Kinomuzun “İsməti” 

 

Həyatdan ekrana

 

Leyla Ələsgər qızı Məmmədbəyovanın adı Azərbaycanda yaxşı tanınır. Azərbaycan qadınlar arasında o, təyyarənin şturvalı arxasında oturub, səmanın ənginliklərini fəth etdi. Dini fanatiklərin, zərərli köhnə adət-ənənələri yaşatmaq istəyənlər qadınların cəmiyyətdə fəal mövqe tutmalarına hər vəchlə mane olmağa çalışırdılar.

 

30-cu ilin əvvəlində Moskvada nəşr olunan “CCCP na stroyke”, yəni “SSRİ tikintidə” adlı jurnalda gənc qız Leylanın fotosu dərc edilmişfotonun altında bu sözlər yazılmışdır: “Şərqdə ilk qadın-təyyarəçi”. O vaxtlar bu qadının adı əfsanəyə çevrilmişdir. Hələ çadranı atmağa cəsarət etməyən qadınlar ona baxmağa gəlirdilər. Leyla xanım isə fabrikzavod sexlərində gənc qadın işçilər qarşısında çıxış edirdi.

 

ADI ƏFSANƏYƏ ÇEVRİLƏN QADIN

 

1931-ci ilin fevral ayı idi. Bakı aeroklubun kursantları, o cümlədən L.Məmmədbəyova yük maşınında aerodroma gedirlər. Onlar uçuş meydanında sıraya düzülürlər. Bir neçə dəqiqədən sonra Leyla Məmmədbəyova “U-1” təyyarəsində təcrübəli təlimatçı ilə birgə ilk dəfə havaya qalxır.

Həmin ilin iyul ayında təlimatçı kursantlara yaxınlaşıb, onlardan hər birini diqqətlə nəzərdən keçirir və bərkdən deyir:

- Bu gün uçuşa başlayırıq. Görürəm sevinirsiz. Ancaq xəbərdarlıq edirəm: uçuş heç də asanlıqla əldə edilmir. Zonaya uçuşla tanışlıqdan başlamaq lazımdır. Birinci Leyla Məmmədbəyova uçacaq.

Gənc qız təyyarəyə cəld minir. “Təkcə səhvə yol verməyim. Təkcə təlimatçı məni uçuşlardan kənarlaşdırmasın” – deyə Leyla sükan arxasında düşünür. O, təyyarəni uçuş xəttinə çıxarır. Ətrafına baxıb sol əlini qaldırır. Cavab olaraq startçı bayrağını yelləyir – uçuşa icazə verilir. Kabina titrəyir, təyyarə yerindən götürülür. Yer təyyarənin çarxları altından surətlə qaçır. Budur, təyyarə artıq səmadadır!

Maşın getdikcə yüksəkliyə qalxır. Küləyin axını yanlardan kabinaya dolur, Leylanın yanaqlarını döyəcləyir. Təyyarəçinin qarşısında yeni mənzərə açılır. L. Məmmədbəyova sevinc içərisində idi. O özünü xoşbəxt hesab edirdi. İlk müstəqil uçuş uğurla başa çatdı.

Buraxılış uçuşundan sonra məktəbin rəisi gülümsəyib deyir:

- Təbrik edirəm! Görünür, sən səma üçün doğulmusan, Leyla!

Bir il ötdü. L.Məmmədbəyovanı yenidən hazırlıq üçün Moskvaya göndərirlər. Yenidən gərgin təhsil, təlim və uçuş günləri başlayır. Gənc qız “U-2” təyyarəsini əla öyrənir, məşhur təyyarəçilərlə, gələcəyin dünya şöhrətli kostruktoru H.Yakovlevlə tanış olur. Burada Leyla paraşütlə özünün ilk tullanışını həyata keçirir.

Azərbaycan Tarix Muzeyində Leyla xanım üçün çox əziz xatirə kiçik bir sənəd saxlanılır: “Təlimçi-pilot Məmmədbəyova SSRİ Osoaviaxim Mərkəzi uçuş-texniki məktəbində məşq zamanı 1933-cü il martın 17-də “U-2” təyyarəsindən “PT-1” paraşütlə tullanmışdır.” Bu Sovet İttifaqında qadının paraşütlə tullanması ilə bağlı ikinci hadisə idi. Sonradan Sovet İttifaqı olmuş təlimçi P.Qolovin Leylanı fikrindən daşındırmağa çalışırdı. Amma Leyla qəti şəkildə bildirdi: “Mən tullanacağam!” Və öz sözünün üstündə durdu. 1934-cü ildə Zaqafqaziya respublikaları arasında keçirilən hava müsabiqəsində Leyla birinci yeri tutdu.

Sovet Azərbaycanının 15 illiyi tamam olanda respublika nümayəndə heyətinin tərkibində L.Məmmədbəyova da Moskvaya getdi. O vaxtı SSRİ MİK-in sədri M.Kalinin ona “Şərəf nişanı” ordenini təqdim edərkən demişdir: “Sizin peşəniz vacibdir, daha tez və yüksəkliyə uçmağınızı arzu edirəm.”

 

* * *

 

İllər keçdi. Leyla Məmmədbəyovanın yetirmələri olan kursantlar aeroklubda dərsləri müvəffəqiyyətlə başa çatdırdılar. Onların əvəzinə yeniləri gəlirdi.

Xalxin-Qol gölü ətrafında döyüşlər, ağfinlərlə müharibə, Qərbdə faşist Almaniyasının təcavüzü, hitlerçilərin Polşaya soxulmaları haqqında xəbər- bütün bunlar insanları ehtiyatlı olmağa, Vətənin müdafiəsi üçün daha ciddi hazırlaşmağa məcbur edirdi...

Böyük Vətən müharibəsinin birinci günü bütün ölkədə mitinqlər keçirilirdi. Bunu aeroklubda da görmək olardı. Çıxış edənlər, o cümlədən də L.Məmmədbəyova alman-faşistlərini qızğınlıqla, nifrətlə ittiham edirdilər. Təlimçilər üzərlərinə öhdəlik götürürdülər ki, təyyarəçiləri daha tez, daha yaxşı hazırlasınlar.

Leyla Məmmədbəyova da öz-özlüyündə düşünürdü ki, qısa müddətdə öz qrupunu hazırlasın. Ola bilsin ki, bu qrupla cəbhəyə uçsunlar. Lakin Leyla xanımı cəbhəyə yollamadılar: o vaxtı onun dörd uşağı vardı. Bakı aeroklubu bağlandı. Aviasiya mayoru L. Məmmədbəyova bekar otura bilməzdi. O, vaxt itirmədən AK (b) P MK – ya gedir və M. C. Bağırovun qəbuluna düşür, bekar qaldığını söyləyir.

Beləliklə də, Leyla xanım planer-paraşüt klubunun açılmasına çətinliklə də olsa müvəffəq olur.

L. Məmmədbəyova sübh tezdən aerodroma gəlir, burada onu gözləyən bir qrup gələcək

desantçı ilə məşqlərə başlayırdı. Bu şən və çox qoçaq gənclər ilk tullanışdan qorxmurdular. Leyla xanım isə onlara görə həyəcan keçirirdi. Bir həftədən sonra yeni qrup gəlir, hesabında bir neçə tullanış olanqocalar” cəbhəyə gedirdilər. Müharibə dövrü ərzində L. Məmmədbəyova 4000 paraşütçü-desant hazırlamışdır.

Leyla xanımın son uçuşu 1944-cü ildə olmuşdur. Çünki həkimlər onun səhhəti üçün narahatçılıq keçirirdilər. Səmadan ayrılmaq çətin idi. Sonradan o özünə elə bir tapdı ki, nadir hallarda da olsun səma ilə görüşürdü. Leyla xanım DOSAAF-ın Bakı komitəsinin sədr müavini işləyirdi.

L. Məmmədbəyovanın müharibə və müharibədən sonrakı illərdə aldığı ali hökumət mükafatları arasında “Analıq medalı” da vardır. Bu mükafata o, altı uşaq böyüdüb tərbiyə etdiyinə görə layiq görülmüşdür.

Azərbyacan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti ilk azərbaycanlı təyyarəçi qadın Leyla Məmmıdbəyovanın 100 illiyinə həsr olunmuş marka təqdim etmişdir. Marka 100 tirajla buraxılmışdır. L. Məmmədbəyovanın adı Azərbaycanın aviasiya tarixinə qızıl hərflərlə yazılmışdır.

 

KİNOREJİSSORUN ARZUSU

 

Azərbaycan milli kinosunun yaradıcılarından biri, əməkdar incəsənət xadimi və əməkdar artist, kinorejissorkinoaktyor Mikayıl Mikayılov 30-cu illərin birinci yarısında “İsmət” adlı bədii film çəkmişdir. O, bu kino əsərini nəinki Azərbaycanın, hətta bütün şərqin ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovaya həsr etmişdir.

Rejissor M.Mikayılov bu filmin yaranma səbəbləri ilə bağlı demişdir: “İsmət ” filmi mənim yaradıcılığımda xüsusi yer tutur. Filmin çəkildiyi dövr ilə bir vaxt idi ki, Azərbaycan qadını çadranı ataraq həvəslə ictimai həyata qoşulurdu.

Mən İçəri Şəhərdə yaşayırdım. Bu qala divarları arasında hüquqsuz qadınların min bir müsibətini görmüşdüm. Yaxşı yadımdadır. Bir gün qonşumuzda bir qadın neft töküb özünü yandırmışdı. Bu hadisəni mən öz gözlərimlə görmüşdüm. Və o vaxtdan sonra uzun müddət həmin qadının faciəsini unuda bilmirdim. Qadınlarımızın taleyi həqiqətən də acınacaqlı idi. Hətta bir gün rus şairi Sergey Yeseninlə İçəri Şəhərin küçələrində gəzərkən dediyi bu sözlər indi də qulaqlarımda səslənir: “Doğrudanmı, sizin qadınlar küçələrə çıxmır, üzü açıq gəzmirlər? Bu ki, faciədir.” Ancaq ən dəhşətli hadisə ilə mən bir az sonra qarşılaşdım. İndiki Səadət sarayında o vaxt qadınlar üçün kurs təşkil olunmuşdur. Kursa gələn Səriyyə Xəlilova adlı bir qadının vəhşicəsinə öldrüldüyünü eşitdim. Həmin matəm mərasimində mən də iştirak etdim. Orada qadınların başlarından çadranı çıxarıb ayaqları altına atdıqlarının şahidi oldum.

Təxminən həmin dövrdə mən qəzetdə Azərbaycanın ilk təyyarəçi qadını Leyla Məmmədbəyova haqqında bir məqalə oxudum. Bundan sonra Leyla haqqında bir sənədli film də çəkdim. Lakin qala divarları arasında rastlaşdığım o dəhşətli hadisələr Leyla Məmmədbəyova haqqında bədii film çəkmək arzusunda idim. Nəhayət, “İsmət” filminin ssenarisi üzərində işləməyə başladım. Və bu mövzuların hər üçünü birləşdirdim. “İsmət” filmi hazır olduqdan sonra Moskvada onu məşhur kinorejissor S. Eyzenşteynə göstərdim. Çox bəyəndi.

Filmdə belə bir epizod var: “İsmət yoldaşları ilə Leyla Məmmədbəyovanın uçuşlarına baxmaq üçün aerodroma gəlir. Ona təyyarəyə minməyi təklif edirlər. O da təyyarəyə əyləşib səmaya qalxarkən külək onun çadrasını başından atır. Əlbəttə, bu epizodu biz təsadüfən filmə daxil etməmişdik. Bu, bizim arzumuz idi. Bəli, indi həmin arzumuz həyata keçmişdir. Bu gün hünərvər Azərbaycan qadınları cəmiyyətimizin bərabər hüquqlu vətəndaşları və yeni həyatın fəal qurucuları kimi hər cür alqışa layiqdirlər.”

 

XOŞBƏXTLİK QANADLARI

 

1984-cü il aprelin 25-də Bakıdakı «Vətən» kinoteatrında rejissor Mikayıl Mikayılovun «İsmət» bədii filminə baxış keçirildi. 50 il əvvəl ilk dəfə ekranlara çıxarılmış bu kinolent respublikamızın mədəni və ictitmai həyatında əhəmiyyətli hadisəyə çevrildi. Film üzərində işləyərkən ssenari müəllifi və rejissor M.Mikayılov ilk azərbaycanlı təyyarəçi qadın Leyla Məmmədbəyovanın həyatının real faktlarına əsaslanmışdı.

30 il bundan əvvəl, yəni «İsmət» bədii filminin yarıməsrlik yubileyində Leyla xanımdan aldığım və arxivimdə saxladığım müsahibəni oxuculara təqdim edirəm.

- Leyla xanım, böyük həyat yolu keçmişsiniz. Adınız nəinki Azərbaycanda, həm də bütün Sovet İttifaqında cəsur və igid qadın kimi hörmətlə çəkilir. Bu il Sizin həm də 75 yaşınız tamam olur. Ötən günləri necə xatırlayırsınız?

- Geriyə dönüb fikirləşirəm: həyat necə də sürətlə ötüb keçdi! Sanki həyatımda hər şey dünən baş vermişdir. Ancaq keçmiş günləri xatırlayarkən heç də qəm-qüssəyə batmaq istəmirəm. Yanımdakılar mənim gələcəyimdir: mən altı uşaq böyütmüşəm, indi isə mənim yeddi nəvəm, üç nəticəm var (Xatırladım ki, bu söhbət 1984-cü ildə olub. Nəsildə artım bu gündavam edir – A.K.).

Mən çox erkən ərə getmişəm. O vaxtı mənim cəmisi 14 yaşım, ərim Bəhram Firuz oğlu Məmmədbəyovun isə 19 yaşı vardı. O, fəhlə idi, amma təhsil alırdı. Biz evlənən kimi mənə dedi: «Sən həm oxumalısan, həm də işləməlisən!» O vaxtlar, yəni iyirminci illərdə şərq ailəsində belə söhbətlərə nadir hallarda rast gəlmək olardı. Lakin Bəhram öz sözünün üstündə durdu. Sonralar özü müxtəlif vəzifələrdə çalışdı, böyük hörmət sahibi oldu. Mən isə o vaxt çadralı gənc qadın Əbilov adına kluba getdim. Burada təhsil almağa başladım, özümə yaxşı rəfiqələr tapdım.

Mən artıq dünyasını dəyişmiş ərimi həmişə böyük minnətdarlıqla xatırlayıram. Çünki o, məni savadlı, qabaqcıl adamların sırasında görmək istəyirdi. 1928-ci ildə mən klubda çadramı çıxartdım. O vaxt mənim 19 yaşım var idi. Sonra öyrəndim ki, Osoaviaxim təyyarəçilər məktəbinə qəbul keçirir. Ərim o vaxtlar Dəvəçidə işləyirdi. Yazırdı ki, mən işləməyə gedim. Mən də qərar qəbul etdim. Həmin məktəbə 22 nəfər qəbul etdilər. Onların arasında bircə qadın – o da mən idim. Bizə hərbi kişi forması verdilər. Artıq mən oğlana oxşayırdım. Yalnız hörüklərim dizdən aşağı yellənirdi. Ərimə özümü göstərmək üçün yanına getdim. Bəhram qapını açdı və məni tanımadı. Sonra gülüb dedi: «Afərin sənə,

Elə sonralar da mən ərimə sürprizlər təqdim edirdim. Moskvada Tuşinsk aerodromunda təcrübə keçərkən mənə dedilər ki, təyyarəçi əsasnaməyə görə hörük gəzdirə bilməz. Evə qayıtdım, Bəhramla məsləhətləşdim. Onun qanı bərk qaraldı. Lakin hörüklərimi kəsəndən sonra o, mənə diqqətlə baxıb dedi: «Bilirsən, heçpis deyil

Birgə yaşadığımız illər ərzində ərim bircə dəfə mənimlə mübahisə etmişdir. 1933-cü il avqustun 17-də aerodroma paraşütlər gətirdilər. O vaxtlar bu, yenilik, əsl hadisə idi. Mən bunu eşidəndə sevincək oldum. Ərimə deyəndə ki, paraşütdən tullanacağam o, üstümə qışqırdı: «Bəsdir, uşaqları fikirləş!»

Mən təyyarədə uçanda bir söz deməsə də, o məndən ötrü çox qorxurdu. İndiparaşüt məsələsi ortaya çıxanda o, ürəyində nə var idisə açdı dedi. Necə deyərlər, açdı sandığı, tökdü pambığı. Əsəbi halda dedi: «Mən sənə dedim ki, get oxu, işlə. Demədim ki, get göyə çıx. Yaxşı, dinmədim. Gül kimi saçların vardı, onları da kəsib atdın, dinmədim. İndi də paraşütdən tullanmaq istəyirsən, paraşüt açılmadı, göydən gəlib düşdün yerə. Bəs uşaqlara kim baxacaq, hə?»

Mən dinmədim, amma sözümdə qəti idim. Artıq məni saxlamaq olmazdı. Beləliklə, 1933-cü ildə mən ilk dəfə olaraq paraşütdən tullandım. Mənə qədər Sovet İttifaqında cəmi 84 nəfər paraşütdən tullanmışdı. Mən ikinci qadın paraşütcü oldum. Sonra təyyarəçi-təlimatçı işləyirdim. Təyyarədə çox uçurdum. Mənim şagirdlərim arasında iki Sovet İttifaqı Qəhrəmanı var: Adil Quliyev Nikolay Şeverdyayev. Onlar Böyük Vətən müharibəsi illərində səmada alman faşistlərinə qarşı cəsarətlə vuruşmuşlar. A.Quliyev müharibə dövründə Berlinə qədər şanlı döyüş yolu keçmişdir. N.Şeverdyayev isə hücumçu təyyarəsi ilə Zapolyariyedə, Leninqrad yaxınlığında, Polşa Almaniyada faşist işğalçıları ilə vuruşların iştirakçısı olmuşdur. Mayor Ağasəf Məmmədhüseyn oğlu Səmədov da bizim Bakı aeroklubunun yetirməsidir. Faşist yuvası Berlini birinci bombalayanlar arasında Ağasəf olmuş, əsl igidlik göstərmişdir.

Kinorejissor Mikayıl Mikayılovla mən 30-cu illərin əvvəllərində fəal ictimaiyyətçi, Bakıdakı Əli Bayramov adına Qadınlar klubunun yaradıcılarından biri Səriyyə Xəlilovanın faciəli surətdə həlakından sonra tanış olmuşam. Mən Səriyyəni yaxşı tanıyırdım. Ailəsi razılıq verməsə klubda fəallıq göstərirdi. Dini fanatik əhval-ruhiyyəli doğmaları bunu ona bağışlamadılar. Səriyyənin dəfn mərasimi əsl nümayişə çevrildi. Onun faciəli ölümüatası qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirilməsi hamımızı, o cümlədən Mikayıl müəllimi sarsıtmışdı. O, bu əhvalatı film vasitəsilə tamaşaçılara çatdırmağı qərara aldı. Lakin bir filmdə iki insan taleyini birləşdirdi: Səriyyənin mənim taleyimi”.

İsmətMəmmədbəyova Xəlilovanın həyatının konkret səhifələrini əks etdirən bioqrafik film deyil. İsmətobrazı ümumilləşdirilmişdir, bu obrazda Azərbaycan qadının taleyi öz əksini tapmışdır.

Film maraqlı alınmışdır. Onun ayrı-ayrı epizodları həyati inandırıcıdır. Səssiz kinoya xas olan dinamiklik, aktyor oyunlarındakı cəsarətli maraqlı detallar filmi baxımlı etmişdir. İsmətcəmiyyətdə qadının yeri hüquqlarının kişilərlə bərabər olması haqqında bütün tələblərə cavab verən kino əsəridir.

«İsmət» filmi azadlığa çıxmış qadının taleyi haqqındadır. Film çox inandırıcı, təsirli təbii alınmışdır. Belə bir filmin yaradılması çox vacib idi.

«İsmət» filmi Azərbaycan qadınının özünü azad sərbəst hiss etməsində böyük rol oynamışdır.

İsmətfilmi ilə Leyla Məmmədbəyovanı bir-birindən ayırmaq olmur. İsmətfilminə baxanda Leyla xanım yada düşür ya əksinə, Leyla Məmmədbəyovadan söhbət düşəndəİsmətfilmini xatırlayırsan.

İsmətuzunömürlü filmdir. İllər keçəcək, bu kino əsəri tamaşaçılara 30-cu illərdə ölkəmizdə baş vermiş bu gün tarixə çevrilmiş hadisələrdən maraqlı söhbətlər açacaqdır.

Bu il L.Məmmədbəyovanın 95, “İsmətbədii filminin 80 yaşı tamam olur.

 

Aydın Kazımzadə

 

Kaspi.- 2014.- 15-17 mart.- S.22-23