“Ömrü
bada verməmişəm”
75 illik yubileyini qeyd edən Yaqub
Mahmudovun kitablarının təqdimat
mərasimi
keçirilib
«75 yaş nədir ki? Ömrünü bütünlüklə elmə həsr edən, qəlbi vətən eşqi ilə döyünən, ürəyi torpaq sevgisi ilə dolu olan bir insan üçün 75 yaş nədir ki? Yaqub Mahmudov Azərbaycan elmində bir möhkəm qayadır. Yel qayadan heç nə qopara bilməz». AMEA Tarix İnstitutunun direktoru, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun anadan olmasının 75 illik yubileyi ərəfəsində 12 cildliyinin, «Real tarix və «Böyük Ermənistan» uydurması», “Biblioqrafik göstərici əsərlərinin və tarixçi alim Yeganə Gözəlovanın «Azərbaycan tarix elmində Yaqub Mahmudov məktəbi» kitablarının təqdimat mərasimində səslənən bu fikirlər görkəmli alimin elmi və ictimai fəaliyyətinə güzgü tutub.
Ürək,
təfəkkür, cəsarət
Prezident Kitabxanasının
direktoru Mayil Əhmədov Yaqub
Mahmudovun Azərbaycan
tarix elminə
verdiyi töhfələrdən bəhs
edərək təqdimatı
keçirilən 12
cildlikdə Azərbaycan tarixinin bütün
dövrlərinə dair
qiymətli tədqiqatlar
toplandığını qeyd edib: “Mən
Yaqub müəllimə uzun
illər ərzində böyük
zəhmət hesabına
yazdığı bu əsərlərinin bizim
kitabxanada təqdim
olunmasına təşəbbüs göstərdiyinə görə, kollektivimizin
minnətdarlığını
çatdırıram. Bu, Yaqub
müəllimin müdrik ziyalı olaraq kitabxanaya, mədəniyyətə yüksək
dəyər verdiyinin
bariz nümunəsidir.
Fikrimcə, əsası bu böyük alim tərəfindən qoyulan
gözəl ənənə
davam etdirilməlidir”.
Qeyd
edilib ki, 12 cildliyin I cildinə görkəmli alimin 1966-1978-ci illərdə yazdığı əsərlərin və məqalələrin biblioqrafik göstəricisi, II cildə müəllifin Azərbaycanın Qərbi Avropa ölkələri ilə əlaqələrini əks etdirən «Odlar yurduna səyahət» (1985), «Azərbaycanın Avropa ölkələri ilə əlaqələri: Ağqoyunlu dövləti (XV əsrin ikinci yarısı)»
(1986, 207), 1981-1988-ci illərdə mövzu ilə bağlı dövri mətbuat və ensiklopediyada dərc edilən məqalələri daxil edilib. Nəşrin III cildinə rus dilində «Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa dövlətləri ilə
qarşılıqlı əlaqələri (XV əsrin ikinci yarısı –
XVII əsrin əvvəlləri)» monoqrafiyası, doktorluq dissertasiyasının
avtoreferatı, «Ağqoyunlu dövlətinin Venesiya ilə
qarşılıqlı münasibətləri (XV əsrin 60-70-ci illəri)» mövzusunda namizədlik
dissertasiyasının avtoreferatı daxil edilib. IV cildə orta əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə əlaqələri tarixinə həsr olunmuş «Azərbaycan diplomatiyası»
monoqrafiyası və Ağqoyunlu və Səfəvi dövlətlərində Azərbaycan diplomatiyasına aid 1991-2006-cı illərdə müxtəlif məcmuələrdə çap olunmuş elmi
məqalələri yer alıb. Digər cildlərdə müəllifin xaricdə ingilis dilində nəşr olunmuş «Azərbaycan və Avropa adlı
monoqrafiyası, «Azərbaycanın Avropa dövlətləri ilə əlaqələri. Ağqoyunlu
dövrü» və «Azərbaycan-Avropa diplomatik əlaqələri» kitabları, beynəlxalq elmi konfranslarda
etdiyi məruzələri, elmi toplularda dərc edilmiş məqalələri, Azərbaycan xalqının
etnik siyasi tarixinə, dövlətçilik ənənələrinə və intibah mədəniyyətinə həsr olunmuş əsərləri, o cümlədən həmmüəllifi olduğu «Qarabağ: real tarix, faktlar, sənədlər», «Naxçıvan:
tarixi və abidələri» və «İrəvan xanlığı» əsərləri daxil edilib. “Heydər Əliyev
ideyalarının zəfər yürüşü» əsəri və həmin əsərin rus dilində mətni də nəşrlərdə yer alıb. «Qarabağ:
real tarix, faktlar, sənədlər», «Naxçıvan: tarixi və abidələri» əsərlərinin rus dilində mətnləri, həmçinin müəllifin Azərbaycanın dövlətçilik və milli-mənəvi mədəniyyət tarixinə həsr olunmuş tədqiqatlarından ibarət 40-dan çox məqaləsi də nəşrlərə daxil edilib.
Tədbir
iştirakçıları yubilyarı təbrik edərək Yaqub Mahmudovun elmi və ictimai fəaliyyətindən danışıblar. «Bu gün Azərbaycan tarix elmi üçün
əlamətdar gündür»
-deyən tarixçi alim Yeganə Gözəlova Yaqub
Mahmudovun böyük elmi məktəbin banisi
olduğunu qeyd edib: «Biz tarixçilər üçün
isə milli məfkurəli tarixçidir.
Onun qəlbi
vətənlə döyünür.
Yaqub Mahmudovun milli məfkurə sahibi
olması onun qanında, genində və doğulduğu
Şəki
torpağındadır. Onun əsərləri
cümlə-cümlə vətən
sevgisi ilə
yazılıb».
Tarixçi alim Nailə Vəlixanlı Yaqub Mahmudovun yazdığı əsərlərə toxunaraq «12 cildlik əsər elə-belə yaranmayıb. Bu cildləri yazmaq üçün ürək, təfəkkür, cəsarət lazım idi. Bunlar da Yaqub müəllimdə var. Hansısa bir tələbənin və ya kollektivin hörmətini qazanmaq hər müəllimə nəsib olmur. Yaqub müəllim bu hörməti qazana bilib. Yaqub müəllimin elm adamı kimi tarix elminə verdiyi töhfələr əvəzsizdir. Onun alimliyini ictimai fəaliyyətindən ayırmaq olmaz. Yaqub müəllim 75 ildə çox iş görüb. Həyatda əsas məqsədinə çatıb. Biz yenə də ona yaradıcılıq uğurları arzulayırıq!»
Milli Arxiv İdarəsinin rəisi, professor Ataxan Paşayev Yaqub Mahmudov Azərbycan tarix elminə yeni tədqiqatlar bəxş etdiyini qeyd edib: «Ümummilli lider Heydər Əliyev ermənilərlə bağlı məsələləri araşdırmaq üçün ona həmişə yaşıl işıq yandırıb. Ulu öndər haqqında ən sanballı monoqrafiyanı da Yaqub Mahmudov yazıb. Həmin kitab bir neçə dəfə nəşr olunub. Qısa müddətdə onun rəhbərliyi ilə akademiyanın tarix institutunda görülən işlər bu gün də prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir».
«Təhsil»
nəşriyyatının
direktoru Bəhruz
Axundov qeyd edib ki, 30 ildən artıq əməkdaşlıq etdiyi
görkəmli alimin 12 cildliyini Yaqub Mahmudovun yubileyinə töhfə olaraq
nəşr ediblər: «Bu,
onun elm
qarşısında gördüyü
işlərin
müqabilində bir damladır».
“Təqib
olunmağa vərdiş
etmişəm”
«Mən təntənələrə, yubileylərə heç vaxt yol verməmişəm. Bu cür tədbirləri keçirmək heç ağlıma
da gəlməyib. Amma indi elə bil giriftar qalmışam. Məni yaxından
tanıyanlar dedilər ki, ömrün 75 il arxada qalıb və bunu qeyd etmək lazımdır. Mən də çox
düşündüm”- deyən yubilyar kitabların təqdimatına fərəhini ifadə edib: “Tələbəlikdə bu kitabxanada çox
günlərim keçib. Elə vaxt olub ki, gecə yatmayıb saat 2-yə kimi buralarda
qalmışam. Bu mühitdə bizim yaradıcılığımız
ərsəyə gəlib. Fikirləşdim ki, elə kitabların təqdimatını bu
kitabxanada keçirmək lazımdır. Arxaya baxanda məndə bir təsəlli hissi yaranır ki,
ömrü bada verməmişəm. Geriyə
baxanda ən
böyük sevinc hissi yaradan da
budur. Ötən
əsrin 60-cı illərində namizədlik
dissertasiyasını müdafiə
edəndə mənə
birdən-birə doktorluq
dərəcəsi verdilər.
Amma bu gün
də məni təqib edən şər qüvvə işə düşdü
ki, nə
üçün ona doktorluq verirsiniz? Belə cavan
oğlana doktorluq dərəcəsi
vermək olmaz. Sonra məni işlə təmin etmədilər. Baxmayaraq
ki, mən
institutu əla
qiymətlərlə bitirmişdim.
Sonra Rəsul
Rza ilə
birlikdə Milli Ensiklopediyada işlədim və mücadiləyə başladım. Elə o
vaxtdan da bu yoldayam. Hər bir
əsərim çap
olunanda, hansısa bir
yeniliyə imza atanda təqib olunmağa,
sıxışdırılmağa vərdiş
etmişəm”. Akademik elmi fəaliyyətinin Moskva
ilə bağlı
illərini də xatırlayıb: “Həyat elə gətirdi ki, mən Azərbaycanda edə bilmədiklərimi Moskva
Dövlət
Universitetində həyata keçirdim.
«Azərbaycan Ağqoyunlu və
Səfəvi dövlətlərinin diplomatiya tarixi»ni orada
müdafiə etdim. Orada onun
çap olunmasına imkan
yaratdılar. Bu gün
qürur hissi
keçirirəm ki, mən
sovet dövründə
Azərbaycanın xəritələrini çap
etdirməyə başladım. Rəsul Rza
ilə birgə onların bəzilərini çap
etdirdik. Amma
hamısını çap etdirməyə qoymadılar. Amma
mən Tarix İnstitutunun direktoru olandan sonra Azərbaycan
prezidentinin xeyir-duası ilə həmin xəritələr buraxıldı. Mən Azərbaycan tarixi xəritələrini Moskvada, Londonda, Nyu-Yorkda,
Los-Ancelesdə, Vaşinqtonda da çap etdirdim. Bu gün geriyə baxanda
qürur hissi
keçirirəm. Mənə vaxtilə
mane olan qüvvələr gördülər ki, mən həmin xəritələri hətta,
dünyanın ayrı-ayrı ölkələrində çap
etdirdim. Bunun dövlətçilik
baxımından böyük əhəmiyyəti
var”. Tarixçi alim tədqiqatlarında
ermənilərin
torpaqlarımıza iddiaları ilə
bağlı ortaya
çıxardığı nüanslardan
danışıb: “12 cildlikdən
əlavə, «Real
tarix» və
«Böyük Ermənistan
uydurması» kitablarımın ilk nüsxələri çapdan
çıxıb. Bu kitablarda
erməni qəsbkarlarına
torpaqlarımızın tarixən
bizə məxsus olduğu
bir daha sübut edilib. Tarix İnstitutu sübut elədi
ki, ermənilər bu
torpağa köçürülüb
gətirilmədir. İrəvan bizim
torpağımızdır. Biz o torpaqların sahibləriyik.
Bütün bunlar bu gün həqiqətdir və erməni qəsbkarlarının da buna qarşı
çıxası halları yoxdur. Bu kitablarla tanış olanda
görəcəksiniz ki, təkcə böyük
Ermənistan
uydurulmayıb, hətta,
bu torpaqların qədim
əhalisi
olduqlarını sübut etmək üçün
ermənilər qədim Anadolu,
Kiçik Asiya
dağlarının adını da dəyişdirib onu “erməni
yaylası” adlandırıblar. Biz onlara qarşı döyüşdəyik. Bundan
sonra da bu tədqiqatları
davam etdirəcəyik”. Y.Mahmudov
AMEA Tarix İnstitutunda
aparılan tədqiqatlara
görə, dövlət
başçısı İlham Əliyevə minnətdarlığını
bildirib.
Tədbirdə görkəmli alimin ömür salnaməsini fotolarla əks etdirən videoçarx nümayiş etdirilib.
Təranə
Məhərrəmova
Kaspi.-2014.-8-10 fevral.-S.7.