Əsl ədəbiyyat ideyalı olmalıdır
Əkbər Qoşalı: “Bircə təsəlli var: görün, kitab, ədəbiyyat, olmasaydı nələr baş verərmiş?! Hələ ədəbiyyat
var, vəziyyət
belədir”
Əkbər Qoşalı
1973-cü il aprelin 3-də Tovuz
rayonunun Qoşa kəndində anadan
olub. İlk kitabı
"Ömür qoyub
gedənlər" (1998) Tovuz rayonunun Böyük Qışlaq bölgəsinin şəhid
övladlarından bəhs
edir. Şair, publisist Əkbər
Qoşalının müsahibəsini
təqdim edirik.
– Əkbər
müəllim, şeirlərinizdə
həm
modernist meylləri həm
də
türk xalq ədəbiyyatı
nümunələrin ə
yaxınlıq duyulur, bu
iki paralel xətti
necə
qoruyursunuz?
– Açığını deyək, mən öz şeirlərimi təsnifatlaşdırmamışam, o üzdən dediyin paralellik mövcuddur ya yox, bunu dəqiq deyə bilmərəm. Digər tərəfdən, şeir yazanda “paralellik” yaxud başqa bir “xətt qoruma” mexanizmi haqqında düşünmürsən – şeirdi, yazırsan və onun “necəliyi”, “nəliyi” ilə bağlı oxucunun qənaəti hasil olur. Bununla belə, illa da dediyin fikrin əksini sübut etmək havası içində də deyiləm – əgər dediyin kimisə, bu bəd hal sayılmaz, əlbəttə. Əslində, türk şeirinin ruhunu tuta bilən, türklüyü ruhunda hiss edən, özəlliklə, türk ruhlu yazar üçün, sənin sözünlə desək, modernist olmaq, təbii bir sürəcdir. Dünyanın o üzü ilə bu üzünü görüşdürən, tarixə ipək yolu sərən – professor Rahid Uluselin sözü ilə desək, “mədəniyyətlərin ipək yolu”nu çəkən, bundan daha öncələr isə dağ əridib, bəşəriyyətə dəmiri qazandıran, yüzillər sonrasında ozanlar ozanı Aşıq Alının dili ilə, “ipək tora həlqə salma dəmirdən...” deyən, günümüzdə tarixi ipək yolunu dəmir yollarına keçirən... bir ulusun yazarı özünü bilirsə, yenilikçi olacaq, yeniliklər yaradacaq, yeni söz deyəcək, təbii... Desən ki, mövzumuz nə ipəkdir, nə də dəmir – bir baxıma doğru demiş olarsan, ancaq ünlü ifadə ilə desək, “dünyaya harmoniya yaratmağa gələn” türkün ipək kimi yumşaq, dəmir kimi, polad kimi möhkəm yaxlaşımı da, özündə dünyanın, insanlığın yaşantılarını, hiss-həyəcanını, keçmişini, bu gün və gələcəyini yansıdır, yansıtmalıdır. Bu anlamda, bütün “göydən enən kitablar”a tapındığı – bütün dinləri qəbul edən ulusun çağdaş yazarı da, bütün şeir, yaradıclıq formalarını təbii bir sürəclə əxz edə bilər...
– Türkçü
və
millətçi
nümunələr
yaratmağınızda çalışdığınız
Atatürk Mərkəzinin
yaxşı və pis
mənada
hansı rolu var?
– Mən Ədəbiyyat dünyasından Atatürk Mərkəzinə gəlmişəm, Atatürk Mərkəzindən Ədəbiyyata yox! – Ona görə də, dediyin anlamda təsir “söz konusu” ola bilməz.
Ümumən Atatürk adı ilə yanaşı pis nə ola bilər ki?! – Nə olsa, yaxşı olar, yaxşılığa olar! Mərkəzə yalnız Azərbaycanın deyil, bütün Türk Dünyasının tanınmış alimlərindən Nizami müəllimin başçılıq etməsi də, özünəməxsus bir gözəllik qatır işin içinə. Ona görə də, bu Mərkəz qurulandan burada çalışan hər kəsdə Nizami müəllimin üslubundan, yaradıcılıq ritm və ahəngindən, öyrəndiyimiz, yazdığımız mövzuların, Atatürk irsinin enejisindən, xarak¬te¬rindən bir şeylər, öz təbii axarı ilə yazı-pozuya çökə bilər, əlbəttə. Əgər hansımızdasa, bu varsa, alqışa layiqdir, deyə düşünürəm.
– Ortaq
türkcə barədə fikirlər
səsləndirən
yazarlardan biri də
sizsiz. Deyək ki,
ortaq türkcə yaransa bütün Azərbaycan,
Türkiyə və s.
ədəbi
nümunələri bir
neçə il sonra o diləmi
çevriləcək, bu
hal sizə absurd
görünmürmü?
– Ortaq türkcə türk birliyinin vacib məsələlərindən biridir lakin tələsikliyi sevməyən bir vaciblik içərməkdədir bu məsələ... Ortaq türkcə, nə vaxtsa, gerçəklik olacaq, inşallah. – “ortaq keçmişdən ortaq gələcəyə” gedən yolda bir qala bürcü də “ortaq dil” olacaq. Bilirsən, bilgisayar texnologiyaları, ümumən İKT o qədər hızla inkişaf edir ki, bəlkə də, ortaq türkcə bir fakta çevriləndə, mətn çevirməsi, kitab nəşri kimi mövzular heç problem mahiyyətli olmayacaqlar. Yəqin ö dövrün də öz sualları, öz çağırışları olacaq, yaşayarıq, görərik. Təki ortaq əlifba, ortaq türkcə, ümumən türk birliyi yaransın, “gerisi təfərrütadır”.
– “Türk Dünyasında Ədəbiyyat...” kitabında haqqında danışdığınız yazarların adını seçilmiş şiriftlə vermisiz. Bu mətnə maraqlı bir ironik yük də verir, bizim yazarlar müsahibə və məruzə yazıları oxuyanda öz adlarını axtarırlar. elə bil, siz onların işini asanlaşdırmısınız...
– Əgər
kiminçünsə
bir asanlaşma olubsa, zərəri yoxdur,
qoy olsun, ancaq o seçilmiş
şrift kiminsə
öz adını asan
tapması üçün deyil, bəlkə
araşdırmaçıların diqqəti
üçün yararlı ola bilər.
Yox, əgər illa
da bir “asanlaşma”
var deyə
israr edirsən,
qoy olsun – ölkəmiz asanlaşır, qoy kitablarımız da
asanlaşsın.
– Adətən,
40-50 yaşlı şairlərin bir
çoxunun şeirlərini oxuyursan, 20 il öncəki
ilə
o qədər də
çox fərqlənmir.
Şeirimizdə dəyişim
dönəmi sizcə niyə
zəif
olar?
– Bu, bir subyektiv fikir kimi maraqlı görünə bilər, lakin özün də təqdiredərsən ki, dediyin “dəyişim-dönüşüm zəifliyi” heç də bütün yazarlarımıza şamil ediləcək hal sayılmaz. Konkret olaraq kimlərdəsə belə hal müşahidə edilirsə, bu kiminə görə mövzuya, kiminə görə formaya, kiminə görə də, öz sənət kredosuna sadiqlik kimi alqılana bilər. Mənə elə gəlir, dəyişim olması daha məntiqlidir. – Zira, “...hər şey axar: su, tarix, yıldız, insan və fikir”.
– Ədəbiyyatdan
təbliğat
vasitəsi
kimi istifadə etməyə,
ədəbiyyatı
ideologiyaya çevirməyə
necə
baxırsınız?
– Ədəbiyyatın
“vintcik” kimi göründüyü anlar
tarixə gömüldü – heç
o zaman da
“vintcik” olmadı Əsl Ədəbiyyat!
Ədəbiyyatı
vasitə kimi istifadə
etməyi doğru hesab etmirəm, təbii. Onu
qəbul edirəm ki,
əsl ədəbiyyat ideyalı olmalıdır!
İdeyasız, başqa sözlə, ideyadan
yoxsun ədəbiyyat nəyə yarar? – sabun köpüyü kimi yaxud keçici
parıltılı bir şey
olacaq. Elə
bugünümüzdə,
nə qədər desən,
belə “örnək”lər var.
– Şeirlərinizdə
ictimai hadisələrə
reaksiya zəifdir, ya da yazılarınızda
nələrəsə
qarşı deyilsiniz. Sizcə,
dünyada hər şey qaydasındadırmı, yoxsa “boğazınızda” qalan
hansısa fikirlər var?
– Bu rəyə, qənaətə necə gəlmisən bunu., yumşaq desək, “məraq edirəm”. – Bəyəm, hansı dünyada nə vaxt hər şey qaydasında olub? – Səncə, neçə-neçə professor-müəllim qabağında oturmuş, neçə ölkədə olmuş, neçə kitabı çıxmış bir insan ictimai motivləri bilməzmi? – Həncəri deyərlər, hər şair işlədiyi mövzudan asılı olmayaraq eyni zamanda öz zəmanəsinin ifadəçisidir – bundan qaçmaq nə mümkündür, nə də lazımdır...
“Boğazda qalmaq”
məsələsinə
gəldikdə isə, bu
da sabah-birisigün
kimdəsə müşahidə olunarsa,
“insanlıq halı” deyərəm. – Bəyəm, hər
şeyi deməkmi
lazımdır?. Digər
yandan, sualın “fikirlər var”la qurtarır və
bu da belə bir
cavab doğurur ki, “fikir varsa,
təzahür edəcək. Boğazadək gələn fikir,
illa da bir
şəkildə təcəlla
tapmalıdır., yoxsa, heç
yaranmazdı, heç fikir
olmazdı ki!
Nəhayət, əgər Tanrı Peyğəmbərlərə hər şeyi deməyibsə – hətta öz sonuncu elçisinə belə hər şeyi deməyibsə, peyğəmbərlər də xalqa, bəşəriyyətə hər şeyi deməyiblərsə, onların demədikləri, hökm vermədikləri ilə bağlı üləmalar, övliyalar, müctəhidlərə üz tutulursa və bu ardıcıllığı daha da uzatmaq mümkünsə, şairdən, yazıçıdan hər şeyi demək tələbi nə qədər ədalətlidir, əfəndim? Yəni, elə ha deyil, Tanrı öz elçilərinə demədiklərini bilmir – sadəcə açıqlamaq ehtiyacı duymayıb, elə ha deyil; peyğəmbərlər dedikləri qədərdir, demədikləri də vardır, əlbəttə; demədiklərindən, elmli-helimli kişilər də yazmadıqları, demədikləri ilə bir bütövdürlər; demək, şairi, yazıçını da demədikləri ilə birgə bütöv görmək, anlamaq insanca bir yaxlaşım olardı. Əgər sən öz sevdiyin yazıçıya, şairə güvənirsənsə, o güvəncin içinə güvə düşməyə qoyma.
Hə, mənim əzizim, gör Şaiq Vəli nə deyir:
“Oldu, deyilənlər
oldu,
Olacaqlar
olacaqlar!
Soldu, açıldı gül...
soldu,
Solacaqlar
solacaqlar!
Almazlar almaz kamını,
Fələklər söndürər
şamını...
Haqdan gələn eşq camını
Alacaqlar
alacaqlar!
Daş olacaqlar daş olacaqlar!
Quş olacaqlar quş olacaqlar!
Boşalacaqlar boşalacaqlar!
Dolacaqlar
dolacaqlar!
Bitəcəklər bitəcəklər!
İtəcəklər itəcəklər!
Gedəcəklər gedəcəklər!
Qalacaqlar
qalacaqlar!
Ağla..!
Gülməzlər gülməzlər,
Öl..!
Ölməzlər ölməzlər...
Məni bilməzlər bilməzlər,
Biləcəklər biləcəklər!
“Olacaqlar olacaqlar”.
... Bax belə,
əzizim Fərid,
biləcəklər biləcəklər!
Tanrı Şaiqin yerini ucmaq – cənnət eləsin,
inşallah!
– Rey Bredberinin “Farengeyt 451” romanında kitabsız cəmiyyət
təsvir
edilir. Belə bir cəmiyyət olsa, sizcə,
nə
baş verər və
bir də ədəbiyyatın hansı məqamlarda nəyisə dəyişməkdə gücsüzlüyünü
hiss etmisiniz?
– Bəşəriyyət kitabdan imtina edəcək bir səviyyəyə, duruma gəlib
çıxmayıb hər halda. “Kitabsızlığ”ı
iki anlamda başa düşmək olar: inkişafın elə
mərhələsi gələr ki, kitab güncəlliyini itirər – idrak artıq qana-iliyə
işləmiş
olar; ikinci hal isə
texniki hal kimi çıxış edir. – Yəni
kitabın yerinə yeni nəsil
bilgisayar, iri tutumlu yeni nəsil cib telefonu gəlməsindən
bəhs
edilmiş ola
bilər.
Bunlar zamanın gedişatının, ilahi
təqdirin
işidir, bayaq dediyimiz misali – olacaqlar olacaqlar! Ancaq o zamanda yaşasaydım, illa da kitabım
olsun istərdim.
Verdiyin sualın birbaşalığını
– bugünümüzə,
“öz günümüz”ə indeksləndiyini
anlayıram, təbii – sənə deyim, artıq “kitabsızlaşdırma”, “kitabsızlıq”
keçici dönəmi qapanmış kimi gəlir
mənə. “Geri dönüm”ün xarakterinə uyğun olaraq, bir müddət “guya kitab”, “əsl kitaba keçid dönəmi” kimi zaman kəsimlərindən keçməyimiz
qaçılmazdır və Tanrı yar olsa, sabahımız kitablı olacaq! Deyir, qarğadığına
qarğa, qabağına
kitabsız çıxsın!
Uzun sözün
qısası deyək və
keçək
sualın son bölümünə. – Əfəndim,
bəyəm, Ədəbiyyat,
Kitab gücsüzlüyü
günümüzdə
də
öz şiddətini göstərmirmi?
– İnkişafın XX yüzil aşamasında iki dünya müharibəsi
olmadımı? Xocalı soyqırımı,
başqa soyqırımlar
olmadımı? – Demək ki, kitabın, ədəbiyyatın anlatdıqları nəsildən-nəslə XXI yüzilədək keçdisə də,
tam oturuşa bilmədi. Burada bircə təsəlli var: görün, kitab, ədəbiyyat, olmasaydı nələr
baş verərmiş?!Hələ ədəbiyyat var, vəziyyət belədir.
– Ədəbiyyata nələri qurban vermək olar və
nələri artıq qurban vermisiniz?
– Ədəbiyyatı, yaradıcılığı yazarın ümumhəyatından ayırıb, əlahiddiləşdirəndə, dediyin sual ortaya çıxır. Ədəbiyyatı tale kimi
yaşayırsansa, Tanrı
təqdirinə inanırsansa, digər müəyyən suallar kimi “qurban”,
“qurbanlıq” məsələlər də
sözdışı qalır.
Fərid
Hüseyn
Kaspi.-2014.-15-17 fevral.-S.15.