Şöhrət havayla doldurulmuş şar kimidir

 

“Möhtəşəm yüz il”-in “Validə Sultan”ı Nebahat Çehre: “Bu zirvəni əldə saxlamaq çox çətindir. Hər şeyi öz dadında və gözəl bir yerdə buraxmaq istəyirəm”

 

Ötən həftə Türkiyənin sevilən aktrisası Nebahat Çehre vətənimizə təşrif buyurmuşdu. Onun vətənimizə gəliş səbəbi isə Vahid Mustafayevin çəkdiyi “Qanlı Yanvarfilmi idi ki, məşhur aktrisa həmin filmdə Azərbaycan qadını rolunu canlandırıb.

 

Azərbaycan izləyiciləri tərəfindən “Möhtəşəm yüz il” serialının Validə Sultanı, “Aşkı Memnu”-nun Firdevsi kimi sevilən, bir çox filmlərdə və seriallarda oynayan məşhur türkiyəli aktrisaKaspi” yə eksklüziv müsahibə verdi. Səmimi və mehriban xarakterli aktrisa Azərbaycan tamaşaçıları tərəfindən rəğbətlə qarşılandığını, ölkəmizi çox bəyəndiyini bildirdi.

 

Sizin ağrı-acınız bizim dərdimizdir

 

- Sizi Azərbaycanda görməkdən çox məmnunuq. Duyğularınızı bilmək istərdik.

 

- Burda olduğum üçün mən də çox şadam. İnsanlarınız çox səmimi və mehribandırlar. Bakını çox sevdim. Azərbaycan tamaşaçıları tərəfindən böyük maraqla qarşılandım. Ölkənizi gəzdim, çox gözəldir. Bir daha Azərbaycana gəlməyi düşünürəm. Biz qardaş ölkələrik, dilimiz, mədəniyyətimiz, dinimiz birdir. Buraya gəliş səbəbim bildiyiniz kimi, Vahid Mustafayevin “Qanlı Yanvarfilmidir. Azərbaycanın ağrı-acısı bizim dərdimizdir. Filmdə mən iki qardaşın – Mehdi ilə Nəcəfin anası rolunda oynayıram. Onlar çox müxtəlifdirlər, müxtəlif maraqları var. Nəcəf kommunistdir, DTK-nın rəhbər işçilərindən biridir, Mehdi isə inqilabçıdır. Sizfilmi izlədikdə, mənim ifamda fədakar bir ana obrazını görmüş olacaqsınız. Yəqin ki, filmin qala gecəsinə məni dəvət edərlər və mən sizinlə bir daha görüşərəm, filmi uzun-uzun müzakirə edərik.

 

- Mətbuat konfransında bildirdiniz ki, başqa ölkələrdən film təklifləri olsa da, siz Azərbaycanı seçmisiniz...

 

- Bəli. Belə bir şans oldu. Azərbaycanda 20 Yanvar hadisəsinə həsr olunan filmlə bağlı təklif gəldi. Mən qonşu qardaş ölkədə daha da tanınmaq kiçicik olsa bir obraz canlandırmaq istədim. Çəkildiyim film əsl tarixdir. Oynadığım rol çox gözəldir. Hər zaman xalq içindən çıxmış bir qadın rolunu oynamaq istəmişəm. Mənə görə çirkin qadın yoxdur. Bütün qadınlar gözəldir. Ancaq baxımsız qadınlar var.

 

- Bu filmə serial çəkilərsə, iştirak edərsinizmi?

 

- Serial çəkəcəklərini düşünmürəm. Çünki çox ciddi bir mövzudur. Amma əgər serialı da çəkilərsə sevə-sevə oynayaram.

 

Alternativim yoxdur

 

- Nebahat xanım, son dönəmlər çəkilən filmlərdə sizi ana obrazlarında görürük. Deyəsən yavaş-yavaş qocalırsınız...

 

- Vallah, bilim. Sanki bu qadınların heç şəxsi həyatları yoxdu (gülür). Sadəcəanadeyirlər. Halbuki, bu yaşında öz həyatları olan qadınlar da var. Elə rol canlandırmaq istəyirəm. Özümü başqa istiqamətdə göstərmək istəyirəm. Amma film serialların rejissorları deyirlər ki, siz bu rolu oynamalısınız, alternativiniz yoxdur. Əslində, bu çox yanlışdır. Mən aktrisayam hər obrazı oynamalıyam. Qanlı Yanvarfilmində makiyajsız, başqa bir obrazda, başqa görüntüdəyəm. Sənətin yaşı yoxdur. İnsan hər yaşda oynaya bilər.

 

- Çəkiliş zamanı çətinliklərlə üzləşdinizmi?

 

- Hər bir çəkilişdə çətinliklər olur. Canlandırdığım obraz çox çətin idi. Burda Azərbaycan tamaşaçılarının məni tanıdığı Validə Sultan, “Aşkı Memnu”-dakı obrazlarımdan heç əsər-əlamət yox idi. İstəyirəm ki, yaxşı bir filmdə oynayım. Yeşilçamda 120 filmim var. Gözəl filmlərdə oynamaq üçün darıxmışam. Mən seriallara filmlərdən gəlmişəm. Seriallar çəkilməyə başladıqdan sonra daha çox təklif almağa başladım onu dəyərləndirdim. Mənə görə, film serialdan daha önəmlidir yaddaqalandır. Təsəvvür edin ki, bir filmə çəkilirəmsə, o məni 20 il yaddaşda saxlayır. Ancaq seriala çəkilirsənsə, 2 ildən sonra unudulursan. Bu, normal bir şeydir.

 

- Hər hansı filmə çəkilməzdən öncə nəyə diqqət yetirirsiniz?

 

- Əvvəllər, Yeşilçam dövründə çəkilən filmlərə təklif aldıqda, biz rolu seçə bilmirdik. Çünki o layihələrdə oynamağa ekonomik baxımdan çox ehtiyacımız var idi. Ancaq bu gün əminliklə deyə bilərəm ki, mənim ekonomik sərbəstliyim var istədiyim layihələrə yalnız öz seçimimlə gedirəm. Ssenariləri isə xarakterlərə görə dəyərləndirirəm. Rol alacağım filmdə təqdim edəcəyim tamaşaçılara ötürəcəyim mesajlar çox önəmlidir. Oynadığım hər xarakteri mənalandırmağa çalışıram. Heç zaman ikinci dərəcəli obrazları oynamıram. Çünki hər zaman baş rollara çəkilən bir aktrisa üçün ikinci dərəcəli rol heç yaxşı deyil. Bəzən olur ki, ssenariyə müdaxilə edirəm. Bəzən isə ssenarini oxuduqda, “mən bunu edə bilmərəmdeyib ssenaristlə yenidən danışıram.

 

Vəfasız sənətdə çalışıram

 

- “Muhteşem Yüzyılserialında Validə Sultan obrazı sizi daha çox məşhur etdi. Obrazı yaradarkən çətinlik çəkdinizmi?

 

- Əvvəllər çox qorxurdum. Amma sonradan xarakteri bir növ qəbul etdim. Validə Sultanın sarayı idarə etməsi, oğlunun üstündəki hakimiyyəti oğlu ilə olan münasibəti mənim üçün çox önəmli idi. Nəticədə yaşamadığımız bir hadisəni dilə gətiririk. İndiyə kimi çox az aktyor Validə Sultan kimi obrazı canlandırmağa nail olub. Validə Sultan taxta çıxıb çox önəmli xarakterlərdəndir. Ümumiyyətlə, sevilmək mənim çox xoşuma gəlir. Sonuncu dəfə Parisə gedəndə insanlarMuhteşem yüzyılAşkı Memnufilmlərindəki obrazlarımdan danışırdılar. İstanbulda mənim xarakterlərimə qarşı böyük bir maraq var. Demək ki, öz işimin öhdəsindən peşəkarcasına gəlmişəm ki, tamaşaçılar tərəfindən böyük sevgi ilə qarşılanıram. Mənim üçün şöhrət hava balonu (şar – red.) kimi bir şeydir. Şöhrətə heç zaman güvənmirəm. Aktrisalıq özünü tükədə bilən bir sənətdir. Hesab edirəm ki, bir neçə il filmlərdə rol almasam, unudularam. Bu sənət bu qədər vəfasızdır.

 

- Yoxsa aktrisalıq sənətindən imtina etməyi düşünürsünüz?

 

- Bir neçə ildən sonra bu sənətdən əl çəkməyi düşünürəm. Bu zirvəni əldə saxlamaq çox çətindir. Hər şeyi öz dadında gözəl bir yerdə buraxmaq istəyirəm. Mən beləyəm – hər şeyi gözəl yerində nöqtələməyi sevirəm.

 

- Hər zaman belə gözəl və baxımlısınız. Bunun özəl bir səbəbi varmı?

 

- Siqaretdən artıq istifadə etmirəm. Gündəlik yediyim yeməklərə diqqət edirəm. Hazırda 58 kiloyam.

 

- Gözəllik sirləriniz varmı?

 

- Gözəllik bizdə nəsillikcədir. Anam 87 yaşındadır və hələ də gəncdir. Hər gün səhər-səhər durub makiyaj edir və qadın belə olmalıdır, deyir. 12 il bundan öncə qulaqlarımı çəkdirdim. Məndən öncə bu əməliyyatı etdirən dostlarım çox gözəl görünsə də, məndə 2 il sonra qırışlar yarandı. Heç bir zaman yaş kompleksinə girməmişəm. Önəmli olan hansı yaş dövründə olursa-olsun, o dövrü yaşamaq və daşıya bilməkdir.

 

Xəyalə Rəis

Kaspi.-2014.-10 dekabr.-S.12.