Ömrün gəraylı çağları - (Balayar Sadiqin yeni şeirlər kitabı
haqqında)
Vaqif Yusifli
Müasir ədəbiyyat
Son illərin şeir aləmində bir şairin adı tez-tez hallanmaqdadır. Şeir yazmağa orta məktəb illərindən başlayan, amma bir şair kimi keçən əsrin doxsanıncı illərindən tanınan, XXI əsrin bu on dörd ilində isə ədəbi ictimaiyyətin diqqətini cəlb edən Balayar Sadiq artıq öz yaradıcılığının kamillik mərhələsinə qədəm qoyur. Gələn il martın 1-də onun əlli yaşı tamam olacaq. Ancaq o günə bir il, iki həftə qalır və biz 49 yaşlı şair Balayar Sadiqin «Ömrün gəraylı çağları» yeni şeirlər kitabı barədə söz açmaq istəyirik.
Ömrün gəraylı çağları…
Gəraylı bir şeir forması kimi zərif və incədir, böyük bacısımı deyim, qardaşımı deyim-qoşmadan şəkil etibarilə fərqlənmir (qafiyə sistemi, bəndlərin quruluşu, sonda təxəllüsün işlənməsi, mövzu baxımından), amma ən kövrək, ən incə mətləbləri məncə, gəraylıda söyləmək olur. Deyirlər ki, qoşmanı şair bütün ömrü boyu yazır, təcnisi ən yetkin, əqilli çağlarında, gəraylını isə daha çox gəncliyində, bir də gəncliyi ilə vidalaşanda qələmə alır. Balayar Sadiq «Ömrün gəraylı çağları» kitabına daxil etdiyi gəraylıları da otuz-qırx yaşları arasında yazıb. Təbii ki, o, bundan sonra da gəraylı yaza bilər. Bəlkə də daha yaxşılarını, amma ömrünün gəraylı çağlarındakı bu nümunələr daha sanballıdır.
Məmməd İlqarın, Akif Səmədin, eləcə də Balayar Sadiqin yazdığı gəraylılarda iki məqam diqqəti cəlb edir. Birincisində, klassik gəraylılarlı ruhca yaxınlıq duyulur, sanki bizim əsrlərin şairləri Tufarqanlının, Ələsgərin gəraylılarının ardını yazırlar. Təzə ifadələr nəzərə çarpsa da, fikir və ideya dəyişməz qalır. Bir baxın:
Dərd ağacı çiçəkləyib,
Elə bilmə yazdı, canım.
Göz yaşında üzənlərə,
Ümmanlar dayazdı, canım.
Bayquş qonub gülüm üstə,
Qəm alışır külüm üstə.
Neçə ölüm, ölüm üstə,
Yaman basabasdı, canım.
Ah çəkmə, ahsız dünyada,
Gəl, bir yer sər, gözüm yata,
Sən Allah, kəs,
ağlama ta,
Ömrümü su basdı, canım.
Balayarın Sadiqin bu gəraylısı
ilə
Abbas Tufarqanlıdan misal gətirdiyimiz
həmin
gəraylı
arasında ruhca bir yaxınlıq duyursan, fikirləşirsən
ki, əgər XXI əsr şairi Balayar Sadiq XVII-XVIII əsrlərdə yaşasaydı, taleyinə şairlik yazılsaydı,
bir şair kimi elə
Tufarqanlı stilində gəraylılar
yazardı. Amma Balayar Sadiq
XXI əsrdə yaşayır və lazım deyil onu ötən əsrlərə göndərmək.O, şair
babası Tufarqınlı
ənənəsinə
sadiq qalıb.
İndi isə
Balayarın başqa bir gəraylısına
müraciət
edək.
Fələk açdı qapımızı,
Qaragünlü qış üzünə.
Ömrümüzün-günümüzün,
Düşübdü qırış üzünə.
Ömür axdı, qaldı
köpük,
Qırpılırıq kirpik-kirpik.
Biləmmərik nəyik,
kimik,
Həsrətik yaddaş
üzünə.
Gözlərimiz kədər gölü,
Sahilində bəxt
mürgülü.
İllər əriyib tökülür,
Səbrimizin daş üzünə.
Balayar Sadiqin bu gəraylısında
isə
ovqat, ruh yenidir. Birinci misrada «fələk» sözü
olsa da, məzmun
etibarilə
bu dövrün, bu çağların əhval-ruhiyyəsini ifadə
edir. Xüsusilə, «həsrətik yaddaş üzünə», «ömrümüzün-günümüzün
üzünə
qırış düşməsi», «illər
əriyib
tökülür, səbrimizin daş üzünə» ifadələri XX əsr
şeirinin leksikonuna daxildir və
həmçinin
bunları söyləyən də XX-XXI əsrlərin şairidir.
Hər bir şeir, formasından asılı olmayaraq ilk misrasından sonuncu misraya qədər müəyyən bir fikri ifadə etməlidir. Misralar,
bəndlər arasında qurulan körpülər
elə
möhkəm
olmalıdır ki, başlanğıc fikir pillə-pillə öz ifadəsini tapa bilsin.Balayarın «Tənhalıq duaları» silsiləsinin hər
bir şeiri bu baxımdan diqqətə layiqdir.Onun bu silsilədən olan şeirlərində
lirik «mən»in tənhalığı
müxtəlif
obrazlar vasitəsilə inkikas olunur. Məsələn, SƏS obrazı tənhalıq
şeirlərinin
əsas
obrazı kimi diqqəti
cəlb
edir. «Hadinin səsi»
şeiri Balayar Sadiqin ən urvatlı şeirlərindəndir:
Sükut
beşiyində
üşüyər
qəbrim,
Üstünə nə
oğul, nə qız gələcək.
Qərib küləklərin dodaqlarında,
Qəmli misralarım
yalqız gələcək.
Öz nəfəsim qonar öz başdaşıma,
Bir yarpaq diksinər
kimsəsizliyim.
Qərib sözlərimin
pıçıltısından,
Qırılar güzgüsü daş səssəizliyin.
Bir vaxt misralanan göz yaşlarımdan,
İndi qəbrimin
də
divarı nəmdi.
Dünyanın yeganə
şairiyəm
mən,
Vətənim-kədərdi, millətim-qəmdi.
Torpağın altında sümük
əllərim,
Haqqın qapısına uzalı qalıb.
Dar ağacı olub çörək
qoxusu,
Gözüm kəndirindən asılı qalıb.
Bu şeirdə
Hadinin səsi bir obraz kimi şeirin
bütün ruhuna hopub. Biz o səsi görür,
eşidirik və Səsin
faciəsi
Hadinin faciəsi kimi gözlərimiz qarşısında
canlanır.
Balayar Sadiqin şeirlərində təşbihlər, metaforalar silsiləsi göz oxşayır. Bu onun bədii
təxəyyülünün
çevikliyindən,
mütəhərrikliyindən xəbər verir. Özü də
bu təşbeh
və
metaforaların əksəriyyəti
təzədir. Gəlin
diqqət
edək:
«Qəbrimin
bir ömür uzaqlığında Ümid
qana batmış bayraq kimidir. Əcəl şahə qalxıb kişnəyən yerdə, cəsarət bir paslı yaraq kimidir». Bu dörd misrada iki təşbih
var və hər ikisi fikrin ifadəsi üçün yararlıdır.
Qana batmış bayraqla pas atmış yaraq arasında da məntiqi
əlaqə diqqəti
cəlb
edib. Balayarın şeirlərində soyuq yataq nakam
qəbirə, yuxular ac sərçəyə bənzədilir. Belə təşbihlər bol-boldur. Amma Balayarın şeirlərinin əksəriyyətində metaforalarla rastlaşırıq.
Onun bu kitaba daxil
edilmiş «Ümid səngəri» sonetlər
çələngi təkcə forma və
məzmunun
vəhdəti ilə
yox (sonet yazmaq çətindir, çünki
burada sonetin texniki qaydalarına mütləq
əməl etməlisən, «sonetlər
çələngi» yaratmaq daha çətin), həm
də
metaforik düşüncə tərzinin
ifadəsi
kimi diqqəti cəlb edən
təşbih
və
metaforalarla zəngindir. Bu
çələngin üçüncü sonetinə diqqət
yetirək
(qeyd edək ki, «Ümid səngəri»
adlanan bu çələngdə vətənpərvərlik,
qələbəyə
inam hissləri təbliğ edilir):
Köynək-köynək yanır ərən yaddaşı,
Təsəlli sözünün
bükülüb beli.
Çadırda doğulan hər bir körpənin
Bükün bələyinə «Baş Sarıtel»i.
Pərdə-pərdə əmsin saz havasını,
Qoy qılınc
qurşasın yuxularında.
İndidən əjdaha başı kəsməyə
Keçsin köynəyindən nağılların da.
Qələbə gününə
gün düşsün
deyə,
Hünər dünyasıyla görüşsün
deyə,
Yatıb yalmanına çapsın
illəri.
Üşüyür o yurdda qaralan ocaq,
Həsrət köynəklidir
o dərə, o dağ
Gözü yaşla dolub xatirələrin.
Bax, beləcə onun şeirlərində (poemalarında da!) metaforalar bir bədii
təsvir
vasitəsi
kimi poetik sanbalı artırır.
Onun bir neçə poeması
da var ki,
bunlar da doxsanıncı illər insanının mənəvi durumunu,
yaşantılarını izləmək baxımından
maraqlı təsir bağışlayır.»Qan» poemasında Səs,
Söz, Ruh obrazları QAN obrazında
təcəssüm tapır. QAN insan yaddaşının qədimlərdən gələn Səsi, Sözü, Ruhu kimi mənalanır.
«Yol» poemasında
da yenə Səs, Söz obrazları ilə
qarşılaşırıq. Bu dəfə Yol insan ömrünün
dünəni,
bu günü, sabahı kimi mənalanır.
Fikrimizcə, «Başdaşı», «Edam günü», «Bir ovuc yaddaş torpağı» mikro poemaları da ruhən
əvvəlki poemaların davamı kimi düşünülmüşdür.
«Zindan görüşləri» poemasına gəldikdə
isə
burada Balayar Sadiqin Azadlıq haqqında düşüncələri öz əksini
tapır (B.Sadiq sonrakı yaradıcılığında
da bu motivi
tez-tez canlandırır).
Balayar Azadlıq və Zindan obrazlarını bir-birinə əks,
təzadlı
anlayışlar kimi qarşılaşdırmır, əksinə, onun poemasında Azadlıq və Zindan obrazları bir-birinin yaşarılığına şərt olan anlayışlar kimi diqqəti
cəlb
edir.
Min ildi ruhumda yol
gəlir
bu səs,
Kişnəyir içimdə
dəli
bir həvəs.
Azadlıq eşqinə
möhürdü məhbəs.
Ay bəxti
özündən
qoca şairimi.
Zaman qara saçdı, ömür-gün darı,
Çinyində Babəkin
bitib qolları.
Məhbəslərdən keçir haqqın yolları,
Ay sözü ömründən uca şairim.
Bu alın yazısı yuyuldu qanla,
Çək tarix dərsinə, tarixi danla.
Yaxası
qanamış misralarınla
Haqqın
qapısını açan
şairimi
Şairim,
haqqın yolunda,
Tökülən qanlar sağ olsun!
Azadlığa qucaq açan,
Qara zindanlar sağ olsun!
«Ömrün gəraylı çağları» Balayar
Sadiqin doxsanıncı
illərdə yazdığı şeirlərini, kiçik poemalarını,
bir sonetlər çələngini əhatə etsə də,
bu gün üçün heç də
əhəmiyyətsiz görünmür. Bu poeziya
nümunələri onu sübut edir ki, Balayar
Sadiqin ikimininci illərdəki şeir yaradıcılığının
bünövrəsi
varmış. Həm də
bu şeirlər, poemalar sanki bu gün yazılıbmış
kimi də təsir bağışlayır. İkimininci illərdə isə Balayar Sadiq ənənəvi
şeir yolunda axtarışlarını davam
etdirəcək, eyni zamanda modern ruhlu şeirlər də yazacaq. Yox, bu, keçid
olmayacaq, bir poetik təfəkkürün müxtəlif
çalarları kimi diqqəti
cəlb
edəcək.
Balayarın yeni şeirlərini,
poemalarını gözləyək…
Kaspi.-2014.-15-17 fevral.-S.21.