Əli Tudə poeziyasında təbiət lövhələri
Əli Tudə-90
Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti ilə seçilən, əsasən Cənub mövzusunda mükəmməl əsərlər yaradan şair Əli Tudə təbiət vurğunuydu. Doğma yurdumuzun əsrarəngiz ilahi gözəlliklərini vəsf etməkdən yorulmazdı. Dağları, daşları, çayları, gülləri, otları, quşları, heyvanları-ümumiyyətlə, Azərbaycanın hər biri bir dastan olan təbiət abidələrini sevə-sevə şeirə gətirirdi. Məhz elə bu səbəbdəndir ki, onun müxtəlif illərdə nəşr olunmuş kitablarında bu mövzuda “Təbiət danışır”, ”Ana təbiət” və s. başlıqlı ayrıca fəsillər yer alır. Şairin poetik duyğuları ilin fəsillərini, onların ayrı-ayrı komponentlərini (qar, yağış, şimşək, xəzan, şəfəq, kəpənək...), ağac və gülləri (söyüd, palıd, çinar, nar, bənövşə, qızılgül, lalə, qərənfil...) özündə əks etdirir. Şair şəlaləni “daim ülviləşən gurultu” adlandırır, onu şimşəklə müqayisə edərək eyniləşdirir; çünki odlar yurdunun qayaları dələn suyu da göyləri lərzəyə gətirən şimşək kimi içıq saçır:
Göydə şimşək çaxır, yerdə şəlalə,
O da işıqlıdır, bu da işıqlı.
Bir şimşək parlayır, bir də şəlalə,
Od da
işıqlıdır, su da
işıqlı.
“Şimşək abidəsi”
şeiri ilə
yanaşı “Dağ dəyanəti”,
“Yetim bənövşə”, “Bulaq
suyu”, “Bahar lövhələri”, “Payız duyğuları”,
“Gözəllik
notları”, “Budaqlar-köklər”
və başqa bu kimi
şeirlər oxucuda xoş duyğular yaradır. İnsanda
istər-istəməz doğma torpağa bağlılıq, onun
sinəsindəki ilahi
nemətlərə məftunluq,
min illərin
təbiət abidələrinə
heyranlıq hissləri
baş qaldırır. Yurdumuzun
bu gözəlliklərini göz
bəbəyi kimi
qorumaq, onu gələcək
nəsillərə çatdırmaq, bütün
təbii nemətlərdən
yerli-yerində, qədərində
istifadə etmək tövsiyə olunur.
Sadalanan
fikirlər bütün dövrlərdə böyük
mahiyyət kəsb edərək bu günümüz üçün
xüsusilə əhəmiyyətlidir.
Çünki son zamanlar insanın kortəbii
müdaxiləsi nəticəsində yer
üzündə qlobal təbiət hadisələrinin geniş miqyas alması, ekoloji
tarazlığın pozulması, tez-tez
təbii
dağıdıcı proseslərin
baş verməsi
təbiətin daha
ciddi qorunmasını tələb
edir. Torpaq müqəddəs nemətdir,
onun keşiyində
dayanmalıyıq. Çünki
Yatağa sığmayan coşqun ilhamın
Torpaq
ilk sahili, son sahilidir...
O elə
əzizdir, elə
əzizdir,
Günəş də
qolunu salır boynuna.
Lakin bu məhəbbətin, bu istiliyin qədəri
azalsa, bu yaxınlığın vacibliyinə başdansovdu yanaşılsa,
nəticə acınacaqlı fəsadlara gətirib
çıxara bilər:
Yoxsa qəddarlıqla
üstü çirklənən
Torpağın altı da çirklənə bilər.
Qüdsiyyət də
üstü çirklə yüklənən
Torpağın altından şəklənə
bilər.
1976-cı ildə
yazdığı “Bahar
görünür” şeirində şair sözün qüdrəti
ilə
elə
bir bədii lövhə yaratmışdır ki, hansı fəsildə
yaşamağından asılı
olmayaraq sanki allı-güllü bahar fəslindəsən və quşların cəh-cəhini, durnaların sədasını, çayların
şırıltısını eşidirsən,
gül-çiçəyin
ətrini duyursan. Şair burada yeni poetik mənzərələr
yaradaraq insanı duyğulandırır, xoş
hisslər
təlqin
edir. “Nəfəsi buxarlı”-
baharın, “göydə haçalanmış qatar”-
durnaların, “qırmızı
damar”- şimşəyin, “təzə paltarlı”- ağacların,
“dağların ovcunda
qabar”- qayaların, “gül nəfəsli”- torpağın poetik adıdır. “Bahar notları”, “Novruz bayramı”, “Otlar”, “Bahar lövhələri”,
“Yazın təntənəsi”,
“Yetim bənövşə”,
“Gül” və bu qəbildən olan digər
şeirlər
torpağa yeni nəfəs verən
yaz fəslini tərənnüm edir.
Bu şeirləri
oxuduqca oxucunun gözləri
önündə
tamamilə
yeni mənzərələr canlanır,
bənzətmələr
ürək
açır:
Sanma qanadıyla kəsəcək yolu,
Bəlkə də
silahsız qaçaqdır
duman.
Yox! Həyalı
dağın ətirlə dolu
Əlvan dodağında yaşmaqdır
duman.
Bilmirəm çətrinə tikib günəşi,
Yoxsa ki, asıbdır telindən meşə.
O qədər rütubət
çəkib,
günəşi
Buraxmaq istəmir əlindən meşə.
Yaxud:
Nəğməkar tütəyi
hanı çobanın?
Həniri yaylağa
çatır aranın.
Baharı
gözləyən mahir bağbanın
Xəyal dünyasında
nobar görünür.
“Novruz bayramı” şeirində
orijinal ab-hava hökm sürür: burada həm
bahar tərənnüm
edilir, həm də xalqımızın minilliklərdən süzülüb-gələn milli bayramı özünəməxsusluğu ilə qələmə alınır.
Məhz bu bayram ərəfəsində
təbiət oyanır, torpağa yeni nəfəs gəlir,
sabahkı bolluğun əsası
qoyulur--əkin-biçinə hazırlıq
başlanır. Hələ lap qədimlərdən xalqımız
qarlı-şaxtalı qışın
başa çatmasını,
havaların tədricən isinməsini,
ruzi-bərəkətin təməlinin qoyulduğu
yaz fəslinin başlanğıcını
müxtəlif
ayin və mərasimlər vasitəsilə sevinclə,
ürək
açıqlığı ilə
qeyd etmişdir. Elliklə keçirilən
belə
kütləvi
tədbirlərdən biri də
məhz
Novruz bayramıdır.
“Novruz bayramı”
şeirində
şairin özünəməxsus təxəyyülü canlandırılır,
bayramın yaratdığı
xoş ovqat ön plana çəkilir. Bayram atributları - çərşənbələr,
tonqal, qulaq falı, qurşaqatdı, səməni, şam, yumurta boyanması, od
üstündən
tullanmaq... poetik çalarlarla özlərinə xüsusi yer tutur. Lakin vətənpərvər
şairin qəlbindəki nisgil – Vətən həsrəti xalqın bu əziz
günündə
də
onu tərk etmir.
Axı bu gün hamı
doğmalarının qapısını
açır, əzizlərinin görüşünə
gedir, hal-əhval tutub bayramlaşırlar, küsülülər barışaraq şadyanalıq
edirlər.
Şair isə milyonlarla soydaşımız
kimi o taylı qardaş-bacılarımızla mümkün olmayan bayramlaşmağın üzücü
xatirələrini unuda bilmir; məhz belədə “şamlar ağlayır”, səməniyə baxanda gözləri önünə Savalan çəmənlikləri gəlir,
xonçalardakı bol
şirniyyatın üzərinə həsrət qalaqlandığını zənn edir:
Sanma çəmən gülün vətəni
deyil,
Dünyada hər
şeyin vətəni vardır.
Sanki xonçamızda səməni deyil,
Bir parça
Savalan çəməni vardır.
Şamlar
adi deyil, xonçaya bəlkə
Səhənd lalələri səpələnibdir.
Xonçaya müxtəlif
şirniylə
birgə
Acı həsrətlər
də
təpələnibdir.
Əli Tudənin
1978-ci ildə
yazdığı “Salam, təzə il!” şeiri də
Novruzla bağlıdır.
Şair “təzə il” dedikdə Novruzu yada salır. Axı ulu babalarımız
zaman-zaman hər yeni ili
məhz
elə
bu günlə başlamış, martın
21-ni ilin başlanğıc
günü kimi qeyd etmişlər. Göstərilən şeirdə
təzə ilin kövrək qədəmlərinin
uğurlu, yollarımızın
nurlu, torpaqlarımızın
bol məhsullu, insanların
gülərüz
olması arzulanır və
şeir yenə də
“ənənəvi” sonluqla tamamlanır:
Vüsal
təranəli həsrətin yolu
Bir də
uzanmasın!..
-deyir şair. Bu təkcə bizə deyil, həmçinin
bütün bəşəriyyətə ünvanlanan
arzudur:
...Dünyada insanın naləsi
deyil,
Səadət mahnısı
yüksəlsin
ancaq.
Bəşəri ideyalara
sadiqlik, insanlara sülh və səadət arzusu Əli Tudənin təbiət mövzusunda
yazdığı əsərlərin də məğzini təşkil
edir. Bu əsərlərdə Bakı, Təbriz, Savalan, Xəzər, Araz, Sərab,
Ənzəli... coğrafi obyekt kimi xarakterizə edilsə də
bu hisslərin ümumbəşəri anlamı açıqca duyulur:
Qətiyyətlə dinir məğrur insanın
İpək təbiəti, yanar nəfəsi...
Zəncirini qırmış dustaq cahanın
Qurtuluş arzusu, həyat həvəsi...
Bu anlamın bir dərki
var: yaradılanın xoşbəxt
yaşamaq haqqı!
Əli Tudənin
təbiət mövzusunda yazdığı
şeirlər
içərisində Xəzər haqqında yazılanları
ayrıca qeyd etmək
lazımdır. Çünki bu şeirləri bir silsilə
şəklində də
tədqiq
etmək
olar. Şairin
2002-ci ildə
nəşr
edilmiş “Mənim səsim”
kitabında Xəzər haqqında
yazılmış şeirlər “Nəğməli dəniz”
başlığı altında
qyrıca bir bölmədə toplanmışdır. Müxtəlif illərdə yazılmış “Xəzərin rəngi”, “Günəş-dəniz”, “Örnək”,
“Sahildə
düşüncələr”, “Qızıl qumlar üstündə”,
“Dəniz
lövhələri”, “Dəniz
kənarında”
və
başqa şeirlər insanın zərif duyğularının,
məsum
düşüncələrinin Əli Tudə təfəkküründə inikasıdır.
Əlbəttə, hamısının özəyini ürəyəyatımlılıq
və
tanış bir səmimiyyət təşkil
edir. Ona görə
“tanış” deyirəm ki, bu, elə hamımızın qəlbindən keçən
hisslərdir
ki, sadəcə,
Əli Tudəsayağı kağıza köçürülüb.
Şairi
bizlərdən fərqləndirən, onu poetik duyğuların
fövqündə
saxlayan da elə
onun poetik deyim tərzi
deyilmi? Yoxsa elə
hamımız şair
olardıq ki! Biz Xəzəri sevirik, saatlarla onun sahillərində
gəzməkdən, mavi sularına, bəzən
sakit, bəzən
də
əsib-coşan
dalğalarına, ağappaq
qağayılarına tamaşa
etməkdən doymuruq. Qəlbimizdə xoş arzular
oyanır, rahatlıq tapır, duyğulanırıq.
Çoxumuz beləyik.
Əli Tudə isə başqa cürdür, o, dəniz
suyunda təzadlar görür. Görür
ki, dənizin “saçı
gah ağ olur, gah göy...”, dalğalar “şahə
qalxan suların başında ağ tac” kimidir və bəstəkarı “...simfoniya yaratmağa” çağırır. Dəniz soyudub-ovutduğu kimi yandırıb-yaxa da bilir; görəndə
ki, sevdiyin qızın
Şəkli sənin gözündə.
Sən əlini uzadıb
Tutmaq istəsən onu,
O qaça, ürəyinə
Düşə yolunun sonu...
Ürəyində dincələ
O səni qana-qana.
Sən dəniz kənarında
Qalasan yana-yana...
Şair təbiət gözəlliklərini vəsf edərkən doğma yurdumuzun yeraltı və yerüstü sərvətlərindən ürək dolusu danışır, Vətənimizin hər daşını, bitkisini dilləndirir, təbiət abidələrindən xüsusi zövq alır. O, yagışı da, qarı da Günəş qədər sevir, xəzan yarpaqlarını, solub-saralmış çölləri bahar çıçəkləri kimi əzizləyir, daşları torpaq qədər müqəddəs sanır, çinarı, palıdı elə şipşirin meyvə ağaclarıtək yaxın bilir. Əlbəttə, bütün bunlar sevindirici olub insanın qəlbinə xoş rayihə kimi yayılır, qəlbi fərəhləndirir. Xoş ovqat bəxş edən təbiət abidələrinin fövqündə isə insan dayanır. Qurub-yaradan, həmişə irəliyə doğru can atan, daim axtarışda, yaxşı yaşamaq arzusunda olan insan hər an şair düşüncəsinin əhatə dairəsindədir. Əli Tudənin qəhrəmanı olan həmin insanlar hər an xalqın azadlığı, birliyi uğrunda öz canlarından keçməyə belə hazırdırlar. Onların azad yaşamaq haqqı var və daim buna can atırlar. Bununçün həm də qurub-yaradırlar, zəhmət çəkməkdən heç vədə yorulmurlar. Bütün sadalananlara rəğmən, şairin poetik qəhrəmanları daha ülvi hisslərlə də diqqətçəkəndirlər: onlar tərtəmiz sevgi duyğuları ilə sevib-sevilirlər, öz məhəbbətləri naminə bütün məşəqqətlərə dözürlər.
Ümumiyyətlə, görkəmli şair
Əli Tudənin
təbiət mövzusunda
yazdığı şeirlər
özünəməxsus cəhətləri
ilə fərqlidir. Dönməz
və
döyüşkən
ruhlu şairin bütün digər
əsərlərində
olduğu kimi təbiət şeirlərinin
də lirik “mən”i
səmimi və mehriban
olduğu qədər məhz mübarizliyi
və yolundan dönməzliyi
ilə diqqət çəkir. Burada milli-mənəvi dəyərlər,
klassik Şərq
özünəməxsusluğu da özünü
açıq şəkildə büruzə verir.
Ağahüseyn ŞÜKÜROV
Kaspi.-2014.-1-3 fevral-S.24.