Yoxuşla addımlayan
şair
Şair Dayandur Sevgin ipək kimi insandır. Həlim xasiyyətli, yumşaq və nəzakətli
danışığı ilə
ətrafdakıların
hörmətıni
qazanmış adamdır. Heç bir təm-təraq iddasında
olmayan, sakit həyat
arzusuyla ömrünün 55-ci baharına doğru addımlayan
incə ruhlu
şairdir.
Çox təəssüf edirəm ki, onun kitabını gec oxumuş, şeirlərindəki sətiraltı mənaları, şirinliyi gec
duymuşam.
Dayandur Sevginin məndə yalnız bir kitabı var: “50-dən o yana yollar yoxuşdu”. Elə bircə bu sətri oxumaq kifayətdir ki, onun ömür
yolunu anlayasan. Həmişə eşitmişik ki,
yaradıcı insan ömrünün 50-ə qədər olan yaş
dövrünü mübarizələrlə, döyüşlərlə, özünə sənətdə və
həyatda
yaxşı yol açmaqla keçirir. Yarım
əsr yaşayandan
sonar bir balaca toxtayır, dünyanın gəlimli-gedimli olduğunun şahidi
olur və ya
özünə
müəyyən qədər gün-güzaran düzəldir, ədəbi aləmdə az-çox öz
yerini tapmış olur. Dayandur Sevgin isə deyir ki, 50-dən oyana yollar
yoxuşdur. Yəni
gedəcəyi, sürəcəyi ömür yolları yenə də daş-kəsəklidir, hamar yollardan əsər-əlamət görünmür.
Yerdəkilərdən əlini üzüb üzünü Allaha tutur, onu
sorğu-suala çəkir. Allahın yaratdığı bəndədən qorxduğunu deyir.
Bu qorxu ətrafa
o qədər dəhşətli qol-budaq atıb
ki, Allahdan qorxmaq yadından çıxıb. Hələ o da yadından
çıxıb ki, Allandan qorxmaq yox, onu sevmək lazımdır.
Allahın yaratdığı bəndənin qorxunc kabusu onun ömür
yollarını çox izləyib.
Nə var ki, salmağa, mərdi kəməndə,
Ədalətin gözü yuxuludursa.
Allahın
kölgəsi sayılan bəndə,
Allahın
özündən qorxuludursa,
Mən insandan qorxum, ya səndən, Allah?
Və ya
Qəlbimdə qalıbsa quruca adın,
Bəndənin qorxusu mənə dağdısa.
Edam
otağından çıxan cəlladın,
Əlləri qırmızı, üzü ağdısa,
Mən insandan qorxum, ya səndən, Allah?
Dayandur Sevgin sadədən-sadə, hər cür bər-bəzəkdən, zər-zibadan uzaq bir ömür yaşayıb. Alnı
açıq-üzü ağ. Heç kimin qabğında əyilməyib, əyilməyi nakişilik
sayıb. Təəssüf
hissiylə deyir ki, gərək insanın ilk əcdadları Həvva qız qalaydı, Adəm də subay. Onda adamlar da, bu qədər dərd-qəm, ələm də
yaranmazdı. İndi insanlar bir-birini
sözlə
asıb-kəsirlər, şər atırlar, isdədiklərini deyir, isdədiklərini yazırlar.
Olmayıb
heç zaman ehtiyacları,
Harınlar
anlamaz qarnı acları,
İndi
muzeylikdir dar ağacları,
İndi
sözdən asır adam, adamı.
Nə günüm bir
gündür, nə gecəm gecə,
Verdiyin dərdlərə dözüm mən necə,
Gərək qız qalaydı “Həvva” eləcə,
Gərək əkməyəydi “Adəm” adamı.
Şair bütün ələmlərə, kədərə baxmayaraq, dərdlərinin içində həmişə sevinc axtarır və onu tapanda çox sevinir. Bəzən ehtiyac içində yaşasa da
Allahına, taleyinə
inanır. Sidq ürəkdən gələn bir səslə aləmə car çəkib deyir:
Qara yaxma
gəl mənə, özün şərə düşərsən,
Allahdan qismətdirsə mənim payım gələcək.
Mənbəyi ürəyimidi, mənsəbi yer üzüdü,
Dönüb
Kürə, Araza axar çayım gələcək.
İnsan həmişə ümidlə yaşayır. İnsan üçün ən etibarlı söykənəcək
ideyalar beşıyi olan sözdür. Şair
ürəyini
sözlər vasitəsiylə insanlara
çatdırır. Üsyan etmədən sakitcə
öz bədxahına
başa salır ki, qismətim
varsa Allahım göndərəcək. Şair ürəyinin böyüklüyünə baxın: Qismətinə düşən payın ünvanı sinəsində çırpınan ürəyidir, qismətinə düşən payın mənsəbi isə bütün yer
üzüdür, bu paydan hamıya pay verə biləcək bir ürəyin sahibidir.
Şair
başqa bir arzusunu dilə gətirib deyir:
Dayandur, səhv eləyən istəməz səhv eyləsin,
Sonrada
kimsə onun səhvini əfv eyləsin,
Yüz təpə yığışdı
ki, bir dağı məhv eyləsin,
Özləri bada getdi, yenə də dağ sağ qaldı.
Bu həqiqətən də belə olur. İsdedadsızlar, qəlbi
paxıllıq hissiylə
döyünənlər (təpələr),
ha istəyirlər ki, öz zəhməti ilə
ucalanlara (dağlara) badalaq gəlsinlər, (yarıyolda
qalıb dağılıb daşa-torpağa dönsünlər) yeni fitnələr axtarışına
çıxırlar.
Dayandur Sevginin bəzi şeirlərində sarkazm çox güclüdür. “Sıfır”
şeirini buna misal göstərə bilərik.
Rəqəmlə qoşa yazılanda
Sıfır
olur adı,
Rəqəmsiz boş dairə.
Rəqəmin solunda beli
bükülmüş
kasıba
bənzəyir.
Onda birdən onda doqquza
Gedən yolda nələr çəkir sıfır.
Vergül
qarmağıyla can atır sağa,
Elə ki, keçdi sağa,
Düzəldir belinin sıfır
qağa,
Qohumlarını
yığır başına,
On olur, yüz olur, min olur.
Doymur gözləri.
Təpik atır solundakı rəqəmə,
Düşünmür
ki, rəqəm olmasa,
adına
sıfır deyilməz,
HALQA deyilər.
Biz sıfırı adamla əvəz etsək hər şey göz önündə canlı kimi hərəkət edər. İstedadsız, xəbis bir adam
özünün çörək verəninə necə nankorluq edirsə, sıfır da rəqəmlərə qarşı o cür
nankorluq edir. Nəyinsə hesabına şans qazanır, gözü
ayağının altını görmür,
harınlayır, ətrafındakılar, bir vaxt dost dediyi, süfrəsinin
qırıntıları ilə ac qarnını doydurduğu
insanları bəyənmir. Yeri gəldikcə onları sancır,
dedi-qodular yayır. Qırqovul quşu kimi
başını kola salıb, ayaqlarından xəbəri olmur.
Mən də sıfır haqqında
düşündüklərimi bayatıya çevirmişəm:
Əziziyəm, bir keçdi,
Bir sıfırdı, bir keçdi.
Mənasız say yanında
Duran sıfır bir heçdi.
Erməni saqqallılarının Azərbaycan torpaqları
hesabına «Böyük Ermənistan» yaratmaq xülyası Dayandur
Sevginin də yaralı yeridir. 2001-ci ildə
sərhəd
qoşunlarının keçirdiyi «Hərbi
vətənpərvərlik»
şeir müsabiqəsində fəxri fərmana
layiq görülmüş «Silahdır nicatımız»
şeiri vətən övladlarına
müraciət
formasındadır. O, xitabən əsgərlərə üzünü tutur, xalqı
qəflət yuxusundan yatan
vicdanlarının aylmasını tələb edir. Onları silaha
sarılmağa çağırır:
Əsrlər adladıqca, cılızlaşıb nəslimiz,
Qışqırmaq
istəsək də, çıxmayıbdır
səsimiz,
Nə qədər kölə olaq, nə qədər alçalaq biz,
Yurdumuz
odlar yurdu, od oğludu adımız.
Silaha sarıl əsgər, silahdır vicdanımız.
***
Dünya az qala məhvərindən qopmaq üzrədir. Zər yeri müharibələr, nümay iş və tətil dalğaları
bürüyüb. «Heç kim heç
kimin kitabını oxumur». Yalanlar, şər və böhtanlar baş
alıb gedir. İşləmək
istəyənlərı öz bədxah əməl və sözləri ilə imkan vermirlər işləsinlər, ruhdan salmağa,
sındırmağa çalışırlar. Ancaq, atalar da deyib ki, yalan ayaq tutar, yeriməz. Və ya
«Quyunu dərin qazma,
özün düşərsən». Bu silsiləni
uzatmaq da olar. Şair dünyaya nəzər salır, ondakı xaosu, hərc-mərcliyi görür və onu «Dünyadan qan iyi gəlir» şeirində «vəsf» etməyə məcbur olur:
Ərzə haray salır silah sərgisi,
Dünyamız
oxuyur ölüm şərqisi,
Açmır
bənövşəsi, bitmir nərgizi,
Vallah, bu dünyadan qan iyi gəlir.
Dağ
bizə tərəfdi, biz daşa tərəf,
Yol gedə bilmirik yaddaşa tərəf,
Qardaş
qılınc çəkir qardaşa tərəf,
Vallah bu dünyadan qan iyi gəlir.
Dağları biz həmişə vüqar, kişilik rəmzi hesab etmişik. Gör
dünyanın hansı zamanı yetişib ki, öz əzmini,
vüqarını insanlara qurban edən
dağ bizə tərəf gəlir.
Biz neynirik? – Gözümüzü daşa
zilləyir. Gözləyirik
ki, dağ bizə
yaxınlaşsın, bir göz qırpımında
daşı götürüb onun başına çırpaq.
Bəziləri
«yaxşılıq edə
bilmiriksə
pisliyimizdən də qalmayaq» Prinsipi ilə yaşayırlar.
Ancaq bilmirlər
ki, bir balaca daş əzəmətli, uca dağa nə edə
bilər?
«Yol gedə bilmirik yaddaşa tərəf». Bir bu cümlədə nə qədər fikirlər özünə yer alıb. Yaddaşımızı zaman-zaman silməyə çalışıblar. Heç bir xalqın yaddaşına bizimki qədər çalın-çarpaz dağ
çəkə bilməyiblər. Heç bir xalqın əlifbasını
bir əsrdə üç dəfə dəyişməyiblər. Hər əlifba dəyişikliyində maddi –mədəni dəyərlərimiz olan kitablarımız
lazımsız əşya
kimi yandırılıb, məhv
edilib. Xalqın ziyalılarını «xalq
düşməni»
adı ilə gedər –gəlməzə
yollayıblar. Qərinədən-qərinəyə yaddaşımızı siliblər.
«Qardaş qılınc çəkir qardaşa tərəf» misrasındakı fikir də müasir
dövrümüzün aynasıdır desək yanılmarıq. Buna misal kimi, ərəb dünyasında süni yolla
yaradılan müharibələr, qardaş
qırğınlarını göstərə bilərik.
Əlacsız qalan şair yenə də yeganə pənahımız, qibləgahımız olan Allaha, ulu
Hörmüzə üzünü tutub rica edir.
Qandan
qızarıbdı didələrimiz,
Bu şərin əlindən gəlmişik cana.
… Gəl yetir özünü, ay ulu
Hörmüz,
Əhriman dünyanı çalxadı qana.
Gəl öz gəlişinlə qızıl gül bitir,
Xeyir çiçək açsın ayaq izində.
Bizə çiçək ətri, gül ətri gətir.
Boğulduq, ay Allah, Qan dənizində.
***
Dayandur Sevgin çox sadə, uşaq kimi saf və təmiz qəlbli adamdır. Dostu-düşməndən, yaltağı səmimi adamdan
ayırmağa bacarandır.
Buqələmunları da tanıyır. Onlarla mübarizəni qələmlə
edir. Yaltaqları qışda gün
işığına isinən adamların üstünə kölgə salanlar, istisinə şərik çıxanlar
adlandırır:
Hörməti yox, süfrəsinin ləzzəti yox, dadı yox,
Hörmət adlı bir kitabda ünvanı yox, adı yox.
Ürəyində alışmağa bircə cəngə odu yox,
Yanır
bizim tüstümüzə yaltaq adamlar,
Kölgə salır üstümüzə yaltaq adamlar.
Bütün qəbahətlərdən ən iyrəncisi yaltaqlıq və paxıllıqdır. Onun bayrağı
altında nifrət,
xəyanət və böhtan
addımlayır. Yaxşı insanlar isə əvəz
gözləmədən yaxşılıq edir,
çünki yaxşılıqdan yaxşılıq
doğur.
Nə yaxşı ki, yaltaq adamlar yaltaqlanır, onu
tanıyırsan, başa düşürsən ki, hansı məssəbə qulluq edir. Vay o gündən ki, üzünə gülüb,
özünü dost adlandıran adam
üzünü o yana çevirən kimi kölgəni qılınclasın. Üzdə
görünən
yaltaqlar minüzlü dostlardan bəlkə də yaxşıdırlar.
Dayandur
Sevgin hərdən həyatdan küsür, pessimizmə qapılır,
özünün öləcyindən, uşaqlarının da özü kimi yetim
qalacağından qorxur:
Gəzər uzaqlarda fikir –xəyalı,
Dilər bir də ölüm –itim olmasın.
Özüm
yetim qaldım erkən dünyada,
Barı balalarım yetim qalmasın.
Ancaq şair bilmir ki, hisslərlə, duyğularla ürəyi dolu olan şair heç
vaxt ölməz.
Dayandur Sevginin şeirləri içində rəvayətlə bağlı bir şeiri də var. O dünyanı,
kainatı, yeri bir gəmiyə bənzədir. Dünyanın əşrəfi sayılan insan
öz xoşuyla bu gəmiyə minib yol gedir. Öz xoşuyla gəmiyə minən insan, öz
xoşuyla gəmidən düşmək istəmir. Hey getmək, getmək istəyir. Həyatdan doymayan insan məcburən düşəndə ağlayır. Yeni sərnişinlər isə qabaqda onları nə gözlədiyini bilməyərək gəmidən ağlaya-ağlaya
düşən insanlara gülür:
… Hamı
öz xoşuna minir gəmiyə
Heç kəs öz xoşuna düşmək istəmir.
Beləcə yol gedir bu yert kürəsi,
Hardasa-hardansa bir səda gəlir.
Mindiyimiz
gəmi həyat səhnəsi,
Düşənlər ağlayır, minənlər gülür.
Şairin fəlsəfi bir şeiri isə «Dünya» adlanır. Onun nəzərincə,
cavanın gözündə
uşağa, qocanın gözündə
əsl kişiyə, qorxağın
gözündə qəddar cəllada, mərdlərin gözündə naşıya bənzəyən
elə
dünyanın özüdür. Hərə dünyaya öz püzmasından
baxaraq qiymət
verir.
Məğrur sərkərdə tək atından düşməz,
Qılıncı
əlində, fəqət döyüşməz,
Zamanı
dəyişər, özü dəyişməz,
Tərpənməz bir məhək daşdı dünya.
Dayandur
Sevginin şeirlərini oxuduqca hiss edirsən ki, o Azərbaycan fokloruna da yaxından bələddir. Atğalar sözlərini öz şeirlərində yerli-yerində işlədir:
Qalsan
qayğısına bar tutar zəmi
On
sünbül yetirər bir buğda dəni,
Öldürsən torpağı, dirildər səni,
Ölməyən taopaqdan çörək gözləmə.
Möhkəmlik körpünün
tağına baxır,
Şamın
gur yanmağı yağına baxır,
Allah qar
yağdırar, dağına baxır…
Namərddən qəm gözlə, fərəh gözləmə.
***
Dayandur Sevginin şeir dili axıcıdır, poetikdir. Şeir dili ilə sanki təbiət mənzərəsi çəkir.
Bu onun xalq ədəbiyyatından,
folklordan bəhrələndiyini bir daha təsdiq edir.
«Bəxt gülsə yetimin qəlbi açılar,
O da
balıq kimi əldən sürüşüb».
«Ölünün qiyməti diridən baha».
«Sevincim
onsuz da ölübdür çoxdan,
İndii də içimdə dərd ölüb gedir».
«Ömrümü
illərə toxuyur fələk,
Çalır ilməsini ərişdən qabaq».
«Mən elə tələsdim hər işə qardaş,
Qaçmağı
öyrəndim yerişdən qabaq?!»
«Çiçək yağışından bir çiçək düşməz.
Göydən bir daş gəlsə başıma gəlir».
«Xarabalıq
sevən
bayquşlar təki
Həsrət yuva qurub Xudafərində».
«Təpidi dil- dodağı
içində sevincimin,
Ərköyün kədərimsə özün çim yağa saldı».
Şairin bu cür yeni söz çalarlarının
sayını çox artırmaq olar.
Fevral ayının beşındə Dayandur Sevginin iki 5-i (55)
yaşı tamam olur. Onun bu iki 5-ni təbrik
edirəm. Yeni
–yeni yaradıcılıq və can sağlığı
arzulayıram.
Salatın Əhmədli
filologiya üzrə
fəlsəfə
doktoru, dosent
Kaspi.-2014.-5 fevral.-S.10.