Yanaşma tərzinin Rəşad Məcid nümunəsi

 

Müasirlərimiz

Mən bu sətirləri hələ 12-ci ilin payızında hazırlamaq istəyirdim. Akademik İsa Həbibbəylinin Rəşad Məcidin rəhbərlik etdiyi qəzetin 20 illiyi münasibətiylə qələmə aldığı “525-ci qəzet”in özüsözü” adlı , özündə böyük həqiqətləri əks etdirən bir yazısını oxuyandan sonra belə qərara gəlmişdim ki, bu barədə mən də nə isə yazım. Çünki, akademik adı çəkilən qəzetə elə bir ali qiymət vermişdi ki, mənim Rəşada və qəzetinə olan inamım birə beş qat artmışdı: “Beləliklə, Azərbaycan mətbuatı tarixində böyük məktəb yaratmış məşhur “Molla Nəsrəddin” jurnalından sonra ilk dəfədir ki, “525-ci qəzet” də xüsusi jurnalistika məktəbinə çevrilmək prosesini yaşayır”. Akademik belə düşünürdü.

 

Mənim özüm isə həmin mətbuat vasitəsini dəfələrlə müxtəlif yerlərdə “ölkənin ən çox oxunan qəzeti” adlandırmışdım. Eyni zamanda bu nəşrin səhifələrində çoxsaylı yazılarım verilib, özüm haqqında dəfələrlə söz açılıb. Odur ki, həmin yazını hazırlamağı özümə borc bilirdim. Amma... sonra fikirləşdim ki, həmin addımım həm kampaniyaçılığa qoşulmaq kimi qiymətləndirilər, həm də “sən mənim haqqımda yazdın, mən də sənin haqqında yazıram” kimi dilə düşər . Yazmadım.

 

 

İki payız keçəndən sonra isə yoldaşımız İlqar Həsənov hansısa tədbirdən qayıdanda birbaşa bizim otağa gəlmişdi. Əlindəki kitabı mənim stolumun üstünə qoydu ki, bir saatdan sonra qayıdanda götürərəm. Yenə harasa gedirdi. İşdəki kitab şkafımda, yazı stolumun üstündə və pəncərədə vərəqləməli və haqqında söz açmalı olduğum onlarla kitab olduğuna görə İlqarın gətirdiyi kitab məni o qədər də maraqlandırmadı. Amma gördüm ki, kitabın üz qabığındakı şəkil haray çəkib oxucunu çağırır. Amansız dalğaların dəlicəsinə döydüyü qayalar (elə kitabın adı da dəlicəsinə yazılmışdı), fırtına, ildırım, lap uzaqda bədirlənmiş aybir küncdə Rəşad Məcid imzası. Özümün sərgidən, yarmarkadan, mağazadan aldığım və kiminsə göndərdiyi, aylarla vərəqlənmək növbəsində dayanan kitabların müəllifi olan dostlarım inciməsinlər, insan kimi kitabın da bəxti olur. Məhz həmin bəxt Rəşad Məcidi öz yeni kitabına belə bir üz qabığı hazırlayan rəssama tuş gətirmişdi. Kitabın mənim stolumun üstünə gəlib çıxmasında da bir bəxt məsələsi vardı. Qərəz, kitabı vərəqlədikcə, oxuduqca buradakı özünəməxsusluğu mütləq təsdiqləməli olurdum. Həmin keyfiyyət isə elə ilk yazıdan görünürdü.

 

Fikrin əsaslandırılması lazımdır. Kitabda birinci yazı kimi verilmiş, dörd il qabaq qələmə alınmış bir təəssüratdan sitat gətirək:

“Ötən cümə UruqvayQana matçının son dəqiqələri də ibrətamiz həyat hekayəsi, dəqiq yaşam düsturuydu!

Qananın son dəqiqələrdəki amansız, aramsız hücumlarını ağlasığmaz müqavimətlə dəf edən, sonda oyunçunu qapıya girən topu əlləriylə çıxarmağa vadar edən ilahi güc nəydi görəsən?

Dəlicəsinə istək! Dəlicəsinə qalib gəlmək əzmi!

Allah çox istəyənləri mükafatlandırır.

İnsan bir şeyi dəlicəsinə istəyirsə, ona çatır!

...Bütün uğursuzluqların arxasında sevgisizlik durur!

...Biz - arzuladığımız torpağa ona görə çatmırıq ki, dəlicəsinə istəmirik.

...Dəlicəsinə mübarizə edin! Çatacaqsınız! Ötən cümə olduğu kimi – uruqvaylılar kimi!!!”

 

Nümunədir. Vəssalam. İstənilən məsələyə yanaşmanın nümunəsi. Bu nümunədə həddən artıq incə və həm də çox ciddi bir etiraz var. Bu nümunədə kifayət qədər həqiqət və istənilən qədər yumor (hətta, ironiya) gördüm.

 

Rəşad Məcid sözün həqiqi mənasında orijinal adamdır. O, başlanılmış işlərin yarımçıq qalmasına və ya başdansovdu yekunlaşdırılmasına həmişə etiraz edibedir. Amma, necə etiraz? Əlbəttə, zarafatla, gülə-gülə. Heç kəsi incitmədən. Yadımdadır, bir məclisdə yenicə yaradılmış jurnalist qurumunun rəhbər şurasının sırasında Rəşad Məcidin də, mənim də olacağımı dedilər. Mən soruşdum ki, həmin şurada vəzifəmiz, funksiyamız nədən ibarət olacaq?. Sualı ünvanladığım adamdan tez Rəşad cavab verdi:

 

-Bax, belə məclislərdə iştirak etmək.

 

Çox konkret və ağır cavab idi. O, demədi ki, yaradılmış yeni qurumlar fəaliyyətsiz olurya səmərəsiz işləyirlər. Bunları demədi. Amma, çox şey dedi. Arifcəsinə münasibət bildirdi.

 

Rəşad özünəməxsus şairdir. İlk növbədə adama elə gəlir ki, o, öz şeirlərində bütün ölçü-biçiləri, mizan-tərəzini ayaq altına atır. Şeiri oxuyub qurtarandan sonra isə görürsən hər şey öz yerindədir. Düşünürsən ki, bəs bayaq çiliklənənlər nə idi? Onun “Xilaskarım” adlı şeirini bir neçə dəfə oxudum. İstədim zəng edəm ki, bu şeiri daha adam arasına çıxartma. Son nəticədə isə nəinki tənqid eləmədim, hətta, o şeir bu qısa yazıya da düşdü:

 

“...Axşam səninlə bağlanır göz qapaqlarım!

Xilaskarım!

 

Kimdi səni anlayan -

Barmaqla sayılan azlar!

Çörəyi dizinin üsdtə olan

Ətəyindən tutub qalxan

sonra səni söyən, tapdalayan

naxələf dayazlar!

Ən çətin anlarında da barmaqlarını aralayıb

-birini ver- deyənlər.

...üstünə yüyürür bəşər!

Səni göydələnlərdən çıxarıb bomj kimi

qapı ağzına atırlar.

Təyyarələrdən, otellərdən qaçaq salırlar.

Səni hava limanlarında bir küncə sıxdılar

Səni qatarlarda ən kirli vaqonlarda qapadılar!

Dözdün dayandın! Sakit baxdın!

Üstünə yüyürdü

qanunlar, yasalar!

Orda onun, burda bunun bəyanatı!

 

...qapalı alanlar!

”no smokinq”lər,

içiləməz”lər,

çəkmək olmaz”lar!

 

...Bu şeir mənim sənə

təşəkkürüm, sədaqətim!

Tütünüm !

Nikotinim!

Tüstüm!

Siqaretim.”

 

Bu, hələ harasıdır? Bütün dünyanın bu ziyanlı əmələ qarşı illərdən bəri mübarizə apardığı bir dövrdə siqaretiXilaskarımdeyə vəsv edən Rəşad Məcid üstəlik, şeirdə nikotin kimi ziyanlı olan bir əməli məqbul sayır. Nikotin insanın nəfəsini daraldır, şeirə uyuşmayan, hardan gəldi götürüb ədəbi mətnə qoyduğumuz alınma sözlər isə poeziyanın. Məsələn, keyidici, mikrob, bomj, epidemiya, antivirus, kislota, test, hüceyrə, pinset sair poeziya ifadəsi olmayan sözləri çəkinmədən şeirdə işlədir. üçün? Çünki o, çərçivələr daxilində yazmağı , danışmağı xoşlamadığı kimi yaradıcı gəncləri öz arxasınca aparmağa çalışır. O, yeni nəsil qələm sahiblərinə xatırladır ki, stereotip kimi qəbul edilmiş ənənədən, ədəbiyyatın yazılmamış qaydalarından kənara çıxmaq faciə deyil. Bu addımlar ümumi tərəqqi naminə olacaqsa, ədəbiyyat da bağışlayar, oxucu da.

 

Rəşad kifayət qədər spesifik keyfiyyətlərə malik mətbuat təşkilatçısıdır. O, qəzet təsis edib mətbuat bazarına gələndə ölkədə kifayət qədər sanballı qəzetlər var idi yaşlı nəslin nümayəndələri deyirdilər ki, növbəti qəzet yaratmağa ehtiyac var? Onsuz da hamısı eyni mövzunu, eyni şəkildə yazacaq. Həmin yolu tutanlardan fərqli olaraq Rəşadın qəzeti tamamilə fərqli bir yol tapmışdı. Ya eyni mövzunu başqa şəkildə yazdı, ya da başqa-başqa mövzulara üz tutdu. İlqar Həsənov deyir ki, bu gün Azərbaycan mətbuatında Rəşad Məcidin dava salmadığı heç bir redaksiya qalmayıb. Hansısa redaksiyada, kiminsə yazdığı məqalə bəyənilmirsə, gətirib verir “525-ci qəzetə”. Sonra o biri redaksiyalarda söz-söhbət başlayır. Rəşad başqa redaksiyalarda qələmə alınmış, ancaq rəhbərlik tərəfindən dəyişilməsi tələb olunan həmin yazıları üçün olduğu kimi verir? Çünki o, həm müəllifin hüquqlarına toxunmaq istəmir, həm söz azadlığına böyük hörmət ehtiramla yanaşır. Söz azadlığı onun üçün çox mühüm dəyərdir.

 

Onun dövlət, xalq, cəmiyyət, mədəniyyət haqqında həddən artıq özünəməxsus olan mülahizələri var. Bir dəfə ona ülvi məhəbbət mövzusunda olan, Şərq ədəbiyyatında böyük əksəriyyətin məmnunluqla qəbul etdiyi bir mövzunu, daha doğrusu, Xosrovun Fərhadın Şirinə məhəbbətlərini xarakterizə edən bir rəvayəti danışdım. Rəvayətin məğzi belə idi: Xosrovdan soruşurlar ki, bu dünyanın bütün səlahiyyətləri səndə olsaydı neylərdin? Deyir, Şirini hökmdar edib, özüm ona kölə olardım. Həmin sualı Fərhada verirlər. Deyir, Şirini götürüb bir mağaraya çəkilərdim. Vəssalam. Başqa heç bir umacağım yoxdur. Bu əhvalatı danışdım. Rəşad sanki Fərhadla üz-üzə dayanıbmış kimi əsəbi halda mübahisəyə başladı: - Düşüncəsiz adam, bəs xalq, dövlət, cəmiyyət, insanlar, səni dünyaya gətirib böyüdənlər, təhsil verənlər, çörək verənlər necə olsun? Necə yəni bir kahaya çəkilərdim? İnsanlıqdan qaçırsanmı?

 

Yəni, bu adam adi bir ədəbi məzmunlu rəvayətdə kiminsə təkcə özünü düşünməsi ilə bacara bilmədi. Subyektiv düşüncə olsa da, məntiqini bəyəndim. Amma, həmin anda onun çox ciddi şəkildə əsəbiləşməsinə uğununca gülmüşdüm.

 

Yeri gəlmişkən, onun başqa bir əsəbiləşməsinin şahidi olmuşam. Həmin əsəbiləşmədən sonra isə kimisə söyməmiş, sadəcə dəstədən ayrılıb gedib uşaq karuselinə minmişdi... Biz onunla beynəlxalq konfransda iştirak etmək üçün Səudiyyə Ərəbistanına birlikdə getmişdik. Səfərin sonuncu günləri Dammamdan Cübeylə gedəndə avtobusda müxtəlif adamlar barədə söhbət etdik. Mən yaradıcı adamlardan birinin beş-altı müsbət keyfiyyətini sadaladıqdan sonra həmin adamın mənfi keyfiyyətlərini yada saldım. Rəşad razılaşmadı məni öz fikrimdən döndərməyə çalışdı. Bu cəhdinin uğursuz olduğunu görəndə - yəni mən öz sözümdən dönməyəndə - küsmüş adam kimi sakitcə oturdu biz Fars körfəzi sahilində avtobusdan düşən kimi o. ... itdi. Təxminən saat yarımdan sonra məlum oldu ki, beş-altı vəzifə sahibi olan Rəşad Məcid əsəblərini cilovlamaq üçün uşaq karuselində fırlanır. Çox müsbət hal idi. Çünki o, Fərhad haqqında danışarkən nümayiş etdirdiyi hirsi, hikkəni məni sözümdən döndərmək üçün tətbiq etsəydi... Etmədi hiss etdim ki, səhhətinə ziyan vurmağı üstün tutdu.

 

Bütün bunlar Rəşad Məcidin mətbuat, ədəbiyyat, mədəniyyət cəmiyyət barədə düşündükləri, həmin sahələrə münasibətindən nümunələrdir. Həmin məsələlər isə cəmiyyət həyatının ayrı-ayrı sahələridir. Ancaq onun bir fikri var ki, həmin mövqe bütövlükdə hamımız üçün vacib olan məqamı özündə əks etdirir. Deyir ki, futbol üzrə Azərbaycan Milli Komandasının baş məşqçisi məhz Qurban Qurbanov olmalıdır. Mən Rəşadın əksər fikirlərinə gücüm çatandan münasibət bildirdim. Yəni, deməli sözüm oldu. Milli komanda Qurbanov barədə dediklərinə isə...sadəcə sözüm yoxdur. Çünki, yaşca kiçik olsa da, hamımızın əvəzinə o deyib.

 

Yaş demişkən, eşitdim ki, gənc dostumuz 50 yaşın astanasındadır. Həm Rəşad Məcidə, həm bütün rəşadsevərlərə xatırlatmaq istəyirəm ki, “yubileysözü latınca 50 deməkdir. Yəni , hər insanın həyatında cəmi bircə dəfə yubileyi olur. 50 Yaşında. Sonra isə onun altmış illiyi, səksən illiyi sairə qeyd edilir . Ona görə istənilən insanın 50 yaşı bayram kimi qəbul oluna bilər. Rəşad kimi orijinal insanların yubileyinin daha orijinal qeyd edilməsi isə tamamilə təbii olardı. Əziz dostumuzu bəri başdan təbrik edirik!

 

İttifaq MİRZƏBƏYLİ,

əməkdar jurnalist,

iyun, 2014-cü il

 

Şəkildə:

Rəşad Məcid, Ağanisə Sultanovaİttifaq Mirzəbəyli Səudiyyə Ərəbistanında. Dammam şəhəri. 2 dekabr. 2013-cü il.

Kaspi.-2014.-19-21 iyul.-S.15.