Naxçıvanım, xoş günlərin mübarək!
Şair
və yazıçılarımız
doğma torpağa məhəbbətlərini öz əsərlərində tərənnüm edirlər
Odlar Yurdu Azərbaycanımızın qədim və ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarı haqlı olaraq həmişə «Şərqin qapısı» adlandırılmışdır. Bölgənin qədim Şərqin bir sıra dövlətləri ilə qonşuluğu burada ictimai-siyasi hadisələrin başqa yöndə davam etməsinə şərait yaratmışdır. Mövcud olduğu dövrdən Naxçıvan dünya sivilizasiyasının aparıcı mərkəzlərindən biri olmuş, dünya mədəniyyətinin, həmçinin, qədim Şərqin mədəni ocaqları sırasında durmuşdur. Tarixin səhifələrini vərəqlədikcə görürük ki, mövcud olduğu gündən bu torpaq dünya şöhrətli siyasətçilər, elm, incəsənət, mədəniyyət və ədəbiyyat dühaları yetirmişdir.
Bu qədim
və bərəkətli
torpağın qoynunda möhtəşəm «çinar»
ucalır. Bu «çinar»ın göylərə ucalan
budaqlarında bəşəri dəyərləri
açıb dünyaya bəyan edən, elmi-əxlaqi təsəvvürün şahı sayılan
Nəsrəddin Tusi
kimi elm xadimi, Azərbaycan
xalqının bilicisi Məmməd
Səid nəsri, tanrısı
gözəllik və sevgi
olan Hüseyn Cavid poeziyası, qaranlıqlar içində zillət çəkən xalqını «Molla
Nəsrəddin» adı ilə güldürən və gülə-gülə də düşündürən Mirzə Cəlil satirası yaşayır. Bu «çinar»ın İslam
Səfərli, Məmməd Araz, Adil Babayev, Hüseyn
İbrahimov, Hüseyn
Razi, Əliyar Yusifli kimi
pöhrələri XX əsrin ikinci
yarısından sonra boy
ataraq hər
biri bir əzəmətli
budağa dönmüşdür.
İllər
ötdükcə bu ədəbi-bədii «çinar»ın
yeni pöhrələri boy
atır, sərt
sınaqlardan keçərək bərkiyir, özünə layiq
yerlər tutur. Bu gün öz
yaradıcılıqları ilə
Azərbaycan ədəbiyyatını zənginləşdirən Kəmalə Ağayeva,
Güllü Məmmədova, Vaqif
Məmmədov, Rəhilə Elçin,
Asim Yadigar, Muxtar Qasımzadə,
Xanəli Kərimli, Qafar Qərib,
Elxan Yurdoğlu…
Naxçıvan torpağında yaşayıb yaradır, doğma torpağa məhəbbətlərini
öz əsərlərində
tərənnüm edirlər.
Hər misrası ilə qəlbimizi ovsunlayan sevimli şairimiz Məmməd Araz öz poeziyasında doğulduğu Naxçıvan torpağını məhəbbətlə tərənnüm edir və əziz diyarı ürəyinin bir parçası bilir:
Sinəmdə o yerin dağ havasıdır,
Qaynar bulaqları
qaynar qanımda.
Mənim ürəyimin
bir parçasıdır,
Doğma
Şahbuzum da, Naxçıvanım da…
Naxçıvan elinin hər
qarışı nəğməkar şair İslam Səfərlinin yaradıcılığında da öz bədii təsvirini
tapmışdır. Batabatın
qəlb
ovsunlayan gözəlliyi, Xalxal meşəsinin füsunkarlığı,
«Duzdağ»ın süfrələr bəzəyən
neməti,
«Əlincə»nin əzəməti, Bəhruz Kəngərli kimi sənətkarları, Koroğlu, Babəktək
oğulları, xumar gözlü qızları
İslam Səfərlinin şeirlərində bədiiləşmiş və
bu gün də
dillər
əzbəridir. Bu
şeirlərin
çoxuna mahnılar
bəstələnmişdir, hər dəfə də
oxuduqca qəlbimizə
hərarət gətirir:
Gör nə
çalır könül
simi,
Şeirə verdim mən eşqimi,
Mirzə Jəlil,
Bəhruz
kimi,
Sənətkarlı
Naxçıvanım,
Xoş baharlı Naxçıvanım…
Unudulmaz şair Hüseyn Razinin yaradıcılığında
Naxçıvan torpağının
tərənnümü daha genişdir. Muxtar respublikanın
elə
guşəsi
yoxdur ki, Hüseyn Razinin şeirlərində tərənnüm olunmasın. «Əlincə qalası»,
«Ordubada gəlin», «Duz dağı», «Salvartı»,
«Batabat», «Naxçıvandadır»,
«Gilançay», «İlanlının»,
Arpaçay inşaatçılarına
həsr
etdiyi «Dağlarda dəniz»,
«Sahil düşüncələri» və digər
şeirlərində şair muxtar respublikanın gözəlliklərini poetik bir dillə qələmə almışdır.
«Azərbaycan
gözəli»
şeirində
isə
şair muxtar respublikanın bütün
gözəlliklərini, nadir nemətlərini, tarixi şəxsiyyətlərini tərənnüm etmişdir:
Naxçıvanam, Azərbaycan
gözəliyəm,
Sözün, eşqin, düz
ilqarın əzəliyəm:
Mən bir eləm,
Nurlu şəlaləyə dönən,
İşıqların gurşadında
şölələnən
Araz üstə
Çənlibeləm…
Şeirin
son bəndində də
qurub-yaradan, günü-gündən gözəlləşən bugünkü Naxçıvanımız
tərənnüm edilir:
İndi
bahar səmasıtək,
İşıqlıdır ömrüm-günüm.
Dan yerinin şöləsidir təbəssümüm.
Saçım ağdır, neçə əsrin övladıyam,
Fəqət, yeni zəmanənin Fərhadıyam.
Öz eşqimlə,
hünərimlə
Yanar dağam.
Araz üstə
məşəl kimi
Daha parlaq olacağam.
Gözəl lirik şeirlər müəllifi Əliyar Yusiflinin «Asta sür qatarı»
şeirində bu yerlərin
insanları kimi, dağları və daşlarının da mərdliyi,
iradəliliyi
tərənnüm olunur:
Asta sür qatarı,
qardaş, bu yerdən,
Döyüş meydanına çatmaq
gərəkdir, -- deyən
şair bu müqəddəs və
məğrur
yerlərlə oxucusunu tanış
edir. Şairin «Muxtar respublika» şeirində
doğma diyara məhəbbət daha poetik, daha doğmadır:
Bu yerlər
qıy vuran qartal yeridir,
Dostlar qonaq qalsın qoy dəstə-dəstə.
Bu qədim
Naxçıvan gül
buketidir,
Məğrur bir Vətənin qolları üstə.
Naxçıvan torpağının Məhsətisi şairə Kəmalə Ağayeva doğma diyarın gözəlliklərini vəsf
etməklə yanaşı, ədəbiyyat və incəsənət adamlarının,
əmək qəhrəmanlarının
da obrazlarını öz şeirlərində lirik dillə
tərənnüm etmişdir. Onun «Üzümçü qızlar» şeirinin, Arpaçay haqqında yazdığı «Dağ riyalə»
balladasının hər bəndindən zəhmət ətri,
çörək
ətri
duyulur. «Doğma
diyarım» şeirində isə
Naxçıvana olan məhəbbət ümumiləşmişdir:
Əcəmi naxışlı, Cəlil baxışlı,
A Bəhruz
fırçalı, diyarım
mənim.
Səadət günəşli,
şəfəq yağışlı,
Bahara qovuşan
baharım mənim.
Mənim Şərur
düzlüm, bəxtiyar üzlüm,
Duzdağın duzuyla çörəyi duzlum.
Əlvan üzümütək,
a şirin sözlüm,
A dövlətim
mənim,
a varım mənim!
Respublika Prezidenti cənab İlham
Əliyevin Sərəncamı ilə «Şöhrət»
ordeninə
layiq görülmüş
Elman Həbibin
yaradıcılığında Naxçıvan mövzusu
bir neçə bəndlik
şeirdən
başlamış və «Naxçıvannamə»
adlı bütöv bir kitaba dönmüşdür. «Bu mən
görən
şəhər deyil» poemasında Elman Həbib
günü-gündən
gözəlləşən Naxçıvan şəhərinin füsunkar
gözəlliyini
tərənnüm edir. Ümumiyyətlə, Elman Həbib yaradıcılığında muxtar respublikamızın dünəni,
bu günü, sabahı şair istedadına xas olan səviyyədə tərənnüm olunmuş,
gözəl
tərtibatlı
kitablar halında oxuculara çatdırılmışdır:
Azərbaycan gül dəstəsi, bu dəstəyə daş çiçəkdir,
Azərbaycan dövlətdir
dövləti
Naxçıvanımın…
Şair-publisist Vaqif Məmmədov da qədim
diyara olan məhəbbətini özünəməxsus tərzdə ifadə
edir. Muxtar respublikamızın
alınmaz qalası hesab edilən
Sədərək haqqında
bir çox şeirlər
yazan Vaqif Məmmədovun «Xoş günlərin mübarək!» şeiri daha
çox poetikdir:
Nəğmələrin Cavidimin sözümü?
Çeşmələrin Heyranımın sözümü?
Qalaların Əcəminin özümü?
Daş kitabmı, dindirəsən, ya gərək,
Naxçıvanım, xoş günlərin
mübarək!
Araz üstə
qərar
tutan, yaşı əsrlərlə ölçülən
doğma Naxçıvanımızın
müstəqillik
yaşı çox olmasa da, yüksək tərəqqi ilə
inkişaf etməsi, tarixin yaddaşında əbədi həkk
olunan yeni abidələrin tikilməsi
qələm sahiblərinin
qəlblərini riqqətə gətirir
və
bir-birindən
gözəl
əsərlər yaranır.
Ulu Öndər
Heydər
Əliyevin, «Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə
yaşadan bir diyardır», müdrik fikrini yaradıcılığına
epiqraf seçən şair-publisist Muxtar Qasımzadə
«Gəmiqaya»,
«Oğlan qala, Qız qala», «Əlincə», «Fərhad
evi», «Gülüstan»,
«Qarabağlar türbəsi» kimi şeirlərində
qızıldan qiymətli örnəklərimizə tariximizin canlı şahidləri
kimi poeziya qiyafəsində bir daha ömür
qazandırmışdır. Şair «Naxçıvandan
gəlirəm» kitabında yazır:
Canım,
gözüm torpağım,
Laylam, nəğməm, beşiyim,
Yurdum, yuvam, ocağım,
Salam, evim-eşiyim.
Haçadağ kürsüm olsun,
İlqarından söz deyim.
Atam Naxçıvanım,
Anam Naxçıvanım.
Asim Yadigarın «Dünyanın
bəzəyi» şeirində
də
doğma diyar bütün gözəllikləri ilə
tərənnüm olunur və
oxuculara çatdırılır:
Tarixin özü qədər
qədim,
Qoynunda Nuh peyğəmbərin
ayaq izləri.
Gəmiqaya ulu babaların
tarixə naxışı,
«Biz də
varıq!» sözləri.
Əlincə yağı başına
vurulan qapazındır,
İlanlı dağ ucalığın,
arzun-murazındır.
Oğulların kimi sərtdir
təbiətin, havan,
Naxçıvan!
Son illər
qoynunda böyük quruculuq işləri görülən
Naxçıvan şəhərinin, muxtar
respublikanın digər guşələrinin siması cənnətə bənzəyir. Sevindirici haldır
ki, muxtar respublikamızda yaşayan
şairlərimiz
də
bu gözəllikləri
təkcə kiçik şeirlərlə yox, həm
də
poemalarla tərənnüm edirlər. Elman Həbibin
«Bu mən
görən
şəhər deyil», bu sətirlərin müəllifinin
«Bu nəğməm sənədir, doğma Naxçıvan»,
Elxan Yurdoğlunun «Bu gözəllik
bizim üçün
deyilmi», Budaq Təhməzin «Gəmiqaya»
poemalarında, Xanəli Kərimlinin,
Nadir Əlincəlinin, Əbülfəz Ülvinin, Səhlab Məmmədovun, Zeyqəm Vüqarın və başqalarının, həmçinin, «Şərur»
Ədəbi Birliyi üzvlərinin şeirlərində də
Şərqin
qapısı sayılan
Naxçıvanın gündən-günə gözəlləşməsi, müasirləşməsi tərənnüm olunur.
Respublika
Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 90 illiyini
qeyd etməyə
hazırlaşdığımız bir vaxtda, eyni
zamanda, muxtar respublikamızda elan olunmuş «Muxtariyyət ili»ndə
yeraltı və yerüstü sərvətləri
ilə,
qurub-yaradan insanları
ilə,
dünyaya bəxş etdiyi dahiləriylə
fəxr
edən
Naxçıvanımızın adına-sanına layiq əsərlər yazmaq hər
birimizin müqəddəs vəzifəsidir. Bu vəzifəni yerinə
yetirmək
üçün isə ürəyimiz
dolu, qələmimiz
itidir.
İbrahim YUSİFOĞLU,
şair-publisist
Kaspi.-2014.-13 fevral.-S.14.