İsraildə “Xocalıya Ədalət“ fotosərgisi
açıldı
Fevralın
3-də ilk dəfə olaraq İsrailin mərkəzində yerləşən Lod şəhər sakinləri Azərbaycanın müasir
tarixinin ən kədərli və qanlı səhifələrindən biri ilə - qanlı Xocalı qətliamı ilə tanış oldular.
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının ("Azİz") mətbuat xidmətindən verilən məlumata görə, fotosərgi Heydər Əliyev Fondunun və Lod şəhəri bələdiyyəsinin dəstəyi ilə bu assosiasiya tərəfindən təşkil olunub.
Xocalı faciəsinə həsr olunmuş tədbirdə əslən
Azərbaycandan olan insanlar, həm də orta
yaşlılar, gənclər və yeniyetmələr iştirak edirdi. Tədbiri
Azərbaycan-İsrail
Beynəlxalq
Assosiasiyasının İdarə
Heyətinin üzvü, advokat İlana Laytman
açıb. Onu qeyd
edək ki Laytman bu
tədbirin təşəbbüskarıdır
və eyni zamanda "Yəhudi Evi"
partiyasının fəal
üzvlərindəndir və Lod
şəhəri çoxlu
Azərbaycan əsilli insanların
yaşadığı bir məkandır.
Sonra çıxış
edən Azərbaycan Mədəniyyət
Mərkəzinin rəhbəri Yeganə
Salman qeyd edib ki, misli
görünməmiş
vəhşiliklə törədilmiş Xocalı
soyqırımı XX əsrin
ən qorxunc faciələrindən biridir.
“Azərbaycanın ən qədim
yaşayış məntəqələrindən biri
– Xocalı şəhəri bir
gecədə yerlə-yeksan edilərək yandırılıb. Bu faciə
bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Erməni silahlı birləşmələrinin əməlləri nəticəsində 613 nəfər qətlə yetirilmiş,
487 adam əlil
olmuş, 1275 dinc sakin–qocalar, uşaqlar, qadınlar əsir
götürülərək görünməmiş işgəncələrə, təhqirlərə məruz
qalmışlar”- deyə,
Salman deyib.
Xocalıya həsr olunmuş fotosərginin açılışına gələn İsrail parlamentinin deputatı Şuli Mualem tədbir iştirakçıları qarşısında çıxış edərək, sərgidə gördüklərindən öz hiddətini gizlədə bilməyib. "İnanıram ki, Xocalıya ədalət zəfər çalacaq və azərbaycanlı qaçqınların hüquqları bərpa olunacaq, Xocalıda həlak olanların xatirəsi xalqın yaddaşında həmişəlik qalacaq" – deyə israilli millət vəkili qeyd edib.
Fotosərgidə
çıxış edən
Lod şəhərin meri
Yair Revivo qeyd edib ki,
Xocalı soyqırımına həsr
olunmuş bu sənədli şəkillər, dözülməz, dəhşətli səhnələr
Azərbaycan
xalqının ürəyində sağalmaz
bir yara açıb.
"Mən Azərbaycana qarşı
Ermənistanın
işğalçı siyasətini
kəskin şəkildə pisləyirəm və qardaş
Azərbaycan
xalqına dəstəyimi bildirmək istəyirəm" – deyə Yair
Revivo bildirib.
İsrail parlamentinin
deputatı Şuli Mualem,
Lod şəhərin meri
Yair Revivo və digər sərgiyə gələnlər qonaqlar
Xocalı faciəsi
qurbanlarının xatirə
Kitabına ürək
sözlərini
yazıb.
Kaspi.-2014.-5 fevral.-S.6.