Azərbaycanlı gəncin tamaşası Udmurtiyanı fəth etdi

 

Rejissor İradə Gözəlova: “Planlarımı realizə etmək üçün Mədəniyyət və Turizm Nazirliyi və teatrlarımız mənə xeyir-dua verməlidir”

 

Bir müddət əvvəl istedadlı gənc rejissor İradə Gözəlovanın Rusiyanın İjevsk şəhərində keçirilən gənc rejissorların laboratoriyasında iştirak etdiyiniorada “Şıltaq qızın yumşalması” tamaşa-eskizi ilə müsabiqədə qalib olduğunu xəbər vermişdik. Bu dəfə isə İradə Gözəlova “Dağ qadın və yaxud inadkarın ram edilməsi” tamaşasını Udmurtiyada yerləşən Rus Dram Teatrında səhnələşdirib. Onun bu layihəsi Udmurtiyanın mədəniyyət naziri Vladimir Solovyov tərəfindən böyük sevgi ilə qarşılanıb. “Kaspi”yə səfəri barədə ağızdolusu danışan rejissor təəssüratlarını bölüşdü.

 

Uğurlu layihə

 

- İradə xanım, uğurunuzu xarici saytlarteleviziya kanallarında izlədik. İstərdik ki, bizimlə öz təəssüratlarınızı bölüşəsiniz.

 

- Aprel ayının 4-də “Şıltaq qızın yumşalması” tamaşasını tam şəkildə səhnələşdirmək üçün Udmurtiyada yerləşən Rus Dram Teatrına dəvət aldım. Rusiya Mədəniyyət Nazirliyi bu əsərə qrant ayırmışdı və qrantın əsasında mən bu tamaşanı qurmalı idim. Biz Şekspirin “Şıltaq qızın yumşalması” əsəri əsasında hazırlayacağımız tamaşanın adını dəyişib, “Dağ qadın və yaxud inadkarın ram edilməsi” kimi təqdim etdik. Tamaşanın rəssamı olan Mariya Lukkanı Peterburqdan, işıq rəssamını isə Kazan şəhərindən dəvət etdilər və Udmurtiyanın Rus Dram Teatrının aktyorları ilə birgə komanda yaratdıq. Komanda ilə birlikdə işə başladıq. Rəssamlarımız bu sözümə görə məni bağışlasın, indiyə qədər işini bilən elə bir rəssamla işləməmişəm. O, bu tamaşanın yükünü mənimlə birlikdə qaldırdı. Mən ona düşüncələrimi deyirdim, iki-üç gün sonra isə 6-7 eskizlə, bir-birindən gözəl mənzərələrlə qarşıma çıxırdı. Orada nəinki peşəkar rəssamı, işıqçını, həmçinin teatrın ən güclü aktyor heyətini mənə təqdim etdilər. Bu tamaşamı hazırlamaqda xeyli çətinlik çəkdim. Çünki əsər erotik klounada janrında ididramatik teatrda bu janrda tamaşa hazırlamaq asan deyildi. Tamaşanı təhvil verməmişdən əvvəl öz dünyamda gördüyüm kimi onu ssenariləşdirərək teatrın rəhbərinə təqdim etdim. Teatrın direktoru Stella Kudryavseva ssenarini görəndə başa düşdü ki, bu heçonlara ucuzasan başa gəlməyəcək. Tamaşanı hazırlayarkən hər kəs qorxu içində idi. Çünki qarşımızda çox mürəkkəb məqsədlər dayanırdı. Teatrın direktoru tamaşanı çox gözəl qarşıladı. O, tamaşaya xüsusi qayğı göstərdi. Belə ki, direktor tamaşanın xırda detalına qədər hər şeylə maraqlandı və hətta orada bizə lazım olan kloun ayaqqabısı vilayətdə tapılmadığı üçün Sankt-Peterburqdan sifariş verdi. Bu tamaşanın ideyasına görə Udmurtyanın mədəniyyət naziri bizə növbəti qrant mükafatı ayırdı. Çünki tamaşa nümayiş olunmamışdan əvvəl biz onlara tamaşanın eskizlərini, ideyanı göndərmişdik. Onlar bunu çox bəyənmişdi. Tamaşada çox mürəkkəb dekorasiya - üçlaylı karusel-manej var idi. Premyera günü Udmurtiyanın əksər kanallarında tamaşamız haqqında reportaj hazırlandı. Tamaşaçılar səhnədə baş verən hər bir hərəkətə, kəlməyə gülür və heyranlıqla izləyirdilər. Onlarda belə bir adət var ki, tamaşa bitdikdən sonra tamaşaçılardan təəssürat öyrənirlər. Bütün tamaşaçılar mənim tamaşamı çox bəyəndiyini, tamaşada möhtəşəm tərtibatın və qəribə personajların olduğunu deyirdi. Tamaşada AvideninSevgi elmi” əsərindən parçalar, Şekspirin sonetlərindən və öz mətnlərimdən istifadə etmişdim. Nəhayət, o gün gəldi, tamaşanı mədəniyyət naziri izlədi və sonda məni qucaqlayaraq dedi ki, sən böyük və peşəkar bir işin öhdəsindən mükəmməl şəkildə gəlmisən. O, mənə Udmurtiya Rus Dram Teatrı ilə daima əlaqədə olmağımı, onların başqa mili teatrlarına, hətta opera teatrlarına da tamaşa hazırlamağı təklif etdi. Sözügedən tamaşamda Rossininin musiqisindən istifadə etmişdim. Həmin səhnələr də nazirin diqqətindən yayınmamışdı.

 

- Növbəti dəfə sizin İjevskə getməyiniz, yaxud da onların Azərbaycana dəvət olunması gözlənilirmi?

 

- Bəli, gözlənilir. Mən oradakı teatrın direktoruna təklif etdim ki, onlarla qarşılıqlı qastrol səfərləri təşkil edək. İstəyirəm ki, Mədəniyyət və Turizm Nazirliyinə və Musiqili Teatrın rəhbəri Əliqismət Lalayevə bu qarşılıqlı sövdələşmə ilə bağlı müraciət edim. Çox istərdim ki, Dövlət Musiqili Teatrında hazırladığımız tamaşalar orda, onların tamaşaları isə bizdə təqdim olunsun. Bu qastrolun təşkil olunmasını çox arzulayıram. İstəyim odur ki, xaricdəki teatrlarla əlaqə quraq, çevrəmizi daha da genişləndirək.

 

Tamaşaya bir evin pulunu xərclədilər

 

- Qeyd etdiniz ki, səfərdə olduğunuz ölkənin müxtəlif teatrlarında işləmək üçün təklif aldınız. Bəs Azərbaycanda necə, yeni tamaşa hazırlayırsınızmı? Yoxsa bundan sonra artıq xaricdə çalışacaqsınız?

 

- Tamaşanın hazırlanma müddəti ikiyaxud da üç ay çəkir. Bir il ərzində cəmi üç tamaşa qurmaq mümkündür ki, mən də iki tamaşa Bakıda, bir tamaşa isə Allah qismət etsə, gedib başqa ölkədə hazırlaya biləcəyimi düşünürəm. Mənim ən böyük arzum dünyanın müxtəlif inkişaf etmiş ölkələrində, xüsusən də Moskvada tamaşa hazırlamaqdır. İndi sərbəst yaradıcı rejissor kimi çalışıram. Kim dəvət edirsə, ora da gedirəm. Azərbaycanın müxtəlif bölgələrində tamaşa hazırlamışam. İndi isə Əliqismət Lalayevə QoqolunRevizor” tamaşasını hazırlamağı təklif edəcəm. Ümumiyyətlə, Musiqili Teatrla işləmək mənə rahatdır. Çünki onların kollektivi çox yaxşıdır. Əliqismət müəllimin özü də İjevskidəki teatrın rəhbərindən heçgeri qalmır.

 

- İjevsk tamaşaçıları Azərbaycan teatrı haqqında hansı məlumata sahibdirlər?

 

- Orada hər kəs söyləyir ki, Azərbaycan çox varlı ölkədir. Onlar Azərbaycan haqqında çox yüksək fikirdədirlər və teatrlarımızın da daim inkişafda olduğunu görürlər. Belə ki, xarici ölkələrdən məşhur rejissorlar, xoreoqraflar dəvət olunuryaxud da ki, bizim rejissorlar xaricdə tamaşa hazırlayırlar. Onlar hazırladığım “Dağ qadın və yaxud inadkarın ram edilməsi” tamaşasına bir evin pulunu xərclədilər. Mən belə bir vəziyyətlə qarşılaşmağa öyrəşməmişəm. Teatrın direktoru məbləği deyəndə, mən bir anlıq şok oldum. Həmin teatrdan həm qonorar baxımından, həm də sənətkarlara münasibət baxımından çox razı qaldım. Teatrın işçiləri mənə söylədilər ki, onların köhnə baş rejissorları azərbaycanlı olub. Dedilər ki, biz azərbaycanlı baş rejissorumuzu çox istəyirdik.

 

- Maraqlıdır, o, kim olub?

 

- Onun adını bilmədim. Biz o rejissoru tanımırıq.

 

İşləmək üçün ölürəm

 

- Qəribədir, indi Azərbaycanda daha çox xarici rejissorlara tamaşa həvalə olunur, xaricdə isə bir teatr azərbaycanlı rejissora həvalə olunur.

 

- Bəli, çox maraqlıdır. Ancaq şükürlər olsun ki, məni öz vətənimdə çox yaxşı qiymətləndirirlər. Nazirlik tərəfindən mənə hər il işlər təklif olunur.

 

- Səfərdən döndükdən sonra Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlamısınızmı? Onlar bu səfəri necə qiymətləndirirlər?

 

- Hələ ki heç bir əlaqə saxlamamışam, çünki çox utancağam (gülür). İstəyirəm ki, nazirlik bizim qarşılıqlı qastrol səfərlərimizə kömək etsin. Bundan öncəki qələbəmə görə nazir müavini məni çağırdı və uğurumu yüksək qiymətləndirdiyini söylədi. Mən də dedim ki, ölkəmi xaricdə təmsil etməkdən məmnunam və işləmək üçün ölürəm. Təki mənə imkan və şərait yaradılsın, mən də öz bildiklərimi nümayiş etdirim.

 

- Əvvəllər bölgələrə gedirdiniz, tamaşalar hazırlayırdınız. Ailəli xanım üçün evini tərk edib, başqa bir bölgədə işləmək asan deyil. İndi isə hətta xarici ölkələrdə tamaşalar hazırlayırsınız. Bu, həyat yoldaşınız tərəfindən qınağa səbəb olmurmu?

 

- Bu mənim həyatımda elə də böyük problem yaratmır. Mən özümü xanım kimi deyil, rejissor kimi hiss edirəm. Yoldaşım məni başa düşür, mənə güvənir etibar edir. O, mənə heç bir problem yaratmır. O, mənimlə ailə quranda bunları bilirdi. Yoldaşım da qastrol səfərlərinə çox gedir.

 

Tamaşaçı istəyir?

 

- Bəs, sizin bu uğurunuzu həyat yoldaşınız necə qarşıladı?

 

- Çox gözəl qarşıladı. O, mənim bütün uğurlarıma öz uğuru kimi sevinir uğurumun daimi olmasını istəyir. Mənə elə gəlir ki, bu uğuruma nəinki həyat yoldaşım, teatr nümayəndələrimiz, Azərbaycan vətəndaşları da sevinir. Çünki mən onların övladıyam, onların yetirməsiyəm. Çox istəyirəm ki, dünyada Azərbaycan tamaşaları, aktyorları, rejissorları təbliğ olunsun. Planlarım həddindən artıq çoxdur. Bir kitab dolusu planlarım var (gülürük). Onları realizə etmək üçün gərək Mədəniyyət Turizm Nazirliyi teatrlarımız mənə xeyir-dua versinlər.

 

- Xaricdəki teatr prosesi ilə bizim teatra prosesi arasında kimi fərqlər var? Orada işləmək asandır, yoxsa bizdə?

 

- Onların rejimləri mənə çox çətin gəldi. Çünki səhər saat 10-dan 2-yə qədər çalışdıqdan sonra fasilə edir, sonra isə 6-dan 9-a qədər işləyirlər. Ancaq biz səhərdən günortaya qədər çalışırıq. Bu cəhətdən bizdə işləmək rahatdır. Onların aktyorları çox sadədir. Yəni xalq artistləri, əməkdar artistləri özlərini çox səmimi aparırlar. Oradakı teatrda bütün nəsildən aktyor görmək mümkün idi. Onlar mənə çox inanırdılar. Verdiyim hər bir tapşırığa layiqincə əməl etməyə çalışırdılar. Komanda ilə mən çox yaxın dostluq əlaqəsi qurdum. Bir yerdə çörək yeyirdik, pikniklərə gedirdik. Hiss etdim ki, orada rejissorlara azərbaycanlılara qarşı böyük hörmət var. Gənc rejissor üçün böyük komanda ilə işləmək bir az çətindir. Amma mənə elə gəlir ki, artıq dünyada komanda ilə işləmək üçün yaş problemi qalmayıb. Hər şey insanın özünü necə göstərməyindən asılıdır. O ki qaldı fərqlərə, bizim teatrlarımızın işıq sistemi, quruluşu, görünüşü belə, xarici ölkələrdəkindən heç geri qalmır. Deyərdim ki, hətta onlardan da yaxşıdır. Burada hər şey etmək olar, sadəcə istək inam olmalıdır. Oranın tamaşaçısı da teatral tamaşaçıdır. Bizdə isə tamaşaçı azdır. Tamaşaçıları teatra gətirmək üçün bir az baş sındırmaq lazımdır. Teatr aynadır, ona baxıb özünü görürsən. Maraqlanmaq lazımdır ki, görəsən tamaşaçı istəyir? Təkcə özümüzü düşünərək deməyək ki, mən istəyirəm, görək tamaşaçı istəyir? Tamaşaçının istəyi zövqü nəzərə alınmalıdır. Tamaşaçılar səhnədə özlərini görmək istəyir. Neçə əsr bundan əvvəl yaşamış Şekspirin hansısa əsərinin qəhrəmanını görmək istəmir. Fikirləşmək lazımdır ki, edək ki, Azərbaycan tamaşaçısına hər şey xoş gəlsin.

 

Xəyalə Rəis

Teatrşünas

Kaspi.-2014.-26 iyun.-S.12.