Flora Xəlilzadədən hekayə

 

Şokalad paylayan qız

(olmuş əhvalat)

 

Heç evdən çıxmaq istəmirdi, amma neyləsin? Dərsi birinci saat idi. Əvvəlcə direktorun katibəsinə dəyməli, kitaba qol çəkməli, yeni tapşırıqlarını almalıydı. Gecikmək olmazdı. Belə yaşamaq olar? Yaxan qalsin bir nadanın əlində...”deyə dərindən ah çəkərək evdən çıxdı. İyirmi il idi ki, eyni məktəbdə müəllim işləyird. Əvvəlki direktor Əminə müəllimə çox ziyalı , sadə, mehriban həssas xanım idi. Qəzaya düşdü. Yerinə Sadıq Faizovu göndərdilər. Kollektivin qara günləri başladı. İlk işi məktəbin foesində divara asdırdığı iki lövhə oldu. Birini əmr fərmanlar , digərini dünyasını dəyişəcək müəllimlərin şəkilini vurdurmaq üçün... Xadimə Əsimə hər dəfə onların tozunu alan da içini çəkərdi. Hərdəndə yavaşca xəbər alardı: “Axı burda şəkil, ad var, bəs yuxarıda niyə belə yazıblar ki, Allah rəhmət eləsin...

 

Sadıq Faizovun ilk işi müəllimləri kabinetinə çağırıb iclas keçirməsi onları hədələməsi oldu. Ağlınız əvvəlki direktora getməsin ha, o arvad xeylağı idi. Vəzifə arvadlıq deyil...” Kimsə yerindən söz atdı: Yüz kişiyə dəyərdi. Dahi idi...” Elə bil Sadıq Faizova od vurdular. Üz-gözü bozarsa da ağzını növbəti iclasda açdı: Yaxşı-yaxşı mənə qulaq asin bir dəfəlik bilin, burda bir dahi var o da yalnız mənəm!..”

 

Hər iclasda bir müəllimin hesabatı dinlənilirdi. Günlərin birində Vəsilə müəllimə bu cür iclasa etiraz edərəkvaxt itiririkdedi. O gündən əzablı günləri başladı, müəllimənin. “vilan uşağa niyə 5 yazdın”, “bazar günü səni rayonda görüblər”, “ uşadları tənəfüsə gec buraxdın”, “ az qalmışdı ki, dərsə gecikəsən yüz cür lüzumsuz bəhanələr... Uzun illər pedaqoji sahədə qüsursuz fəlayyət göstərdiyinə görə müxtəlif mükafatlar almış Vəsilə müəllimənin xətrini hamı çox istəyirdi. Bu da yeni direktorun xoşuna gəlmirdi. Valideynlər niyə sənin yanına gəlirlər, uşaqlarını niyə səndən soruşurlar? Buranın yiyəsi mənəm...” İşdən evə dönən müəllimə yolu fikirli-fikirl keçərkən onu da maşın vurdu.

 

Qara xəbər hamını sarsıtsa da direktor arzusuna çatdığı üçün sevinirdi. Nəhayət divara asdırdığı boş lövhəyə qara haşiyəli şəkil vuruldu. Təcili iclas çağırıb bəyan etdi: Görürsünüz , mən necə böyük adamam, hamınızın şəkilini ora vuracam, arxayın olun!” Dillənən olmadı. Direktor əsəbiləşərək yaxşılıq bilməyən adamlarsınız, ə...”

 

Gənc müəllimə Afaq çox fəal idi. Onu tez-tez televiziya verlişlərinə çağırardılar. İşi ilə bağli mətbuatda da maraqlı yazılarla çıxış edirdi. Bu, direktorun xoşuna gəlmirdi. Amma bir başa Afaqa söz deməyə şəkinirdi. İclasda tez-tez ortalığa deyirdi: Məndən icazəsiz heç bir yerə, televiziyaya getməyin, məktəbin yiyəsi var, ya məndən icazə alsınlar, ya da mən kimi istəsəm, o gedəcək”. İş elə gətirdi ki, Afaq haqqında sənədli film çəkildi. Bundan xəbər tutan direktorun gül ağzı açıldı. Təcili həmfikir olduqlarını başına yığaraq məşvərət elədi. Afaqa töhmət yazdırıb divardan asdırdı. İşdə yol verdiyi nöqsanlara görə...” Həmin axşam televiziyada fəxri ada layiq görülmüş müəllimlər elan olunan da Afaq Səlimovanın da adı çəkildi. Səhəri məktəbə gələn kimi müəllimlər divardan elanın götürüldüyünü gördülər. Cadıq Faizov kinli adam idi. Necə olursa olsun Afaqı bezdirməkdən, incitməkdən əl çəkmirdi. İclasda həmişə ondan narazılıq edir, ona tabe olmadığını deyirdi. Növbəti dərs ilində Afaq ağır xəstələndi. Uzun müddət xəstəxanada yatmalı oldu. Çox zəif düşdüyündən bir müddət məktəbə gələ bilmədi. Direktor isə öz işindən əl çəkmək fikirində deyildi. Nəhayət Afaq məktəbə dönməli oldu. Amma gözlərinə inanmadı. Divar boyu ona verilmiş töhmətlər asılmışdı. Ərizə yazib işdən çıxmaq istədiyini bildirdi. Səhəri gəlib sənədlərini almaq istəyəndə müəllim yoldaşlarına şokalad payladı. Bu nə münasibətlədi” sualına “qurtulduğumüçündür, söylədi.

 

Afaq istedadlı və bacarıqli müəllimə idi. Onu tezlıklə liseyə dəvət etdilər. Bu xəbər təhsil şöbəsinin müdirinə çatan da direktora zəng edib danladı: “ Sənin başın xarab olub, o cür müəllimənin məktəbdən getməsinə necə razılıq verdin?” Direktor səsinə qəmli ahəng verərək dedi:

-O, məni saymırdı.

 

-Bu, nə deməkdir?

 

- Qoyun sizə danışım, görəcəksiniz kı, mən haqlıyam. Afaq Səlimova ışdən çıxan gün şokalad gətiribmiş. Hamıya paylayıb, mənə yox...

 

- Nə olsun?

 

-Bu, mənə münasibətdi...

 

- Sən nə danışdığını anlayırsan, a bədbəxt, o sənin kimi bir əbləhdən qurtulduğu üçün belə edıb də...

 

Bir neçə gündən sonra direktor Afaqın vaxtı ilə dərs dediyi sinifin şagirdlərinin əlində şokalad görən də təəccüblə və iztehza ilə soruşdu: “ İndiolub, kimin şirinliyidi?” Uşaqlar gülə-gülə “ Afaq müəlliməmizin...” dedilər. Sadıq Faizov ağzını açmağa macal tapmamış təhsil şöbəsinin müdiri Cavid Niyazovu gördü. Cavid müəllim özünə məxsus yumorla dedi “Sən deyəsən şokaladı çox sevirsən axı? Bu dəfə Afaq xanım sənə də şokalad gətirib.” “Mənə..?” “Bəli sənə!” Afaq Səlimova valideynlərin xahişilə bu məktəbə direktor təyin edilib. Sadıq Faizovun səsi xırıldadı. Handan-hana öz-özünə mızıldadı: “Ta denə, şirinlik paylayır də...”

 

Kaspi.-2014.-31 may.-2 iyun.-S.17.