Dil bizim ailəmiz
və mənəvi məskənimizdir
Ana dilinin mənəvi
ekologiyasının və müdafiəsinin formalaşması
konsepsiyasına alternativ baxış
XXI əsr ictimai həyatın bir çox sahələrini öz barbarlığı, böyük, eləcədə kiçik lokal müharibələri, bolluğu, AES-da dəhşətli texnogen qərarları, selləri, sürüşmələri, daşqınları, iqlimin kardinal dəyişiklikləri ilə öz girdabına aldı və darmadağın etdi. Qloballaşma həyatın bütün sahalərinə toxundu-mobil əlaqənin və İKT vəsaitlərinin, İnternetin güclü təsiri, kitabxanaların boşalması, demək olar ki, bütün böyük kitab mağazalarının, kino və bədii teatrların, qalereyaların öz profillərini dəyişməsi, korporartiv tədbirlərin artması, uşaqlar üçün kütləvi tədbirlərin azalması, “rezin” yaramaz seriallar, zorakılığı, qarışıqlıq salmağı, amoral və mənəvi pozğunluğu, hətta əxlaqsızlığı narkomanlığı, sərxoşluğu və s. təbliğ edən filmlər. Bu bizim həyatımızı ləkələyən hələ tam siyahı deyil. Çox maraqlı bir fenomen baş verir, kiminsə bacarıqlı əli böyüyən gənc nəsli anti-mənəvi, amoral istiqamətdə açıq-açıq çirkaba batırır, ləkələyir və sonda da onları (yəni yetişən nəsli) inanmağa məcbur edir ki, bu həyatda olan ən “yaxşı” şeylərdir. Həqiqi mənəviyyatın pozulmuş şəklinə, öz seçimini yalançı mənəviyyat tərəfə yönəltmək, sonra da birdən bunun həqiqi olduğuna inanmaq. Bir zamanlar zorakılığın, faşizmlə müqayisə olunan yeni qayda-qanunun zorla qəbul etdirməyin məddahı və müdafiəçisi (yəni ideoloqu), modernist cərəyanın təftişçisi və qisasçısı, dünyada sülhün və demokratiyanın ən qatı düşməni, qənimi olan Allen Dalles, MKİ-nin keçmiş sədri buna çox çalışırdı. Hal-hazırda praktik olaraq, bizdə yeni eranın, gələcəyin insanının formalaşması üçün vahid bir ideologiya yoxdur. Onlar yox olub. Bəs əvəzində biz nə təklif edə bilərik? Praktik fəaliyyətimizdə biz nəyə əsaslanmlıyıq, güvənməliyik? İnsanı yalnız gözəllik və mədəniyyət, dünyəvi dinlərin mənəvi-əxlaqi qanunları xilas edə bilər, çünki hələ də onlarda dünyagörüşün və həyat anlayışı tərzinin mənəvi və cismani sağalmasına, insan şəfqətliyinə ruhun, vicdanın, sözün ekologiyasına inam çox güclüdür və bu ideoloji platforma sarsılmazdır...
Müqəddəs yazıda yazılıb ki, “əvvəl söz olub”, sonra dil yaranıb. N.V.Qoqol deyirdi ki, “Allahın bizə bəxş etdiyi ən böyük var-dövlət, sərvət-sözdür!”
Mənəvi-əxlaqi ekologiya, ekoloji mədəniyyət insanın mahiyyətindən, onun sözü necə ifadə etməsindən, danışıq etika və estetikasından asılıdır. Son zamanlar insanların hərzə-hədyan, boşboğaz danışıqlarının, nalayiq sözlər işlətdiyinin şahidi oluruq ki, bu da bizim gəncliyimizin bəlasıdır. Belə ki, müxtəlif jarqonları, dialektləri ingilis, amerikan, texniki arqonizmləri, xarici müdaxiləçi sözləri nitqinə daxil edən, sözü təhrif edən insan sanki öz doğma kökündən, mənbəyində vətənin adət-ənənələrindən uzaqlaşır. Bu rəzalət olduqca çox yaşamağa meyllidir, onun kökləri çox dərinə işləyir və ondan qurtulmaq isə həddən artıq çətindir, çünki o xaricdən qidalanır və doğma dilin bərbad hala salınmasına, kökünün kəsilməsinə, məhv olmasına, onun mənəvi yaddaşlardan silinməsinə milyardlarla pul xərclənir. Bu yavaş-yavaş davam edən və gözəgörünməyən müharibədir. Bəs biz buna hazırıqmı?!
Dilin və sözün ekologiyası, mədəniyyət ekologiyası, ruh ekologiyası, vicdan ekologiyası kimi humanitar anlayış və istiqamətlərlə bir cərgədə yer alır. Dil mədəniyyəti, danışıq ünsiyyəti məsələlərində ekoloji yanaşma xüsusilə çox əhəmiyyətli və vacibdir. Bu yanaşma doğma ocağa, təbiətə, vətənə məhəbbət tələb edir və bu məhəbbət həqiqidir, aktivdir. Ana dilinə məhəbbət, onun keçmişinə, indisinə və gələcəyinə qarşı çox güclü məsuliyyət, cavabdehlik hissi tərbiyə etmək elə nitq mədəniyyətinin əsas ekoloji aspektini təşkil edir. Hər bir xalqın dili-onun mədəniyyətinin tarixi akkumulyatorudur, o sözün tarixi yaddaşını möhkəmləndirir və dil mədəniyyəti bu yaddaşın toplanmasını nəsillərin qırılmaz mənəvi əlaqələrini təmsil edir. Ana dilinin jarqon və başqa dillərdən alınmış, məhəlli sözlərlə çirklənməsindən təmizlənməsi qayğısı yaşlı nəslin bütün fikrini məşğul edir. Onlar çalışmalıdırlar ki, ana dilinin itirilmiş gözəlliyini qaytarsınlar, gəncləri ana dilinin bəlağəti və üslubiyyəti ilə maraqlandırmaq lazımdır. Bəlkə o zaman biz ana dilinə olan laqeydliyə, dil ənənələrinin itirilməsinə qalib gələ bilərik. Ekoloji yanaşma doğma ədəbi dilə qayğılı münasibət tələb edir, çünki o mədəniyyət vasitəsidir. Stilistik nöqteyi-nəzərindən sözlərin hər zaman lazımsız işlədilməsi dilin əsrlərlə yaranmış stilistik quruluşunu pozur. Doğma ədəbi dildə xalqın tarixi yaddaşı möhkəmlənib, onun tarixi şüuru formalaşıb. Biz bu gün daltonizm və dilə qarşı biganəlik xəstəliyinə tutulmuşuq. Bizim itirdiyimiz hər bir söz-bizim üçün itirilmiş dünya, mədəniyyətimizin itirilmiş dünyasıdır. Biz çox mürəkkəb kosmik və planetlərarası qarşılıqlı əlaqələr dövründə yaşayırıq və bu səbəbdən də şüurlu surətdə kosmosun qanunlarını yerinə yetirməliyik, yəni nə ekoloji, nə mənəvi, nə də planetar miqyasında ziyan vurmamalıyıq. Ekoloji mədəniyyət təkcə təbiətə şüurlu münasibət demək deyil, bu həm də ekoloji mədənilikdir. O, özündə aktiv ekoloji fəaliyyəti cəmləşdirir. Ekologiyanın inkişafı insanlığın qarşısında yeni dəyərlərin: həyata etik məhəbbət təbiətin etikası, kosmosun etika və pedaqogikası kimi yeni dəyərlərin qoyulmasına çox güclü təkan verdi. Hal-hazırda bizim günlərdə mənəvi ekologiya da formalaşır. Bu elmi-texniki inkişafın artıq əldə olan dəyərlərinin dirçəlişi (bərpası), qorunması və mədəniyyətin səmərəli tənzimlənməsi ilə bağlıdır (əlaqəlidir). Əgər biz köhnələri, mədəniyyət abidələrini dağıdır, xəritələrdən tarixi adları siliriksə, bununla da öz tarixi yaddaşımızın genetik kodunu məhv edirik. Ekologiya məsələlərinə vətənpərvərlik, Vətənə məhəbbət, gələcək insanların qarşısında mənəvi məsuliyyət aiddir. Mədəniyyətin ekologiyası, başqa sözlə desək, mənəvi ekologiya sosial ekologiyanın bir hissəsi olmalıdır. Bunun üçün isə biliklər lazımdır. Burada çox şey dildən asılıdır, başqa cür ola da bilməz. Dil özü xalqın, cəmiyyətin mənəvi inkişaf dərəcəsinin ümumi göstəricisi kimi çıxış edir, dilə məhəbbətin tərkib hissəsidir. Dilin ekologiyasının mənəvi tərəfi də var. Dil-həm Azərbaycan xalqının milli yaddaşının əsası, həm də xalqın daxili, mənəvi aləminin anlaşılmasının açarıdır, necə öz xalqının və eləcə yad xalqların.
Azərbaycanın son illərdə qarşılaşdığı iqtisadi və sosial çətinliklərin səbəbi cəmiyyətin mənəvi səviyyəsinin aşağı düşməsindədir. Biz başqasının fikrinə qarşı ekoloji xeyirxahlıq, ekoloji şəfqətlilik, mərhəmətlilik, ekoloji dözümlülükkimi məfhumların bir çoxunu unutmuşuq.Bizim ölkəmizə mənəvi dirçəliş, əxlaqi inkişaf, mənəviyyatın yenilənməsi, cilalanması çox vacibdir. Bizim doğma Azərbaycan dilimiz özünəməxsus qanunlara uyğun yaşayır. Daima onda nəsə yeni bir şey yaranır, nəsə məhv olur və ya müvəqqəti olaraq passiv ehtiyat fonduna keçir. Amma bu ehtiyat fondu, demək olar ki, qızıldır:biz hər zaman ona müraciət edə bilər, lazım olan hər hansı bir sözü bərpa edə və ya əksinə, onları digər yeni məqsədlər üçün istifadə edə bilərik. Dilimizdə “canlı”, sağlam sözlərdən başqa çoxlu “ölü”- xəstə, eybəcər, iyrənc, kobud, nalayiq sözlər də var. Sözün mənasını əxlaqsızlaşdıran belə simvol-sözlərin, çirkin sözlərin pis, acı nəticələrindən keçən bizim cəmiyyət islahatdan, mənəvi islahatdan uzaqlaşaraq peşmançılığa doğru gedir. Cəmiyyət sözün ekologiyasından, şəfqətlilik erasından, vicdanın və mənəviyyatın ekologiyasından uzaqlaşır. Yer üzündə ekoloji mədəniyyət Avropa ölkələrində insanın və həyatın texnikaya sitayişinə (pərəstişinə) qarşı təşəkkül edir. Ekoloji mədəniyyətin digər əsaslı prinsipi-insanı yırtıcı-insandan, insanın özündən və onun yaratdığı humanitar, həyati-bioloji məzmundan məhrum olan nəzəriyyəsindən qorumaqdır. Ekoloji mədəniyyət insanın məhdudluğunu nəzərə çarpdırır. Hətta əgər insan texniki inkişafa qarşı ekoloji mədəniyyəti yaratsa və müəyyən müddətə təbiətlə harmoniyada olsa belə o yenə də təbiətdən, onun əsas, kosmik gücündən asılı qalacaq. İndi mənəvi ekoloji məsələlər öyrənilmir, bu məsələ bizim pedaqoji elmin qarşısında məqsəd kimi qoyulmayıb - insana vacib olan bir məsələ kimi olsa belə. O əminlik (inam) bizi ruhlandırır ki, Azərbaycanda ekoloji mədəniyyətin təhsil sisteminə hazırlıq girişi, şübhəsiz ki, artan, inkişaf edən yolla gələcək. İnsanın ekoloji təhsili ailədə başlayır və bütün həyatı boyu davam edir. Ekologiya-klassik dərs fənnidir. O öz üzərində şagirdlərin humanitar dünyagörüşünün formalaşması, vətənpərvərlik və vətənə məhəbbət hissinin tərənnümü, eləcə də ətraf aləmdə sosial-məsul davranış, yaşamaq, qabiliyyət və vərdişlərin müəyyən istiqamətə yönəldilməsinin kimi xüsusi, ağır məsuliyyəti götürür. Burada Azərbaycan dilinin saflığını qorumaq tələbləri hələ ki, çox da aydın və ucadan deyilmir, axı biz dilin ekologiyasının, “nitqin” yaşadığı mühitin saflığı haqqında narahat olmuruq və bunun üçün çox az iş görürük. Bizi narahat edən bir problem də var ki, susmaq olmaz (və ya onu qeyd etməmək olmaz). İndi kəndlərdə gənclər ümumi, standart leksikondan istifadə edərək danışır, özlərinin yerli, sərrast təşbehlərlə dolu canlı danışığını unudurlar. Biz ana dilimizdə olan əsrlərin sınağından çıxmış və cilalanmış gözəlliyi qorumalı və xalqa qaytarmalıyıq. Dilçilikdə sarsılmaz, danılmaz qanun hökm sürür: əgər xalqın dili dialekt parçalanmasına məruz qalmağa meyillidirsə, onda ədəbi ana dili; əksinə, dialektə üstün gəlir və o, tarazlanmaya eyniliyin yaranmasına meyilli olur. Bu eyni zamanda həm yaxşı, həm də pisdir. Yaxşıdır ona görə ki, dilin təkmilləşdirilməsi, sabitliyi, ona mədəni-mənəvi işini yerinə yetirməyə, ədəbiyyatın, elmin, fəlsəfi fikrin dili olmağa yardım edir. Pisdir-çünki ədəbi dilin “hazır nümunələri” yaradıcı təfəkkürü məhdudlaşdırır, onu bayağı, çeynənmiş söz və ifadələrin boş təkrarı yoluna təhrik edir. Dil mədəniyyəti-nəyisə həmişəlik öyrənmək demək deyil. O bütün həyatımız boyu bizi müşayiət etməlidir. Türklərin böyük dövlətini iflası hələ onun tam və həmişəlik iflası (sonu) demək deyil, çünki hələ heç kim bu günə kimi türkdilli dil birliyinə əl uzatmağa və toxunmağa cəsarət etməyib. Heç bir əsl böyük dövlətin sonu onun ərazisinin qurtardığı yerdə olmur. Böyük dövlətin mədəniyyətinin təsiri əhəmiyyətli dərəcədə uzaqlara uzanır, bu təsir daima onun dilindən keçir və keçəcək! Müasir dünyada dil mədəniyyəti bu və ya digər cəhətdən rabitənin müxtəlif növləri ilə əlaqəlidir. Biz sözə olan marağımızı itirmişik, sözün səslənməsinə, mənasına, quruluşuna və estetik cilalanmasına qarşı kar olmuşuq. Biz adi pəltəklikdən və ya “lallıqdan” hələ də qurtula bilmirik, yəni fikrimizi aydın, ifadəli, açıq bildirə, hiss və təssüratlarımızı canlı ötürə bilmirik. Ümumi nitq mədəniyyəti, mübahisə ustalığı, yüksək rəsmi və məişət ünsiyyəti mədəniyyəti mütləq cəmiyyətə xidmət etməli, bütün mənəvi həyatın yenidən qurulmasına yönəlməlidir. Sirr deyil ki, bədii ədəbiyyatın dili simasızlığa və şablonçuluğa, çoxsözlülüyə, anlaşılmazlığa və ifadəsizliyə meyyiliyin açısını çəkir. Müasir elmin dili həddindən artıq və lazımsız mürəkkəbləşmədən, çox zaman tərcüməsi və izahatı verilməyən xarici terminlərin və alınma sözlərin bolluğundan əziyyət çəkir. Azərbaycan-dili özünə daim çox diqqətli maraq, qayğı tələb edir. “Hər bir dil – təkcə ünsiyyət və təfəkkür aləti deyil, həm də qırıqlar, ədəbsiz söyüşlərin işlənməsi-əxlaqa, mənəviyyata qoyulan qadağaların pozulması deməkdir”. Bu elə zəruri, dərin kök salmış bir bəladır ki, bununla bütün dünya mübarizə aparmalıdır. Jarqon fikri öldürür, fikirləşməyi yadırğadır və belə yoluxucu danışıq tərzi illər sonra öz intiqamını alır. İtirilmiş mənəvi dəyərlən, o cümlədən dilin, geri qaytarılması, ana dilin saflığına və özünəməxsusluğuna qayğı bizim ölkənin hər bir vətəndaşının bilavasitə işi olmalıdır. Keçmişi qorumaq – özünü, indini, qorumaq və inkişaf etdirmək, gələcəyə hazırlaşmaq, xalqın tarixi yaddaşını möhkəmləndirmək deməkdir. Yüksək mənəviyyat, əxlaq-yalnız azad iradə, azad seçim olduqda olur. Güclü iqtisadiyyat yalnız-yüksək mədəniyyətli, əxlaqlı, mənəviyyatlı insanların yaşadığı cəmiyyətdə bərqəarar ola bilər.
Doğma ədəbi Azərbaycan dilimizin düzgünlüyü və azadlığı-mənəvi və əxlaqi gözəlliyin, eləcə də cəmiyyətin yenilənməsinin sübutu, təminatıdır. Xüsusilə qeyd etmək lazımdır ki, 2013-cü il MDB məkanında ekoloji mədəniyyət və ətraf aləmin qorunması ili elan edilib.
Dilin çirklənməsi və onun lüğət tərkibinin kobudlaşması, adətlərin də kobudlaşmasında özünü göstərir. Dildəki qarşılıq, ədəbsizlik, pis hərəkətlərə və cinayətlərə gətirib çıxarır. Mənəviyyatın kompası-xalqın dilidir. L.N.Tolstoy deyirdi: “Söz-böyük məsələdir. Söz məhəbbət də, düşmənçilik və nifrət də yarada bilər.” Əxlaqilik-deməli, saflıqdır və əksinə. Ana dili hissi anadangəlmə deyil, hər bir insanın ömrü boyu əldə etdiyi, qazandığı bir hissdir. Biz bir həqiqəti yadda saxlamalıyıq ki, ədəbi ana dilində PİS, səhv, savadsız, yanlış danışmaq və yazmaq nəinki ədəbsizlikdir, hətta bu 21 əsrin əvvəlindəki sevilizasiyaya layiq deyil. Bizim unudulmaz, ümummilli liderimiz Heydər Əliyev də dilin və sözün ekologiyası probleminə çox diqqət ayırırdı. O həmişə doğma Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparır, onu hər cür müdaxilələrdən qoruyur və müdafiə edirdi. O hər vasitə ilə onu qoruyub saxlamağı vəsiyyət edib. Bu siyasət cənab prezidentimiz İlham Əliyev və respublikamızın birinci xanımı Mehriban Əliyeva tərəfindən davam etdirilir. Bu siyasətin davamı olaraq indi Azərbaycan dilinin qorunması haqqında Konstitusiya qanunu qəbul edilib. Dil bizim ailəmiz, bizim mənəvi məskənimizdir.
Aydın Əhmədzadə,
biokimya üzrə fəlsəfə doktoru
Fatma Sofiyeva,
Metodist
Kaspi.-2014.-9 iyul.-S.15.