Cabbarlısevərlərin sevimli tədqiqatçısı

Asif Rüstəmli və yaxud elm fədaisi...

Asif Rüstəmli – 60

Mən onu lap çoxdan tanıyıram, elmə gəldiyi ilk addımlarından onun istedadına, gələcəkli bir elm adamı olacağına inananların əvvəllincilərindən olmuşam, ümidlər bəsləmişəm və çox şükürlər ki, o, qələm dostlarının, onu istəyənlərin, dəyərli müəllimlərinin bütün ümidlərini, inamlarını doğruldaraq müasir dövrün tanınmış, məhsuldar elm adamı olmuşdur.

Həmişə düşünmüşəm ki, istedadı, bacarığı, qələmi, sənəti ilə bəşəriyyətin, mənsub olduğu xalqın bütün istiqamətlərdə həqiqətlərinin, dəyərlərinin üzə çıxmasında, aşkarlanmasında xidməti olanların haqqını qorumaq, onu dəyərincə qiymətləídirmək vicdanlı ziyalının ən ümdə borclarından biridir. 60 yaşını haqlayan, müdriklik çağına qədəm qoyan Asif Rüstəmli bütün şüurlu həyatı və səmərəli yaradıcılığı boyu ədəbiyyatının, mədəniyyətinin həqiqətlərini, dəyərlərini üzə çıxaran ziyalı zümrəsindəndir. Bu məqamda haqlı bir sual doğur: - Sən kimsən, Asif Rüstəmli? Həyat yolunun faktları bu kimliyin, bu sualın ən dürüst cavabıdır! Fakt əlahəzrətdir və onu təkzib etmək qeyri-mümkündür! Aşqin hüsni-təvəccöhü onun aləmindən görsənir!

Onun tədqiqat siferası, ictimai fəaliyyəti əhatəlidir, coğrafi tutumu da genişdir. Amma, ədəbi-elmi ictimaiyyətdə o, öncə cabbarlışünas kimi tanınır və sevilir. Azərbaycan ədəbiyyatının XX əsr görkəmli nümayəndələrindən olan Cəfər Cabbarlının tanınmış tədqiqatçı-alim Asif Rüstəmlinin gərgin elmi axtarışlarının nəticəsində bu istiqamətdə tamamilə yeni bir mərhələ başlamışdır və bu yeni mərhələnin banisi də, yeganə hakimi mütləq yiyəsi də, şübhəsiz, filologiya elmlər doktoru, professor Asif Rüstəmlidir.

Ümumiyyətlə, qeyd etməli cəhətlərdən biri budur ki, Asif Rüstəmlinin elmi axtarışlarının hər bir nəticəsi Azərbaycan ədəbiyyatşünaslığına dəyərli töhfədir... Elə ona görə də, onunla bağlı tədbirlərdə onu sevənlərin arasında həmişə alimləri, araşdırıcıları, ali məktəb tələbələrini, müəllimləri, müğənniləri, aktyorları, ictimaiyyətin tanınmış nümayəndələrini, bir sözlə, cabbarlısevərləri görərsən...

Əslində, Asif Rüstəmli ədibin qızı, Cəfər Cabbarlı muzeyinin direktoru Gülarə Cabbarlı ilə bahəm böyük Cəfər Cabbarlının ləyaqətli, zəhmətkeş alim varisidir!.. Dəfələrlə, müxtəlif tədbirlərdə onun da şahidi olmuşuq ki, Gülarə xanım etiraf edibdir ki, atası haqqında Asif Rüstəmlinin tədqiqatlarında ədibin ailəsinə, hətta onun məşhur, ləyaqətli tədqiqatçılarına da, indiyədək məlum olmayan müxtəlif yeni faktlar və sənədlərlə ilk dəfə rastlaşırıq...

Asif Rüstəmlinin Cəfər Cabbarlı yaradıcılığı ilə bağlı qaranlıq məqamlara həmişə aydınlıq gətirmişdir. Müəllifin "Cəfər Cabbarlı: Həyatı və mühiti" (2009) monumental əsəri Asifin müxtəlif illərdə yazdığı "Çırpınırdı Qara dəniz" (1992), "Tufanlardan keçən ömür" (1995), "Susmaz duyğuların səltənətində" (2002) və "Ədəbi istiqlalımız" (2004) kitablarından sonra ədəbi-ictimaiyyətə bu yöndən yeni bir töhfəsi idi.

Sovet dönəmindən üzü bəri ədibin həyatı, yaradıcılığı, əsərlərindəki adlar və obrazlar qalereyası haqqında yazılan çoxsaylı tədqiqat əsərləri sırasında Asif Rüstəmlinin tədqiqatları, yazdığı kitabları, həmçinin bu tədqiqatların akkordu kimi ortaya gələn, illərdən bəri üzərində işlədiyi "Cəfər Cabbarlı: Həyatı və mühiti" kitabı elmi yenilikləri və ədəbi tapıntıları ilə daha zəngindir, daha qiymətlidir...

Bütün bu tədqiqlərin, axtarış və araşdırmaların ali nəticəsi kimi o, "Cəfər Cabbarlı və ədəbi-mədəni mühit" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (2011) həm özünü, həm də elmimizi şərəfləndirmişdir. Bunu ədəbi-elmi ictimaiyyətin ən görkəmli nümayəndələri – akademik Bəkir Nəbiyev, akademik İsa Həbibbəyli, professorlardan Yavuz Axundlu, Qəzənfər Paşayev, Vilayət Quliyev, Vaqif Arzumanlı, Himalay Qasımov, Vaqif Yusifli, Cabbarlının qızı Gülarə xanım və digərləri dönə-dönə qeyd etmiş, Asifin fəaliyyətini yüksək şəkildə sərgiləmiş, onu daim axtarışda olan bir alim, elmi-ictimai həqiqət uğrunda, sözün əsl mənasında, çarpışan fədakar tədqiqatçı, yorulmaz ictimaiyyətçi ziyalı kimi dəyərləndirmişlər...

Onun daima mənbəşünas bir alim kimi daima axtarışda olduğunu AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli belə səciyyəlndirir: “Təəssüf ki,son dövrlərdə arxivlərdə axtarışlar aparmaq, yeni fakt və sənədləri aşkara çıxarmaq, əlyazmaları üzərində işləmək ənənəsi zəifləmişdir. Elmi-ədəbi meydanda ədəbi-tarixi faktların böyük əksəriyyəti 30-50-ci illərdə aşkara çıxarılmışdır. Bu cəhətdən Asif Rüstəmli yeni nəsil arasında arxivlərə və kitabxanalara önəm verən mənbəşünas bir tədqiqatçı kimi diqqətimi cəlb edir. Böyük uğurla doktorluq dissertasiyası müdafiə etdikdən sonra da arxivlərin, kitabxanaların, muzeylərin qapılarını açmaqda davam edir.”

Ümumiyyətlə, Asif Rüstəmli ədəbiyyatşünaslığımızın müasir mərhələsində tədqiqatlarında açılmamış səhifələrin sirrini açan, həmişə təzə faktlar üzə çıxaran, bu faktlara obyektiv və orijinal münasibət bildirən, yeniliklərə can atan, mübhəm məsələlərin üzərindən qalın pərdələri qaldıran istedadlı, ədəbi, ictimai polemik problemlərə cəsarətlə qoşulan, deyərdim ki, yeganə ədəbiyyatşünas-mətinşünas, bunlarla yanaşı ictimaişünas, ürəyi vətəndaşlıq qeyrəti ilə çırpınan, vətənpərvər bir ziyalıdır, alimdir.

Yenə də əlahəzrət faktlara müraciət edək.

Asif Rüstəmli bacarıqlı elm təşkilatçısıdır. O böyük zəhmət hesabına Azərbaycanda ilk dəfə indiki Folklor İnstitutunun əsasını qoydu, İçərişərdə tarixi bir binanı fundamental şəkildə təmirindən tutmuş, içinin avadanlığına qədər təmin elədi, Respublikada fəaliyyət göstərən görkəmli folklorşünaslarla yanaşı, istedadlı gənc mütəxəssisləri işə cəlb etdi və 1991-1994-cü illərdəFolklor sarayı” elmi-mədəni mərkəzini, bu mərkəzin yerlərdəəkidə) filialını yaratdı, folklora aid yeni toplama işləri, nəşrlər, yadda qalan elmi məclislər, konfranslar keçirməyə müvəffəq oldu, başqa sözlə, Respublikamızda yeni bir elm sahəsinin İnstitut səviyyəsində ilkin istiqamətlərini müəyyənləşdirdi...

Asif Rüstəmli olduqca işgüzar naşirdir. 1995-1999-cu illərdə Elmi nəşrlər bölməsinin müdiri olarkən vəOzan” nəşriyyatının rəhbəri kimi yüzlərlə elmi, bədii, publisist kitabların naşiri və redaktoru olmuş, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin nəşr tarixinə düşərək buə ləyaqətli töhfələrini vermişdir...

Bu işdə topladığı təcrübəni də o küləyə sovurmamış, filologiya üzrə elmlər doktoru, professor, tanınmış Cabbarlışünas alim Asif Rüstəmli universitetdə «Redaktə işinin əsasları» fənnini tədris edir, bu sahədə əldə etdiyi zəngin təcrübəni tələbələrə öyrədir...

Asif Rüstəmli vətəndaş heysiyyətli ziyalılarımızdandır. O ilk ədəbiyyatşünasdır ki, Budapeşt şəhər məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Azərbaycan milli ordusunun zabiti, xalqımızın cəsur oğlu, millətin qürur yeri olan Ramil Səfərovla (indi Vətənində azadlıqdadır) görüşmək üçün Macarıstana xüsusi səfər etmiş və orada müxtəlif baryerləri qıraraq bu görüşə nail olmuşdur. Bu görüş onları əbədi və ədəbi dost etmişdir.

Xatırladım ki, Ramil Səfərov bədii ədəbiyyat nümunələrini macar dilindən azərbaycancaya çevirən ilk tərcüməçidir. Onun macar dilindən tərcümə etdiyi Ferens Molnarın “Pal küçəsinin oğlanları” kitabının redaktoru və ön sözünəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmlinin olması da təsadüfi deyildir və Asif Rüstəmlinin vətəndaş və vətənpərvər heysiyyət sahibi olduğundan xəbər verir.

Ramil Səfərov bu əsərdən əvvəl Macarıstanın tanınmış xanım yazıçısı Maqda Sabonun “Qapı” romanını müvəffəqiyyətlə orijinaldan Azərbaycan dilinə tərcümə etmiş və kitab 2011-ci ildə Bakıda çap olunaraq böyük uğur qazanmışdı.

Ferens Molnarın “Pal küçəsinin oğlanları” kitabına yazdığı “Məhbəsə sığmayan azadlıq eşqi” adlı müqəddiməsində Asif Rüstəmli Budapeştdə olarkən Ramil Səfərovla görüşündən, kitabın bədii məziyyətlərindən bəhs edib. Ön sözdə vurğulanır ki, “Pal küçəsi təkcə budapeştli məktəblilər üçün deyil, bütün dünya gəncləri üçün azadlıq uğrunda, işğalçılara qarşı mübarizədə vətənpərvərlik meydanı, həyat universitetidir”.

Asif Rüstəmli “vətənpərvərlik meydanında” bacardığı və imkanları qədər mübarizə aparmağı bacarır, Respublikada və ya ondan kənar məkanlarda mübahisəli ədəbi, elmi, ictimai məsələlərə, faktlara, hadisə və olaylara qoşulur, cəsarətli vətəndaş-ziyalı münasibətini bildirir.

 

Məsələn, Müstəqil Azərbaycan Respublikasının atributlarından biri olan dövlət himnimizlə bağlı mübahisələr uzun illərdir ki, davam edir, mətni və sözəllifi barədə müxtəlif fikirlər irəli sürülür. Dövlət himninin mətninin həqiqi müəllifinin müəyyənləşməsində, Fəxri xiyabanda uyuyan məşhur bolşeviklərin məzarlığına dair mübahisələrə obyektiv qiymət və çıxışlarında, İnstitutun əməkdaşı Xalidə Xalidin başına gələn olaylara fəal, təəssübkeş münasibət və bəyanatlarında, Milli Qəhrəman Mübariz İbrahimovun adının ədəbiyyatda əbədiləşməsi və bu qəhrəmanlığın təbliği işindəki fəallığında və s. bu qəbildən işlərdə onun bu münasibəti aşkar görsənir...

Lap bu yaxınlarda, Azərbaycanın tanınmış ziyalılarının (Professorlar Nizaməddin Şəmsizadə, Asif Rüstəmli, Paşa Qəlbinur, şairlər Nəriman Həsənzadə, Musa Yaqub, Zəlimxan Yaqub, millət vəkilləri Qənirə Paşayeva, sıralarında digər millət vəkili və xalq artistləri də olmaqla) Prezident İlham Əliyevə ünvanlanan müraciətin təşəbbüskarı da Asif Rüstəmli olmuşdur. Bu müraciətdə Azərbaycan xalqının yaddaşında böyük sevgi simvolu kimi yaşayan 20 Yanvar şəhidləri İlham və Fərizənin toy günlərinin – 30 iyunun Sevgililər Günü elan olunması Prezidentdən xahiş olunur. Bütün bunlar onun xarakterini, mənəviyyatını səciyyələndirən fakt və əlamətlərdir.

Asif Rüstəmlinin Dünya Azərbaycanlıları Konqresinin tədbirində yaxından iştirakı da, AMEA Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri kimi fəaliyyəti də bu sıradan qiymətlidir...

Asif Rüstəmlinin Azərbaycan mühacirət ədəbiyyatının ilk tədqiqatçılarından biri kimi “Çırpınırdı Qara dəniz” (1992) adında bir kitabı, monoqrafiyası var. Onun bu əsərinin adını mən onun özünə şamil edirəm. Asifin qəlbi həmişə Xalqının, Vətəninin, Azərbaycanının ədəbiyyatının, mədəniyyətinin, ictimai həyatının vacib problemləri ilə çırpınır...

Filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin indi 60 yaşı tamam olur. Bu 60 illik ömrü o, ədəbi irsimizə, milli mentalımıza, xalqımızın bu sahələrdəki milli-mənəvi sərvətlərinə ləyaqətlə sərf etmişdir... Tanınmışdır, sevilmişdir, vətəndaş alim-ziyalı hörməti qazanmışdır...

İnanıram ki, onun fədakar elm aşiqi kimi tükənməz enerjisi hələ neçə on illiklər boyu ədəbiyyatşünaslığımıza ləyaqətlə xidmət edəcək, onu yeni-yeni elmi zirvələrə uçaldacaqdır!..

Qurban Bayramov,

ədəbiyyatşünas-tənqidçi

kaspi.-2014.-15-17 fevral.-S.14.