Ədəbiyyat mənim son məhəbbətimdir

 

Afaq Şıxlı: “Ədəbiyyat istedadlı, səmimi, saf insanlara birləşdirir, nadan, qaba, mənasız insanlardan isə ayırır və bu da tam təbiidir!”

Müsahibimiz Moskvada yaşayan şair-tərçüməçi Afaq Şıxlıdır. Afaq xanım Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya Yazarlar birliyinin və Rusiya Yazarlar Birliyinin (2012) üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, eləcə də Moskva Şəhriyar Ədəbi Mədəni cəmiyyətinin mətbuat katibidir.

 

– Rusiyada ola-ola Azərbaycan ədəbiyyatının, ədəbi mühitinin abu-havasını yaşamaq nə qədər mümkündür?

Onu deyim ki, istər Rusiyada, istərsə də dünyanın qeyri ölkəsində yaşamağından asılı olmayaraq, hər bir yazarın (mən başqa sənət sahiblərinin adına danışa bilmərəm) ruhi telləri öz vətəninə köklənir. Bu elə bir gözə görünməz əlaqədir ki, məsafə, sərhəd tanımır.

Düzdür, hər kəsə öz vətəni əzizdir, amma mən Azərbaycanın tayı-bərabərində başqa bir cənnət-məkan inanmıram ki, mövcud ola. Birqardaş Türkiyənin adını çəkə bilərəm bu sırada. Söhbət əlbəttə ki, təkcə gözəllikdən getmir. Söhbət havadan, sudan, Günəşdən, doğmalıqdan, sevgidən gedir. Ədəbiyyat isə - bunların hamısının cəmidir. İnsanın pasportu olduğu kimi, ölkənin də pasportu var. Ədəbiyyat – bir ölkənin pasportudur, görünən üzüdür.

 

Mən öz vətənimdən 15 ildir uzaqda yaşayıram, əzizlərim isə Azərbaycandadır. Azərbaycan ədəbiyyatı, onu təmsil edən dostlarım dabu əzizlərimdəndir.

 

– Şeirləriniz sanki rus və Azərbaycan poeziyasının vəhdətindən doğulur, bu rus ədəbiyyatına bağlılıqdan irəli gəlir, yoxsa yaşadığınız mühitin təsiri var?

– Mən deməzdim ki, şeirlərimdə rus ədəbiyyatının ruhu var. Bəlkə də var, bunu mən hiss etmirəm; hər halda söyləyən ilk insan sizsiniz. Uzun illər rus şair və yazıçıları ilə vəhdətdə işləmək elə də asan deyil. Elə tərcümə işiçox məsuliyyətli bir işdir. Anna Axmatova, Marina Svetayeva, M. Loxvitskaya kimi şairələrin əsərlərini ana dilimizə çevirərkən, bu şeirləri sanki öz qanımdan keçirib onların dünyasını yaşayıram. Bu, tam başqa bir aləmə aparır insanı - bizdən həm çox uzaq olan, həm də bəzi nöqtələrdəsə bizimki ilə kəsişən bir aləmə.

 

Moskva kimi qarışıq, kriminal şəhərdə romantik, lirik ovqatınızı qorumaq sizə çətin deyil ki?

 

Moskva - ən tanınmış meqapolislərindən biridir. Əlbəttə ki, kriminalı da var, pisi də, yaxşısı da. Amma “gözəl görmək istəyən – gözəl görür” deyirlər. Rastlaşdığımız xoşagəlməz olaylar dünyanın hər yerində var. Bizburada yaşayıb yaradan yazarlarMoskva Azərbaycanının ziyalı mühitində dolanırıq. Ətrafımızda alimlər, şairlər, rəssamlar, müəllimlər, aktyorlars... incəsənət və mədəniyyət adamları var. Onların arasında isə lirik ovqatda olmamaq əsla mümkün deyil.

 

Bir neçə ədəbi birliyin üzvüsünüz, sizcə bu, yaradıcı insana hansı üstünlükləri verireyni zamanda nələrdən edir?

Yaxşı yazmaq üçün yaradıcı insana hansısa birliyin üzvü ola bilməmək mane olmur. Mən AYB üzvü deyiləm, bu mənə öz ana dilimdə yazıb-yaratmağa, qəzet və jurnallarda dərc olunmağa, Azərbaycan adına dünyanı gəzib ədəbiyyatımızı təmsil etməyə mane olmur. Eləcə də, AYB üzvü olmaq, bəzi qələmdən kasadyazarlara” gözəl yazmaq şansı vermir. İlham qəlbin və ruhun məhsuludur, onu hansısa birliyə üzv olarkən paylamırlar.

 

Mən RusiyaAvrasiya yazarlar birliyinin üzvüyəm. Bu, mənə həmin birliklərin əhatə dairəsindəki dövlətlərdə olan ədəbi gecələrdə, qurultaylardaya toplantılarda tam hüquqlu söz haqqı verir. Yaradıcılığa isə bunların heç bir dəxli yoxdur.

 

İxtisasca həkim olmağınız şeirlərinizə yoxsa hekayələrinizi daha çox mövzu verirbu hansı formada baş verir?

            Mən deyərdim ki, mənim ilkin sənətim hekayələrimdə daha çox yer alır.

Bir romanım var, hansını ki, hər il bitirməyi planlaşdırıram, lakin araya digər kitablarım düşür. O roman səhiyyə işçilərinə həsr olunub. Əsərin qəhrəmanı da gənc bir həkimdir. Məncə, o romanı yazmaqda çətinlik çəkərdim, həkim olmasaydım. Çünki, təbabət elmin elə bir sahədir ki, illərlə o mühitdə olmasan, bu haqda yazılan əsərdə qeyri-inandırıcılıq ola bilər.

Onu da deyim ki, bu yaxınlarda Nisə Bəyim xanımın “ONLİNE” adlı romanı nəşr olunmuşdu. O romanda hadisələr səhiyyə ocaqlarında cərəyan edir və Nisəbəyim xanım bu işin öhtəsindən çox bacarıqla gəlib. Yeri gəlmişkən, həmin romanda əsərin qəhrəmanının – Arzu Şıxlının prototipi mənəm.

 

– Tərcümə seçiminizin daha çox sevgi şeirləri olmasının səbəbi nədir?

Sevgi elə bir məfhumdur ki, onundini, nə milliyyəti, nə vətəni yoxdur. O ümumbəşərdir, əzəldir, əbədidir! Sevgi şeirlərini tərcümə etmək, hətta yüz il, iki yüz il öncə kimlərinsə yaşadığı sevgi hisslərini bu günkü gün yenidən yaşamaq deməkdir. Bu çox maraqlı və cəlbedicidir. Dərinliyinə qapıldıqca görürsən ki, məhəbbətdə heç nə dəyişməyib. İnsanlar, dövran, maraqlar dəyişib, sevgi isə necə vardısa eləcə də qalıb. Sevən insanlar da bir-birinə bənzəyirlər – onlar hamısı ruh əkizləridir.

 

Amma qeyd edim ki, mən müasir rus yazarlarının təkcə sevgi şeirlərini tərcümə etmirəm. Müxtəlif mövzulara toxunuram.

 

– Hazırda Rusiyada yaşayan şair və yazıçılardan kimlərin əsərlərinin dilimizə çevrilməsinə ehtiyac var və onların yaradıcılığındakı hansı keyfiyyətləri bəyənirsiz?

 

Ümumiyyətlə, zövqlər müxtəlifdir. Şəxsən mən, klassiklərin əsərlərini nə qədər çox sevsəm də, müasir ədəbiyyatın da başqa dillərdə tanınmasının tərəfdarıyam. Bundan əlavə, nə zamansa tərcümə olunmuş dahi bir əsəri də yenidən tərcümə etmək olar. Bu qədim bir filmin yenidən ekranlaşdırılmasına bənzəyir – yeni baxış nöqtəsi, yeni quruluş, yeni təqdimat.

 

– Sizcə şair hansı duyğuları və keyfiyyətləri özündə qoruyub saxlamalıdır?

 

Şair də ən adi insani keyfiyyətləri özündə qoruyub saxlamalıdır. Bütün mənfi keyfiyyətlərin mənim fikrimcə bir adı var – xəyanət. Əsil insan kimi şair də xəyanət etməməlidir: vətən sevgisinə, valideyn əməyinə, ailə təmizliyinə, sözün müqəddəsliyinə, vicdanın dürüstlüyünə, nəfsin möhkəmliyinə və sənətin ucalığına. Xəyanət hissindən uzaq olan kəs, heç bir yalnışlığa yol verməz.

 

– Müsahibələrinizin birində deyirsiz ki, şeir yazmaq mənim üçün dünyanın ən böyük səadətidir. Dünyanın dağıldığı, müharibələrin, terrorun alov püskürdüyü dövrdə sizcə ədəbiyyat barədə çox romantik düşünmürsünüz ki?

Dövrünün məşhur yazarlarından biri Aqata Kristi deyirdi ki, sağlam təfəkkür bəzən çox sıxıcı və quru olur. Hərdən bir reallıqdan uzaqlaşmaq lazımdır, dünyanın gözəllikləri yalnız o zaman gözə görünür.

 

Ədəbiyyat və romantika ayrıla bilərmi ki sizcə? Hətta dəhşətli müharibə romanlarında belə romantik duyğular təsvir olunmazsa o əsər oxunmaz.

 

O ki, qaldı dünyanın dağıldığı dövrə. Dünya XIX əsrdəmi dağılmırdı, yoxsa XX əsrdəmi? Və ya ondan daha əvvəllər... Bütün dövrlərdə müharibələr, terrorbaşqa bəlalar olub. Amma şeirlər, povestlər, romanlar yazılıb, yazılır və yazılacaq da. Hər bir dövrün öz ədəbiyyatı, öz ruhu, öz oxucusu var.

 

Həm də... Vətənimizi qorumaq üçün qardaşlarımız, böyütdüyümüz oğullar var. Biz isə bacardığımız qədər və hətta daha artıq onların ruhunun, mənəviyyatının keçiyində durmalıyıq.

 

Şeir yazmaq və ümumiyyətlə ədəbiyyat, həqiqətən də, mənim üçün dünyanın ən böyük səadətidir. Bunu hər zaman təkrar etməyə hazıram.

 

– Ədəbiyyat sizdən nələri alır və sizə nələri verir? Qazandıqlarınızdan məmnun itirdiklərinizə peşman deyilsiniz ki?

 

Ədəbiyyat məndən zamanımı alır, lakin mən bunu məmnuniyyətlə ona qurban edirəm. Bir qədər də sağlamlığımı, yuxumu alır. Bunlar hamısı onun böyüklüyü qarşısında çox cılız görünür. Pafosla deyilən sözlər deyil. Bunlar mənim həqiqətimdir!

 

Ədəbiyyatın mənə bəxş etdiyi isə – özüdür. Onun möhtəşəmliyini hiss etmək, onun gözəlliyinə toxuna bilmək, onunla yanaşı addımlamaq kimi əvəzedilməz bir duyğudur. Ədəbiyyat mənim son məhəbbətimdir!

 

– Ədəbiyyat sizi insanlardan ayırır, yoxsa birləşdirir?

– Ədəbiyyat istedadlı, səmimi, saf insanlara birləşdirir, nadan, qaba, mənasız insanlardan isə ayırır və bu da tam təbiidir!

 

Fərid Hüseyn

Kaspi.-2014.-26-28 iyul.-S.11.