Qız qalası qızıla dönüb
Restavrasiyadan sonra
qalanın iç dünyası əhəmiyyətli
dərəcədə zənginləşib
Öz sehri, qədimiliyi ilə hər kəsi cəlb edən Qız qalasını uşaq vaxtlarımda “Sehrli xalat” filmindəki qalaya bənzədirdim. Dənizkənarı Milli Parkdan keçərkən bu qalaya baxar, öz-özümə onunla bağlı olan əfsanələrin doğru oub-olmamasını sual edərdim. Bu abidə haqqında müxtəlif versiyalar irəli sürülsə, rəvayətlər danışılsa da, onun nə zaman və hansı məqsədlərlə tikilməsi tam dəqiq məlum deyil. Bəzi alimlərin qənaətinə görə, qala hərbi təyinatlı olub və Azərbaycanın şimal sərhədlərindən – Dərbənd qalasından başlanan müdafiə–istehkam tikililəri kompleksinin (Gilgilçay müdafiə istehkamı, Çıraqqala və s.) bir hissəsidir. Lakin alimlər hələ də Qız qalasının əsl sirrini aça bilməyiblər.
Məsud ibn Davudun qalası...
Ötən il restavrasiya – təmir-bərpa işləri ilə əlaqədar qalaya giriş qadağan edilmişdi. Bu prosesdən sonra elə-hey bu qalaya gəlmək, daxilində baş vermiş yenilikləri izləmək istəyirdim. Nəhayət, istəyimi gerçəkləşdirdim.
Qalaya daxil olanda gözlərimə inanmadım. Bu mənim uşaqlıdan bəri gördüyüm həmin qala idimi, yoxsa nağıllar aləminə düşmüşdüm? Qalanın içərisində tarixilik qorunmaqla, yeni monitorlar, qədim dövrə aid əşyalar və işıq effektlərinə insan heyran olmaya bilmir. Təmirdən əvvəl mərtəbələr qaranlıq olsa da, indi işıqlıdır, həm də maraqlı materiallarla zəngin muzeyə bənzəyir. Hər mərtəbədə nəzarətçi qızlar və oğlanlar dayanıb, gələnlərə Qız qalasının tarixi barədə məlumat verirlər. Eyni zamanda, qala ilə bağlı fərziyyələri, rəvayətləri diqqətə çatdırırlar. Qalanın divarlarına yerləşdirilən şüşə lövhələrdə də buranın tarixi barədə zəngin məlumat tapmaq mümkündür.
Qalada illər boyu çox sadə bərpa işləri aparılıb və indi qala qədim və yeni tikinti işlərinin qarışığından ibarətdir. Səkkiz mərtəbənin hər biri dairəvi dəlikli günbəz ilə tamamlanır. Mərtəbələr bir-birinə divarların içində tikilən daş pilləkənlərlə birləşir. Gün işığı qalaya içərisi daha geniş olan dar pəncərəyə bənzər mağzallardan düşür...
Qalanın cənub-qərb hissəsində kufi (ərəb) əlifbası ilə bunlar yazılıb: “Məsud ibn Davudun qalası”. Daşların növünə və vəziyyətinə görə alimlər belə güman edirlər ki, bu kitabələr Qız qalasının divarlarına təxminən XII əsrdə bərpa işləri zamanı əlavə edilib. 1960-cı ildə qalada sonuncu dəfə bərpa işi aparılıb. Qalanın qeyri-adi forması və orijinallığı bu gün də Azərbaycan alimlərinin böyük marağına səbəb olur.
Qız
qalasının qatlarında nələr var?
Birinci mərtəbədə qalın divarların içərisində oyuqlar var, bunlar daxili diametri 30 sm olan dulusçuluq borularıdır. Burada bir neçə əsr əvvələ aid nimçənin qalıqları, dolçanın hissələri, taxta qaşıq, həmçinin digər məişət əşyaları divara yerləşdirilən dolaba qoyulub. Üstündə də hər birinə aid məlumatlar yer alıb.
İkinci mərtəbədə
3 monitor yerləşdirilib. Monitorlarda qala haqqında maraqlı məlumatlar verilir. Divarda əks olunan
video görüntülərdə isə bir neçə
fərziyyə nümayiş
olunur. Həmin monitorların da
hərəsi bir istiqamətdən bəhs edir. 1-ci monitorda
rəsədxana, 2-cidə qalanın
müdafiəsi, 3-cüdə isə ibadətgah kimi təsvir olunur.
Üçüncü mərtəbədə 3 maket
qoyulub. Orada diametri 13.5 sm
olan quyu var. Burada dərin su quyusu da
mövcuddur. 3-cü mərtəbədən 21 metr,
1-ci mərtəbədən isə həmin quyunun dərinliyi 13 metrə çatır.
Ziyarətçilər quyunun üzərinə
bərkidilmiş möhkəm
şüşənin üzərinə
çıxıb rahatlıqla
adrenalin ala bilərlər.
Dördüncü mərtəbədə İçəri
şəhərin böyük
maketi quraşdırılıb. Möhtəşəmliyi ilə göz oxşayan maket girintili-çıxıntılı formadadır. Maketdə işıqlanan
obyektlər haqqında
məlumat verilir və video görüntülər
əks olunur. Monitorda isə köhnə Bakının həyatı
nümayiş olunur.
Beşinci mərtəbədə isə elektron kitablarla tanış
olmaq mümkündür.
Həmin
kitablar müxtəlif
mövzulara həsr olunub. Bunlara şəkillərlə təsvir
olunan “Qız qalası incəsənətdə”,
“Qız qalası Beynəlxalq incəsənət
festivalı” və “Qız qalası əfsanələri” kitablarını
göstərmək olar.
Altıncı mərtəbə qalanın
müdafiə xarakteri
kimi təsvir olunur. Orada Bakının tarixini
təsvir edən 8 guşəli maket hazırlanıb. Maketdə monitorlar
yerləşdirilib. Orada Bayıl
qəsri, qədim döyüş alətləri,
“Babək” filmindən
qısa fraqmentlər əks olunur. Mərtəbələrdə qədim dövrlərdə
istifadə olunan döyüş ləvazimatları,
müxtəlif sursatlar
da sərgilənir.
Dəmirdən, tuncdan, poladdan
hazırlanan silahların
istehsal tarixi və digər məlumatlar yanındakı
lövhədə əksini
tapıb.
Qız qalasında
mərtəbələrə nəzarət edən qızlar restavrasiyadan sonrakı vəziyyət barədə məlumat almaq istəyimizə müsbət reaksiya göstərmədilər. Bildirildi ki,
rəsmi məlumat almaq üçün icazə lazımdır.
Bunun üçün
Qız qalasına nəzarət edən mühafizəçilər öz
rəislərindən, onlar
da “İçərişəhər”
Dövlət Qoruğundan,
Mədəniyyət və
Turizm Nazirliyindən icazə almalıdırlar.
Gün ərzində 250-dən çox ziyarətçi olur
Nəhayət, işçilərdən birini
dilə tutduq. Yeddinci mərtəbənin eksponat
mühafizəçisi Elşən
Bayramov buranın ibadətgah kimi istifadə olunduğunu dedi. Bildirdi ki, divarda işıq
effektləri ilə təsvir olunan günəş şüalarında
od əks
olunur, rəvayətə
görə qadının
əllərinə günəşdən
bir parça od düşür. Bu da əvvəllər
Azərbaycanda oda deyil, birbaşa günəşə sitayiş
olunmasına dəlalət
edir. Sonradan isə insanlar
odu günəşin bir parçası hesab ediblər.
Səkkizinci mərtəbədə qala
qədim rəsədxana
kimi nümayiş olunub. E.Bayramovun sözlərinə görə, burada quraşdırılmış eksponatda
göstərilir ki, qədim astronomlara görə bu qaladan rəsədxana kimi də istifadə
olunub. Elə burada qabaqcıl
texnologiyanın köməyi
ilə hazırlanan süni ulduzları da izləmək olar.
Doqqunuzuncu mərtəbədə isə
Bakının gözəl
mənzərəsini seyr
etmək mümkündür. Qalanın üstünün
yuxarı kənarları
isə şüşə
ilə əhatələnərək
qoruyucu funksiyası daşıyır. Burada mühafizəçi
ətrafa nəzarət
edir.
Restavrasiya binanın bayır hissəsini də əhatə edib. Burada köhnəlmiş
daşlar bərpa edilib, bir neçə
yerdən yamaq kimi görünən rəngləmə aradan qaldırılıb, nəticədə
qala normal görünüşə
sahib olub. Müşahidələrimiz
zamanı gördük
ki, qalaya daha çox xaricilər axın edir. Onlar tarixi abidələrimizi bəyəndiklərini və
bunlardan “Qız qalası”nın misilsiz olduğunu dedilər. Aldığımız məlumata görə,
qalaynı həftə
sonları 250-dən çox
insan ziyarət edir. Yerli əhalinin daha
çox yuxarıdan şəhəri seyr etdiyini, xaricilərin isə əsasən qalanın çertyojuna, tikintisinə maraq göstərdikləri bildirilir.
Qeyd edək
ki, qalada bərpa işləri Avstriyanın bərpaçı
mütəxəssisi Erix
Pummerin başçılıq
etdiyi “Atelier Erich Pummer”
şirkəti tərəfindən
aparılıb. Təmir və bərpa işlərinə dövlət
büdcəsindən 2,5
milyon manat vəsait ayrılıb.
Xəyalə Rəis
Fotolar müəllifə məxsusdur
Kaspi.-2014.-7 mart.-S.8.