“My name is İntiqam” tamaşaçı
rəğbəti ilə
qaşılandı
Komediya filminin qala gecəsində
iştirak edənlər
onu bəyəndiklərini
bildirdilər
Noyabrın 28-də Nizami Kino Mərkəzində
“My name is İntiqam” milli
komediya filminin qala- gecəsi keçirildi. Gecəyə rejissorlardan tutmuş,
tanınmış müğənnilərə
qədər bir çoxları qatılmışdı.
Adətən xarici aktyorların
gəlişinə belə
hazırlaşsaq da, bu dəfə yerli filmimizin nümayişini səbirsizliklə
gözləyirdik. Gecəyə qatılanlar arasında əvvəlki qala gecələrindən fərqli
olaraq, qışqırıb
hay-küy salan yeniyetmələr deyil, sənət adamları, elit təbəqənin nümayəndələri üstünlük
təşkil edirdi.
Nəhayət ki, bizə deyilən
vaxtdan 1 saat sonra filmin yaradıcı
heyəti alqışlarla
kinoteatra daxil oldu, foyedə mətbuatın suallarını
cavablandırıb filmi
tamaşaçılarla bərabər
izləməyə keçdilər.
Film Lənkəran rayonunda yaşayan saf bir oğlanın - Ağalarov İntiqamın
həyatından bəhs
edir. Belə ki, ucqar bir bölgədə yaşlı bir nənə öz nəvəsinin ingilis dilində oxuduğu mahnını “Youtube”-a yerləşdirir. Həmin video izlənmə rekordu qırır. Şirkətlərin biri isə ən
çox izlənilən
filmə böyük pul mükafatı təqdim edir. Məsələ də bundan
sonra başlayır.
İntiqamın pullarına
sahib çıxmaq istəyən
varlı iş adamı onun başını aldatmaq üçün müxtəlif
üsullara əl atsa da, niyyəti
boşa çıxır.
Filmdə Lənkəran Dövlət
Dram Teatrının aktyorları
da iştirak edir. Filmin ssenari müəllifi Fariz Əliyev, Ənvər Abbasovdur, aktyorlar Müşviq Şahverdiyev,
İlkin Misgərli, Teymur Məmmədov, Aysel Bayramova və digərləri əsas rollarda çəkilib. Emil Abdullayevin rejissorluğu
ilə çəkilən
film bitdikdən sonra tamaşaçılar tərəfindən
uzun müddət ayaq üstündə alqışlandı. Daha sonra
yaradıcı heyət
üzvləri səhnəyə
çıxıb çəkiliş
zamanı başlarına
gələn maraqlı
hadisələrdən danışdı.
Syoma rolunun ifaçısı İlkin Misgərlinin zalda əyləşən
rejissorlara səslənərək
onun homoseksual rolundan başqa da maraqlı obrazlar yarada biləcəklərini deməsi
zalda gülüşlə
qarşılandı.
Təqdimatdan sonra filmin qəhrəmanı Müşfiq
Şahverdiyev bizə Azərbaycanda Türkiyə
filmlərinin qala gecələrinin keçirildiyini,
öz filmlərimizə
isə belə tədbirlər təşkil
olunmadığını vurğuladı:
“Biz bir ilkə imza atdıq. Hesab edirəm ki, gecə hər kəs üçün maraqlı keçdi.
Heç
də türklərin
qala gecəsindən geri qalmadı. Gördüyünüz kimi, təqdimata
xeyli tamaşaçı
toplanıb. Qala gecəsi
üçün nə
lazımdırsa təşkil
etmişdik və gözlədiyimizdən də
artıq tamaşaçılar
gəldi. Film də yaxşı qarşılandı. Tamaşaçılar film haqqında yaxşı fikirlər söyləyirlər.
Camaat gəlir, baxanların sayı çoxdur. Bu mənim üçün
və Azərbaycan filmini sevənlər üçün sevindirici
xəbərdir. Azərbaycan filmi
bu gün inkişaf edirsə, biz buna sevinməliyik. Mən filmimiz haqqında əslində tənqid də gözləyirdim.
Amma hələ belə bir şey eşitməmişəm,
amma film nümayişə
çıxmamışdan qabaq
gözləyirdim. Göründüyü kimi, kütlə filmi qəbul etdi. Çox narahat idim ki, baxan insanlar
filmimizi necə qəbul edəcəklər.
Yəqin ki, bəyənməsəydilər və axın az olsaydı,
tənqid edənlər
də olacaqdı. Bəlkə də bundan sonra olacaq, amma
hələ ki sakitlikdi”.
M.Şahverdiyev filmi haqqında
ağızdolusu danışdı:
“Filmin uğuru kollektivin yaxşı olmasından asılıdır.
Eləcə də normal büdcə
olmalıdır. Film sahəsində ən önəmli məsələ
onu işin mütəxəssisinə tapşırmaqdır.
Hərə çiyninə bir
kamera alıb, film çəkməməlidir. Bu işdə məqsəd
olmalıdır. Mən bu
işə pul qazanmaq məqsədilə
başlamamışam. Çünki bilirəm ki,
bu gün Azərbaycan kinosundan pul qazanmaq tam real deyil. Rejissorumuz Emil Abdullayev Türkiyədə
təhsil alıb.
O, gözlədiyimizin 5 qatını
bizə verdi,
şükür Allaha.
Bir balaca çatışmazlıqlarımız da ola bilər. Bu bizim
ilk işimizdi. Mən deyərdim
ki, əskikliklərimizi
görən adamlar da gəlib bu
filmə baxsınlar.
Biz növbəti filmlərimizdə onsuz da onları yığışıdıracağıq.
İnşallah, daha da güclənəcəyik”.
Gələcək planlardan danışan
M.Şahverdiyev bildirdi
ki, məqsədləri
Azərbaycanda film biznesi
yaratmaqdır: “Türklər
və başqa millətlər film sahəsində
loru sözlə desək, at oynadırlar. Biz niyə öz
filmlərimizə baxmayaq?
Mən komedik filmlər tərəfdən deyirəm
ki, Müşfiqin və komandamın məqsədi odur ki, belə filmlərin
inkişafını ayağa
qaldıraq. Təbii ki,
bu, tək bizimlə olmayacaq. Digər dostlarımız da bizlərlə bərabər
olmalıdırlar. Onlar da filmlər çəkməlidirlər.
İlkin
Həsənli, Fərda
Amin, Elməddin Cəfərov çəkirlər.
Onların da işləri
uğurlu olsun. Təki, Azərbaycanda filmlərimiz
inkişaf eləsin.
Mənim
bir arzum da odur ki,
aktyorlar toylardan uzaq olsunlar. Özümə də aktyorluğa aid işlərlərlə
məşğul olmağı
arzulayıram”.
“Bacanaqlar” serialının rejissoru, aktyor Ramin Hacıyev qala gecəsində iştirak etdikdən sonra öz fikirlərini
“Kaspi” ilə bölüşdü: “Filmi
çox bəyəndim.
Yaxşı ki, belə filmlər çəkilir.
Yay mövsümündən
bəri heç kim istirahət
etmir, işləyir. Müşfiqin aktyor kimi plastikası çox gözəldir. Filmdə iştirak
edən bütün yaradıcı kollektivi təbrik edirəm. Lənkəran Teatrının aktyoru
isə mənim diqqətimi daha çox çəkdi.
Düzdür, bir az qurşaqdan
aşağı zarafatlar
çox idi. Ümumilikdə götürdükdə, film haqqında təəssüratlarım
çox yaxşıdır.
Filmin ssenari müəllifləri
“Bacanaqlar”, eləcə
də bir sıra serialların ssenari müəllifləridir.
Onlar, həmçinin
bu yaxınlarda nümayiş olunacaq “Xoxan” və “Bozbash picture”-nin
də ssenaristləridir.
Onlarda heç zaman plagiat olmur. Sevinirəm ki, Azərbaycanda belə filmlər çəkilir. Müşfiqə və onun komandasına
uğurlar azrulayıram”.
Stund Up və gülüş ustası Fərda Xudaverdiyev dekabrın 8-də
onların hazırladıqları
“Xoxan” filminin də qala gecəsinin
keçiriləcəyini xatırladaraq,
izlədiyimiz film haqqında
öz təəssüratlarını
bölüşdü: “Film çox maraqlı idi. Əsas odur ki, “My
name is İntiqam” bizi güldürməyi bacardı.
Filmi gülüş ustası kimi deyil, bir
tamaşaçı olaraq
izlədim. Filmdə olan
rayon səhnələri, keçidlər
mənim çox xoşuma gəldi.
Film gec nümayiş olunduğu üçün
özümüzü bir
az yorğun
hiss etdik. Filmin sonlarına yaxın
çox yorulduq.
İlk yarım saat çox əyləncəli
keçdi”.
F.Xudaverdiyev “Xoxan” filmini izlədiyimiz zaman iki film arasındakı fərqi görəcəyimizə
bizi əmin etdi: “Mən deyərdim ki, zarafatın səviyyəsinə
görə “Xoxan” filmi “My name is İntiqam”-dan daha güclü
filmdir. Zarafatın da özünə
görə bir çəkisi var. Adını
zarafat qoyub onu çəkisizliyə aparmaq olmaz. Bizdə daha çox çəkili zarafatdır.
Bir də durum komedi, yəni vəziyyətə
görə tamaşaçı
gülür. Əsasən də bu olmamalıdır”.
Qeyd edək
ki, qala gecəsində Azərbaycan
tamaşaçısının keyfiyyətli yerli filmlər və onların təqdimat mərasimlərinə çox
susadığını hiss etdik. Bu yanğıya nəhayət, su səpilməyə başlanıldığına
yalnız sevinmək və bu işi
görənlərə həvəs,
stimul vermək lazımdır. Bir də, inanırıq ki, hər növbəti
iş, özündən
əvvəlkindən bir
addım da olsa, daha irəli
gedəcək.
Xəyalə Rəis
Kaspi.- 2014.- 2 dekabr.- S.12.