Elçin Mirzəbəylinin Sevgi məktubları açıqlandı
“Elçin Mirzəbəylinin misraları sənin
ürəyini elə şəfqət və mərhəmətlə
isidir, bütün vücudunu elə səmimiyyətlə
sarır ki, elə bilirsən bunlar sənin sözün,
sənin kəlmən, sənin qəlbinin döyüntüləridir. Ancaq bir azca kənardan, bir azca utana-utana
boy göstərir, yerini
nişan verir: «Mən
burdayam, mən burdayam»
- deyir». Tanınmış şair
və publisist Elçin
Mirzəbəylinin «Sevgi məktubları»
kitabına ön söz
kimi yazılan bu fikirlər
şairliyin tanrının sevdiyi
və seçdiyi insanlara
lütf etdiyi istedad, vergi olduğuna oxucunu bir daha inandırır.
Dekabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində şairin «Sevgi məktubları»nın
təqdimatına yığışanlar bir
daha bu həqiqətə
inandılar.
İndiyə qədər «Bir gecənin tənhalığı», «İtirilmiş vaxtın adamı», «Poz bu sükutu» kitabları ilə oxucuları ilə görüşən və şeirləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada nəşr olunmuş ədəbi almanax, antologiya və toplularda dərc olunan şair “Sevgi məktubları”nın xeyli əvvəl çap olunduğundan və tarixçəsindən danışdı: «Sumqayıtda gənclərlə görüş zamanı onlar məndən ciblərinə yerləşə biləcək şeir kitabı çap etdirməyimi xahiş etdilər. Və bu formatda kitab yarandı...”
Yazıçı Aqil Abbas Elçinin Mirzəbəylinin yaradıcılığını həm şair, həm də publisist kimi izlədiyini bildirdi: “Bu gün şair bolluğu olsa da, indi Azərbaycanda yaxşı şeir yazan şairlər çox azdır. Elçin həmin az olan şairlərdəndir».
E.Mirzəbəylinin şeirlərini sosial şəbəkələrdən izlədiyini
söyləyən “Gündəlik teleqraf”
qəzetinin baş redaktoru
Aynur Camalqızı: «Yaxşı şeir gözəl ürəkdə
yaranır. Elçin də belə gözəl
ürək sahibidir»- deyə qeyd etdi. Elçin
Mirzəbəylinin sözləri əsasında ərsəyə
gələn mahnılara da toxundu:
«Musiqi səsin və sözün
vəhdətindən yaranıb. Mən musiqiçi və şair olmasam da, bilirəm ki, bu, asan
başa gəlmir. Bugün yaxşı
mətni olan və ya yaxşı
müsiqisi olan mahnılar çox azdır. Nadir hallarda mahnının sözləri musiqisi ilə üst-üstə düşür və gözəl mahnı yaranır».
“Yeni Azərbaycan” qəzetini baş redaktoru Hikmət Babaoğlu ədəbiyyatı,
şeiri, musiqini ruhun qidası adlandırdı: “Bu gün
şeir yazmaq və onu topluma
sevdirmək çox çətindir. Şeir bizim sığındığımız
məkandır. Biz həyatda çox hisslər yaşayırıq,
amma həmişə yaşadığımız hissləri
ifadə edə bilmirik. Bəzən belə insanlar
tapılır ki, sənin hisslərini ifadə edir. Şairləri bizlərdən fərqləndirən
də budur”. Baş redaktor E. Mirzəbəylinin sevgi şeirləri ilə Mikayıl Müşfiqin şeirləri arasındakı
yaxınlıqan danışdı:
“Elçinin sevgi ruhu mənə Mikayıl Müşfiqi xatırladır. O, mənim
ən şox sevdiyim şairdir. Sevgi şeirləri yazmaq ruhun gəncliyidir. Elçinin yaradıcılığı incə
bir xəttin üstündə incə hərəkət edir».
Yazıçı Yunus Oğuz E.Mirzəbəylini insanı
düşündürən şeirlərin müəllifi
kimi dəyərləndirdi:
«O insanları düşündürən
şeirlər yazır.
İstənilən şeirlə insanları
düşündürməyi bacarır. Bu hər şairə məxsus olmayan keyfiyyətdir».
«Bakı-Xəbər» qəzetinin
baş redaktoru Aydın Quliyev E.Mirzəbəylinin yaradıcılığında
yenilik kimi qəbul ediləcək fikirlərin olduğunu vurğuladı: «Azərbaycanda
o qədər şairlər
var ki, qocalıblar,
amma bir şeirini xatırlamaq olmur. Bu gün
ədəbi mühitimizdə
çoxlu şair və yazıçıların
olmasına baxmayaraq, inanıram ki, Elçin bu aləmdə öz sözünü deyəcək”.
Elçin Mirzəbəylinin şeirlərinin insanı düşünməyə məcbur etdiyini söyləyən filoloq Xalidə Vaqifqızı E.Mirzəbəylini uşaqlıqdan tanıdığını söylədi: «Elçin 47 yaşındadır. O, bu yaşına qədər çox əziyyət çəkib. Ancaq təkbaşına ayaq üstə durmağı bacarıb. Onun yaradıcılığında böyüdüyü mühit – doğulub boya-başa çatdığı Lənkəran torpağı, oradakı ədəbi mühit böyük rol oynayıb”.
Təqdimat çərçivəsində gənc ifaçı Ülvi Nurinin ifasında Elçin Mirzəbəylinin eyniadlı şerinə yazılan «Gəl sevdalım» mahnısı səsləndi.
Şairin sözlərinə bəstələnmiş mahnıların sırasında “Ürəyim yanar” (Abbas Əhməd), “Biz sənə səs veriririk” (Hikmət Mirməmmədli), “Sevda yolu”, “Səni unutmadım” (Hatəm Nəbioğlu), “Bezdim” (Mahir İbrahimov) mahnıları da var. E.Mirzəbəyli bir neçə bəstəkar tərəfindən şeirlərinə mahnılar yazılacağını bildirdi: “Yaxın vaxtlarda həmi mahnıları da eşidəcəksiniz”.
Təqdimatda iştirak etdi
Təranə Məhərrəmova
Kaspi.-2014.-6-8 dekabr.-S.24.