«Ədəbiyyatın qarşılığı - oxucu rəğbətidir!»

 

«Vətən» - mənim şeirlərimin qaynağıdır. Bəlkə də onun həsrətidir məni şair edən. Sevdiyimbacara bildiyim qədər hər kəsə sevdirməyə, tanıtmağa çalışdığım həsrət qarışıq sevdamdır o mənim» - deyə qürbətdə yazıb-yaradan şairə Afaq Şıxlı sayca yeddinci olan «Bədii tərcümələr» adlı kitabı ilə yenidən oxucuların görüşünə gəlib.

 

RusiyaAvrasiya Yazarlar birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü olan Afaq Şıxlı 1000-dən artıq şeir və hekayələrin, publisistik yazıların, türkrus müasir ədəbiyyatından bədii tərcümələrin müəllifidir. İxtisasca həkim olsa da, həmçinin insanların qəlbinə poeziyası ilə yol tapıb. Əsərləri türk, rus, ingilis və fransız dillərinə tərcümə olunub. Həmçinin şairənin Ana dilimizdə yazdığı qoşmaları, gəraylıları, rübailəri, heca və sərbəst şeirləri ilə yanaşı insanı düşünməyə vadar edən, vətən və ana sevgisini ülviləşdirən, məhəbbəti aliləşdirən mənsur şeirləri, hekayələri də vardır. «Qəlbimin dedikləri», «Sevərsənmi», «Məndən uzaqda», «Səni düşünürəm», «Dostlarım, bana da bahar göndərin» (türkcə) kitablarında yer alan şeir və hekayələrinin hər birində mükəmməl, coşqulu və axıcı bir dilin varlığı hiss olunur.

 

Şairəni oxucuları ilə görüşdürən yeni nəşr - «Bədii tərcümələr»də müəllifin rus dilindən və Türkiyə türkcəsindən etdiyi tərcümələr, eləcə də qələm dostlarının şairə haqqında dəyərli fikirləri yer alıb. Afaq Şıxlı təbiiliyindən və sadəliyindən irəli gələrək bu kitabında yalnız tanınmış, ünlü yazarların əsərlərini deyil, gənc, amma gələcəkdə öz sözünü deyə biləcək yazarların yaradıcılığına da müraciət edib. Şairənin Anna Axmatova, Marina Svetayeva, Mixael Senelnikov, Yevgeni Şiqren, Sergey Karatovdan etdiyi tərcümələr, Türkiyə türkcəsindən uyğunlaşdırmaları gözəl ədəbi nümunələrdir. Yeni kitabından danışan şairə tərcüməni məsuliyyət və diqqət tələb edən adlandırır: “Tərcümə nədir? Tərcümə – əsərin bir insan kimi, müxtəlif dillərdə danışması, özünü sevdirə bilmə şansıdır! Tərcümə etməyi çox sevirəm, çünki bu məsuliyyət və diqqət tələb edir”. Şairə tərcümələri ilə hər dəfə özü üçün sanki yeni bir dünya kəşf etdiyini bildirir. Müəllifdən müəllifə duyğuları, hissələri, dünyaya baxışı dəyişir: “Oxuyacağınız bu əsərləri, şeirləri öz ana dilimizə çevirməkdə məqsədim, onları Azərbaycan oxucusuna tanıtmaq və sevdirməkdir. Düşünürəm ki, gözəl yazıların belə bir haqqı varbu haqqı onlara tərcüməçi ödəyir – ürəyinin istisini, gözlərinin nurunu verərək. Bir şeyə təmənnasız sevgi verərsənsə, birya başqa şəkildə qarşılığını qaytarar. Ədəbiyyatın qarşılığı isə – oxucu rəğbətidir!”

 

Tanınmış publisist İsaxan İsaxanlı isə kitaba yazdığı ön sözdə «Afaq Şıxlı dünyasına baxış» adlı yazısı ilə şairənin yaradıcılığına güzgü tutub: «Şeir yazanlar çoxdur dünyada. Amma şair olmur hər şeir yazan. Şeir yazan o vaxt şair olur ki, o oxucularını öz şeirləri ilə yazır, özü də yazdığı şeirlərlə oxucularının qəlbində yaşayır. Bu mənada əsl şairdir Afaq Şıxlı. O, çeynənmiş sözləri, fikirləri, mövzuları oxuculara sırımaqla məşğul olmur. Ayaqlanmış cığırlarla getmir, onun öz yolu, öz cığırı var poeziya aləmində».

 

Türkiyəli şair İmdad Avşar isə Afaq Şıxlını ədəbiyyatın parlaq ulduzlarından biri kimi dəyərləndirib: “Onun ürəyində yer alan və hər an inləyən yüzlərcə tel var. Afaq xanım nə zaman o tellərə toxunsa onun qələmindən bəyaz kağıza hüznlü nəğmələr tökülür».

 

Rusiyada yaşayan professor Rafail Qəribov isə yazır ki, Afaq Şıxlının poetik dünyasının rəngarəngliyi, özünəməxsusluğu, poetik təfəkkürün dərinliyi, səmimiliyi şeirlərində olduğu kimi, tərcümələrində də özünü göstərir: “Şair Afaqla tərcüməçi Afaq arasında xətt çəkmək çətindir. Tərcümə zamanı bir gözü ilə tərcümə etdiyi mətnə baxırsa, o biri gözüylə dünyaya baxır» deyə yazıb.

 

Afaq Şıxlının işıq üzü görən daha bir kitabı - «Ömrümün beşinci fəsli» şeirlər toplusunda yer alan təkrarsız və doyulmaz nümunələri oxuduqca şairənin Qazax, Tovuz aşıqlarının ruhu haqqında yazılan qoşmalarına da rast gəlmək olur, sevgi şeirlərinə də, Vətən şeirlərinə də. Şairə bir sıra şeirlərində «Sevgibir həyatdır, yaşadır bizi» - deyə sevginin böyüklüyündən danışırsa, bəzi şeirlərində «Mən də öz yurdumun vətəndaşıyam»- deyə doğulub boya-başa çatdığı yurdla qürur duyur. Rusiyada yazıb-yaratdığından təbii olaraq şairənin şeirləri Vətən həsrəti havasına köklənib. Şairənin kitabda faniliyindən gileyləndiyi dünyaya «Bu dünya belə dünyadır, dözməyəsən, neyləyəsən» deyə ünvanladığı şeirləri də var. Həmçinin dostlarına, anasına yazdığı şeirlər də.

 

Professor Məmməd İsmayılın kitabın ön sözünə yazdığı kimi: «Bir tərəfdə saza, sözə, Vaqif, Vidadi, Dilqəm, Azaflı, Mikayıl kökünə köklənən aşiqanə qoşmalar, o bir tərəfdə çağdaş ritmləri öz içinə alan Mikayıl Müşviq, Əli Kərim ruhi halları!» Digər kitablarında olduğu kimi bu nəşrdə də şairənin ilhamsız yazılan bir şeirinə rast gəlmək mümkün deyil.

 

Təranə Məhərrəmova

Kaspi.-2014.-12-14 iyul.-S.17.