Puşkinin “Peyğəmbər” şeiri haqqında düşüncələr

 

Mirmehdi Ağaoğlu

İslama xüsusi rəğbət duyduğunuQurana nəzirə” şeirindən bildiyimiz Aleksandr Sergeyeviç Puşkin Qafqaz sürgünündən qayıtdıqdan sonra “Peyğəmbər” şeirini (1826-cı ildə) yazmışdı.

 

Şeir Hz.Məhəmmədə həsr olunmuşdu.

 

Şeirin zamanında geniş əks-səda doğurmuşdu. Hətta daha sonralar Dostoyevski, Bulqakov və başqaları tərəfindən çox yüksək qiymətləndirilmişdi.

 

Mütəxəssislərin fikrincə şeir sürgündən qayıtmış şairin Çara xitabı idi: “Şair də peyğəmbərdi, ona toxunmaq olmaz. Onun da sözləri vəhydir, ilahi kəlamdır.”

 

Puşkin şairlə peyğəmbəri eyniləşdirmiş, onu ucaldaraq dünya hakimi olan çarlardan, hökmdarlardan da yüksək mərtəbəyə qaldırmışdı

 

Şairin rus araşdırmaçıları şeirin Məhəmməd peyğəmbərə həsr olunduğu da o qədər qabartmırlar.

 

Puşkinin eramızdan əvvəl VIII əsrdə yaşamış yəhudi peyğəmbəri Yeşayanın obrazını yaratdığını deyirlər. Yeşaya yəhudilərin böyük peyğəmbərlərindən sayılır. Məhz o Məsihin gələcəyini müjdələyib.

 

Bibliyaya görə Yeşayanın gözünə görünən mələk müqəddəs qurbangahdan götürdüyü odla onun ağzına toxunur. Bundan sonra Yeşaya təmizlənib, paklanır. Və peyğəmbərliyə başlayır.

 

Amma şeiri oxuyanda gözümüzün önündə peyğəmbər barədə olan məşhur “Şarhı-Sadr” hadisəsi canlanır.

 

Əslində, “Peyğəmbər” şeiri həmin məşhur “Şarhı-Sadr” hədisinin poetik dillə ifadəsidir. Şairin gəldiyi nəticə də olduqca dəqiq və dolğundur.

 

Əslində bu hədisin həqiqətdə baş verib-verməməyi önəmli deyil. Vacib olan onun simvolik mənasıdır. İlahi sözü insanlara çatdıracaq şəxsin adi insanlardan seçilməsi, onun arınıb təmizlənməsi gərəkdir.

 

Hadisə bu cürdür: Balaca Məhəmməd bir bahar günü süd qardaşı Abdullahla quzuları otarırmış. Quzuları qovmaqdan yorulan uşaqlar çəmənlikdə uzanıb dincəlirlər. Abdullah yuxuya dalır. Kiçik Məhəmməd onlardan xeyli uzaqlaşmış quzuları qaytarmaq üçün dallarıyca qaçır.

 

Bir qədər getdikdən sonra qarşısına geyimli iki adam (onların insan cildinə girmiş mələk olduqları deyilir) çıxır. geyimli adamlardan biri o birinə deyir ki, bu odurmu? O birideyir. geyimli qanadlı adamlardan birinin əlində içi qarla dolu qızıl tas olur. Onlar Məhəmmədi tutub çəmənin üstünə uzadırlar.

 

Ağrısız şəkildə sinəsini yarıb ürəyini çıxarır, içindəki laxta qan parçasını çıxarır, sonra ürəyinə nurdan möhür vuraraq yenidən sinəsinə qoyurlar. Sonra qarın boşluğunu yarıb təmizləyirlər.

 

Yuxudan ayılanda qardaşının başına bu işlərin gəldiyini görən Abdullah tez evə qaçaraq əhvalatı anasına danışır. Peyğəmbərin süd anası Həlimə əri hadisə yerinə gələndə balaca Məhəmməd ayaq üstəymiş üzü gülürmüş.

 

Ondan baş verdiyini soruşanda o başına gələnləri danışır.

 

İslamda peyğəmbərin sinəsinin yarılması daxilinin təmizlənməsi hadisəsinin üç dəfə baş verməsi qeyd olunur. Bunlardan biri lap körpə olan zaman, ikincisi, dediyimiz bu hadisə, üçüncüsü Merac gecəsi baş verib.

 

HəttaƏl-İnşirah” (“Açılma ya genişlənmə”) surəsinin birinci ayəsinin (Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!) bu hədisə işarə olduğunu deyənlər var. Bir çox islam mütəxəssisləri isə bununla razılaşmır, bu ayədəkigenişlətməkfelinin məcazi mənada olduğunu deyirlər.

 

Şarhı-Sadrhadisəsi islamda qəbul olunur. bu hadisənin məcazi mənası da bundan ibarətdir ki, “Şarhı-SadrMəhəmmədə peyğəmbərlik verməmişdən əvvəl onu seçilmiş etmək, sıravi insanlardan fərqləndirmək üçün, qəlbindən şeytanı bir dəfəlik qovmaq üçün baş verib.

 

Şeir bunu demirmi? Quzu otaran uşağa altıqanadlı mələk yanaşır onun bütün üzvlərini qulaqlarını, gözlərini, ağzını adi insani çirkinlikdən təmizləyir. Bax, bundan sonra o yenidən dirilir. Artıq insanlığa Tanrı sözünü çatdırmağa hazırdır.

 

Peyğəmbər

 

Ruhumu təngidən bir yanğıyla mən,

Sərgərdan gəzirkən kimsəsiz düzdə,

Yollar ayrıcında çıxdı qəfildən

Altıqanad mələk yolumun üstə;

Əliylə gözümə elə toxundu

Hürkmüş bir qartalın ayıq gözütək

Açılıb gözümdə nurlandı bəbək.

Elə ki, toxundu qulaqlarıma

Səs-küylə doldurub çəkdi tarıma:

Aydınca eşitdim göyün səsini,

Orda mələklərin süzməyini .

Çöldə tənəklərin titrəməsini,

Suda dənizlərin üzməyini .

Hələ tərpənməmiş durduğum yerdən

Əyilib ağzıma saldı əlini;

Çəkib boğazımdan çıxartdı birdən

Günahkar dilimi, şeytan dilimi.

Ağzımın beləcə keyimiş vaxtı

Hikmət iynəsiniilan dilini

Gətirib dilimin yerinə taxtı.

Sonra bir qılıncla köksümü yarıb,

Titrək ürəyimi ordan çıxarıb,

Yerinə köz qoydu, alışan bir köz,

Dedi: bundan belə bu ağrıya döz.

Qaldım meyid kimi kimsəsiz düzdə.

Tanrı dilə gəldi başımın üstdə:

«Oyan, ey peyğəmbər, həm gör, həm eşit, –

Mənim istəyimlə get dolan rəşid;

Sən ellər dolaşıb, dənizlər adla,

Bəşər ürəyini sözünlə odla

 

ŞeirAleksandr Sergeyeviç Puşkin. Seçilmiş əsərləri “ kitabından götürülüb (Bakı 2012). Kitabın tərtibçisi və tərcüməçisi Eyvaz Borçalıdır.

 

Kaspi.-2014.-7-9 iyun.-S.14.