Darıxmaq adilikdən
çıxmaqdır
Fərqanə Mehdiyeva: Mən sevgiyə Allaha inandığım qədər inanıram, amma dadını bilmirəm
80-ci illər ədəbi nəslinə mənsub olan, öz dəsti-xətti, yeni poetik nəfəsi ilə seçilən şairə Fərqanə Mehdiyevanı fevralın 19-da 50 yaşı tamam oldu. Biz də öz növbəmizdə sevimli şairəni yubiley yaşı münasibəti ilə təbrik edib, ona 19 sual ünvanladıq.
- Ad günün mübarək təbrik edirik, necə düşünürsən keçən illər səni qocaldıbmı?
- Çox sağ olun. Mübarək gününüz olsun. İllər keçdikcə insan müdrikləşir, ağıllanır, təəssüflənir – keçmişə də can atır, gələcəyə də. İllər arzuları gerçəkləşdirir. Nə qocalıq? Qələm adamının çiynində illər yatsa da uşaq qalır, kövrəkliyi, sadəlöhvlüyü ilə uşaq, dərdi, əzabı ilə qocadan da qoca olur.
- Yaş üstünə yaş gəldikcə yaradıcılığınızda hansı dəyişikliklər olub, mənfi ya müsbət?
- Əlbəttə müsbət. Uğurlar qazanmışam, oxucularımın, kitablarımın sayı artıb.
- Sizcə şairin varlı və kasıb olmağının fərqi varmı?
- Şair mənən varlı olmalıdır, maddi cəhət də kasıb olanda elə bilirəm daha yaxşı olur. Şeir gərək ehtiyacdan yarana. «Ehtiyac» adlı bir şeirim var. Bir anlıq düşündüm ki, heç nəyim olmasa nahara nə bişirərəm
Ürək qabarından yaranan şeirin
Çox güman tikəsi dadlı çıxacaq
Və yaxud
Məni qınamayın ürək yağımla,
Sözü qızardacam soğan əvəzi.
Özgə yol tapmadım üz tutudum hara,
Qonağım olarsız ay mən kimilər
Şeir bişirəcəm bu gün nahara.
Lap varlı olsam belə gərək özünü kasıbın yerində hiss edəsən. Bəzi şairlər var, vaxtilə çox kasıb olub, indi vəzifəli, imkanlıdır, amma kasıb şairləri görəndə üz çevirir, gen gəzir. Elə şair də var ki, varlansa da həmin əqidədə qalır. Pulun hər adama gücü çatmır axı.
- «Təndir» şeiriniz çox sevilir, kəndinizə gedəndə ananın təndirinə çörək yapmısanmı?
Kəndə gedəndə ilk görüşüm təndirlə olur. Elə bilirəm o təndir anamın sağlığında özünə öz əliylə qoyduğu heykəlidi. Təndir anamın həsrətindən çat-çat olub. Mən çörək yapa bilmirəm, şeir bişirməkdən başqa əlimdən heç nə gəlmir. Təndirə şeir yapıram, bilmirəm hansı bişir, hansı küt gedir.
- Kitabınızın birinin adını «İkimiz darıxsaq» qoymusunuz. Darıxmaq sizin üçün nədir?
- Darıxmaq mənim üçün alilikdir
İkimiz darıxsaq dünya düzələr,
Mən sənə darıxmaq öyrədəcəyəm.
İstəyirəm yaxşı mənada adamlar darıxsın. Darıxmaq adilikdən çıxmaqdır. Əsl şeir də onda yaranır. Evdə, çöldə, yol gedəndə də, günəşin üzünə baxanda da, ağaca söykənəndə də darıxırsan. O maraqlı və şirin darıxmaqdır.
- Bir neçə dəfə maraqlı bir fikir yürütmüsünüz ki, «Gədəbəyə könüllü əsir düşmüşəm» - bəlkə bunu açıqlayasınız?
- Hə, zarafatla deyirəm, sevdiyimə qismət olmuşam. 1987-dən özümü Gədəbəyli sayıram. Fəxr edirəm o torpaqla. Qələmimi bulaqlara batırmışam. Gədəbylilər saf insanlardır, qürurludurlar. Kaş bütün əsirlər mənim kimi olaydı. Əslində dağlar oğlu mənə əsir düşdü, ömru boyu mənimlə bərəbər şeirin, sözün nazıyla oynadı. Bu ona lazım idimi?
Qəbrinin qapağı açıqdı deyin,
Qurduğu yurd-yuva uçuqdu deyin,
Ay ana atamız yazıqdı deyin,
Siz məni
qoymayın şair olmağa.
- Fevralda doğulanlar dolça bürcü hesab olunur, deyilənə
görə dolçalar
xəyalpərəst olurlar?
- Doğrudur, normadan artıq xəyalpərəstəm.
Şairə Məlahət Yusif
qızı həmişə
deyir ki, Fərqanə 90 yaşında
uşaq öləcək,
hər şeyə şeirin gözüylə
baxıram. Çox vaxt
göydə oluram.
Yaxşı ki, uşaqların
atası realistdir, yoxsa o da mənim
kimi olsaydı evimiz çoxdan dağılardı.
- Əksər şairlər
bütün çətinliklərdə
dünyanı qınayırlar,
sən necə?
- Qoyur ümidləri, qoyur, ac qoyur,
bir dəli sevdanı yalavac qoyur,
elə bil başına dünya tac qoyur,
şairlər dünyanın
dərdini çəkir.
Dünya əslində insanlardır. İnsan insandan
nadanlıq, paxıllıq
görəndə dünyadan
küsür.
Zəmanə havamı elə
çaldırır,
qalxıb oynayıram
əsəbim ilə
deyirəm. Bəzən elə
haqsızlıqlarla üzləşirsən
ki, buna dünya, zəmanə neyləsin. Şair dostum Dayandur Sevginin gözəl bir şeiri var:
Qəlbimdə qalıbsa quruca
adın,
Bəndənin qorxusu mənə
dağdısa,
Edam etağından çıxan
cəlladın,
Əlləri qırmızı, üzü
ağdısa,
Mən inrsandan
qorxum, ya səndən Allah.
Mən soyuq havadan yox, soyuq
baxışlardan qorxuram.
Bir az yağış
bir az qaram,
Əriyirəm qram-qram,
Soyuqdan elə qorxmuram
Adam adamı üşüdür.
- Ailənizdə şeir yazmağa necə baxırlar?
- Yoldaşım şeirə
normadan artıq bağlı olduğuma görə həmişə
məni danlayıb. Deyim ki, tam mənim kimi yanaşıblar səmimi olmaz. Bəzən şeir adama doğmalar qədər əziz olur, o da qısqanclıq yaradır, doğma ananın ögey uşağa münasibəti
kimi. Şairə
çox adam
normal baxmır. Uşaqlarım həssas oxucudurlar. Çoxdan onların ayağına döşənib yalvarışla
bir şeir yazmışdım.
Taleyin köçümə köçü
çatmadı,
İstədim beş alam, üçü çatmadı,
Atamın,
anamın gücü çatmadı,
Siz məni
qoymayın şair olmağa.
- Ümumiyyətlə qadının
yazıçı, şair
olması bir qadın kimi səni hansı çətinliklərlə üzləşdirir.
- Şairlər bölünməz,
bütün olurlar,
Tüstüsü çıxmayan tütün
olurlar,
Şair
balaları yetim olurlar,
Siz məni
qoymayın şair olmağa.
Qadın üçün ikiqat çətindir. Yemək yanır, dəm
qaynayır, evin hər yerində kağız-qələm tökülür.
Qadın
gərək elə edə ki, tərəzi
əyilməyə. Elə
çətin anlarımda:
Kəsmə qabağımı başına
dönüm,
Gedirəm Tanrıya qonaq olmağa - şeiri ilə həyat yoldaşıma üz tutub, necə deyərlər, «bombanı»
zərərsizləşdirmişəm.
- Şeirlərinin birində
şairin yaşı olmur demisən, nə demək istəmisən bununla?
- Çəkdiyi əzabına,
Tab gətirən sinədi,
Yaranışdan itirir
doğum adlı
sənədi,
Şairin yaşı olmur.
Şairi
kim istəsə
aldada bilər, şair xoş sözün dəlisidi, Allahın bəndəsi ancaq uşaq yaşında elə xasiyyətdə ola bilər, əslində elə şair ömrü boyu uşaq yaşında olur.
- Şeirlərinin bir
qismi sevgi mövzusundadır, ünvanı
varmı bu şeirlərin?
- Sənə məktub yazım səhərə kimi,
Ay Allah, görəsən kimnən
göndərm.
İlahi sevgi elə bir nemətdir ki, hər adama
nəsib olmur. Mən sevgiyə
Allaha inandığım
qədər inanıram,
amma dadını bilmirəm. O şeirlər
ünvanını tapanda
qələmi yerə qoyaram, yəqin ki, bu da
mümkünsüzdür.
- Bu günki oxucu kütləsi bir şair kimi səni qane edirmi?
- Kifayət qədər oxucularım var, amma şairlərin meydanı çox dardı bu gün.
Xalq öz söz adamını tanımalıdır,
özümüzü tanıtmaq
üçün də,
dəridən, qabıqdan
çıxırıq. Əslində televiziyalar ciddi
söz adamlarını
diqqətdən yayındarmamalıdırlar.
- Azərbaycanda fəaliyyət
göstərən informasiya
vasitələri, ələxüsus
qəzetlər, jurnallar
və televiziyalarda ədəbiyyat təbliği
səni bir qələm adamı kimi qane edirmi?
- hamısı yox. Ədəbiyyata xidmət edən
telekanallarda ürək
açan verilişlərə
rast gəlmək olur. Mənə elə gəlir
ki, ekranlarda yemək bişirənlərdən
və «mənim kimi səsi olan» müğənnilərdən
ciddi şair, yazıçılar görünsə
yaxşıdır. Çünki
yeni gələn nəslin yaddaşı ağ vərəqdir.
Bu vərəqi bayağı verilişlərlə
ləkələmək ən
azı cinayətdir.
- Fevralın 19-u doğulmusan,
bəziləri hansısa
rəqəmlərə mənfi
ya müsbət yanaşırlar, sənin üçün rəqəmlərin
mənfi ya müsbət anlamı varmı?
- hər şey
Allahın əlindədir,
gün də saat da, rəqəm
də. Təki düşərli olsun. 13 tarixində
sevindiyim, 12 tarixində
kədərləndiyim vaxtlar
olub.
- Gəncliyində bugünki
internet, telefon, müxtəlif
televiziyalar olmayıb.
Bu gün adamlar
evlərində oturub Amerika ilə danışır, bu yeni texnologiya bolluğunu necə qəbul edirsən?
- Əslində normaldır. Amma bu boyda «bolluq» da çox ürək
açan deyil, həsrət hardasa şirindi. Gəncliyimdə saatlarla kəndin
poçtalyonunu gözləyirdim,
oxucu məktubu, qonorar qəbzi, qəzet və jurnalları gətirməsi
üçün. O başqa
dad idi. Ona görə də
indiki nəsil hər şeyi rahat, asan istəyir.
Adi xəttlə yazılan yazı və yaxud kitabı canlı oxumaq interrnetdən oxumaqdan daha şirindir. Biz belə görmüşdük.
- Bəziləri 50 yaşı
ömrün yarısı
hesab edirlər, sən necə?
- Məncə yox, elə bilirəm ki, ömrün başlanğıcıdır. Şair özünü
bu yaşda dərk edir.
- Növbəti planların,
oxuculara sözün?
- Yubileyimi keçirmək planım var İnşallah. Yeni şeirlər bişirirəm
başımda, şeirlərimin
yiyəsi oxuculardır,
Tanrı onları mənə çox görməsin.
D.Tağıyev
Kaspi.-2014.-22-24 fevral.-S.18.