Bülbül və qızılgül (İngilis dilindən tərcümə)
Oskar Uayld
“O dedi ki, əgər mən ona
qırmızı qızılgüllər
gətirsəydim, o
mənimlə rəqs edərdi”
– deyə gənc tələbə
ağlayırdı, köks ötürüb“ancaq mənim bütün
bağımda bir dənə də olsun
qızılgül yoxdur”-deyirdi.
Palıd ağacının başındakı yuvadan onu eşidən bülbül
yarpaqların arasından baxdı və
təəccübləndi.
“Mənim bütün
bağımda bir dənə də olsun qızılgül yoxdur!”. O ağlayırdı və onun gözəl gözləri göz yaşları
ilə dolurdu. “Aman Allah, gör xoşbəxtlik necə də kiçik şeylərdən asılıdır! Mən bütün müdriklərin
yazdıqlarını oxumuşam, fəlsəfənin bütün sirlərinə bələdəm, ancaq bir
qırmızı qızılgülün istəyi mənim həyatımı zavallı
günə salıb”-dərdli-dərdli dilləndi.
“Budur həqiqi aşiq” – bülbül dedi.
“ Hər
gecə mən onu
oxumuşam, baxmayaraq onu tanımıram, hər
gecə onun hekayəsini
ulduzalara danışmışam və indi
mən onu görürəm.
Onun saçları qapqara,
dodaqları arzusunda olduğu
qızılgül kimi
qıpqırmızıdır, üzü
fil sümüyü kimi solğundur və kədər
qaşları arasından dərin
iz buraxıb.”
“Şahzadə sabah axşam rəqs gecəsi təşkil edir” – gənc tələbə pıçıltı
ilə dedi və sonra da davam etdi: “ Mənim sevgim mənimlə qoşa qalacaq.Əgər mən ona qırmızı
qızılgül gətirsəm, o mənimlə sübh çağınadək rəqs edəcək. Əgər mən ona qırmızı
qızılgül gətirsəm, mən onu qollarımın arasına alacağam , o mənim çiyinlərimin üzərinə əyiləcək və onun əli mənim əlimi sıxacaq. Ancaq mənim
bağımda qırmızı qızılgül yoxdur, beləliklə mən tək-tənha oturacağam
və o mənim
yanımdan ötəcək. O mənə gözucu ilə də baxmayacaq və mənim ürəyimi
sıxacaq.”
“Budur həqiqi aşiq” – bülbül dedi.
“Mənim
oxuduğum ona əziyyət verir,
mənə nə sevinc verirsə, o
da ona kədər verir. Həqiqətən sevgi gözəl şeydir.
O zümrüddən
də, opal daşından da qiymətlidir. Onu tacirlər
ala bilməzlər, çünki
onu qızılla dəyərləndirmək
olmaz”.
“Musiqiçilər onların
qalereyasında əyləşəcəklər, öz simli alətlərində ifa edəcəklər və mənim sevgilim arfa və skripkanın sədaları altında rəqs edəcək. O, elə rəqs edəcək ki, sanki ayaqları
döşəməyə toxunmayacaq və saray əhli öz paltarlarında onun ətrafında toplaşacaq,
ancaq o mənimlə rəqs etməyəcək, çünki mənim ona verməyə qırmızı
qızılgülüm yoxdur”-gənc tələbə bunları söyıəyib üzüqoylu otun
üzərinə uzandı və öz üzünü əlləri arasında gizlətdi və ağladı.
“O
niyə ağlayır” – balaca yaşıl kərtənkələ soruşdu, “niyə?”- kəpənək xəbər aldı.
“Niyə?”- qızçiçəyi öz qonşusundan
pıçıltılı səslə soruşdu.
“O qırmızı qızılgüldən ötrü
ağlayır” – bülbül dedi.
“Qırmızı qızılgül üçün” – onlar
qışqırdı, “necə
də gülüncdür” – deyə balaca kərtənkələ güldü.
Ancaq bülbül tələbənin kədərinin sirrini başa düşürdü , o sakitcə palıd ağacında oturdu və sevginin sehri haqqında fikirləşdi. Birdən o qəhvəyi qanadlarını uçuş üçün yaydı və havaya qalxdı, meşənin üstündən kölgə kimi keçib bağın içərisinə girdi.
Otluğun mərkəzində
gözəl
qızılgül kolu uzanırdı və onu
görən kimi onun üzərinə
şığıdı.
Dedi:“Mənə bir qızılgül ver, mən sənə ən şirin nəğmə oxuyacağam”.
Ancaq ağac başını silkələdi.“Mənim
qızılgüllərim
ağdır.Dənizin
köpüyü qədər ağ,
dağdakı qardan da
ağ, ancaq get mənim
qardaşımın yanına, yəqin
ki, o sənin istədiyini sənə verər”-cavab
verdi.
Bülbül
qızılgül ağacının qardaşının
yanına getdi.
“Mənə bir
qızılgül ver” -o
ağlayaraq dedi və davam
etdi: “ Mən
sənə ən şirin
mahnımı oxuyacağam”.
Ağac başını
silkələdi. “Mənim
qızılgüllərim
sarıdır”- o cavab
verdi, “O qədər sarı ki, çəməndə bitən
nərgizin
sarısı mənim
qızılgüllərimin
yanında heçdir. Sən get mənim
qardaşımın yanına, o tələbənin
pəncərəsi altında əkir və
yəqin ki, o sənə
istədiyini verər”.
Bülbül tələbənin pəncərisi altında bitən qızılgül ağacının yanına gəldi.
“Mənə bir qırmızı qızılgül ver, mən sənə ən şirin nəğməmi oxuyacağam”-dedi.
Ağac başını silkələdi.“Mənim qızılgüllərim qırmızıdır”- o cavab verdi,ardını belə söylədi: “Göyərçinin ayaqları kimi qırmızı, okeanda dalğalanan mərcanın böyük yelpiklərindən də qırmızıdır. Ancaq qış mənim damarlarımı dondurub və şaxta tumurcuqlarımı vurub , tufan mənim budaqlarımı sındırıb və mən ilin bu vaxtında heç bir dənə də qızılgül verməyəcəyəm”.
“Mənim istədiyim ancaq bir qızılgüldür”- bülbül qışqıraraq dedi, “ Ancaq bircə qırmızı qızılgül, onu əldə etməyimin başqa yolu yoxdur”.
“Bir yol
var”- ağac cavab verdi, “ Ancaq bu o
qədər qorxuludur
ki, mən
bunu sənə deməyə cəsarət etmirəm”.
“Onu mənə de” – bülbül dedi, “mən
qorxmuram”.
“Əgər sən
qırmızı qızılgül
istəyirsənsə,onda onu ay işığında
musiqidən
hörməli
və
öz ürəyinin qanı ilə onu rəngləməlisən.
Sən öz sinəni tikana batıraraq mənə oxumalısan. Bütün gecə boyu sən
mənə oxumalısan və tikan sənin
qəlbini
sancmalıdır və sənin
qanın mənim damarlarıma axmalı və
mənim
olmalıdır”-agac bunları ərz etdi.
“Ölüm bir qırmızı qızılgülü
ödəmək üçün böyük
mükafatdır” – bülbül
ağlaya-aglaya dedi və
sonra da əlavə etdi: “ Həyat hər
şeydən
əzizdir. Yaşıl meşədə oturmaq və
Günəşi
qızıl arabasında
seyr etmək , Aya öz
mirvari arabasında baxmaq çox xoşdur. Ancaq sevgi həyatdan
şirindir və bir quşun ürəyi
bir insanın ürəyi
ilə
müqayisədə nədi
ki?!.”
Beləliklə, o öz qəhvəyi qanadlarını uçuş
üçün yaydı
və
havaya qalxdı. Bağın üzərində kölgə
kimi süründü
və
meşənin
içinə
girdi.
Gənc tələbə
hələ də
otun üzərində uzanmışdı və göz yaşları onun gözəl gözlərində hələ də
qurumamışdı.
“Xoşbəxt
ol!-” bülbül ağladı. “Xoşbəxt ol, sənin
qırmızı qızılgülün
olacaq. Mən onu ay işığında
musiqidən
hazırlayacağam və öz ürəyimin qanı
ilə
boyayacağam. Əvəzində mənim səndən istəyim
budur ki, sən
həqiqi
aşiq olasaan, çünki sevgi fəlsəfədən
müdrikdir, baxmayaraq ki, o gücdən ağıllı
və
qüdrətlidir,
baxmayaraq o güclüdür.Onun
qanadları alov rəngindədir, onun bədəni alov kimi rənglidir. Onun dodaqları bal kimi şirindir...”
Tələbə qulaq asdı, ancaq başa düşmədi
ki, bülbül ona nə
deyir, o ancaq kitabdan yazılan şeyləri
bilirdi.
Palıd ağacı başa düşdü və kədərləndi, çünki
onun budaqlarında öz yuvasını quran balaca bülbülün
vurğunu idi.
“Mənə axırıncı nəğməni oxu”- palıd pıçıldadı ,“Mən
sən
gedəndən sonra çox yalqız olacam”.
Bülbül palıd ağacına oxudu və
onun səsi gümüş
dolçadan tökülən su kimi idi.
O öz nəğməsini bitirəndə, tələbə ayağa
qalxdı , öz cibindın
dəftər və
qara qələmi
çıxartdı.
“Onun heç bir hissi yoxdur,
həqiqətən o rəssam kimidir. O, ürəksizin
biridir, özünü
başqalarına qurban
verməz.
O musiqi haqqında fikirləşir
və
hər
kəs
bilir ki, incəsənət əhli eqoist olur. Ancaq bu qəbul edilməlidir
ki, onun səsində bəzi
gözəl
çalarlar var. Təəssüf ki, onlar heç
bir şey kəsb
etmir və ya hər
hansı bir işə
yaramır!”-deyib tələbə öz balaca çarpayısına
uzandı və öz sevgisi haqqında fikirləşə-fikirləşə yuxuya getdi.
Ay göydə
parıldayanda bülbül
qızılgül ağacına
sarı uçdu və
sinəsini
tikana dayadı. Bütün gecə boyu oxudu və soyuq kristal
Ay yerə
endi və qulaq asdı.
Bütün gecəni
oxudu və tikan get-gedə
onun sinəsinin dərinliyinə batdı və onun qanı ona axdı.
O bir oğlan və
bir qızın ürəyində sevginin yaranmasından oxudu. Qızılgülün ağacının təpəsində gözəl
bir qızılgül
çiçək
açdı, ləçəklər sanki mahnı kimi bir-birinin ardınca çiçəkləndi. Əvvəlcə o solğun
idi, sanki çayın üzərində asılan duman kimi, səhərin ayazı kimi.
Ancaq ağac bülbülə qışqırdı ki, tikana daha yaxın
sıxılsın .“Yaxınlaş, daha da yaxınlaş,
balaca bülbül,yoxsa qızılgül
bitmədən gün çıxacaq”-agac dil-qəfəsə qoymurdu.
Bülbül tikana daha yaxın gəldi ,tikan onun
ürəyinə toxundu və
bir qorxunc, kəskin
ağrı onu bürüdü. O ölümlə tamamlanan və qəbirdə ölməyən bir sevgidən
oxuyurdu.
Və gözəl
bir qızılgül
qızardı, sanki Şərq
səmasının
qızılgülü idi. Yaqutdan ürəyə oxşayan
qızartı ləçəklərin qurşağı
idi.
Ancaq bülbülün səsi zəiflədi və
onun balaca qanadları döynməyə başladı , zəif
duman onun gözləri
qarşısında canlandı.
Onun mahnısı get-gedə zəiflədi və
nəfəsinin kəsildiyini
hiss etdi.
Sonra o musiqinin axırıncı
yanğısını verdi. Ağ ay onu eşitdi , o çəmənliyi
unutdu və səmada yuvandı. Qırmızı qızılgül onu eşitdi və
bütün vəcdlə titrədi
və
öz ləçəklərin soyuq səhər havasında açdı.
“Bax, bax!” – ağac qışqırdı,
“Qızılgül indi
bitdi,” ancaq bülbül cavab vermədi,
çünki o uzun otların üstündə ölmüşdü, qəlbində tikanla.
Və künorta vaxtı tələbə öz pəncərəsini açdı
və
çölə
baxdı.
“Həyatın
nə
gözəl
qisməti!” – qışqırdı, “Budur
qırmızı qızılgül.
Mən həyatımda
heç vaxt belə
qızılgül görməmişəm. O, elə
gözəldir
ki, mən əminəm ki, onun uzun bir
latın adı var” və
o aşağı əyildi, onu dartıb qopartdı. Sonra o öz şlyapasını
geyindi və əlində qızılgüllə
professorun evinə tərəf qaçdı. Professorun qızı
qapı ağzında
oturmuşdu və onun balaca iti
ayağı altında
uzanmışdı.
“Sən
dedin ki, əgər mən
sənə qırmızı qızılgül
gətirsəm, sən
mənimlə rəqs
edəcəksən” – tələbə
dedi: “Budur dünyanın ən qırmızı
qızılgülü. Sən bu axşam onu yaxana taxacaqsan
və
biz birlikdə
rəqs
edəndə o mənim
səni
necə
sevməyimdən danışacaq”.
Qız qaş-qabağını
tökdü. “Qorxuram bu mənim
paltarıma getməsin” – qız cavab verdi. “Bundan başqa Camberlinin qardaşı oğlu mənə
həqiqi
daş-qaş göndərib və
hamı bilir ki, daş-qaş güllərdən daha bahadır”.
“Vicdan haqqı sən çox
nankorsan” – tələbə acıqla dedi
və o gülü küçəyə atdı. O küçədə arxın içinə düşdü
və araba onun üstündən keçdi.
“Nankor” – qız dedi. “Mən sənə göstərərəm sənin kobudluğunu və bundan başqa sən kimsən? Sadəcə bir tələbə. Mən inanmıram ki, sənin Camberlinin qardaşı oğlununku kimi ayaqqabında gümüş toqqan olsun” – stoldan qalxdı və evə girdi.
“Sevgi necə də axmaq şeydir” – tələbə dedi. “O məntiqin heç yarısı qədər də faydalı deyil, çünki o nəyisə sübut etmir və o həmişə bir şey deyir ki, o da heç vaxt baş tutmur və inandırır ki, bu həqiqət deyil. Həqiqətən bu ,tamamilə təcrübəsizlikdir və bu yaşda təcrübəli olmaq hər şeydir, mən fəlsəfəyə qayıdacağam və metafizikanı öyrənəcəyəm”.
O öz otağına qayıtdı, toz basmış böyük kitabı götürdü və oxumağa başladı.
Tərcümə
edəni:
Təhminə
Əliyeva,
Qızlar Universitetinin baş müəllimi
Kaspi.-2014.-8-10 fevral.-S.21.