Göylər şairlərindi

Afaq ŞIXLI

Qələm dostum Fərqanə Mehdiyevanın doğum gününün 50-ci ildönümünə

 

Vətənimdən qürbətə dönərkən, yüküm kitab olur hər zaman - dostlarımın hədiyyə etdiyiöz seçib aldığım kitablar... Bir yana baxanda, bundan gözəl nə ola bilər ki? Hər bir kitab onu yazanın ən əziz könül varıdır, bu sarıdan, mən özümlə əzizlərimin əziz tohfələrini götürürəm qürbətə. Onlardır, qışı bitib tükənməyən məmləkətdə mənə qüvvət verən, isindirib yaşadan.

 

Son səfərimdəki dəyərli yüklərimdən biri, şairə Fərqanə xanım Mehdiyevanın mənə hədiyyə etdiyiİkimiz darıxsaq...” şeir toplusu oldu.

 

Fərqanə Mehdiyeva – 1964-cu il fevralin 19-da Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. Mədəni Maarif texnikumunun rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, sonra Azərbaycan dövlət Pedoqoji universitetinin filologiya fakültəsini bitirib.

 

Əsərləri 1981-ci ildən respublikamızın ədəbi-bədii orqanlarında dərc olunur.

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.

Ulduz” jurnalının poeziya şöbəsinin redaktorudur.

Prezident təqaüdçüsüdür.

 

“Çəkdiklərim mənə bəsdi!”, “Deyirlər şirindi dünya”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq...” kitablarının müəllifidir.

Radioteleviziya verilişlərində mütəmadi çıxış edir.

Şeirləri dünyanın bir neçə dilinə tərcümə olunub.

Şeirlərinə musiqi bəstələnib.

 

Fərqanə xanımı facebook sosial şəbəkəsində xeyli zamandır tanısam da, real həyatda bu ilin noyabr ayında AYB-də yeni kitabım “Ömrümün beşinci fəsli”nin imza günü keçirilərkən görüşdük.

 

Mən bu xanımı ilk dəfə “Qızları qoymayın şeir yazmağa” şeirilə sevmişdim. Fərqanə xanım görər-görməz bağrıma basdım, sanki illər dostuyuq kimi isti və səmimi söhbətimiz oldu. Xoşladığım şeirini oxumasını rica etdim. Məni qırmadı, oxudu. Hətta şeirinə olan sevgimdən dolayı təşəkkür etdi, buna bənzər daha bir şeirinin olduğunu deyərək, onu da mənə əzbər söylədi. Bu şeirbir qadın ürəyinin zərif arzusuna, duasına və hətta deyərdim ki, yalvarışına bənzəyirdi:

 

Şairlər bölünməz, bütün olurlar,

Tüstüsü çıxmayan tütün olurlar,

Şair balaları yetim olurlar,

Siz məni qoymayın şair olmağa.

 

Şairəni dinləyərkən, düşündüm ki, qadın taleləri, xarakterləri qədər müxtəlif olsa da, şair qadınların taleləri, ruhları, düşüncələri bir-birinə çox bənzərdir. İyirmi yaşlı oğlum Nicat, bir günMən öz həkim anamdan ötrü darıxmışam”, - demişdi mənə. O zaman mən şeirlərimə kitablarıma ayırdığım zamanın, övladlarıma verdiyim Ana sevgisinin əksildiyinin fərqinə vardım. Oğlumun həsrət nisgillə dediyi, mənə çox təsir edən bu cümləsi, sanki Fərqanə xanımın şeirinin misralarından çıxıb gəlmişdi: “Şair balaları yetim olurlar...”

 

Şair analar daha kövrək, daha narahat, daha yaralı olurlar, onların ədəbiyyat sevgisinin daha güclü olduğunu duyan isə hamıdan öncə balalar olur... Amma bu gerçəyin bir bəraəti varşeir söz sevgisinin qədər ülvi qaçılmaz olduğunu gələcəkdə övladlar mütləq anlayacaqlar. Biləcəklər ki, bu bir alın yazısı qara sevdadır.

 

İzahata ehtiyac yoxdur. Şairlər heç kəsə bənzəməzlər. Hər kəs cümlələrlə şairlər isə misralarla danışar. Hər kəsin kimdənsə gizli bir bir sirri var, şairlərsə şeirlərində ürəklərini bütünüklə açan qəribə insanlardır. Hər kəs dünyaya övlad gətirib böyüdər, şairlərsə həm söz gətirərlər dünyaya.

Fərqanə xanımın sözlərilə desəkgöylər şairlərindi!

 

Bu yer ki vardərindi,

Yerləşmisənyerindi.

Göylərşairlərindi!

Göynən oynama, bala!

 

Bir sevimli qələm dostum var – Elman Tovuz. Bakıya gəldiyimdə dəfələrlə ziyarətinə gedirəm hər dəfə eyni taksi ilə evə qayıdıram. Bu taksinin sürücüsü - Elman bəyin qonşusu Cavançir əmi çox səmimi bir qədər baməzə adamdır. Hər dəfə məndənQızım, Elman şairgildən gəlirsən yenə? Kefi-halı necədir?” - deyə soruşur, sonra isə yolboyu maraqlı, məntiqli söhbətlər edir. Bir dəfə belə bir söhbət etdi: Qızım, siz şairlər söz yükü daşıyırsınız. Bunun məsuliyyəti birisən necə böyükdü? Bax, Qurani KərimdəŞairlərsurəsi var. Amma gör bir, daşdaşıyan surəsi varmı? Halbuki daş daşımaq neçə çətindi? Deməli, söz yükü daşdan da ağırdı. Onu daşıyanlar isə, Allahın sevimli, sayılan-seçilən bəndələridir ki, onların adına surə yaranıb müqəddəs kitabda!”

 

Cavanşir əminin bu müdrük kalamını dinlədikcə yadıma ölməz şairimiz Əli Kərimin əvəzsiz misraları gəlirdi:

 

Yollar kənarında pinəçilər var,

Alim təfəkkürlü, şair xəyallı...

 

Beləcə yeri gələndə bəzi adamların yuxarıdan aşağı baxdığı sürücünün sözlərindəki məntiq məni çaşdırdı. Yaşı yetmişə çatan bu arıq, çəlimsiz, sadə geyimli, orta savadlı kənd adamının işlətdiyi cümlələri yaddaşıma həkk etdim bir gün bu kəlmələri qələmə alacağımı düşündüm. Bunu Cahangir əminin özünə dedim. Etirazım yoxdur” – deyə güldü.

 

Fərqanə xanım haqqında yazarkən nədənsə bu məqamları xatırladım oğlu Ülfətə xitabən“Göylər şairlərindideyən bacımaÇox güman ki, haqlısan” - demək istədim. Çünki, biz bu dünyadakı ömrümüzü, ruhumuzu göylərə kökləyərək yaşayırıq. Əslində şeir yazarkən, yerin cazibəsindən çıxmış oluruq. Çəkdiyimiz zillət iztirabhər cür olsa dabir şeirin yaranmasına zəmin yaradır. O üzdən, biz şairlərin həyatımızdan narazılıq etməyə haqqımız yoxdur bəlkə ; bunu yalnız, misralarda, şeirlərdə edə bilərik.

 

Çəkdi ürəyimi şişə ayrılıq,

Sındı çilik-çilik şüşə ayrılıq.

Yaraşdı bəxtimə qəşəng ayrılıq...

Mən sənin ömrünə çata bilmədim!

 

Gözəl şeir - bir hədiyyədir. Gözəl şeir eşitmək insanın ruhunu elə oxşayır ki, onun verdiyi həzzi heç nəylə əvəz etmək olmaz.

 

Çox qəribədir, hər bir içdən gələn, candan yazılan qəmli şeir, qədər qəmli olur-olsun, ürəyin yanğısını soyudur, yaralı qəlbə məlhəm olur. bu möcüzənin sirri hələ açılmamışdır. Şeir - ümumiyyətlə tayı-bərabəri olmayan möcüzələrin başında gəlir! Ona, nəinki bir ömür, yüz ömür belə olsa qurban etməyə dəyər!

 

Kişilər yazarkən Tanrıya, qadınlar isə kişiyə baxarlar”, - demişdir Blok. Amma hər məşhur adamın dediyi söz yüz faiz həqiqət ola bilməz. Kişilər inciməsin, amma siz öz prizmanızdan baxıb çoxguşəli qadın qəlbinin neçə bərq vurduğunu tam dəqiqliyilə görə bilmirsiniz. Fikir yürütməyə tələsməyin, çünki sizə ən adi gələn bir şey, qadın qəlbində firtina yarada bilir. Qadınlar yazarkən ürəklərinin içinə diqqət edərlər! Xoşa gəlmək üçün yazmazlar qadınlar, dünyanı daha incə daha saf duyduqları üçün dürüst yazarlaruydurmasız. Bəzən səslərini eşitdirə bilmək üçün, bəzən acılarını soyutmaq üçün. Nifrətləri bir sevgidir əslində - kama çatmayan sevgi. Qadınları anlaya bilmək üçün, yalnız qadın olmaq gərəkdir.

Şair ürəyi yanmalıdır ki, qələm közərsin! Bu halda, qadın ürəyindən çox alışan, daha ola bilər? Şair qadınların fədakarcasına yandırdıqları bu məşəlin oduna isinənlərin xeyir-duası onların övladlarına da yetər, artıq da qalar. bu övladlar, dünyaya onlar üçün Söz adlı yüzlərlə bacı-qardaş gətirən analarıyla fəxr etməlidirlər!

 

Gözəlliyi görmək duymaq bacarığını qoruyub saxlayanlar, heç zaman qocalmırlar”, - deyib Kafka. Fikrimcə, belə insanlardandır Fərqanə xanım. Şairənin məndə yalnız bir kitabı var - bir gecədə oxuduğum vurulduğum şeirlər toplusu - “İkimiz darıxsaq...” Amma inşaAllah onun digər kitablarını da sevə-sevə oxuyacam.

 

İnanıram ki, mənə həmişəVətən bacımdeyib əzizləyən dəyərli qələm dostumla, “Ulduzjurnalında həqiqi bir ulduz kimi parlayan, “gecənin özünü tək qoya bilməyən”, “yıxılsa belə, özünə dağılmayan”, sevənlərədarıxmaq öyrətməkistəyən bu gözəl insanlaFərqanə Mehdiyeva ilə səmimi görüşlərimiz kitab mübadilələrimiz hələ bundan sonra çox olacaqdır.

 

Doğum günün mübarək olsun bacım! Yeni şeirlərini səbirsizliklə gözləyirəm!

Kitabındakı şeirlərdən birinə yazdığım bu cavab misralarımı isə hədiyyə olaraq qəbul et:

 

Sən darıxmadın!

 

Qismətim gen gəzdi, daraldı getdi...

Bir ümid ocağı qaraldı getdi...

Güvənli dağları qar qaldı getdi,

Ömrümə çən düşdü, sən darıxmadın!

 

Həyat qəm yükünü yaman abartdı,

Nisgilin bitmədi, artdıqca artdı...

Saçlarım dərdimi açıb-ağartdı,

Dən üstə dən düşdü, sən darıxmadın!

 

Çilən bitən deyil, qalsa yüz ilə...

Yaramın üstünə gəl duz ələ!

Dedim ki, “darıxsaq dünya düzələr”,

Bu bəndə mən düşdüm, sən darıxmadın.

 

Fevral 2014

Moskva

Kaspi.-2014.-22-24 fevral.-S.19.