Biz Türkiyədə necəyiksə, burda da eləyik”

 

Anadolu atəşi”nin kiyevli səmazəni Anya: “Bu, müsəlmanların duasıdır”

 

Həftənin əvvəlində Bakıda rəqs qasırğası əsdi. Dünyaca məşhur və bizə yaxşı tanış olanAnadolu atəşi” şəhərimizin qonağı oldu, həm də nə azçox, düz üç gün. Bu, onların Azərbaycana səkkizinci gəlişi olsa da Heydər Əliyev sarayı onları sevənlərlə dolub-daşdı. Bu dəfə də möhtəşəmiydilər. Bu qrupun kulisində bir dəfə də reportaj hazırladığım üçün qrup rəsmiləriylə tanışlığım vardı. Adətimə xilaf çıxmadım. Nümayişin ikinci günü ailəmlə konserti izlədim, üçüncü günündə konsert saatından bir saat əvvəlsə səhnə arxasına qonaq oldum. Sual edə bilərsiz, bu qədər maraq niyə? Cavabım hazırdı, bu rəqs qrupu öz doxsan nəfərlik kollektiviylə Türk torpaqlarının-Anadolunun mədəniyyətini dünyaya heybətli bir şəkildə çatdırır. Bu səbəb mənim onları sevməyim üçün yetərlidir.

Təəssüflə qeyd etməliyəm ki, onların repertuarındakı Qafqaz rəqsləri bizim rəqslərdən çox geridə qalır. Amma onlar bu işin biznesini qura bilibdünyaya mədəniyyət satırlar. Türkün, Türkiyənin mədəniyyətini!

Artıq kulisdəyəm. Dünəndən diqqətimi çəkən bir məqamı önə çıxarmaq üçün tələsirəm. Belə ki,“Anadolu atəşi”nin tərkibində səmazənin həm xanım həm də rus olması diqqətimi çəkib. Yanılmamışam. Anya rusdurtürk dilində bircə kəlmə də bilmir.

 

Kiyevli səmazən Anya:

 

-Bu müsəlmanların duasıdır. Mənim üçün Allah birdir. Bu rəqsdə sağ əl Allaha, sol əlsə torpağa işarə edir. Ondan gəlib Ona getməyin hekayəsindən bəhs edir. Bu, duanın gücüdür.

Mənim adım Anyadır, Kiyevdə doğulmuşam. Qrupa bir il əvvəl gəlmişəm. Mustafa Ərdoğan Ukraynaya gəlmişdi və kastinq keçirdi. Biz seçildik o da bizi Türkiyəyə dəvət elədi.

Bu rəqs mənim çox xoşuma gəlir. Sadəcə qrupdan geri qalmaqdan qorxuram. Axı, onlar çox güclüdülər.

 

 

Qrupun baş rəqqası bizə yaxınlaşır, diktafonumu ona tərəf uzadıram. Bu dəfə suallarımı o cavablandırır:

 

Baş rəqqas Can Ocaq:

 

- Azərbaycan hamımızın bildiyi kimi qardaş ölkədir və mən səkkizinci dəfədir ki, burdayam. Hər gəlişimdə bir az daha gözəlləşmiş, inkişaf eləmiş olduğunu görürəm. Bu, məni sevindirir. Azərbaycan tamaşaçısını çox sevirəm. Yəqin onlar da bizi sevirlər ki, artıq səkkizinci dəfə burdayıq.

 

-Nədən rəqs?

 

- Eşq. Eşq olmadan, aşiq olmadan bu işi görmək olmaz. Bunu bir məslək olaraq görsəniz səhv etmiş olarsınız. Aşiq olduğunuz vaxt bu daha da zövqlü hal alır.

 

-Qrupda sizin rəqsiniz fərqlənir...

 

-Mən qrupun baş rəqqasıyam. Mənim elədiyim hərəklətlər bir az fərqlidir. Əslində hamımızın manevrlərimiz, addımlarımız hardasa eynidir.

 

-Siz Anadolu mədəniyyətini dünyaya çıxardınız...

 

-İndiyə qədər 97 ölkədə olmuşuq. Bu işin ən gözəl tərəfi görmədiyimiz ölkələrə gedib mədəniyyətimizi tanıtmaqdır. Mən Avropada əllə deyil, ayaqla alqışlayan tamaşaçıları gördüm. Avropada belə bir adət varmış, çox bəyəndikləri nəsnələri ayaqlarıyla da alqışlayırlarmış.

 

- Sizin fiqurlarınızın mövzunuzla bağlılığı hardadır? Anadolu atəşinin özünə xas hərəkətləri varmı?

 

-Anadoludan üç min fərqli rəqs addımı var bizdə. Bunların hamısı xüsusi diqqətlə seçilib öyrədilir. Bizim fərqimiz digər qrupların əksinə, bizdə nə sadəcə modern nə də xalq rəqsləri və balet var. Biz onların hamısını bir yerə yığırıq. Ona görə də başlayandan bu günə eləcə də bu gündən sonrakı bütün rəqslərimiz məhz bizə aiddir.

 

-Bəs bir rəqqasın gündəlik fəaliyyəti necədir? Qidalanmanız necədir?

 

-İşləmək, işləmək yenə işləmək. Bizim məşqlərin başlanğıc saatı bəlidir ammavaxt qurtaracağını kimsə bilmir. Nə vaxt müəllimlərimiz “hə, oldu” deyirsə o vaxt da məşq qurtarır. Bəzən səkkiz saat bəzən yeddi. Düşünün ki, bir konsertdə bir rəqqas iki kilo arıqlayır. Bu rəqsə olan sevgidir. Bütün yorğunluqlara, zəhmətə dəyər.

 

-Azərbaycana gələrkən gətirdikləriniz, gedərkən götürdükləriniz...

 

-Gələrkən ürəyimizi gətirdik. Gedərkən ürəyimizi burda qoyub gedirik. Nə vaxtsa yenidən gələcəyimizi bilə-bilə gedirik.

 

 

Və gəlirik mətləb üstə. Anadolunun rəqslərinə halay çəkən, Qaradənizin “kəmənçəs”inə sındıran rus rəqqası imtahana çəkirəm. Sarı telli, məndən incə rus balası Aleksandr müsahibimdir:

 

 

-Əslən Çelyabinskdənəm. Qrupda Ukraynadan Nikolayev var.

Bilirsiz, rəqs eləmək xoşuma gəlir. Fərqi yoxdur Türk ya Qafqaz, eləcə rus rəqsləri, əsas odur ki, mən rəqsi sevirəm bu kollektiv məni təmin edir. Mən Rusiyada doğulmuşam, daha sonra bir oteldə işləmək üçün müqavilə bağlamağa Türkiyəyə gəldim beləcə mənim macəram başladı.

Sizə qəribə gələ bilər amma bunun adı sevgidir, rəqsə sevgi. Bheç bir sahəsiylə kifayətlənmək lazım deyil, əsas odur mən rəqsi sevirəm bu bütün xalqların mədəniyyəti üçün keçərlidir.

 

Fərit Kuban Yançatoral

-Mən bu hekayədəki Şər adamı canlandırıram. Əslində bu Anadoluda yaşanan bir rəvayətin nümayişidir. İnsanlar odu əldə elədikləri üçün Tanrılar onlara hirslənib. Təbii olaraq da Yer üzündə şər qüvvələri yaymaq üçün məni xəlq eləyiblər.

 

-Pis Adam olmaq necə duyğudur?

 

-Rol xatirinə olduğunu bildiyimçün o qədər narahat eləmir. Bizə hansı rolu verirlərsə biz onun öhdəsindən layiqincə gəlməyə çalışıram. Biz həm sənhə sənətləri həm rəqs təhsili alırıq.

 

-Rolunuz sizi narahat eləmir ki?

 

-Belə güclü xarakterləri canlandırmaq xoşuma gəlir. Güclü obrazdır.

 

-Boynunuzdakı boyunbağıların mənası nədir?

 

-Bu da Anadoludan gəlir. Gözdən-nəzərdən qorunmaq üçün istifadə olunur. Biz səhnədə bu adəti yaşadırıq.

 

-Qrupunuzda müxtəlif millətlərin nümayəndələri var. Necə olr ki, dili bilməyən bir rus ya ukraynalı səmazən rəqsini ifa edə bilir?

 

-Bu həm Mustafa hocanın müvəffəqiyyətidir. O, özü inandığı dəyərlərə bizi inandırdı. Nəticədə on üç ildən üzübəri dünyanın hər yerində Anadolunun mədəniyyətini nümayiş elətdirən bir rəqs qrupu yarandı. Dünyanın hər yerindən qonaq rəqqaslarımız var. Rusiyadan, Ukraynadan digər dünya ölkələrindən...

Türk cəmiyyətinin bir az başqalarına meyl eləmək xüsusiyyəti var axı. Bunun əksinə başqa ölkələrdən bizə qoşulmaq istəyənləri, bizə həsəd aparanları görmək qürurvericidir.

 

-Rolunuzdan dolayı sizə sərt reaksiyalar olurmu?

 

-Bu tərz rolları oynayan aktyorlar adətən belə hallar yaşayır. “Sizə çox hirsliyik, kaş onu öldürməyəydizdeyənlər var amma nümayiş 90 dəqiqə olduğu üçün bunun bir rol olduğunun fərqindədilər.

 

-Mustafa Ərdoğan adına sizə bir sual ünvanlayaq, gələcəkdə qrupun sözlə ifadəsi düşüncəsi necə, varmı?

 

-Mustafa bəyin belə bir xəyalı var amma bunu vaxt həyata keçirəcək, onu bilmirəm.

 

-Azərbaycandakı münasibətdən necə, razısınızmı?

 

-Biz adətən ölkəmizdən kənarda qastrol səfərlərində tez-tez olduğumuz üçün bizim hər birimizdə bir Vətən həsrəti var. Azərbaycana gələndə bu hiss olmur. Biz Türkiyədə necəyiksə burda da eləyik. İnsanların bizə münasibəti, tamaşalarımızı ayaq üstə alqışlamaları, eləcə küçədə, sahildə rastlaşanda onların üzlərindəki ifadə bizə çox xoşdur. Bütün Azərbaycana salam və sevgilər olsun.

 

Nigar İsfəndiyarqızı

Kaspi.-2014.-19 iyun.-S.9.