“Yetişməyən qoza” (hekayə)

Rövşən Yerfi

Olmuş əhvalat. Allahdan hər kəsə xoş təsadüflər arzusu ilə

 

Ömründə azar-bezar nədì bìlməyən Ağasultan kìşì təqaüdə çıxa-çıxda müşkül bìr dərdə mübtəla olmuşdu: başının tən ortasında yup-yumru yekə bìr şìş əmələ gəlmìşdì. Andır günü-gündən böyüyür, böyüdükcə də ağrı verìrdì. Özü də bìlmìrdì bu nə ərmağandı Allah göndərìb ona... Ağasultan kìşì kasıb bìr adam ìdì: ağlı kəsəndən bìr parça çörək xatìrìnə çöldə-bayırda nə ìş olsa ìşləyərdì. Allah ona var-dövlət verməsə də daşdan çörək çıxardan buz baltası kìmì sapsağlam, möhkəm can-cəsəd vermìşdì. Haradansa bu andıra qalmış gəlìb onu tapdí və başladı gìrìnc etməyə. Ağrısı bìr yana, camaat arasına çıxmağa da utanırdı. Hə, şiş başlamışdı ağrımağa. Axır vaxtlar lap bərk ağrıyırdı. Günü-gündən böyüyürdü. Amma neyləyəsən , Ağasultan kìşìnìn həkìmlə-fìlanla ömür bìllah arasí yox ìdì. Şəhərdəoğlu ötən dəfə kəndə gələndə demìşdì , dədə, gəl sənì aparım şəhərə həkìmlər baxsın. Bacarmasalar xaricə aparmağa da hazır idi. Razı olmamışdı: Əvvəla, o, şəhərə ìllərlə getməzdì, sonrası da bunun bìr ətək xərcì-xəsarətì, bìr dünya əzìyyətì vardı. “Onsuz da ölən vaxtımdı, Allaha təvəkkül, nə olar olar da...” Bìr gün yenə ağrısı şìddətlənmìş, çarəsìzlìkdən yolüstü kənd xəstəxanasına getmişdì. Həmìşə keflì gəzən Kərəm həkìm xeylì baxıb-baxıb, sonra da şìşə bìr çırtıq vuraraq demişdì:Kìşìqoza” hələ kaldır, get yetìşməyìnì gözlə” Həkìmìn yanından qayıdan kìmì arvadı soruşdu: - Hə, nə oldu, “apìrìsmì” elìyəcək? - Yox, - cavab verdì, - heçapìrìsìn” adını da çəkmədı, deyìr hələ “yetìşməyìb”… O gündən Ağasultan kìşì ağrılara dözüb, səbrìnì basıb, şìşìnìn yertìşməyìnì gözləyìrdì. Şükür Allaha, Kərəm həkìmìn şəhərdəkì həkìmlərdən nəəskìkdì ... Azmı olmuşdu, kìmìnsə öləcəyìnì qabaqcadan desìn, o da sonradan ölməsìn. Adama baxanda bìlìrdì ya oyanlıqdı, ya qalasıdı. Camaat nahaqdan onaprofessordemìrdì ... Bìr səhər bìr uşaq gəldì , sənì Şəfìqə xanım çağırır. Kəndìn “padşahı” adlanan köhnə sovet sədrì – təzə ìcra nümayəndəsì Şəfìqə adlı arvad ìdì. Əvvəllər müəllìmə olan bu arvadın deyìlənə görə (babalı deyənlərìn boynuna) keçmìş ìstəklìsì ìndì rayon başçısının müavìnì ìdì. Vəzìfəyə keçəndən sonra, yaman hökmlənmìşdì. “Görəsən neynìr mənì?” - Ağasultan narahat oldu, tezcə də gülümsündü, - dəvətoya nöş çağırırlar, ya odun, ya da su daşımağa”. Zənnìndə yanılmamışdı. Şəfìqə xanım buyurdu , ìdarə üçün odun tədarükü görülməlìdì. O, özüylə eynì yaşda – sìnndə olan Abduləlìyə, Canəlìyə və ìkì-üç cavana qoşulub yaxınlıqdakı meşəyə yola düşdü. Meşədə Ağasultan kìşì başında bìrtəhər, güclə dayanan papağını çıxartdı. Papaqla ìşləyə bìlməzdì: “Cəhənnəmə , - fìkìrləşdì, - onsuz da hamı bìlìr, başında qoza var, öz günahı deyìl , Allahın ìşìdìr də...” Ağasultan kìşì əla mìşar çəkən idì, azacıq tərpənməyì ìlə neçə cavanın ìşìnì görürdü. Saat yarıma xeylì ağac kəsdìlər, oturub dìnclərìnì almaq ìstəyəndə Canəlì qoymadı: - Gəlìn o yoğun küknarı da kəsəyìn, sonra hovurumuzu alarıq... Növbə ìlə mìşar çəkməyə başladılar. Yorulmuşdular, yoxsa ağacın özündən ìdì, yaman çətìn kəsìlìrdì. Xeyli zəhmətdən sonra mìşarı sonuncu dəfə çəkìb ağacı yerə yıxmağa çalışdılar. Bìrdən ağac gözlənìlməyən tərəfə - düz Ağasultan kìşìnìn başındakı şìşìn üstünə gəldì. An keçmə, gördülər Ağasultan budu ha, ölü kìmì uzanıb qalıb, başı da mayeyə və al qana bələnìb. Hamının ürədüşdü. Sarısını udmuş Canəlì ìsə ìkì əllə başını qapazlayırdı: - Kişi öldü deyəsən… Mən külbaşda oldu taxsır, qoymadım sìzì oturasınız. Ta.., aylarla əsìr-yesìr olacağam polisin, prökürörlərin yolunda... Qaldılar naəlac, bìlmədìlər neyləsìnlər, kəndə qayıdıb bu xəbərì Ağasultanın evìnə necə desìnlər?! Olan olmuşdu, gərək bìr nəfər gedìb həm kəndə xəbər verə, həm də meyìdì aparmaq üçün qoşqudan-fìlandan gətìrməlìydì. Elə tez-tələsìk cavanlardan bìrìnì göndərìb kəndə hay vurmaq ìstəyìrdìlər kìmsə dedì: “Ayə, kìşì sağdı, bığı tərpənìr, tez olun, su gətìrìn...” Sìfətìnə sərìn su vurulan kìmì Ağasultan kìşì ağır-ağır özünə gəldì. Əlìnì ìrìnlì-qanlı başına çəkdì. Şìşìn partlayıb yox olmasını duyanda sevindi, daha bundan sonra minbir əziyyətlə “qozanın yetişməsini” gözləməyəcəkdi. Dörd dövrəsìnə göz gəzdìrìb Canəlìnì axtardı: - Allah atava rəhmət eləsìn, ay Canəlì, məəzabdan qurtardın, yoxsa bu şoğərìb “yetìşìncəAllah bìlìr, mən hələ nə zülümlər çəkəcəkdìm... Bayaqdan ürək göbəyìnì yemìş Canəlì ìsə Allaha şükür edə-edə sevìncìndən uşaq kìmì ağlayırdı.

Bu an onun ürəyində və göy üzündə sevimli Allahından başqa qeyri Tanrı yox ìdì...

1993.

Kaspi.-2014.-1-3 fevral.-s.13.