Elmə həsr olunmuş ömür

 

Həyat insanların müxtəlif istiqamətlərdə fəaliyyət göstərilməsi üçün bir vasitədir. Gərəkdir ki, bu yolda düzgün yol seçilməlidir ki, insanın fəaliyyət prinsipi öz xalqına xidmətilə yadda qalsın. Belə insanlardan biriömrünü elmə həsr etməklə yaddaşlarda abidə ucaldan professor Həsən Quliyevdir. O, 1924-cü ildə Qubanın Cici kəndində anadan olmuşdur. Bu ad onu tanıyan hər kəs üçün əzizdir. Elmlə məşğul olmaq, ömrü elmə həsr etmək hər bir bəşər övladı üçün arzu olunandır. Həzrət Əli (əlehisalam) deyib ki, hər kim mənə bir hərf öyrətsə, mən ona qul, kölə olaram. Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, vətəndaş mövqeyinin sonrakı mərhələsi ilk növbədə, elmlə məşğul olan insanların üzərinə düşür. Elmi ənənə cəmiyyətdə çox böyük rol oynamaqla, yaşlı nəslin təcrübəsini, milli mənəvi dəyərləri gənc nəslə verir. Elmi mühitdə formalaşmış alim, günəş kimi gənc qəlbi və ağlı işıqlandırır, cəmiyyətə bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır. Düşünürəm ki, cəmiyyətin, millətin, dövlətin gələcəyi alimlərin əlindədir. Mübaliğəsiz demək olar ki, alim missiyasını bu vaxta qədər deyilmiş hər hansı bir söz tam əhatə etmir. Çünki nə qədər elm və təhsil varsa, nə qədər alim olubsa, elm adamının kimliyio qədər rəngarəng olubolacaq. Gərək Yer üzündəki bütün insanlar elm adamları haqqında hisslərini desinlər ki, onda yalnız alimin kimliyini tam dolğun müəyyən etmək olar. Ancaq bunun da ömrü yeni fikirlərin və alimlərin gəlişinə qədərdir.

Həsən müəllim ziyalılığı özündə ehtiva edən alimlərdən idi. Dövlətin cəmiyyətin, millətin gələcəyi müəyyən hallarda ziyalıların əlindədir. Deyirlər ki, milləti məhv etmək üçün onun elmli ziyalılarının və həkimlərinin savadsız olması kifayətdir ki, biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst etsin. Cəmiyyətin mükəmməl proseslərə davamlı olmasına stimul verən əsas qüvvə elm sayılır. Əlbəttə, söhbət əsl elmdən gedir, elm adını ləkələyənlərdən yox! Əslində alim yüksək əqidə, məslək sahibi, vətəndaş olmalıdır. O, əməli fəaliyyətində xalqın, vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir. Fikir etbarilə alim sözü müqəddəs deyil, müqəddəs olan onun fəaliyyətidir. Zaman etbarı ilə müqəddəs olanlar öz vəzifələrini layiqincə yerinə yetirən insanlardır. Məhz necə - necə alimlərin formalaşmasında yetərincə əməyi olan Həsən Quliyev, yüksək mədəniyyətə və mənəviyyata malik bir insan, sözün bütün mənalarında, böyük hərflə yazılası ALİMdir. Amansız tale Həsən müəllimi akademiya üçün səciyyəvi olmayan bir yaşda daha müdrik, daha kamil olan vaxtda əlimizdən aldı! Həsən Quliyev ömrünün çox hissəsini Azərbaycan xalq elminə həsr edərək, uzun müddət ArxeologiyaEtnoqrafiya institutunda şöbə müdiri işləmişdir. Həsən müəllim, zahiridaxili mədəniyyətilə, nəcib əxlaqi keyfiyyətləri özündə birləşdirən, düzlük, ədalətlilik, xeyirxahlıq, humanizm, sadəlik nümunəsi olmuşdur. Həsən müəllim – etnoqrafiya elmini dərindən sevdiyi üçün, o doktrantlarnda da bu elmə qarşı yüksək maraq oyatmışdır.

Həsən müəllim sözün həqiqi mənasında yol göstərən, qayğıkeş olmaqla, ətrafındakılara öz nüfuzu ilə təsir edirdi. Məlumdur ki, alim yüksək nüfuz sahibi olmaqla cəmiyyətə nümunə olmalıdır. Dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan Həsən müəllimin nüfuzu AMEA - da mən bildiyim qədər yüksək olmuşdur.

Nüfuzu qazanmaq çətin, itirmək isə asandır. O, hər kəsə nümunə olacaq bir şəxsiyyət olmuşdur. Heç zaman onun yersiz hərəkətini, ədalətsiz münasibətini, ehtiyatsız söz deməsinin şahidi olmamışıq. O, hər zaman sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşıb, öz nüfuzunun keşiyində durub. Bu keyfiyyəti onu elmi aurada əsas söz sahibi, ağsaqqal, məsləhətçi edib. O, təkcə alim yox, həm də etnoqrafiya elmində ağsaqqal funksiyasını yerinə yetirmişdir. Bu nümunəsi onu yol göstərən, mayak səviyyəsinə qaldırmışdır.

Elm adamı – ilk növbədə insandır. Həsən müəllim də hər kəsə insanlıq nümunəsindən yanaşıb, hamıya yardımçı olmağa çalışmışdır. Alimin nüfuzunu hər hansı qərarla, əmrlə, göstərişlə qaldırmaq qeyri-mümkündür. Alim nüfuzu hər bir elm adamının öz araşdırmaları və mənəvi keyfiyyətləri əlaqəlidir.

Ömürlərə çıraqsan,

Arzulara soraqsan,

Heç vaxt unudulmayacaqsan,

Mənim elmi rəhbərim.

 

Bir gün getsən çiyinlərdə,

Sözün qalar dillərdə.

Yaşarsan könüllərdə,

Mənim elmi rəhbərim.

Mənəvi dəyərlərin, adət-ənənələrin gənc nəslə çatdırılmasında alimlərin əməyinin, nümunəsinin, nüfuzunun keçmişdə olduğu kimi bu günböyük və əvəzsiz rolu vardır. Yeni nəslin formalaşmasında, vətənpərvər, savadlı, geniş dünyagörüşlü, yüksək əxlaqlı gənclərin yetişməsində Həsən Quliyevin əməyinin rolu əvəzsizdir. Həsən müəllim ictimaisiyasi həyatda da mühüm qərarlar verməyi bacarırdı. O, vaxtilə Ümummilli lider Heydər Əliyevi dəstəkləyən «91»lərdən olmuşdur. Həsən Quliyev zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, elmi üstün olan, qəlbiylə insanlara yaxınlaşan, böyük örnək, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyətdir. O, hikkədən kənar, qürurdan uzaq, bar verən ağac kimi başı aşağı, gülməsi təbəssüm, millətin, xalqın yükünü çiynində daşıyan fədailərdən idi. İdeallığa doğru gedən, ancaq yerişini dəyişməyən, heç bir qarşılıq gözləmədən könül saraylarını inşa edən, ciddiyyəti qəlbinə hakim edən, ancaq təkəbbürlənməyən, peşəsini sevən, sevməyi sevən, nifrətə nifrət edən, xətaları görən ancaq, sahibinə söyləməyən, əməlləri ilə onlara örnək olmağa çalışan bir alim idi. Onun örnəyi elə onun xalq üçün yazdığı etnoqrafik kitablarıdır. İnsan məxluq, elm isə Allahın mülküdür. Alim isə elm mülkünün Allahın bəndəsinə ötürücüsüdür. “Alimlər mənim varislərimdir”, “Alimin ölümü yerdə aləmin ölümüdür”, deyən Məhəmməd peyğəmbər, elm sahiblərinə müstəsna əhəmiyyət vermişdir. Alimlər könül insanı, qəlb dostu, həqiqət carçısı, bəşəriyyətin iftixarı, dünya və axirət günəşidir. O, dinləyicisinin mənəvi dünyasına baş vuraraq onun nəfsinin təmizliyini, əxlaqının gözəlliyini təmin edər. Beləliklə alim əməyi sayəsində dil qəlbin tərcümanına, göz də qəlbin aynasına çevrilər. İnsan onun vasitəsi ilə kainatda bütövləşər, özünə yer tapar. Həsən müəllim məhz həqiqətən ömrünü elm adamlarına fəda etmiş belə alimlərdən idi. Allah Sizə rəhmət etsin Həsən müəllim!

 

Pirağa İsmayılzadə,

Tarix elmləri üzrə fəlsəfə doktoru

 

Kaspi.-2014.-10 dekabr.-S.15.