Müstəqillik dövrü Azərbaycan romanının tipologiyası və ədəbi tənqidinə dair

 (əsasən 1990-cı illər)

XX əsrin 60-80-ci illərdə Azərbaycanda və ondan kənarlarda (rusdilli Azərbaycan sənətkarları) mövzu-problem baxımından tiploloji romanlar meydana çıxmış, ədəbi tənqid və ədəbiyyatşünaslıq tərəfindən dəyərləndirilmişdir. 90-cı illər romanları isə keçid dövründə, Azərbaycanda gedən ictimai-siyasi hərəkat və Azərbaycan-Ermənistan müharibəsi şəraitində meydana çıxdığından vaxtında ədəbi – tənqidi qiymətini ala bilməmişdir.

90-cı illər (və bundan sonrakı illər) romanları (əlbəttə, bunlar say etibarilə azlıq təşkil edir) sənət və dəyərləndirmə meyarları baxımından ədəbi tənqiddə görünməkdə, onlara elmi-nəzəri və analitik baxış güclənməkdədir.

XX əsrin sonlarında ədəbi proses sistemli şəkildə elmi tədqiqata cəlb olunmamışdır. Mövcud monoqrafik işlər əhatəli deyil. Professor Aydın Dadaşov “Müstəqillik dövrünün dramaturgiyası” adlı monoqrafiyasında dövrün tanınmış dramaturqlarını təhlil predmeti götürmüş, hətta, dramatik əsərlərin mövzu-predmet baxımından tipologiyasını müəyyənləşdirmişdir. Lakin müstəqillik dövrünün poeziya və nəsri haqqında sistemli monoqrafiyalar yoxdur. Bu dövrün poeziya, nəsr, dramaturgiya, tənqid və ədəbiyyatşünaslığı ilə bağlı məqalələr, resenziyalar və rəylər yazılmışdır. Lakin ayrı-ayrı sənətkarlar haqqında demək olar ki, kitablar yoxdur.

90-cı illərdə İ.Şıxlı, Anar, Elçin, S.Əhmədov, M.Süleymanlı, S.Rüstəmxanlı kimi müəlliflərin, habelə gənc ədəbi nəsillərin romanları da yaranmış, janr tipologiyası etibarilə müxtəliflik ifadə etmişdir. Bu baxımdan roman-xatirə, roman-tale, tarixi roman, ictimai (sosial) roman, habelə, ictimai-siyasi roman tipləri qeyd oluna bilər.

Tənqidçi-ədəbiyyatşünas, prof. Nazif Qəhrəmanlının “Ədəbiyyat və əbədiyyət” məqalələr toplusunun1 iki bölümü nəsrlə bağlıdır: “Nəsr və zaman”, “Fərd və tarix”.

Alim “Nəsr və zaman” bölümündəƏli və Nino haqqında hekayə”, “Müdriklik çağının tələbləri”, “Nəsr düşüncələri”, “Dirilər üçün rekviyem”, “Unudulmaz vəət nağılı” və ya “Ədəbiyyatda yaşanan repressiyalar”, “Qazamat gərdişinin hərarəti”, “Təbiət vurğunu”, “Qovuq” kitabının müəllifi Aygün Həsənoğluya məktub”. “Mənzər Nigarlının hekayələri”, “Sənətkar yetkinliyi”, “Həyat eşqi”, “Törədiləcək bir qətlin tarixçəsi”, “Etiqadımızın süzülən işığı” və ya “İdrakımızın güvənc yeri”, “Böyük dönüşün başlanğıcı”, “Tarix və yaxın gerçəkliklər”, “Fərdlə yeniləşən tarix” məqalələrini çap etdirmişdir. Bu məqalələr müstəqillik dövrünün ədəbi prosesi, habelə, Əli Əmirlinin “İldırımötürən”, “Meydan”, “Ölü doğan şəhər” romanları, Afaq Məsudun “Başlanğıc”, Ağarəhim Rəhimovun “Cinayət və etiraf”, İsa Hüseynovun “İdeal”, “Əbədiyyət”, Söhrab Tahirin “İki dəfə yox olmuş adam”, “Sevgisində itən qız”, “Sonuncu şah”, Əzizə Cəfərzadənin “Zərrintac Tahirə”, “Bəla”, “İşığa doğru” və “Eşq sultanı” əsərləri haqqındadır.

Prof.Nazif Qəhrəmanlı XX əsrin bəzi görkəmli yazıçılarının bədii üslubundan danışmış, maraqlı ümumiləşmələr vermiş aparıcı nasirlərin bədii təhkiyəsindəki rəngləri ayırmağa çalışmışdır. əllifə görə Anarın nəsri fikrin intensiv axarı, mənəvi-əxlaqi situasiyanın süjet kəsb etməsi ilə fərqlənir. Sabir Əhmədlinin obyektiv təhkiyəsi tədrici, ləngərli, şaxələnən süjetə malikdir. Bu süjetdə 20-30-cu illərin epik vüsəti, 60-cı illərin sərt tənqidləri birikir. Əlibala Hacızadənin romanları (povest və hekayələri) lirik-emosional situasiyanın aparıcı roluna görə fərdiləşir; hərtərəfli, səbrli dialoqları onun nəsrinin dramaturji məziyyətini artırır, reklamı və təbliğatı gücləndirir. Daha çox ədəbi-estetik ekvilibristika Elçin təhkiyəsinin çıxış nöqtəsidir, hər hansı ekzotik zəmin və ya əşya onun üçün vacib məqam olur. Romançılıqda mifoloji (“Mahmud və Məryəm”), tarixi (“Ağ dəvə”) və dedektiv (“Ölüm hökmü) axtarışlara tapınmaq Elçin nəsri üçün səciyyəvidir.

Mövlud Süleymanlının romanları (hekayə və povest) mənəvi-etnoqrafik səciyyəlidir. Təhkiyə bədii nitqin folklor arsenalına söykənir, deyim-intonasiya elementləri ilə zənginləşir, arzu-dilək, xeyir-dua, alqış-qarğış kimi dil vasitələri ilə güclənir. Onun şərti metoforik üslubu fərdi regional cizgiləri ilə seçilir.

Əli Əmirli analitik yazıçılarımızdan biridir. Lakin onun üslubunda klassik-ədəbi manera və yığcam yazı üslubunun maraqlı bir vəhdəti müşahidə olunur – tənqidçi qənaəti belədir.

Prof.N.Qəhrəmanlı onu da qeyd edir ki, Əli Əmirlinin meydan mövzusunda ilk iri həcmli əsəri “Meydan” romanı, habelə, “İldırımötürən” povesti nəsrimizin axtarışlarına təkan olmuşdur.

“Ölü doğan şəhər” romanı miqrasiya fəlakətlərini, Sumqayıt hadisələrini, ailələrin ağrı-acılarını əks etdirir. Tariximizə keçmişimizlə bu günümüzün, əlahiddə 90-cı illərin ədəbi hadisələri kimi baxılır. Elçinin “Ölüm hökmü” romanında bir xətt 37-ci il hadisələri ilə bağlıdırsa, Çingiz Ələkbərzadənin “Zindan” romanı “qazamat” mövzusunda olub avtobioqrafik səciyyəlidir. Söhrab Tahirin “Sevgisində itən qız”, “Sonuncu şah” əsərləri şahlığın mahiyyəti haqqında əsərlərdir. Əzizə Cəfərzadənin “Zərrintac Tahirə” romanında dərviş düşüncəsi, sufi təfəkkürü bütün Yaxın və Orta Şərqin, habelə Azərbaycanın bədii-elmi fikrinə də güclü təsir göstərmişdir. “Bakı-1501”də ələvilik, “Eldən-elə” romanında Nematullahilik və Bəktaşilik, “Zərrintac Tahirə”də babilik, “İşığa doğru” romanında isə vəhabilik əsas ideoloji xətt olmuşdur. Prof. N.Qəhrəmanlıya görə “İşığa doğru” romanını “Zərrintac Tahirənin davamı saymaq olar. “Bəla” əsərindəki vəhdət ideyası yazıçının əvvəlki əsərlərindəki torpaq, qeyrət və vətən sevgisinin davamıdır. “Xəzərin göz yaşları” romanı isə 1938-ci il repressiyalarından bəhs edir. Afaq Məsudun nəsri isə dialektik baxışın məqamları üzərindədir.

 

Müstəqillik dövrünün əsas mövzularından biri Qarabağ-torpaq hadisələri ilə bağlıdır. Bu dövrdə Sabir Əhmədlinin “Axirət sevdası”, Vidadi Babanlının “Ana intiqamı”, Elçinin “Bayraqdar”, Əlibala Hacızadənin “Möcüzə”, Mövlud Süleymanlının “Erməni adındakı hərflər”, Hüseynbala Mirələmovun “Yanan qar”, Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Dolu”, Ağarəhim Rəhimovun “Canavar balası”, “Qoşa qanad”, “İkili dünyam”, “Haray”, “Əsgər anası”, “Xəyanət”, Nigarın “Daş hasar”, Əlabbasın “Halal qan”, Mahirə Abdullanın “Narkoman”, “Əvvəl-axır”, “Agah”, “Ağdərədən üzü bəri”, Elçin Mehrəliyevin “90-cı illər”, Nüşabə Məmmədlinin “Zəngulə”, Elza Mollayevanın “Əsir ürəklərin fəryadı”, Nigar Qarayevanın “Daş hasar”, Fazil Günayın “Qara qan”, Zümrüdün “Yarımçıq nəğmə”, Əli İldırımoğlunun “Aqibət”, Əlibala Hacızadənin “Möcüzə”, Kərim Dünyamalının “Qana boyanmış illər”, Novruz Rəhimovun “Qara qatar” əsərləri qələmə alınmış, xalqın qanlı faciələri hadisələr fonunda ümumiləşdirilmişdir.

Anarın “Otel otağı” Hüseynbala Mirələmovun “Dağlarda atılan güllə”, Elçin Hüseynbəylinin “Qoca”, Vidadi Babanlının “Mənim gizlinlərim”, Vaqif Nəsibin “Bu dünya daşlı qala”, Yusif Kərimovun “Qarabağ şikəstəsi”, Davud Nəsibin “Cavanşirsiz məmləkətim” romanları da müstəqillik dövrünün ədəbi məhsullarıdır. Sabir Əhmədlinin “Kütlə” romanı meydan hərəkatı, milli azadlığın bədii ifadəsi ilə bağlıdır.

Prof.Təyyar Salamoğlunun “Tarixi və çağdaş ədəbi prosesə aid araşdırmalar” monoqrafiyasında1 İsmayıl Şıxlının “Ölən dünyam” romanı Gəncə hadisələri, XI qızıl ordunun Gəncəni ələ keçirməsi, Azərbaycan xalqının tarixi taleyinin qara səhifələrini öyrənmək baxımından təhlil predmeti olmuşdur. Dos.Salidə Şərifova “Ədəbi prosesə nəzəri baxış”2 monoqrafiyasında 2006-2007-ci illərin ədəbi nümunələrinə tənqidi münasibətini ifadə etmişdir.

Tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova müstəqillik dövründə “Azərbaycan ədəbi tənqidi müstəqillik illərində”3, “Yeni təfəkkür və ədəbi tənqid”4 kitablarını çap etdirmişdir. Hər ikisi ədəbi tənqidin tənqidi iləəyyəndir.

əllifin “Azərbaycan ədəbi-tənqidi müstəqillik illərində” monoqrafiyası 1990-cı illər ədəbi tənqidinin mənzərəsini təfərrüatlı canlandırır. Müstəqillik dövrünün ədəbi tənqidi vacib problemləri ilə tədqiqata cəlb olmuşdur. Ədəbi tənqidin yeni tarixi şəraitdə, yeni təfəkkür zəminində təzahürü, ədəbiyyat tarixçiliyinə, sovet dövrü ədəbiyyatına yanaşmanın özünəməxsus cəhdləri, ədəbi irs məsələləri, tənqidlə çağdaş ədəbi prosesin qarşılıqlı ünsiyyəti tədqiqat predmeti olmuşdur.

“Yeni təfəkkür və ədəbi tənqid” monoqrafiyasında müasir Azərbaycan ədəbiyyatşünaslığı, tənqidi və nəzəri-estetik fikrinin məsələləri çağdaş təfəkkür işığında tədqiqə cəlb olunmuşdur. E.Akimova monoqrafiyada ədəbi tənqidə baxışında ənənə ilə bərabər, orijinal təfəkkürü, daha çox ədəbi tənqidin obyektiv meyarlarla analiz və sintezi, yeni şeir (müstəqillik illərinin şeiri) haqqında nəzəri-estetik fikrin, habelə, bədii tərcümənin müəyyənləşdirilmiş tezis və müddəaları ilə görünür. Monoqrafiya bir də onunla əhəmiyyətlidir ki, “Poeziya və zaman” bölümündə çağdaş poeziyamızın mövcud mənzərəsi, bədii üslub polifoniyasındakı axtarışlar, eksperiment səciyyəli estetik təcrübə öyrənilib ümumiləşdirilmişdir.

Nəsr bölməsini “Nəsrdə Qarabağ disskursu” ilə başlamış E.Akimova Elçinin “Qarabağ şikəstəsi”, “Bayraqdar”, Aqil Abbasın “Dolu”, Şərif Ağayarın “Haramı”, Seymur Baycanın “Quqark”, Əli Abbasın “Qaraqovaq çölləri”, M.Süleymanlının “Erməni adındakı hərflər” əsərlərindəki mövzunun aktuallığını və müasirliyini səciyyələndirmişdir.

E.Akimovanın M.F.Axundov, Y.Qarayev, B.Nəbiyev, K.Talıbzadə , Aydın Talıbzadə, Vaqif Yusifli, Cavanşir Yusifli tənqidinə analitik tənqidi, mühakiməli münasibəti də maraqlıdır. İlqar Fəhminin “Aktrisa”, “Akvalank”, Qanturalının “Mustafa”, Sayman Aruzun “100 il inqilab”, Kamal Abdullanın “Unutmağa kimsə yox” bədii əsərlərinə ənənəvi, yeni tənqid təfəkküründə elmi-nəzəri baxış əhəmiyyətlidir. Alimin Teymur Kərimlinin “Hicran ömrü” kitabı haqqında fikir və düşüncələri də duyumludur.

Anarın “Ağ qoç, qara qoç” romanı1 tarixi ilə mifoloji olanın birliyidir. Qanlı yanvar, Qarabağ müharibəsi fonunda millətimizin apardığı mübarizənin müəyyən mərhələsini, tarixi keçmişimizin milli şüurumuzdakı yaddaşını, Sabir Rüstəmxanlının “Göy tanrı” romanı tarixi, etnoqrafik planda olub, türk xalqlarının tarixən dövlətçilik ənənələrinin müasir milli inkişafda siyasi rolunu ifadə edir. Nüşabə Məmmədlinin “Zəngulə”si sosial romandır, erməni əsirliyinə düşmüş azərbaycanlıların fiziki məhrumiyyətlərinin gerçəkləridir. Mahirə Abdullanın “Əvvəl-axır” romanında müharibənin törətdiyi rəzalətlər, dağıntılar, erməni vəhşiliklərinə qarşı etirazlar, Elza Mollayevanın “Əsir ürəklərin fəryadı” romanı Yuxarı Qarabağ və ətraf bölgələrin işğalı, erməni millətçiliyinin xəstə mahiyyətini göstərir. Əlibala Hacızadənin “Möcüzə” romanında dövrümüzün sosial-siyasi olayları, yaranmış böhran şəraitində millətin əzmkarlığı və mübarizliyi, Ermənistandan qovulmuş azərbaycanlıların acı taleyi, habelə, 20 yanvar hadisələri, Vidadi Babanlının “Gizlinlər” romanında sovet dövrünün ədəbi dairələrdə doğurduğu aşınmalara münasibəti, A.Rəhimovun “Qoşa qanad”1, “İkili dünyam”2, “Səfalət”3 və “Girdab”4 romanlarında 20 yanvar faciəsi, Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ hadisələrinin inikası, milli ədavət, qaçqın və köçkün ailələrinin faciələri, insanların tale və aqibəti geniş epik lövhələrdə ifadəsini tapmışdır.

Ağarəhim Rəhimovun “Yaddaşda yaşar xatirələr”, “Ovlaq keçidi”, “Qoşa qanad” romanları 90-cı illərin ədəbi məhsullarıdır. Bu əsərlərə ədəbi tənqiddə janr tipolojisi baxımından müxtəlif münasibət vardır. Tənqidçi T.Əlişanoğlu onu “Yaddaşda yaşar xatirələr”i xatirə-roman5, “Sənədli publisistik əsər”, “Bir ailənin tarixçəsi”6, “Pedaqoji poema”, bəzən isə memuar-roman adlandırmışdır7. Prof.Bədirxan Əhmədli romanı xatirə-roman8 kimi qiymətləndirmişdir. Prof.Nizami Məmmədov əsəri roman-esse, “İkili dünyam” romanını roman-xronika9, prof.Ə.Əsgərli isə ictimai (sosial)-siyasi roman hesab etmişdir10.

“Qoşa qanad” romanına da ikili münasibət vardır. T.Əlişanoğlu onu “Əsil insan haqqında hekayət”1, Ə.Əsgərli isə roman kimi səciyyələndirmişdir. “Ovlaq keçidi” ədəbi tənqiddə həm povest, həm də roman adlandırılmışdır. Həcmi nisbətən az olmağına baxmayaraq, müəllif onu romanları sırasına daxil etmişdir. Fikrimizcə bu əsər romandan çox, epik-analitik povestdir. Tənqidçi S.Şərifova da “Ovlaq keçidi” əsərini povest hesab edir2. T.Əlişanoğlu, T.Salamoğlu A.Rəhimovun “Səfalət” və “Girdab” romanlarını dilogiya, “Səfalət”, “Girdab”, “Cinayət və etiraf” romanlarını bir yerdə trilogiya da hesab edirlər3.

Tənqid və ədəbi proses özünü həm də “Azərbaycan”, “Ulduz”, “Ədəbiyyat qəzeti”, “Kredo”, “Kaspi”, “Alatoran”, “Tənqid.net” kimi ədəbi orqanlarda, habelə, “525-ci qəzet”, “Yeni Azərbaycan”, “Ədalət”, “Həftə” qəzetlərinin ədəbiyyat əlavələrində və saytlarda göstərmişdir. “Yeni Si”, “Litaz”, “Kultaz”, “Azadlıq radiosunun oxu zalı”, “Bizimki” kimi saytlar ədəbi prosesin gedişatı və ümumiləşdirilməsinə ədəbi-tənqidi və estetik qiymət vermişdir.

Müstəqillik dövrünün ədəbi prosesində S.Əhmədlinin “Ömür urası”, “Axirət sevdası”, İ.Məlikzadənin “Şehli çəmənlərin işığı”, M.Süleymanlının “Köç”, “Qırmızı şeytan”, K.Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Əvvəl-axır yazılanlar”, S.Elcanlının “Qanlı quzğun meydanı”, Ə.Muğanlının “Taleyin gülünc oyunu”, Ə.Muğanlının “Gecikmiş etiraf”, Ə.Məmmədxanlının “Babək”, A.Məsudun “Suiti”, Ü.Bünyadzadənin “Qansızlar”, Ə.Əmirlinin “Meydan”, A.Abdullazadənin “Qanlı yaddaş”, T.Hüseynovun “Yanıq Abdullanın yuxuları”, “Qartal müqəvvası”, R.Tağının “Düşmənimin xətrinə”, “Pozitiv. Neqativ”, M.Nurun “Tərs kimi, Q.Sadıqzadənin “Son mənzili Xəzər oldu”, İ.Qarayevin “Bir kəndin uşaqları”, S.Azərinin “Sonsuzluq”, V.Babanlının “Ömürlük cəza”, M.Nigarlının “Yola dikəli gözlər”, A.Rəhimovun “Gəlinqayada qoşa məzar”, “Ulu kəndim”, Z.Qafarlının “Sənin bir havan var”, “Çatdı bu dünyanın axırı”, “Bu qara yellərin əsməyi kəsmir”, M.Cəfərlinin “Qəzəb”, A.Dadaşovun “Ceviz ağacı”, O.Fikrətoğlunun “Şirvan Şəşəngisi”, Ə.Bağırovun “Başdaşı”, Gülruxun “Bir ömrün çalarları”, Elçinin “Xüsusi sifariş”, “Hövsan soğanı”, “Mehmanxana nömrəsində görüş”, B.Bərdəlinin “Bürkü”, Ş.Həsənoğlunun “Günəş ardınca”, M.Orucun “Namərd körpüsü”, S.Vəzirovanın “Tale damğası”, “Savab yiyəsi”, B.Bayramovun “Karvan yolu”, N.Rəsulzadənin “Gecə qatarında hadisə”, A.Tağıyevin “Bil və agah ol”, Ç.Ələkbərzadənin “Dünyanın qopduğu yer” Ə.Əzimzadənin “Qara kahada həyəcan”, R.Səməndərin “Şəhidlər”, “Toylar yarımçıq qaldı”, “Binə şəhidləri”, “İham Fərizə dastanı”, “Azad Qaradərəlinin “Soyxa”, “Kişi familiyası”, M.Namazın “Yol evi” əsərləri, habelə, nəsr kitabları Azərbaycan gerçəklərini yeni təsvir və ifadə vasitələrilə təqdim etmək nəzərindən əhəmiyyətlidir.

Əzizə Cəfərzadənin “Bəla”, Davud Nəsibin “Cavanşir” , “Cavanşir məmləkəti”, Ələviyyə Babayevanın “Rəngbərəng yuxular”, Xeyrəddin Qocanın “Marallar” , Seyran Səxavətin “Nekroloq” , Mövlud Süleymanlının “Lider” , Əlibala Hacızadənin “Əsərləri” , A.Rəhimovun “Romanları” , Sabir Əhmədlinin “Axirət sevdası” , Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Qarda açan qar çiçəyi” , “Dolu” , “Qaraqovaq çölləri”, Əkbər Qoşalının “Ölü yuxusu” əsərləri isə 2000-ci illər nəsrimizin örnəklərindəndir. Bütün bu əsərlərdə tarixiliklə müasirliyin bədii vəhdəti, patriarxallığa qayıdış və milli şüur yaddaşına çağırış həmin əsərlərin uğurlarındandır.

Tənqid və ədəbiyyatşünaslıq ədəbi prosesə həssas olmuş, klassiklərimizin əsərlərinə monoqrafik qiymət verilmiş, müstəqillik dövrünün şeir, nəsr və dramaturgiyası təhlil predmeti olmuşdur.

Müstəqillik illərinin ədəbiyyatı dərslik, dərs vəsaitləri, dissertasiya və monoqrafiyalarda özünə yer almışdır. Tehran Əlişanoğlunun “Müstəqillik illərində Azərbaycan ədəbiyyatı” dərsliyi, Elnarə Akimovanın “Azərbaycan ədəbi tənqidi müstəqillik illərində”, “Yeni təfəkkür və ədəbi tənqid”, Nərgiz Cabbarlının “Yeni nəsil ədəbiyyatı”, “Ədəbiyyatdan intibaha”, Ə.Əsgərlinin “Bir nəsrin poetikası” monoqrafiyaları nəşr olunmuşdur.

Ədəbi prosesin tərkib hissəsi kimi roman janrı mif, folklor, mənəvi-əxlaqi, milli bəşəri dəyərlərdə habelə, azərbaycançılıq ideyalarında izlənilmişdir.

90-cı illər ədəbi prosesinin öyrənilməsində təsvirçilik keyfiyyəti çox, analitik müəyyənlik az olmuş, ədəbi tənqid özünü tənqiddə də bir irəliləyiş doğurmuşdur. Ədəbi dövrləşdirmə, realizm, romantizm, ənənə və novatorluq, irs və varislik, bədii təsərrüfatın təhlili, yeni poetik təfəkkür fərdiyyəti tənqidin problemlərindən olmuşdur. Modernizm, postmodernizm, ədəbi-fəlsəfi cərəyanlar, simvolist, eksperiment, formalist və s. şeirə münasibət ədəbi-nəzəri fikri məşğul etmişdir.

Nəsrin mövzu və məzmunu tarixi, müasir, ideya və patriarxallıq, əxlaq və mənəviyyat, sosioloji və psixoloji, etik və estetik mündəricə ilə bağlı olmuşdur. Nəsrin uğurları və qüsurları elmi məqalə və monoqrafiyalarda analiz edilmişdir.

Əlizadə Əsgərli,

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor

Kaspi.-2014.-1-3 fevral.-S.10-21.