Müsəlman dövlətlərində hökmdar qadınlar
Sultan Fatma Bikə
X yazı
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
Moskvadan 250 km cənub-şərqdə, Oka çayının
ətraf ərazilərində
yerləşən Qasım
Xanlığı Qızıl
Orda və Qazan xanı Uluq Məhəmməd tərəfindən 1445-ci ildə
yaradılmışdı. Bundan bir
qədər əvvəl
1444-cü ildə Uluq
Məhəmməd Moskvanın
darvazası önünə
qədər getmiş,
şəhər knyazı
Vasilini əsir etmişdi. Vasili Uluq Məhəmmədin
bütün şərtlərini
qəbul etdiyinə görə azad olunmuş və bundan sonra bir
çox rus şəhərlərinə türk
məmurları göndərilmışdir.
Hətta
bəzi vilayətlərin
bütün gəliri
türk bəylərinə
bağışlanmışdı. Vasili ilə müqavilənin nəticələrindən biri
də Moskva knayazlığının sərhədləri
daxilində bir xanlıq yaradılaraq başına Uluq Məhəmmədin oğlu
Qasımın gətirilməsi
oldu.
Fin və türk xalqlarının təşkil
etdiyi xanlığın
əsas vəzifəsi
Qızıl Orda dövlətinin siyasətindən
fərqli olaraq Moskvanın daxili işlərinə nəzarət
və xarici müdaxilələrə qarşı
onu müdafiə etmək idi. Qasım xanlığı da öz sərhədləri
daxilində bəzi imtiyazları yerinə yetirməyə məcbur idi. Müqavilənin şərtləri Moskvada xoş qarşılanmadığından üsyanlar baş vermiş, nəticədə
knyaz Vasili hakimiyyətdən salınaraq
gözlərinə mil çəkilmişdir.
Ancaq Qasım yenidən taxta çıxmış,
Vasilinin rəqibi Semaka üzərinə bir-neçə dəfə
hücum etmiş, eyni zamanda Uluq
Məhəmmədin düşmənlərini
də zərərsizləşdirmişdir.
Bu zaman Qasım
bütün yürüşlərində
xanlığın şərtlərinə
vəzifəsinə uyğun
şəkildə əməl
etmişdir.
1491-ci ildən başlayaraq
1600-cü ilə kimi Qasım xanlığının
taxtı əldən-ələ
ötürülmüş, səltənət müxtəlif
əqidəli insanlar tərəfindən idarə
edilmişdir. Qasım xanlığı gah Moskvanın tabeliyinə keçmiş, gah müstəqilliyini bərpa
etmiş, gah da Moskva çarları
onu başqa türk və islam dövlətlərinə
qarşı yeritdikləri
soyqırımı siyasətində
alətə çevirmişlər.
Bəzən də rus rahibləri hiylə işlədərək
türk adı ilə taxta sahib çıxıb , əhalini xristianlığı qəbul
etməyə məcbur
ediblər. Sonda kartlar açılıb,
taxta qalxan ya öldürülüb,
ya da endirilib.
1600-cü ildən sonra
Qasım taxtına sahiblik edən nəsil dəyişmiş
Qasax Uraz Məhəmməd hakimiyyəti
idarə etmişdir. Əvvəllər Qazax şahzadəsi kimi Moskvanın bəzi qəbul mərasimlərində iştirak
edən Uraz rus ordusu ilə
birlikdə bir çox müharibələrdə
olmuşdur. 1601-ci ildə o, Moskvanı ziyarət etdiyi zaman hökmdarlara məxsus təmtəraqla qarşılanmış, xarici
nümayəndələrin qəbullarında onunla müstəqil hökmdar kimi rəftar olunmuş və bir çox protokol hərəkətlərinin
icrasında iştirak
etmiş Uraz Osmanlılara qarşı rəğbət bəslədiyini
gizlətməmişdi. Türkiyəni çox qüvvətli
dövlət kimi həmişə təqdir
etmişdi. Çar Vasili
ilə II Dmitri arasındakı
rəqabəti aradan götürmək istəyən
Uraza böhtan atılır, nəticədə
pusquya salınaraq
1610-cu ildə öldürülüb.
Xan nəsli
yenə də dəyişdirilib. Taxta Sibir xanı
Əli oğlu Arslan (Alparslan) təyin edilib. On üç il
çəkən bu hakimiyyət zamanında Qasım xanlığının
hökmdarlıq səlahiyyəti
yalnız türk əhalinin üzərindədir.
Hətta
çar xanlığı
nəzarət altında
saxlamaq və onların xarici ölkələrlə münasibətlərinə
göz qoymaq məqsədilə Qasıma
rus valiləri təyin edirdi.
1627-ci ildə vəfat
edən Arslan xanın yerinə oğlu Seyyid Bürhan keçdi. Uşaq olduğu
üçün Seyyid
Bürhana anası Fatma Sultan ilə babası Ağ Məhəmməd qəyyum
təyin edilmişdilər.
Fatma
Sultan Qasım xanlığının
tanınmış ruhanilərindən
və Şah Qul ailəsindən olan Seyyid Ağ
Məhəmmədin qızı
idi. Çox keçmədi ki,
ruslar yeni hiylələr qurdular.
Onlar Seyid Bürhanı gələcəkdə çarın
qızı ilə evləndirmək üçün
əsas şərt kimi onun xristianlığını
qəbul etməsini təklif etdilər. Fatma Sultan ağıllı və tədbirli qadın idi. Zahirən hər şeyi
xoş qarşıladı.
Amma Seyyid Bürhahın hələ kiçik olduğunu və bir qərar qəbul edəcək yaşa çatana qədər gözləmək
lazım gəldiyini irəli sürərək
təklifi rədd etdi.
1633-cü ildə çar
Qasım valisinə əmr edərək Seyyid Bürhanı Moskvaya gətirtdi. Çox
ehtimal ki, elə o zamandan onu ortodoks kilsə
ayinləri ilə tanış etməyə başlamışlar.
İyirmi ildən sonra
Seyyid Bürhan Adını da dəyişdi, dinini də. İndi o, xristianlığı qəbul etmiş Vasili idi. Bundan sonra onun Qasım
xanlığında hökmdar
kimi qala bilməsi, xarici siyasətdə Qasım xanlığının Moskva
üçün əhəmiyyətini
itirdiyini göstərirdi.
Ölkədə rus olmayan kütlənin xristianlaşdırılması
ruslaşdırma siyasətinin
xeyli inkişaf etdiyini təsdiqləyirdi.
Tarixçilərin yazdığına
görə, Vasili Arslanoviçin ( Seyyid
Bürhan) zamanında
Qasım xanlığının
əsas dayaqları olan islamın və bütpərəstliyin
əzilməsi sürətlə
davam etdi. Digər bir mənbədə isə tamam başqa faktdan söz açılır: Ryazan baş
yeniskopunun müsəlmanları
xristianlaşdırmaqda daha
çox səy göstərməsi müsəlman
türklər tərəfindən
böyük üsyanla
nəticələndi və
keşiş 1656-cı ildə
öldürüldü.
Müsəlmanların qarşılaşdıqları
bu mənəvi irticanı göstərmək
baxımından, Qasımdakı
türbələrin birinin
üzərindəki ayət
çox əhəmiyyətlidir:
“ O vaxt ki,
İsa onların küfrünü anladı,
dedi ki, Allaha çatmaq üçün mənə
kimlər yoldaş olacaq? Havariyun “bizlər” dedilər.
Allaha bizlər inandıq, iman etdik. Bizlərin müsəlman olduğumuza
mütləq şahid
ol”.
Adını, dinini dəyişən, amma sonradan bu
hərəkəti üçün
mənəvi əzab çəkən Seyyid Bürhanın hökmdarlığı
1679-cu ilə qədər
davam edib. Elə həmin il
çox yaşlı olmasına baxmayaraq Fatma Sultan Bikə Qasım taxtına əyləşdirildi. Rus hökumətinin
bu hərəkəti,
oğlunun bütün
hüquqlarının anaya
verilməsi ona qarşı xüsusi hörmətin nəticəsi
kimi düşünmək
yalnışlıqdır. Baxmayaraq ki, tarixçilərin əksəriyyəti belə
qeyd edirlər. Əksinə
müsəlmanların başlarını
aldatmaq üçün
yeni bir oyun qurulurdu. Çünki bu sonuncu və həm də qadın hökmdar zamanında Qasım xanlığı
dövlət kimi heç bir əhəmiyyət kəsb
etmədiyinə görə
tarixi mənbələrdə
onun haqqında məlumata çox nadir halda rast gəlinir.
Rusların Fatma Sultanın hökmdarlığına mane olmamaları
və ona müstəqil hökmdar kimi münasibətləri
bir tərəfdən
də çox güman ki, oğlu Seyyid Bürhanın xristianlığı
qəbul etməsilə
bağlıdır.
Fatma Sultan onun
qızlıq adıdır. Ərə gedəndən
sonra hökmdar arvadı olmaq şərəfinə ona
“Fatma Sultan Bikə” deyildi. Seyyid nəslindən olduğu
üçün ruslar
ona “Seyyidovna” deyirdilər. Çox hallarda
da “Çariça
Sultan Seyidovna” şəkilində
müraciət edilirdi.
Fatma Sultan Bəyimin neçə il
hökmdarlıq etdiyi
qəti məlum deyil. Ancaq 1681-ci ildən sonra heç bir mənbədə onun adına rast
gəlinmir. Əlbəttə,
onun çox yaşlı olması , artıq yaşamamasını
əsaslandırırdı. Bir rəvayətə görə o, Qasım şəhərində öz
adına olan türbədə dəfn edilib. Bu türbənin iki
mərtəbə olduğu
söylənilir. Zaman, zəlzələ
və vəlvələlər
isə başqa söz deyir. Əfqan türbəsinin yanında
göstərilən həmin
türbənin yerində
indi daş-kəsək
qalmışdır.
Çox mühüm bir
məqsəd üçün
yaradılmış Qasım xanlığı sonralar
rusların türklər əleyhinə istifadə etdikləri
bir türk qalası vəziyyətini
almışdı. Fatma Sultan
Bikənin ölümüylə onun bütün torpaqları rus
ərazilərinə qatılmış və 236 illik tarixi olan
Qasım xanlığının varlığı sona çatmışdır. Qasım türkləri
Moskva Rusiyasının genişlənməsində
əhəmiyyətli rol oynamış, bir yandan da
bu ətraflarda monqol və
türk qəbilələrinin
artmalarına səbəb olmuşdur.
Qasım türkləri Qazan ləhcəsinə
yaxın bir ləhcə ilə türkcə
danışırdılar. Amma bir fakt inkar
edilməzdir ki, türkün
ayağı hara dəyibsə orada quruculuq gedib. Türk həmişə
yaratmağa meylli olub. İki əsrdən
artıq zaman kəsiyində var olan Qasım
xanlığının səltənəti süquta
uğrasa da izləri
silinməzdir.
Kaspi.-2014.-11 iyun.-S.14.