsidir. Gələcəkdə media münasibətləri və yayımçılıq sektoru olaraq bir neçə istiqamət üzrə həyata keçiriləcək. Məqsəd təkcə texniki və sənətlə bağlı deyil, həmçinin işin etik və əxlaqi tərəfləri var. Dövlətlərarası marka dəyəri olan yayım təşkilatlarının belə obyektiv olmadıqlarını bütün dünya görməkdədir. O zaman bizim söylənəcək sözümüz olmalıdır. TRT-nin media münasibətləri yayımçılıq sektoruna yönəlik təhsil proqramlarında, bəlkə daha sonra prodakşn çalışmalarında üzə çıxa və bir qisim ortaq layihələrə də çevrilə bilər. Ancaq bunun təməli öncə fikir yürüdə bilmək, öz dəyərlərimizi, bilgimizi öyrədə bilmək və bunları paylaşmaqla qurulacaq. Bu ana qədər TRT-nin 50 illik qədim bir yayımçılıq tarixi var. Bunları təkrar gözdən keçirmək və həmin bilgilərimizi başqaları ilə paylaşmaq, həmçinin çatışmazlıqlarımızı görmək və ardan qaldırmaq istəyirik. Bundan əlavə, işin əxlaqi və etik məzmununu da paylaşmalıyıq. Yenə təkrar edirəm, bu layihədə heç bir ticari məqsəd güdülmür, bu, nüfuz və hörmət üçün önəmlidir. Layihə bizimlə əlaqəsi olan ölkələrlə münasibətlərin güclənməsinə də kömək edəcək. Bu çərçivədə TRT Akademiyasının ən yaxın zamana hədəflənən mövzularla bağlı çalışmaları var. Pilot layihələrlə başlamağı düşünürük. Hazırda Azərbaycandan gələn bir qrup jurnalist və operatorla fikir mübadiləsi həyata keçirilir. Düşünürəm ki, bu, eyni zamanda qarşılıqlı ziyarətlər, yerində tanışlıq üçün lazım olan bir durumdur. Bunun sonunda isə ehtiyac duyulan sahələri müəyyənləşdirməyi hədəfləyirik: qarşılıqlı olaraq hansı mövzularda ehtiyaclarımız olduğunu aydınlaşdıracağıq. Bu layihəyə mütəxəssislər cəlb olunacaq. Eyni zamanda, təkcə ölkə içi deyil, həm də xarici ölkələrin universitetləri ilə iş birliyi həyata keçirməklə bağlı planlarımızı var. Avropa Birliyi layihəsi çərçivəsində peşə standartlarının müəyyənləşdirlməsi nəzərdə tutulur. Layihədə təxminən 100-ə yaxın - operatorluq, işıqçı, təşkilatçı, müxbirlik, informatika texnologiyası, yeni media quruluşu və s. peşələr yer alıb. Bu qədər peşəni özündə cəmləşdirən bir sektorda təəssüflər olsun ki, peşə standartları hələ də tam formalaşmayıb. Hazırda Türkiyədə 12 milli peşə standartı tanınır. Əlbəttə, standartlar var, bəs bu peşələr nə qədər mükəmməl həyata keçirilir? Bununla bağlı təkmilləşməyə ehtiyac var.
Sonda isə layihəyə qatılan insanlara beynəlxalq sertifikat verilməsi nəzərdə tutulur. Bu, çox önəmlidir. Bu sertifikatın təqdim olunması həmin insanın bu anlaşmaya imza qoyan ölkələrdə heç bir problem yaşamadan çalışma imkanı əldə etməsi deməkdir. Peşə standartları, qabiliyyətlər, sertifikatlandırma və təhsil proqramları – hamısı əsıində bir vizion içərisində paralel davam edəcək. Hesab edirik ki, yaxınlarda pilot çalışmaları həyata keçirməyə başlayacağıq. Çox yaxşı sonucların olacağını düşünürük və bunun həyəcanı içərisindəyik.
-Bəs indiyə
qədər Təlim Mərkəzi olaraq
hansı işləri həyata keçirmisiniz?
-Biz daha çox qurum personlına yönəlik təhsil xidməti həyata keçirirdik. İndi isə mövzularla əlaqəli və seçim hazırlıq çalışmaları həyata keçiririk. Digər tərəfdən yerli təlimçilərlə əməkdaşlıqlar, onların müəyyənləşdirilməsi nəzərdə tutulur. Onlar üçün təşkilati dil formalaşdırmaq məqsədilə təhsil proqramı həyata keçirməyi düşünürük. Digər tətəfdən, hansı qurum və təşkilatlarla işbirliyi edəcəyimizlə bağlı çalışırıq. Bu, Azərbaycan üçün keçərli olduğu kimi Balkan ölkələri və dünyada digər inkişaf edən ölkələr üçün də nəzərdə tutulur. Həmçinin təhsil studiyalarının, təhsil qruplarının və texniki təchizatların hazırlıq məsələsi var. Çünki mövcud studiyalarımızda təhsilin həyata keçirilməsi ilə bağlı sıxıntılar yaranır. BBC-də olduğu kimi akademiya olacaq bir təhsil qurumunun mütləq təhsil studiyalarının olmasına ehtiyac var. Ankara, İstanbul və Antaliya kimi şəhərlərdə təhsil studiyaları yaratmaq məsələsi gündəmdədir. Bəhs etdiyim təhsil proqramının eskizi çox incə detallar – iş analizi, ehtiyac analizi, təhsil proqramının eskizlənməsi müddəti və s.dən ibarətdir. Hətta bunun davamında – qiymətləndirmə və dəyərləndirmə nəzərdə tutulur. Yəni verdiyimiz təhsildən sonuc ala bildilərmi, performansa çevirməyi bacardılarmı, işə transfer edə bildilərmi - bura qədər davam etmək istəyirik. Bunu müəyyənləşdirməyi hədəfləyən çalışmalarımız da var.
-Müasir
informasiya dünyasında online
media inkişaf edir. Yəqin ki, bu sahəyə hədəflənən
planlarınız da var.
-Online təhsil üzərində də müəyyən planlarımız var. Uzaqdan təhsil proqramları dəyişik başlıqlarda canlı və videoyazı şəklində (sinxron və asinxron) ola bilər. Həftənin fərqli günlərində canlı bağlantılarla Azərbaycandakı insanlarla fikir mübadiləsini, iş prinsiplərini paylaşa bilərik. Digər tərəfdən, videoyazı etdiyimiz materialların onlar tərəfindən nəzərdən keçirilib bizə göndərilməsindən sonra bir daha üzərində işlənəcək.
Həvəs, istək
və təhsil
-Bir
jurnalistin peşəkar səviyyədə
yetişməsi üçün nəzəriyyənin
nə qədər önəmi var?
-Nəzəriyyə mütləq
lazımdır. Jurnalist peşə ilə
bağlı nəzəri biliklərə sahib
olmalıdır. Hətta əlaqədar fakültələrdən
məzun olsalar da, həmin
fakültələr onları operator, müxbir, produser,
işıqçı kimi yetişdirmir,
yalnız diplom verir.
Belə ki, onlar nəzəri
səviyyədə məzun olurlar. Amma mənim bəhs etdiyim
proqram çərçivəsində bunlar yenidən gözdən keçirilərək
nəzəri və praktik olaraq
lazımi səviyyəyə çatdırılacaqdır. Bu işin praktik
hissəsi daha önəmlidir. Müxbirin, operatorun masa arxasında olmayacağı bizə məlumdur.
Bu mənada bu gün hərbi müxbirlik
mövzusuna diqqət yetirək. Bunun üçün
savaşın olmasına ehtiyac yoxdur. Bir müxbirin
mövcud şərtlərlə
çalışma qabiliyyətini qazanması da
lazımdır. O zaman işin
mükəmməlliyi və xəbərin
etibarlılığı da gündəmə
gəlir. Bunlara riayət etmədən həmin
peşəni icra etmək çətindir.
Bu, təhsil paketinin
içərisində təhsil müəssisələrində
verilməyə bilər. Ancaq bu qaydaların öyrədilməsi vacibdir. Digər tərəfdən, o, praktik təlim
proqramları keçmədən çox
yaxşı müxbir ola
bilər, amma bu şərtlərdə
nə edəcəyinə qərar verməkdə çətinlik
çəkər. Həmçinin xəbəri öyrətməkdə
sıxıntı yaşayar. Bu baxımdan, nəzəriyyə ilə əlaqəli
təlimlər öncəliklə tamamlanmalıdır. Bir şərtlə ki, bu sahənin mütəxəssislərindən
həmin bilgilər alınsın. Bundan əlavə, bu sahəyə üz tutan insan həvəsli
deyilsə, ondan yaxşı jurnalist çıxa bilməz. Öz
ölkəsinin coğrafiyasını, mədəniyyətini,
tarixini bilməsi, dünyada
baş verən siyasi
prosesləri izləməsi və araşdırması, bir çox suallrın
cavabını bilməsi lazımdır ki,
sorgu etməyi də bacarsın. Bizdə
belə bir Atalar sözü var: “Sual vermək elmin
yarısıdır”. Doğru sual verməyi bacarmayan bir şəxsin jurnalist olması mümkün deyil. Bunun yolu da doğru bilgilərə yiyələnməkdən keçir.
Təbii
ki, jurnalistlik çox çətin işdir. Bu peşənin
həyata keçməsi
üçün ən
azı 5 illik təcrübə lazımdır.
Təbii
ki, bir çox
xətalar yaranır və bunlar düzəldilərək davam
edir. Dolayısıyla işin praktik
tərəfi daha ağırdır. İllərin təcrübəsi lazımdır.
Bu mənada təcrübə
nəzəriyyənin önünə
çox keçir.
-Sizcə, jurnalistikada ixtisaslaşma vacibdirmi?
-Bildiyim qədər mütəxəssislərin alt başlıqlara qədər diqqət etməsi müzakirə mövzusudur. Əsas bilgilərlə vacib və cəlbedici xəbər öyrətmək o qədər də mümkün görünmür. Mediada iqtisadiyyat səhifəsindən bəhs edən insanların bu sahədən anlaması lazımdır. Qəzetçilik və xəbərçilikdə mütləq təməl müxbirlik, televiziya müxbirliyi bacarıqlarının olması lazımdır. Amma ayrıca hansı proqramı hazırlayacaqsa və çox bacarıqlıdırsa, çatışmzlıqları aradan qaldıra bilər. Sağlamlıq, mədəniyyət, sosial, siyasət, idman və s. sahələrlə əlaqəli proqram hazırlaya, xəbər yaymağı bacarar. Əgər bu mövzuda çox sıx və təkrar surətdə çalışmalar həyata keçirirsə və işlədiyi yerdə o sahə ilə bağlı davamlı xəbər yayırsa, o zaman sahə mütəxəssisliyi çox mühümdür.
-Bacarıqlı bir jurnalist olmaq
üçün hansı xüsusiyyətlərə
malik olmaq
lazımdır?
-Düzənli təhsil planı olmadan hər hansı peşəni həyata keçirmək çox çətindir. Uzun dönəmdə əldə edəcəyiniz təhsilin əllə görülən bir işdən fərqi budur. Ən qısa zamanda və ən az maliyyə ilə bilgiləri əldə etmək üçün təhsil mövcuddur. Bu da planla və proqramla olmalıdır. Səriştəli bir jurnalist və ya xəbər operatoru olmaq üçün mütləq təməl təhsilinin olması lazımdır. Jurnalist bu işə təcrübədən gələ bilər, amma təhsil paketlərini həyat yolu - öyənmək yolu ilə əldə etməsi mütləqdir. Onun mükəmməl yetişməsi sadəcə təhsillə də mümkün deyil. Bu işi sevmək lazımdır - bunsuz mümkün deyil. Həvəs, istək və təhsil- bunlardan biri olmasa, nəsə əskik qalır. İşi peşəkar səviyyədə həyata keçirərkən, həvəskar həyəcan olmadıqda çatışmazlıq yaranır. İşimizi peşəkar edək, amma həyəcanımızı həvəskar olaraq yaşayaq.
Təranə Məhərrəmova
Ankara
Kaspi.-2014.-16 avqust.-S.7.